Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İranofobiyanın əsl səbəbi İslam Respublikasının Fələstinə açıq dəstək verməsidir

Həzrət Ayətullah Xamenei bu gün səhər “Mübarək Besət” bayarmı münasibətilə dövlətin məsul şəxsləri, İslam ölkələrinin nümayəndələri və səfirləri, Beynəlxalq Quran müsabiqələrinin qonaqları və iştirakçıları ilə görüşdə qeyd etdi ki, sonuncu peyğəmbərin (s) besətinin böyük və tükənməz xəzinələrindən istifadə bütün problemlərin əlacı, İslam ümmətini dünya və axirət səadətinə qovuşduran yodur: “Əgər İslam ölkələri Besət təlimlərinə əməl etsəydilər, xəbis və cinayətkar sionist rejimi İslam ümmətinin gözləri önündə fələstinli məzlumlara bu cür zülm edə, cinayət törədə bilməzdi. İran xalqı və İslam dövləti bu sahədə üzərinə düşən vəzifələrinə yenə də əməl edəcək”.

İslam İnqilabının Rəhbəri bu mübarək bayram münasibətilə İran xalqını, dünya müsəlmanlarını və dünyanın bütün haqtələb insanlarını təbrik edərək Besətin Allah tərəfindən insan cəmiyyətinə bəxş edilmiş ən böyük nemət və hədiyyə olduğunu dedi.

O, Peyğəmbərin (s) besətinin xəzinələrindən danışarkən bildirdi: “Tövhid və Allahdan qeyrisinin köləliyindən xilas olmaq Besətin ən böyük xəzinəsidir. Çünki tarix boyu baş vermiş hər bir müharibə, cinayət və xəbislik Allahdan qeyrisinə kölə olmaqdan qaynaqlanmışdır”.

İnqilabın Rəhbəri sonuncu peyğəmbərin besətinin insanı və insan cəmiyyətini bir dərman kimi bütün növ fəsadlardan xilas edən nəfsi təmizləmə, fərdi və ictimai həyatı Allahın hidayətləri və əmrlərinə uyğunlaşdıran təlim, bəşəriyyətin ağıl, dərrakə və şüurla idarə edilməsini təmin edən hikmət xəzinələrinə aydınlıq gətirdi.

Həzrət Ayətullah Xamenei Besətin xəzinələri barədə açıqlama vermək üçün Qurani-Məcidə istinad edərək “dözümlülük”ün insanı istənilən məqsədə nail edən yol olduğunu dedi və əlavə etdi: “Ədaləti bərqərar etmək Peyğəmbərin (s) peyğəmbərliyə seçilməsi neməti çərçivəsində Allahın insan cəmiyyətinə lütf etdiyi misilsiz hədiyyələrdəndir”.

İnqilabın Rəhbəri “Kafirlərə qarşı sərt, öz aralarında mehribandırlar” ayəsini qeyd edərək dedi: “Sərt deyilərkən düşmənlər qarşısında möhkəm və nüfuzedilməz bir şəkildə dayanmaq nəzərdə tutulur.Təəssüflər olsun ki, bunu diqqətdən qaçırırıq. Digər cəmiyyətlərlə nizam-intizamlı və ağıllı şəkildə yaxşı əlaqə yaratmaq, əlbəttə, yaxşıdır. Amma nüfuz məsələsində insan və cəmiyyət praktiki olaraq yadların idarəçiliyi və kontroluna məruz qalır”.

O, cəmiyyətin fərdləri arasındakı sevgi, məhəbbət, səfa və səmimiyyətin sonuncu peyğəmbərin (s) besətinin digər qiymətli hədiyyəsi olduğunu vurğulayaraq əlavə etdi: “Dünyanın təcavüzkar tiranlarından uzaqlaşmaq, zülmətlərdən, cəhalət, təəssübkeşlik, ətalət və durğunluq zəncirlərindən xilas olmaq İslamın və Besətin minlərlə üstün xəzinələrindəndir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Besətin xəzinələrini tanımamaq, onlara qarşı nankorluq etmək, əməldə yox, təkcə dildə quru-quru fəxr etməklə kifayətlənmək insan cəmiyyətlərinin bu sonsuz nemət qarşısında sərgilədiyi davranışlardandır: “Təfriqə, geriləmə, müxtəlif elmi və əməli zəifliklər Besətə qarşı bu cür davranışların nəticəsidir”.

İnqilabın Rəhbəri vurğuladı ki, hicrətin III və IV əsrlərində insan cəmiyyətinin ən böyük sivilizasiyanı yaratması Quranın təlimlərinə nisbətən əməl etməsinin nəticəsi olmuşdur: “Bu gün də Besət və Quranın misilsiz potensialından istifadə edilsə, İslam dünyasının zəiflikləri ortadan qalxar, səadət və inkişaf üçün zəmin yaranar”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Fələstin məsələsi İslam ümmətinin zəif cəhətlərindən və yaralarındandır: “İslam dünyasının gözləri önündə bir millət, bir ölkə vəhşi, mənfur və quldur bir rejim tərəfindən hər gün sonsuz zülmlərə məruz qalır. İslam ölkələri malik olduğu bu qədər sərvəti, imkanları və qüdrəti ilə yalnız tamaşa etməklə kifayətlənir. Hətta İslam ölkələrinin bəzisi, xüsusilə son vaxtlarda bu qanasusamış rejimlə yoldaşlıq da edir”.

İnqilabın Rəhbəri bu cür ölkələrin zəifləməsinin sionistlərin cinayətləri qarşıısnda sükut etmələri və onunla yoldaşlıq etmələrinin nəticəsi olduğunu dedi: “Vəziyyət elə bir həddə çatıb ki, ABŞ, Fransa və bir neçə digər dövlət müsəlmanların problemlərini həll edəcəkləri iddiası ilə özlərinə İslam dünyasına müdaxilə etmək haqqı tanıyıblar. Halbuki öz ölkələrinin porblemlərini həll və idarə etməkdə aciz qalıblar”.

O vurğuladı: “Əgər İslam hökumətləri ilk gündən xeyirxah insanların, o cümlədən Nəcəfin böyük alimlərinin sözlərinə qulaq asıb qəsbkar rejim qarşısında möhkəm dayansaydılar, bu gün Qərbi Asiya regionunun vəziyyəti, heç şübhəsiz, fərqli olardı, İslam ümməti birləşər və müxtəlif cəhətlərdən qüdrətli olardılar”.

İnqilabın Rəhbəri fələstinli məzlumların himayə edilməsi məsələsində İslam Respublikasının tutduğu açıq-aşkar mövqelərə işarə edərək dedi: “İslam dövləti heç kəsi nəzər almır, Fələstin xalqını açıq şəkildə dəstəkləməklə və müdafiə etməklə yanaşı, hər hansı vasitə ilə olursa olsun ondan köməyini əsirgəməyəcək”.

O, düşmənlərin İranofobiya məsələsi üzərində mərkəzləşdiklərinə işarə edərək bildirdi: “Təəssüflər olsun ki, özləri Fələstin xalqına kömək etməli olan hökumətlər belə, İslam düşmənlərinin İranofobiyası ilə səs-səsə veriblər”.

Həzrət Ayətullah Xamenei müsəlman xalaqların birliyi, vəhdəti, Besət təlimlərinə qayıdışı, İslam dövlətlərinin formal yox, həqiqi əməkdaşlığının İslam ümmətinin bütün problemlərinin həlli yolu olduğunu dedi.

O, çıxışının sonunda bir daha Türkiyə və Suriyada çoxlu sayda insanın ölümünə və xəsarət almasına səbəb olan böyük zəlzələyə görə dərin hüzn və təəssüf hissi keçirdiyini bildirərək əlavə etdi: “Fələstin və ABŞ-ın müdaxilələri kimi siyasi məsələlərin əhəmiyyəti hər bir şəraitdə diqqət mərkəzində olmalı və İslam ümmətinin gözləri önündə qərarlaşmalıdır”.

Görüşün əvvəlində çıxış edən dövlət başçısı qeyd etdi ki, Besətin fəlsəfəsi Qurana əsaslanan insan və cəmiyyət formalaşdırmaqdır: “İslam İnqilabından sonra düşmənlər İslamın ilk vaxtlarında olduğu kimi xalqımıza qarşı hərbi, iqtisadi, siyasi və təbliğat müharibəsi aparmaq üçün səfərbər oldu. Amma İran xalqı özünün nümunəvi dözümlülüyü ilə imperialistlərin müxtəlif planlarını puça çıxardı”.

Cənab Rəisi xalqa son 22 bəhmən yürüşündə yaratdığı qəhərmanlığa görə təşəkkür edərək bunun ölkənin bütün rəhbər heyətinin məsuliyyətini ikiqat artırdığını dedi: “Xalqın iştirakı olduqdan sonra həllolunmaz heç bir problem yoxdur. Rəhbərə və əziz xalqımıza bildirirəm ki, hal-hazırda mövcud olan inflyasiyanı heç şübhəsiz nəzarət altına alacağıq”.

Prezident düşmənlərin İran xalqı ilə bağlı apardıqları səhv hesablamalara, habelə payız hadisələrinə işarə edərək dedi: “Qərblilər dünənə qədər uzlaşmadan yana olduqlarını iddia edirdilər. Amma İran xalqının haqlı tələblərini qəbul etdikdən sonra iğtişaşlar törədərək müzakirə masasını tərk etdilər. Xaos yaratmaq qərarına gələrək işlərini küçədə davam etdirdiklərini dedilər. Amma İran İslam Respublikası beynəlxalq konvensiyalardakı izzətli və konstruktiv iştirakı ilə İran xalqının hüquqlarını bərpa edəcək”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /