İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei “Ağac əkimi günü” münasibətilə bu gün səhər üç ağac əkdi.
İnqilabın Rəhbəri ağacları əkdikdən sonra etdiyi çıxışında üç ağac əkməsinin səbəbinin “Ağac əkimi gününün” bu ilki şüarının “Hər bir iranlı üç ağac” olduğunu dedi: “Əgər seçilmiş şüar əsasında hər bir iranlı adambaşına üç ağac əksə, hökumətin bir milyard ağac əkmək proqramı 1402-ci ildən başlayaraq dörd il ərzində gerçəkləşər”.
Həzrət Ayətullah Xamenei ağac əkimi məsələsinin ekologiyanın qorunmasında oynadığı rola işarə edərək xalqın köməkliyi ilə bir milyard ağac əkilməsi imkanının olduğunu vurğuladı: “Mütəxəssislər tövsiyə edirlər ki, meyvə ağacları ilə yanaşı, meşə ağacları və materialı əhəmiyyətli olan ağaclar da əkilməlidir. Çünki taxta ticarətinin ölkə iqtisdiyyatına böyük təsiri var”.
O dedi: “Hal-hazırda ölkədə milli valyuta, inflyasiya və bahalıq istiqamətlərindəki problemlər tək məhsullu iqtisadiyyatın nəticəsidir”.
İslam İnqilabının Rəhbəri məsul şəxlərin problemləri həll etmək üçün çalışdıqlarını qeyd etdi: “Məsul şəxslər xalqın problemlərini həll etmək üçün iqtisadiyyatın bütün mümkün yollarından istifadə edərək düzgün həll yolu tapmalıdırlar”.
Həzrət Ayətullah Xamenei ekologiyanın qorunmasının ölkə konstitusiyasının üstün imtiyazlarından biri olduğunu dedi: “Heç kəs bu qanunu pozmamalıdır”.
İslam İnqilabının Rəhbəri çıxışının sonunda şagirdlərin zəhərlənməsi məsələsinə işarə edərək aidiyyəti şəxslərin, informasiya və polis oqranlarının bu işlə ciddi məşğul olmasının zəruriliyini vurğuladı: “Bu, güzəşt gedilməyəcək böyük bir cinayətdir. Bu işdə kimin əli varsa, işi birbaşa icra edənlər və səbəbkarlar şiddiətli şəkildə cəzalandırılmalıdır”.
Həzrət Ayətullah Xamenei bu hadisənin cəmiyyətin ən məsum nümayəndələri olan uşaqlara qarşı edildiyini, cəmiyyətdə psixoloji gərginliyin yaranmasına və ailələrin narahatlığına səbəb olduğunu dedi: “Hamı bilməlidir ki, bu cinayətdə təqsirli bilinənlər əsla bağışlanmayacaqlar. Onlar elə ağır şəkildə cəzalandırımalıdırlar ki, başqalarına ibrət olsun”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir