Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Dövlətin xalqa əsaslanan güclü təməli bütün məsul şəxslər üçün qəti əsasdır

İslam İnqilabının Ali Rəhbəri bu gün (cümə axşamı) səhər Xubriqan Məclisinin üzvləri ilə görüşdə bu yüksək və çox mühüm məclisin cümhuriyyətlə İslamın sintezinin təzahürü olduğunu vurğulayaraq xalqın ayrı-ayrı səhnələrdəki misilsiz, həyati və daimi iştirakından danışdı: “Dövlətin xalqa əsaslanan güclü təməli milli sərvətdir. Allah bununla dövlətin məsul şəxslərinə və alimlərinə qəti, tutarlı əsas vermişdir. Hər kəs bu böyük sərmayənin qorunması və artmasında fasilə vermədən çalışmalıdır”.

O, hər kəsi mübarək Şabah ayının gəlişi, böyük bayramlar və onun bəxş etdiyi sevinc və şadlıq münasibətilə təbrik etdikdən sonra Xubriqan Məclisinin dini demokratiyanın həqiqi simvolu olduğunu dedi: “Bu məclis tam sağlam demokratiyanın gerçəkləşməsi işığında xalqın seçiminə əsaslanır. Din alimlərindən təşkil olunan bu məclis dövlətin dini mahiyyətini göstərir”.

İnqilabın Rəhbəri Xubriqan Məclisinin mövqeyi, əhəmiyyəti və həssaslığının dövlətin hər bir mərkəzi və idarəsindən yüksək olduğunu dedi: “Bu məclis həm rəhbəri təyin edir, həm də öz nəzarətləri ilə rəhbərlik şərtlərinin mövcdluğunu və davamlılığını sığortalayır. Belə böyük mövqe Xübriqan Məclisinin üzvlərinin üzərinə ağır vəzifələr qoyur. Bu vəzifələrin yerinə yetirilməsində yol verilən heç bir səhlənkarlığa Allah dərgahında güzəştə gedilmir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Xubriqan Məclisinin ölkənin müxtəlif məsələlərinə nəzarət etməyə çalışması rəhbərliyin tələbidir və düzgündür. Sonra dedi: “Ən mühüm məsələ isə Xubriqan Məclisinin üzvlərinin öz daxili və xarici vəzifələri ilə ciddi məşğul olması və buna əhəmiyyət verməsidir”.

O, Xubriqan Məclisinin Tədqiqat Qrupunun rəhbərlik şərtlərinin qorunması, konstitusiya ilə müəyyən edilmiş vəzifələrin və rəhbərin digər qəti vəzifələrinin yerinə yetirilməsinin araşdırılması və nəzarətdə saxlanması istiqamətindəki fəaliyyətinin davamlılığının çox mühüm əhəmiyyət daşıdığını dedi: “Rəhbərin ən mühüm vəzifəsi əsas xətdən sapmaların olmaması, İslam İnqilabının digər inqilablar kimi öz yolundan sapmaması üçün ümumi hərəkəti və dövlətin mühüm sahələrinin İnqilab istiqamətindəki hərəkətini izləyib onu qurmaqdır”.

İnqilabın Rəhbəri qeyd etdi ki, Xubriqan Məclisinin mövqeyini ictimaiyyətə, xüsusilə gənc nəsilə məntiqli, əsaslı və davamlı şəkildə izah etmək bu məclisin üzvlərinin digər vəzifəsidir: “Xubriqan Məclisinin təyinedici mövqeyinin düzgün şəkildə izah edilməsi bu məclisin seçkiləri zamanı xalqı böyük şövq və həvəslə səsvermə qutularının yanına gətirir. Əlbəttə, bu məclisin üzvlərinin elmi statusları da var ki, bu da onların üzərinə başqa ağır vəzifələrin gəlməsinə səbəb olur”.

İnqilabın Rəhbəri vurğuladı ki, Xubriqan Məclisi ilə düşmənçilik İslam Respublikasının özü ilə düşmənçilikdir: “İslam Respunlikası ilə olan düşmənçiliklərin bəzisi siyasi məsələlər və onun Fələstin kimi müəyyən məsələlərdəki mövqeyi ilə bağlıdır. Amma bəzi düşmənçiliklər var ki, dövlətin özünə qarşıdır. Bu düşmənçiliklərin səbəbi dinin ictimai məsələlərinə hər növ müdaxiləsinə qarşı olan Qərb resseptinə inanan insanlara, yalançı azadlıq və demokratiya bayrağı arxasında dünyanın sərvətlərini qarət və talan etmək planı çəkən liberal demokratiya liderlərinə qarşı dövlətin müqavimət göstərməsi, demokratiya və azadlığı dinlə sintez edərək onların planlarını alt-üst etməsidir”.

O, düşmənçiliklərin səbəbinin xalqa çatdırılmasının zəruri olduğunu bildirdi: “Əsl səbəb izah edildikdən sonra artıq heç kəs virtual məkanda və başqa yerlərdə deməsin ki, İslam Respublikası özünə düşmən qazanır. Çünki dini demokraiyanın mahiyyəti bədxahların planlarının alt-üst olmasına və düşmənçiliklərinə səbəb olur”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Xubriqan Məclisinin üzvlərinin ikinci yönü onların alim olmasıdır: “İslam Respuublikasının güclü xalq təməli, xalqın və dövlətin bir-biri ilə əlaqəsi və bir-birinə arxalanması milli sərvət və dünyada misli olmayan, olsa da nadir olan, gizlədilə bilməyəcək qədər aşkar bir həqiqətdir. Onun korona hadisəsi zamanı üzə çıxan təzahürləri, xalqın meydana atılması, mömincəsinə köməklər, habelə təbii fəlakətlər vaxtı zərərçəkmişlərə köməklik göstərmək üçün xalqın göstərdiyi səylər, həqiqətən, heyrətamizdir”.

Bu ilin 22 bəhmən yürüşünün dövlətin xalqa əsaslanan güclü təməlinin bir təzahürü olduğunu deyən Ali Rəhbər əlavə etdi: “Dünyanın harasında hansısa siyasi məsələdən ötrü belə əzəmətli toplaşmanın bənzəri var? Dünyanın harasında beli bükülmüş qocalardan tutmuş yeniyetmələrə qədər müxtəlif cəmiyyətlərdən olan fərqli baxış bucağına malik insanların bu qədər çoxluqla qırx neçə ilə davamlı olaraq hər il, adətən çətin hava şəraitində meydana çıxmasının analoqu var? Bu, dövlətin xalqa əsaslanan güclü təməli və dayağının göstəricisidir. Biz ona adət etdiyimiz üçün bəlkə də onu yaxşı dərk edə bilmərik”.

İnqilabın Rəhbəri əlavə etdi: “Xalqın iştirakı biz məsul şəxslər və alimlər üçün qəti dəlildir. Bu milli sərvətlə təkcə fəxr etmək kifayət etmir. Bu sərvəti davamlı şəkildə qorumalı, artırmalı və bu sahədə üzərimizə düşən vəzifələrə əməl etməliyik”.

O dedi ki, bu cür milli və inqilabi hərəkətlərin formalaşmasında dinin və alimlərin rolu mühüm və misilsizdir: “İslam İnqilabında da İmam Xomeyni (r.ə) bir din alimi və təqlid mərcəyi kimi din alimlərinin min illik mirasına, xalqın onlara qarşı formalaşmış etimad və etiqadına söykənərk xalqı Tehrandan tutmuş ən ucqar şəhərlərə və kəndlərə qədər vahid bir şüar altında hərəkətə gətirə bildi. Bu, heç bir partiyanın və siyasi şəxsiyyətin görə bilmədiyi bir iş idi”.

Həzrət Ayətullah Xamenei dövlət üçün xalqın təməl olması, təhdidləri təsirdən salan, böyük sərvət olan iştirakının həyati əhəmiyyət daşıdğını dedi: “Hökumət məsuliyyəti olub olmasından asılı olmayaraq, alimlərin üzərinə bu böyük sərmayəni qorumaq kimi ağır vəzifələr düşür. Bu vəzifələrin ən mühümü məlumatlandırma, maarifləndirmə cihadıdır. Yeri gəlmişkən təqva, dürüstülk, təmizlik, şübhəli məqamlardan çəkinmək, ilahi mativasiyanın olması, təkcə dildə yox, əməl müstəvisində dəvət insanlarda xatircəmlik və həvəs yaradır”.

O, alimlərdən gənclər və tələbələrlə əlaqə qurmalarını, tələbə mərkəzlərinə getmələrini istədi: “Yeni söz, yeni ritorika və yeni məntiqlə gənclərlə danışıq aparın, onları düşündürən düyünləri açın. Onların cavabını bilmədiyimiz şübhələrinə: - bilmirəm və ya araşdırıb deyərəm - cavabını verməliyik”.

İnqilabın Rəhbəri böyük alimlərin və Xubriqan Məclisinin üzvlərinin iştirakı ilə ayrı-ayrı şəhərlərdə sayları çox-çox olan gənc alim və fikir sahiblərindən ibarət elmi dairələrin yaradılmasının gənclərlə effektiv əlaqə yaradılması üçün başqa bir addım olduğunu dedi: “Şübhədən də incimək olmaz. Mərhum Şəhid Mütəhhəri özü şübhə müəyyən edib cavabını verdiyi kimi, şübhə ilə qarşılaşmağa hazır olmaq lazımdır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Şübhələr sanksiyalar kimidir, cavab vermək üçün öyrənilməyə, haqqında fikirləşməyə və tədqiqat aparılmasına ehtiyac var. Sanksiyalar da eynilə belədir, bizi müdafiə, maüalicə və sağlamlıq kimi müxtəlif istiqamətlərdə yeni nailiyyətlərə imza atmağa vadar edir. Əgər sanksiyalar olmasaydı, bu texniki və sənaye nailiyyətləri olmazdı”.

O, gənclərin şübhələri və suallarının məntiqli və qənaətbəxş açıqlamaya ehtiyacı olduğunu dedi: “Zəif və məntiqsiz danışmamaq üçün diqqətli olmalıyıq. Təbii ki, gənclər və intellektual insanlara intellektual dəstək verilməsi vəzifəsi Qum Elmi Teoloji Mərkəzin və digər elmi mərkəzlərin üzərinə düşür”.

Həzrət Ayətullah Xamenei çıxışının son hissəsində ümid yaradılmasının zəruriliyini vurğulayaraq düşmənin daimi siyasətinin məyusluq yaratmaq olduğunu dedi. O, siyasi bir qrupun 1369-cu ildə ölkə rəhbərlərindən birinə göndərdiyi məktuba işarə edərək dedi: “Böyük İmamın (r.ə) vəfatından bir il sonra həmin qrup başqdan-başa məyusluq saçan açıq məktubda dövlətin və millətin dağılmaq, məhv olmaq üzrə olduğuu yazmışdı”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Özləri və şəxsiyyətləri məhv olmaq, dağılıb viran qalmaq üzrə olan insanlar hər şeyi bu pəncərədən görürlər. Qəlbləri və düşüncələri ümidlə dolu olan insanlar məsələlərə və dəyişikliklərə ümid dolu nəzərlərlə baxırlar. Ümidvarıq ki, Allah bizə bu baxışla, ilahi lütf və xalqın iştirakı sayəsində öz vəzifələrimizə yorulmadan, usanmadan, ciddi şəkildə əməl etmək uğuru bəxş edəcək ”.

Görüşün əvvəlində Xubriqan Məclisinin sədr müavini Höccətül-İslam vəl-müslimin Rəisi Məclisin on birinci rəsmi iclasının üç iş növbəsi haqqında məlumat verdi.

Rəyasət heyəti, komissiyalar və düşüncə şurasının üzvlərinin seçimi, Sepahın Qüds korpusunun komandanının iştirakı ilə regionda baş verən dəyişikliklər, iqtisadiyyat nazirinin itirakı ilə məişət məsələləri mövzusunda təşkil edilmiş xüsusi iclaslar, mədəni və iqtisadi narahatlıqlarla bağlı müzakirə, məclisin 14 üzvünün qərardan əvvəl etdikləri çıxışlarda payız iğtişaşlarının təhlili məsələsi cənab Rəisinin hesabatının əsas ana xəttini təşkil etdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /