Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Korrupsiya ilə mübarizə iqtisadi tövsiyələrin başında gəlir

Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) günortadan sonra ölkə rəhbərliyi və dövlət qulluqçuları ilə görüşdə məsul şəxslərin iradə və əzminin bütün il boyu inflyasiyanın idarə edilməsi və istehsalın artırılması üzərində mərkəzləşdirilməsinin zəruriliyini vurğulayaraq ilin şüarının gerçəkləşdirilməsi üçün lazım olan şərtlərə aydınlıq gətirdi və bir neçə mühüm iqtisadi tövsiyə verdi: “Əgər bu vacib şərtlərə əməl edilsə, onun inflyasiyanın azalması istiqamətindəki nəticələri və ilin sonunda xalqın nisbi asayiş hiss etməsi müşahidə ediləcək”.

İnqilabın Rəhbəri bu görüşdə düşmənin üzdə ictimai görünən siyasi-təhlükəsizlik planları ilə bağlı mühüm nüanslara aydınlıq gətirdi, hicab, isfənd ayının seçkiləri və dünyadan baş verən dəyişikliklərdən danışdı.

İnqilabın Rəhbəri bu ilin şüarının mühüm və həssas bir şüar olduğunu bildirdi: “İqtisadi şüarın seçilməsi heç də sosial və mədəni məsələlərə etinasızlıq kimi başa düşülməməlidir. Çünki iqtisadi problemlər, o cümlədən yüksək inflyasiya yoxsulluğun artmasına, digər tərəfdən ayrıseçkiliyin və haram sərvətin artmasına səbəb olur. Korrupsiya xalqın mədəniyyətinə, düşüncələrinə və davranışına mənfi təsir göstərir”.

O, istehsalın artırılmasının inflyasiyanın idarə edilməsi ilə yanaşı aparılmasının mühüm olduğunu dedi: “Bəzən ölkədə inflyasiya nəzarətə götrülsə də, durğunluğa səbəb olmuşdur. Mütəxəssislərin güclü arqumentlərinə əsasən, inflyasiyanın idarə edilməsi istehsalın artırılması ilə yanaşı aparıldıqda mümkündür. Yaxşı işlərin ciddiyyətlə və davamlılıqla müşayiət ediləcəyinə və ilin şüarının gerçəkləşəcəyinə ümidvarıq”.

Həzrət Ayətullah Xamenei ilin şüarının həqəqiliyi və praktikiliyinin bütün məsul şəxslər və qurumlar üçün prioritet təşkil etməsinin zəruriliyini bildirdi: “Bütün il boyu məsul şəxslər və müdiriyyətin diqqəti, qətiyyəti və iradəsi bu əsas və ümdə məsələ üzərində təmərküzləşməlidir. Belə olmasın ki, bir neçə gün danışaq, yazaq, qeydiyyat aparaq, təqvim tutaq, amma sonra hər şeyi unudaq və ilin şüarı diqqətdən kənarda qalsın”.

O, bütün qurumlar, hökumət, parlament və məhkəmə sistemində ilin şüarının prioritet olmasının həqiqi mənasına aydınlıq gətirərək dedi: “Bütün sərt proqram imkanlarından, o cümlədən Allahın bəxş etdiyi təbii resurslardan və infrastrukturlardan, yaradıcı insan, motivasiyalı gənclər, elit təbəqə və yeni fikir sahibləri kimi yumşaq proqramlardan istifadə ilin şüarının gerçəkləşməsi üçün zəruridir”.

İlin şüarına prioritetlik verilməsinin həqiqi mənasına aydınlıq gətirərkən İnqilabın Rəhbəri media imkanlarından, faydalı təcrübələrdən, təcrübəli insanlardan istifadə, hətta digər ölkələrlə iqtisadi mübadilələrin artırılması məqsədilə xarici əlaqələrin yaradılması məsələlərinə toxundu.

Həzrət Ayətullah Xamenei ilin şüarının arxa plana keçirilməsi və onun gerçəkləşməsinə mane olan işlərdən çəkinmənin, o cümlədən inflyasiya yaradan siyasi baxış və qərarlardan çəkinmənin ilin şüarının prioritetliyinə həqiqi məna və məzmun bəxş edən digər şərtlər olduğunu dedi.

O, çıxışının bu hissəsini yekunlaşdırarkən vurğuladı: “Əgər bu prioritetin yönləri əməli şəkildə gerçəkləşsə, elm adamları iqtisadi göstəricilər əsasında ilin şüarının gerçəkləşdiyini anlayacaq, əhali də öz həyatlarında bunu müəyyən həddə qədər hiss edəcək”.

İnqilabın Rəhbərinin məsul şəxslər və dövlət qulluqçuları ilə görüşünün digər hissəsi ilin şüarının əməli şəkildə həyata keçirilməsində lazım olan şərtlərlə bağlı oldu.

Üç qüvvənin həqiqi və geniş əməkdaşlığı, o cümlədən icra sahələrinin ehtiyac duyduğu qanunların qəbul edilməsi, nəticə əldə etmək üçün qərarlara ciddi və davamlı şəkildə riayət edilməsi Ali Rəhbərin toxunduğu iki mühüm şərt oldu.

Qərarların izlənilməsi ilə bağlı təşkil edilən xüsusi iclaslarda məsul şəxslərə verdiyi davamlı tövsiyələrə işarə edən Ali Rəhbər yarımçıq qalmış layihələrin çoxluğunun izləmə və nəzarət məsləsinə az diqqət yetirilməsindən qaynaqlandığını dedi. O, konkret nümunələr göstərərək dedi: “Yaxşı gəliri olan bir neçə iri dövlət şirkəti prezidentə söz vermişdi ki, xalqa xidmət məqsədilə ölkənin ayrı-ayrı regionlarında təmir-tikinti paroqramlarını həyata keçirəcək. Amma indi onların qənaətbəxş addımlar atmadıqları bəli oldu”.

Həzrət Aətullah Xamenei qeyd etdi ki, siyasətlər və iqtisadi qərarlarda sabitlik ilin şüarının gerçəkləşməsinə zəmin yaradacaq. Fasiləsiz dəyişikliklər bu qəbildən olan siyasətlərə çox ziyan vurur, daxili və xarici investorların rəğbətsizliyinə səbəb olur.

İlin şüarının gerçəkləşməsinin başqa bir şərti xalqın iştirakını təmin etməkdir. İnqilabın Rəhbəri bu şərtin çox mühüm və təyinedici olduğunu dedi.

O, qurumların bu sahədə zəif fəaliyyət göstərdiklərini tənqid edərək bildirdi ki, elm təməlli minlərlə şirkətin yaradılması və inkişaf etdirilməsi təcrübəsi faydalı və düzgün proqramlaşdırmaya əsaslanan bir təcrübədir: “Hökumət rəhbərləri konkret və bəlli şəkildə əhalinin iştirakına şərait yaratmalıdırlar ki, xalqın hər bir fərdi öz vəzifəsini bilsin. Belə olan surətdə müxtəlif tipli iri və xırda sahələrdə istehsal heç şübhəsiz reallaşacaq”.

İnqilabın Rəhbəri hökumət rəhbərlərini bu sahədə milli iqtisadiyyatın elm təməli edilməsi planını, bu planın əməli layihəsini hazırlamağa və xalqı tam şəkildə məlumatlandırmağa çağırdı.

Həzrət Ayətullah Xamenei müqavimət iqtisadiyyatının siyasətlərinə işarə edərək dedi: “Bu siyasətlərin icrası da zəif təbəqələrin güclənməsinə, onların gəlirlərinin artmasına səbəb olacaq. Proqramlaşdırma İdarəsi, Büdcə və digər aidiyyəti qurumlar müəyyən bir mexanizm yaratmaqla əhalinin bütün fərdlərinin iqtisadiyyat sahəsindəki aktivliyini müəyyən etməlidir ki, İslamda iqtisaidyyatın əsasını təşkil edən ədalətin yaradılmasında yaxşı addımlar atılsın”.

İnqilabın Rəhbəri ilin şüarının gerçəkləşdirilməsi şərtlərinə aydınlıq gətirdikdən sonra bir neçə mühüm iqtisadi tövsiyə verdi.

Korrupsiya ilə ciddi və heç bir güzəştsiz mübarizə İslam İnqilabının Rəhbərinin bütün məsul şəxslərə verdiyi açaq tövsiyələrin başında gəlirdi.

O, korrupsiyanın yeddibaşlı əjdaha olduğunu bir daha vurğulayaraq bu əjdahaya qarşı mübarizənin çox çətin bir iş olduğunu dedi: “Korrupsiya insanları ümidsizliyə sürükləyən, əxlaqi sağlamlığa meylin azalmasına səbəb olan çox təhlükəli, yolxucu və ölümcül xəstəlikdir. Ona qarşı kəskin mübarizə üç qüvvənin və bütün qurumların mühüm işlərinin başında gəlməlidir”.

İnqilabın Rəhbəri vurğuladı ki, maliyyə qaydaları, o cümlədən büdcənin struktur islahatı da məsul şəxslərin əsas iqtisadi vəzifələrindəndir.

O qeyd etdi ki, əvvəlki hökumətlərin vaxtında üç qüvvənin rəhbərlərinin koordinasiya iclasının təşkil edilməsinin əsas məqsədlərindən biri büdcənin struktur islahatı olmuşdur. O bu məqsədin gerçəkləşməməsinə işarə edərək dedi: “Bu mühüm proqram diqqət mərkəzində olmalı idi”.

Etibarlı-davamlı mənfəətləri olmayan maliyyə öhdəliklərindən çəkinmək, ciddi qənaət, qurumların lazımsız ziyafətləri, faydasız konfransları və lazımsız alışları kimi məsələlər İnqilabın Rəhbərinin bu kontekstdə toxunduğu nüanslardan oldu.

İnqilabın Rəhbəri növbəti tövsiyəsində ölkə iqtisadiyyatında səmərəliliyin çox aşağı səviyyədə olmasına, yəni istehlakın yüksək, səmərənin isə az olduğuna işarə edərək səmərəliliyin artırılmasının çox böyük zərurət olduğunu dedi: “Bizim su ilə bağlı səmərəliliyimiz əksər dünya ölkələrindəkindən aşağıdır. Enerji intensivliyi isə inkişaf etmiş ölkələrinkindən dəfələrlə çoxdur”.

Həzrət Ayətullah Xameneinin dördüncü tövsiyəsi böyük dövlət şirkətləri ilə dövlət arasında məntiqi əlaqənin təyin edilməsi və tənzimlənməsi ilə bağlı oldu.

O dedi: “Bir neç ildir ki, davam edən iqtisadi müharibədə dövlət sektorunda, habelə özəl sektorda ölkəni müxtəlif sahələrdə irəli aparan işbilən yaxşı müdirlər var. Rəqabətin keyfiyyətini və gücünü artırmaq, məhsulların daxili və xarici satış bazarını yaratmaq üçün bu fəal müdirlər və sahibkarlara dəstək vermək lazımdır. Onların da vəfizəsi ölkə iqtisdadiyyatının ümumi hərəkətində öz rollarını müəyyən etməkdir”.

O, istehsal üçün daxili xam maldan istifadə edən, amma öz məhsullarının qiymətini teleqram dollarına və düşmən tərəfindən yönləndirilən qondarma qiymətlərə uyğunlaşdıran iri və yüksək gəlirli bəzi dövlət şirkətlərini tənqid edərək vurğuladı: “Dolara dominantlıq verən və riyalın rəqibini gücləndirən bu addım niyə atılmalıdır?”

İnqilabın Rəhbəri qeyd etdi ki, ölkənin problemlərindən biri iqtisadiyyatın müxtəlif sahələrinin dollardan asılılığıdır: “Özlərini dollardan ayırmış, SWIFT-lə (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) əlaqələrini kəsilmiş bəzi ölkələrin vəziyyəti yaxşılaşmışdır”.

O, makroiqtisadi strategiya və inflyasiyanın idarə edilməsində iri dövlət şirkətlərinin rolunun müəyyən edilməsinin zəruriliyini vurğulayaraq dedi: “Şirkətlərin ləyaqətli müdirlərinə dəstək verməklə yanaşı, pul və maliyyə sisteminin dağılmasında rol oynayan şirkət rəhbərləri, mülk və ərazi almaqla və ya Mərkəzi Bankdan artıq pul götürməklə inflyasiyaya səbəb olan bəzi maliyyə müəssisələri və özəl banklar haqqında ciddi tədbir görülməlidir”.

İnqilabın Rəhbərinin növbəti tövsiyəsi proqramlaşdırma sisteminin proqnozlaşdırıla bilən olması ilə bağlı oldu: “Əgər proqramlaşdırma idarəsi proqnozlaşdırma gücündə deyilsə, qəfil çatışmazlıqlarla qarşılaşdıqda qorxuya düşəcək və cəld çarəni idxalda görəcək. Bu da istehsalın belini sındırır. Halbuki hadisələri proqnozlaşdırmaqla, ət, cücə, düyü kimi məhsullarda çatışmazlıq hiss etdikdə dərhal xalqın imkanları və potensiallarını səfərbər edərək problemi həll etmək lazımdır”.

Həzrət Ayətullah Xamenei sonuncu tövsiyəsində hakimiyyətdə iqtisadi biliyi və düşüncəsi olan insanların təmsil olunmasından məmnun olduğunu ifadə edərək iqtisadi sıçrayışa zəmin yaradan bir neçə həlledici addımın atılmasını, o cümlədən dənizin imkanlarından və su təsərrüfatından, beynəlxalq nəqliyyat, xüsusilə şimal-cənub kommunikasiya xətti istiqamətində yükdaşımanı həyata keçirmək üçün ölkənin həssas və mühüm coğrafi mövqeyindən, mədənlərin dirildilməsi və mənzil istismarından istifadə edilməsini istədi.

İnqilabın Rəhbəri çıxışının başqa bir hissəsində dünyanın siyasi dəyişikliyinin çox sürətlə getdiyini, eyni zamanda İslam Respublikasının düşmənlərinin cəbhəsinin zəifləməkdə olduğunu dedi: “Bu fürsətdən istifadə etmək üçün xarici siyasətdəki hərəkətliyimizi, təşəbbüksarlığımızı və fəaliyyətlərimizi artırmalıyıq”.

O, gələcək dünyanın yeni sistemində anti-İran cəbhəsinin zəifləməkdə olmasının əlamətlərini qeyd edərkən dedi: “İranın dünyadakı müxaliflərindən biri ABŞ-dır. Reallıq göstərir ki, Obama Amerikası Buşun, Tramp Amerikası Obamanın, indiki cənabın Amerikası Trampın Amerikasından daha zəifdir”.

Ayətullah Xamenei dedi: “İki-üç il bundan əvvəlki ABŞ seçkilərində yaranmış iki qütblülük indi də kəskin şəkildə mövcuddur. ABŞ sionist rejiminin böhranını həll edə bilməmişdir. O, elan etmişdi ki, İrana qarşı birləşmiş ərəb cəbhəsi yaratmaq niyyətindədir. Amma bu gün istədiyinin əksi baş verdi. Ərəb dövlətlərinin İranla əlaqələri artmaqdadır. ABŞ siyasi təzyiq və sanksiya vasitəsilə nüvə məsələsini öz proqramına uyğun şəkildə yekunlaşdırmaq istədiyi halda, bunu bacarmadı”.

O, çıxışının davamında ABŞ-ın zəiflədiyini göstərən hadisələrdən söz açdı: “ABŞ Ukrayna müharibəsini başlatdı. Amma bu müharibə adıçəkilən ölkə ilə onun avropalı müttəfiqləri arasında fasilə düşməsinə səbəb oldu. Əslində, müharibənin ziyanını onlar, xeyirini isə ABŞ gördü”.

İnqilabın Rəhbəri əlavə etdi: “ABŞ Latın Amerikasını özünün xəlvət həyəti hesab edirdi. Amma orada anti-amerikan hökumətlər hakimiyyət başına gəldi. ABŞ Venesuelanı alt-üst etmək, hətta oraya pulu, silahı və ordusu olan qondarma bir prezident də təyin etmək istəyirdi, amma arzusu ürəyində qaldı”.

İnqilabın Rəhbəri qeyd etdi ki, bəzi ölkələrin öz milli valyutaları vasitəsilə alqı-satqı etməsi ABŞ dollarının zəiflədiyini göstərən əlamətlərdəndir: “Bu da onu göstərir ki, İslam dövlətinin düşmənlərinin başında gələn ABŞ zəifləməkdədir”.

O, İranın digər düşməni olan sionist rejimindən danışarkən onun 75 illik ömründə heç vaxt indiki qədər qorxulu vəziyyətə düşmədiyinə işarə edərək oradakı qarışqılıq və çökməkdə olan vəziyyətlə bağlı bir neçə nümunəni qeyd etdi: “Sionist rejim siyasi cəhətdən laxlamaqdadır. Dörd il ərzində dörd baş nazir dəyişib. Oradakı partiya kualisiyaları formalaşmadan dağılır. Qondarma rejimdə güclü iki qütbləşmə gedir. Bəzi şəhərlərdə yüz minlərlə insanın etiraz mitinqinə çıxması bunun bir nümunəsidir. Bir neçə raket zərbəsi endirməklə bu zəifliklərini ortadan qaldırmaq isəsələr, yenə mümkün deyil”.

Həzrət Ayətullah Xamenei İsraili tərk edən insanların sayının tezliklə iki milyona çatacağı ilə bağlı yayılan xəbərlərə işarə edərək sionist rəhbərlərinin bu rejimin çökəcəyi ilə bağlı verdikləri ardıcıl xəbərdarlıqların sionistlərin zəiflədiyini göstərən başqa bir əlamət olduğunu qeyd edərək eyhamlı şəkildə dedi “Biz 25 il bundan sonranı görməyəcəklərini demişdik, amma, deyəsən, özləri tələsir və daha tez getmək istəyirlər”.

 O bildirdi ki, fələstinli qrupların gücünün onlarla dəfə artması, Yasir Ərəfat rüsvayçılığının və Oslo Fələstininin müqavimət aslanlarının Fələstininə çevrilməsi anti-İran cəbhəsinin zəiflədiyini və müqavimət cəbhəsinin gücləndiyini göstərən əlamətlərdəndir.

İnqilabın Rəhbəri çıxışının başqa bir yerində düşmənlərin ölkənin daxili ilə bağlı planlarına işarə edərək dedi: “Ölkənin daxili ilə bağlı planlar olmuş və olacaqdır. Keçən ilin qadın problemi bəhanəsi ilə və qərblilərin casus şəbəkələrinin dəstəyi ilə yaradılmış iğtişaşlar bu qəbildəndir”.

O, qadınların qərb ölkələrindəki təəssüf doğuran əmin-amansız vəziyyətinə işarə edərək dedi: “Bu ölkələrin bəzisində qadınlar özləri küçədə, hərbi düşərgə və hissələrdə təhlükədə olduqlarını etiraf edirlər. Bu cür ölkələr, tutaq ki, məhkəməyə müraciət etmiş hicablı bir müsəlman xanımın şikayətçinin zərbəsi ilə qətlə yetirilməsi üzərindən qadına ən yüksək dəyəri verən İslam Respublikasına hədə gəlirlər”.

Həzrət Ayətullah Xamenei keçən ilin hadisələrində bəzi insanların aldadılmasına işarə edərək dedi: “Ölkə daxilində, əsasən, aldadılmış insanlar xarici düşmənin və ölkə xaricində yaşayan xainlərin təsiri altında qəti və məntiqli danışmaq əvəzinə puç iddialarla müşayiət edilən qadın azadlığını şüar etdilər”.

İnqilabın Rəhbərti qeyd etdi ki, qadınla bağlı məsələ təkcə örtüklə məhdudlaşmır. O, fəal iranlı qadınların və qızların təhsil, peşə, siyasi və sosial fəaliyyət sahələrində, rəhbər vəzifələrdə təmsil olunmasına, İnqilabdan əvvəl və Müqəddəs Müdafiə dövründəki mübarizələrdə, 22 bəhmən və Qüds günü yürüşlərindəki fəal iştiraklarına işarə edərək dedi: “Bu məsələlərin hansı biri hansısa azad ölkədə var? Dünyanın haransında qadınlar iranlı qadının fəxarətlə və qürurla həyata keçirdiyi bu fəaliyyətləri onun kimi həyata keçirir?”.

İnqilabın Rəhbəri hicabın şəri və qanuni zəruriliyinə aydınlıq gətirərkən bildirdi: “Örtük və hicab məsələsi hökumət deyil, şəriət və qanunla müəyyən edilir. Hicabı açmaq həm şəriət baxımından haramdır, həm də siyasi baxımdan qadağandır”.

O vurğuladı ki, hicabı açan insanların çoxu bu işə təhrik edənlərin, yəni düşmənin casus şəbəkələrinin pərdə arxasından xəbərləri yoxdur: “Əgər insanların çoxu hicabın açılması və hicabla mübarizənin arxasında kimlərin durduğunu bilsələr, bu işi görməzlər. Çünki onların əksəriyyəti dindar, dua və ramazan əhlidirlər”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İnqilabın ilk həftələrində böyük İmam hicab məsləsini qətiyyətlə bəyan etdiyi kimi bu məsələ mütləq həllini tapacaq”.

Bu ilin isfənd ayı İslami Şura Məclisi və Xubriqan Məclisi üçün keçiriləcək seçkilər İnqilabın Rəhbərinin əhəmiyyətli olduğunu vurğuladığı başqa bir mövzu oldu: “Seçkilər milli qüdrətin simvolu ola bilər. Əgər düzgün keçirilməsə, ölkənin, millətin və məsul şəxslərin zəifliyini göstərəcək. Nə qədər zəif olsaq, düşmənlərin hücumları və təzyiqləri artacaq. Buna görə də güclü olmalıyıq. Güc və qüdrət vasitələrindən biri seçkilərdir”.

O əlavə etdi: “Yaxşı, sağlam və yüksək iştirakla müşayiət olunan seçkilərə malik olmağımız üçün aidiyyəti şəxslər iştirak, təhlükəsizlik, sağlamlıq və seçki rəqabəti strategiyasını indidən müəyyən etməlidirlər”.

Həzrət Ayətullah Xamenei mühüm rola malik olan media məsələsinə də işarə edərək bildirdi: “Düşmənin virtual məkanda ölkənin iqtidarına qarşı apardığı piyar, qarayaxmalar, təxribatlar və hiylələr ifşa edilməlidir. Mömin və motivasiyalı insanların əlində olan milli media düşmənin bu sahədəki səylərini boşa çıxarmalıdır”.

İnqilabın Rəhbəri bu görüşün əvvəlində, həqiqətən, çox gözəl məlumat verən dövlət başçısına təşəkkür edərək ramazan ayının Allahı zikr etmək, böyük qəflət bəlasından xilas olmaq, rəhmət nurlarından və Allahın hidayətindən faydalanmaq üçün misilsiz bir fürsət olduğunu dedi.

O, Quran ayələri və pak imamların (ə) hədislərinə istinad edərək Allahı çoxlu zikr etməyin əməl və davranışlara yaxşı təsir göstərdiyini vurğuladı: “Məsul şəxslərin böyük məsuliyyəti xalqa xidmət və ölkəni yaxşı idarə etməkdir. Allahı zikr etməyin bu ağır vəzifələrin yerinə yetirilməsinə müsbət təsirləri olacaq”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Allaha xidmətin mənası Allahın yaratdıqlarına xidmət və ilahi məqsədləri gerçəkləşdirməkdir. O məsul şəxslərə xitab edərək dedi: “Allah xalqa xidmət imkanı və qüdrəti verməklə bu xidməti biz məsullara imtahan vasitəsi etmişdir. Buna görə də ramazanın işıqlı fürsətinin qədrini bilməli, öz güc və qüdrətimizi üzərimizə düşən ağır vəzifələrimizi yerinə yetirmək üçün daha da artırmalıyıq”.

Bu görüşün əvvəlində çıxış edən dövlət başçısı hökumətin fəaliyyətləri və proqramları ilə bağlı hesabat verərək dedi: “1401-ci ilin qəhrəmanı böyük İran xalqı idi; öz müqaviməti ilə və düşmənlərin arzusunu ürəyində qoymaqla hibrid müharibədə özünü yaxşı göstərdi”.

Höccətül-İslam vəl-müslimin Rəisi İnqilabın Rəhbərinin Novruz və dəyişilmənin zəruriliyi ilə bağlı çıxışına işarə edərək dəyişilmənin dövlətin əsas istiqaməti olduğunu dedi: “Hakimiyyətimizin ilk günündən ölkənin büdcə kəsri, inflyasiyanın qiymətinin yüksək olması, əsas məhsul ehtiyatlarının azalması, istehsal səviyyəsinin aşağı düşməsi, insanların investisiya qoyuluşuna olan etimadının zədələnməsi kimi zəif cəhətlərini düzgün metodlarla ortadan qaldırmağı və ölkənin bütün sahələrdəki güclü tərəflərini gücləndirməyi özümüzə vəzifə bilmişik”.

Dövlət başçısı bildirdi ki, üstünlük verilən valyutanın ləğv edilməsi sahəsində iqtisadi islahatların həyata keçirilməsi kimi səbəblərdən inflyasiya qiyməti 40 %-dən çoxdur: “1402-ci ilin inflyasiyanın idarə edilməsi və istehsalın artırılmasını ehtiva edən hikmətli şüarını qüvətlə izləyəcəyik”.

Cənab Rəisi keçən ilin istehsal artımının ümidverici olduğunu dedi: “İnvestisiya artımında 7,7%, sənaye sahəsində 8%, neft və qaz sahəsində 9%, avtomobil ehtiyat hissələri və təchizatı sahəsində 19%, avtomobil istehsalı sahəsində 19%, yol tikinti texnikası kimi bəzi ağır sənaye sahələrində 101%, polad və məişət əşyaları kimi istehsal sahələrində yüksək inkişaf göstəricisinə malik olmuşuq”.

Ölkə başçısı əlavə etdi: “Hökumət regional siyasətləri izləməsinə və beynəlxalq əməkdaşlıqları gücləndirməsinə baxmayaraq, xalqın məişətini və ölkənin inkişafını heç bir xarici iradə ilə şərtləndirmir. Artıq ölkənin inkişafının HBFP-dan və ya hər hansı müqavilədən asılı olduğunu ifadə edən fikirlər eşidilmir”.

Cənab Rəisi dedi: “Digər qüvvələr və dövlət qurumları ilə uanaşı öz vədlərimizə əməl edirik. Haradasa verdiyimiz sözə əməl edə bilmədiymizi gördükdə onu səmimi şəkildə xalqla bölüşəcəyik”.

Görüşü sonunda İslam İnqilabının Rəhbərinin rəhbərliyi ilə məğrib və işa namazları qılındı.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /