Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

ABŞ-ın sanksiyalarına məruz qalmış dövlətlər bu silahı birlikdə məhv etməlidir

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günortadan sonra Belarusiya Respublikasının prezidenti cənab Aleksandr Lukaşenko və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə iki ölkə arasında mövcud olan əməkdaşlıq potensialının mövcud səviyyədən çox-çox yüksək olduğunu dedi: “Hər iki tərəfin əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətindəki ruhiyyəsi və iradəsindən istifadə edərək əlaqələrin səviyyəsi daha da artırılmalıdır”.

O, İranla Belarusiyanın ortaq cəhətlərinin çoxluğuna işarə edərək bu ortaq cəhətlərdən birinin ABŞ və bəzi qərb dövlətlərinin quldurcasına sanksiyaları olduğunu vurğuladı: “ABŞ-ın sanksiyalarına məruz qalmış dövlətlər bir-biri ilə əməkdaşlıq etməli və müştərək birlik yaradaraq sanksiya silahını məhv etməlidir. Bu işin ola biləcəyinə inanırıq”.

İslam İnqilabının Rəhbəri ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara işarə edərək İnqilabın qələbəsinin ilk vaxtlarından başlayaraq, keçən on iki il ərzində daha sərt sanksiyaların tətbiq edildiyini dedi: “Sərt sanksiyalar İranı öz daxili imkanlarına və qüvvələrinə yönəltdi. Sanksiyaların tətbiq edildiyi müddətdə İran üçün böyük inkişaf imkanları yarandı. Ölkəmiz müxtəlif sahələrdə, o cümlədən elm və texnologiya, tibb və biologiya, kosmos, nüvə və nanotexnologiya sahələrində heyrətamiz nailiyyətlər əldə etdi”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “ABŞ-ın sanksiyalarına məruz qalmış dövlətlər bir-birlərinin imkanlarından tam şəkildə istifadə etsələr, bunun faydaları bütün tərəflər üçün çox böyük olacaq”.

O, İranla Belarusiyanın əməkdaşlıq sahələrinə, o cümlədən elm və texnologiya, ticarət, beynəlxalq assambleyalardakı siyasi fəaliyyətlər sahəsinə işarə edərək şimal-cənub nəqliyyat dəhlizi məsələsinə toxundu: “Şimal-cənub nəqliyyat dəhlizinin yaradılması iki ölkənin, habelə Rusiyanın və regionun xeyrinədir. Hər iki tərəf onun təsisinə çalışmalıdır”.

İslam İnqilabının Rəhbəri dedi: “Əldə edilən razılıqlar və verilən sözlər toplantılarda qalmamalıdır, xüsusi nəzarət və plan əsasında icra mərhələsinə keçməlidir”.

İslam İnqilabının Rəhbəri habelə müasir dünyanın mənəviyyata möhtac olduğunu vurğuladı: “Mənəviyyat xalqların hərəkətverici amili ola bilər”.

Dövlət başçısı Höccətül-İslam vəl-müslimin Rəisinin də iştirak etdiyi bu görüşdə Belarusiyanın prezidenti cənab Lukaşenko İnqilabın Rəhbəri ilə görüşdən çox şad olduğunu bildirdi: “Mən İrana iki ölkə arasındakı əlaqələr sahəsində yeni səhifə açmaqda qərarlı olmağım, İranın prezidentinin əməkdaşlığı və iradəsi ilə əldə edilmiş bütün razılaşmaları xüsusi nəzarət və bəlli bir plan əsasında həyata keçirəcəyimizlə bağlı əminlik yaratmaq üçün gəlmişəm”.

Belarusiyanın Prezidenti vurğuladı: “İran İslam Respublikası sanksiyalar dövründə heyrətamiz təcrübələr və nailiyyətlər əldə etdi. Biz inanırıq ki, sanksiya şəraitindən düzgün istifadə edilsə, inkişaf üçün bir fürsət ola bilər. Mənim İrana səfərimin məqsədi İranın nailiyyətləri ilə yaxından tanış olmaqdır”.

Cənab Lukaşenko çıxışının sonunda qeyd etdi ki, hal-hazırda beynəlxalq səviyyədə mövcud olan ağır şərait həqiqi və həqiqi olmayan dostları üzə çıxardı. Biz həqiqi yoldaşlarla xüsusi əməkdaşlıq etməkdə qərarlıyıq.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /