Ali Baş Komanda Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günorta Silahlı Qüvvələrin yüksək vəzifəli şəxsləri və komandanları ilə görüşdə Əmirəl-mömininin (ə) kəlamına əsasən, bu qüvvələri dövlətin və xalqın möhkəm baryerləri adlandırdı: “Bu çox böyük mövqe ağır məsuliyyətlərlə müşayiət olunur. Allaha həmd olsun ki, Silahlı Qüvvələr bu fəxarətli mövqeyin qədrini bilərək öz vəzifələrinin icrası ilə məşğuldur”.
O, Silahlı Qüvvələrin davamlı hərəkəti və inkişafından məmnun olduğunu bildirərək dedi: “Möhkəmlənmə və inkişafın heç bir həddi ilə kifayətlənməyin, dayanmadan irəliləyin”.
Ali Baş Komandan Qurani-Kərimin ayəsinə istinad edərək bildirdi ki, həmişə hazırlıqlı olmaq Allahın əmridir, Allahın və millətin düşmənlərinin qorxmasına səbəb olur: “Təhdid heç bir zaman tamamilə ortadan qalxmır. Buna görə də nə qədər bacarırsınızsa, müxtəlif tipli hazırlıqları artırın”.
İnqilabın Rəhbəri həm də qeyd etdi ki, Silahlı Qüvvələrin hazırlığı düşmənlərin qarşısını alır; hadisələrin pərdə arxası müəlliflərı qarşısında ayıqlıq tamamilə zəruridir.
O, güc və qüdrət baxımından zəif olan ünsürlərin sözlərinə və ehtimal olunan addımlarına işarə edərək dedi: “Fikir və düşüncələri bu cür söz və addımlar üzərində təmərküzləşdirmək olmaz, əsl ssenaristləri və səhnə arxasını görmək lazımdır”.
Ali Baş Komandan beynəlxalq şər qüvvələrin dünyanın ayrı-ayrı yerlərində müharibə ocaqlarını qızışdırdıqlarını qeyd edərək dedi: “İmperializm haradasa hər hansı mənfəətlər görsə, səhnə arxasından münaqişə yaradır”.
İnqilabın Rəhbərinin Silahlı Qüvvələrin yüksək vəzifəli şəxsləri və komandanlarına xitabən vurğuladığı məsələlərdən biri düşmənin uzunmüddətli proqramlarına diqqət və onların üzərində təmərküzləşmənin zəruriliyi ilə bağlı oldu.
O dedi: “Düşmənin beş, ya onillik proqramlarına diqqət yetirmək yaxşı və lazımdır. Amma onun orta və uzunmüddətli proqramlarını da diqqət mərkəzində saxlamaq və izləmək lazımdır”.
Ali Baş Komandan ABŞ-ın iyirmi il bundan əvvəl İranın şərq və qərbində yaratdığı müharibəyə işarə edərək dedi: “Amerikalıların İraqda və Əfqanıstanda maraqları var idi. Amma son məqsədləri İran İslam Respublikası idi. İsalm İnqilabının çox güclü təməli olduğu üçün bu istiqamətlərdə məğlubiyyətə uğradılar və məqsədlərinə çata bilmədilər”.
Həzrət Ayətullah Xamenei bu reallğı əsas götürərək dedi: “Buna görə də düşmən üzdə möhkəm görünən bütün hesablamalarına və qüdrətli ordusuna rəğmən, məğlub olmağa məhkumdur”.
O, sionist rejimin hazırki mövqeyinin bu məğlubiyyətlərin başqa bir nümunəsi olduğunu dedi: “Sionist rejimin keçən il ramazan ayında fələstinlilərə qarşı keçirdikləri əməliyyatlara dünyada xüsusi bir reaksiya olmadı. Amma bu il onun cinayətlərinə qarşı, hətta ABŞ və İngiltərədə də etiraz aksiyaları keçirildi”.
Ali Baş Komandan bildirdi ki, düşməni gözdən qoymamaq onun məğlub olmasının mümkünlüyünə inamla müşayiət olunması çox vacibdir: “Heç bir mərhələdə düşmənlərin hiylə və planını diqqətdən qaçırmaq olmaz”.
İnqilabın Rəhbəri çıxışının sonunda Silahlı Qüvvələrin fikir mərkəzləri və subyektlərini daimi və innovativ layihələr işləyib hazırlamağa, güclü strategiyalar və siyasətlər müəyyən etməyə çağırdı.
Ali Baş Komandan əvvəl çıxış edən Silahlı Qüvvələrin baş qərargah rəisi general-mayor Baqiri Silahlı Qüvvələrin müxtəlif istiqamətlərlə bağlı proqramları və tədbirləri haqqında hesabat verdi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir