Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Quran oxuyarkən məqsəd dinləyicilərə təsir göstərmək olmalıdır

İslam İnqilabının Ali Rəhbəri bu gün Mübarək Ramazan ayının ilk günü günortadan sonra bir çox tanınmış qari, Quran mütəxəssisi və Quran fəallarının iştirakı ilə təşkil edilmiş “Quranla Ünsiyyət” adlı nurani məclisdə etdiyi çıxışında Quranın məna və məzmunlarının dinləyicilərə çatıdırlması və onlara təsir göstərilməsi məqsədilə Quran tilavəti məclislərinin ayələrin tərcüməsi və təfsiri ilə müşayiət edilməsinin zəruri olduğunu dedi. O, Quran mütəxəssisləri və fəallarını bu mühüm məsələnin üsul və metodlarını tapmaq üçün səy göstərməyə çağırdı.

Həzrət Ayətullah Xamenei İranda tilavətin gözəl üsullarına bələd olan çoxlu sayda gözəl və düzgün Quran oxuyan görkəmli qarinin olduğu üçün Allah-taalaya şükür etdi: “Verilən məlumatlara görə, Quran sahəsində inkişaf bütün sahələrdən yüksəkdir. Bu, böyük sevincə səbəb olur”.

O, Allahın mesajını insanlaırn qəbinə çatdırdıqları üçün Quran qarilərinin yüksək və qürurverici məqam və missiya daşıdıqlarını dedi: “Quranı dinləmək Allaha iman və İlahi rəhmətin cəlb edilməsində zəruri və vacib bir işdir; ilahi ayələr haqqında düşünmək imkanı yaradır. Buna görə də Quranın oxunması və dinlənilməsi işində ciddi olmaq lazımdır”.

İnqilabın Rəhbəri bu istiqamətdə hər kəsə hər gün, ən azı bir səhifə Quran oxumağı tövsiyə etdi.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, ölkəmizin əhalisi və dinləyicilərin Quranın dili ilə tanış olmaması Quran anlayışlarının qavranılmasına mane olur: “Quran mütəxəssisləri və fəalları ayələrin ali məzmunlarının da Quran dinləyicilərinin qəlbinə nüfuz etdirmək üçün yollar tapmalıdırlar”.

O dedi: “Bütün məscidlər Quran tilavətinin dinlənilməsi və oxunan ayələrin təfsiri mərkəzlərinə çevrilməlidir”.

İslam İnqilabının Rəhbəri Quranın hikmət, dərs və həyat kitabı olduğunu dedi: “Qurani-Məcid bütün fərdi, ailə, sosial, hökumət, hətta beynəlxalq münasibətlər sahələrini əhatə edən tədbir və hikmətlərlə doludur. Bu dərslərin öyrənilib tətbiq edilməsinə ciddi əhəmiyyət verilməlidir. Xoşbəxtlikdən bu gün bu iş üçün lazım olan infrastrukturlar hazırdır”.

İnqilabın Rəhbəri, habelə, qarilərə təsirli oxumağı tövsiyə etdi: “Bəzi tilavətlərin məqsədi sırf avazdır. Bəzi qarilərin tilavətində xaric oxumalar müşahidə edilir. Çoxu gözəl və hərəkətli müsiqidən istifadə edərək öz dinləyicilərinə tilavət üslublarını və ahənglərini göstərmək məqsədi güdürlər. Bu cür tilavət arzuolunan deyil”.

O qeyd etdi ki, arzuolunan tilavətin məqsədi auditoriyaya təsir göstərmək olmalıdır: “Bu tilavətdə ilk olaraq dinləyiciyə təsir göstərilməsi niyyəti olmalıdır. Bunun üçün Qari özü hamıdan əvvəl Quran oxumaqdan təsirlənməlidir”.

Həzrət Ayətullah Xamenei Quran tilavətinin bəzi fəndlərindən yerində və ifrata yol verilmədən istifadə edilməsinin dinləyicilərə təsir göstərmək üçün münasib olduğunu dedi.

Quran tilavətinin böyük və hibrid bir sənət olduğunu vurğulayan Ali Rəhbər qarilərə səslənərək dedi: “Diqqətli olun, hansı ahənglə oxuyursunuzsa, bunu dinləyiciyə təsir göstərmək niyyəti ilə edin”.

Məclisin sonunda məğrib və işa namazları İslam İnqilabının Rəhbərinin imamətliyi ilə qılındı.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /