Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Problemlərin həlli və ailələrin rifahı iqtisadi inkişaf olmadan mümkün deyil

İslam İnqilabının Ali Rəhbəri bu gün (bazar ertəsi) səhər yüzlərlə istehsalçı, sahibkar və elm əsaslı sahələrin fəalları ilə görüşdə ölkənin parlaq gələcəyinin davamlı və sürətli inkişafa ehtiyaclı olduğunu dedi. O, yeddinci inkişaf proqramının ədalətli iqtisadi inkişaf prioritetinə işarə edərək iqtisadi inkişafın dəlilləri və zəruri cəhətləri ilə bağlı açıqlama verdi: “Açıq şəkildə müşahidə edilən məişət problemlərinin həlli, ailələrin yaşayış çətinliklərinin aradan qaldırılması iqtisadi inkişafı tamamilə zəruri edib”.

Həzrət Ayətullah Xamenei istehsal və sahibkarlıq sahəsinin fəallarının konkret fəaliyyətləri, ümidverici baxışları və yüksək əhval ruhiyyəyə malik olmalarından məmnunluğunu ifadə edərək dedi: “Dəfələrlə qeyd edildiyi kimi, ölkənin potensialı Allahın verdiyi mənbələrə, coğrafi, beynəlxalq, siyasi mövqeyə, xüsusilə işçi qüvvəsinə əsasən çox yüksək və müstəsnadır. Bu səbəbdən də xalqın gələcəyi və İranın inkişaf perspektivi hal-hazırki proqnozlardan daha parlaqdır”.

O, cari ilin “İstehsal, elm əsaslı və məşğulluq yaradan il” adlandırılmasının müəyyən mənada keçən il iqtisadi fəallarla görüşdən qaynaqlandığını dedi: “İki gün öncə baxış keçirdiyimiz sərgi göstərir ki, ilin şüarı sahəsində nisbətən yaxşı işlər görülmüşdür. İqtisadi fəalların bu görüşdə ölkənin iqtisadi inkişafı ilə bağlı danışdıqları yaxşı ümidlər vəd edir. 1401-ci ilin birinci yarımilinin rəsmi göstəriciləri də, əsasən, hərəkət və inkişafdan xəbər verir”.

İnqilabın Rəhbəri indiki hökumətin məsul şəxslərinə, xüsusilə Prezidentin birinci müavininə xitab edərək dedi: “Bu görüşdə qaldırılan məsələlər, iqtisadi fəalların haqlı tələbləri və problemlərin həlli ilə məşğul olmaq üçün iqtisadi fəalların iştirakına əsaslanan qrup işləri təşkil edin. Nəzarət işində fasiləyə yol vermədən problemləri həll edin. Belə olan surətdə ölkənin iqtisadi inkişafı da reallaşacaq”.

Həzrət Ayətullah Xamenei istehsaçıların gözləntilərinin bəzisinə işarə edərək əlavə etdi: “Əlbəttə, icra məsələlərinə müdaxilə etmək kimi bir adətim yoxdur. Amma yolu göstərir və israrla onları izləyirəm”.

İnqilabın Rəhbəri çıxışının davamında istehsalçılar, sahibkarlar və elm əsaslı sahələrin fəalları ilə görüşdə çıxışının əsas və mühüm hissəsinə, yəni sürətli və fasiləsiz iqtisadi inkişafın zəruriliyi məsələsinə aydınlıq gətirdi.

Doxsanıncı illərdə ölkənin geriləməsi, bu onilliyin ayrı-ayrı illərində iqtisadi məsələlərin bəzisində baş verən nisbi durğunluq, nəticədə də müxtəlif sahələrdə mənfi göstəricilərin ortaya çıxması onun sürətli və davamlı iqtisadi inkişafın zəruriliyi məsələsində xüsusilə vurğuladığı mühüm bir gerçəklik oldu.

Həzrət Ayətillah Xamenei qeyd etdi ki, idarəetmə zəiflikləri, sanksiyalar və ölkənin nüvə məsələləri üzərində mərkəzləşməsi, nəticədə iqtisadiyyatın şərtiləşməsi kimi məsələlər doxsanıncı onillikdə baş verən iqtisadi geriləmənin mühüm amillərindəndir.

O bildirdi ki, bu geriləmənin ortadan qaldırılması üçün on il nəzarətə və davamlı iqtisadi inkişafa ehtiyac var: “Bu səbəbdən də yeddinci inkişaf proqramında iqtisadiyyatı, təbii ki, ədalətlə birlikdə prioritet təyin etdik. Çünki ədalət mühümdür. Əgər ədalət olmasa, həqiqi inkişaf baş verməz. Bundan əlavə, orta inkişaf əmsalı 8% təyin edilmişdir. Əgər bu əmsal gerçəkləşsə, gələcək beş ildə yaxşı inkişaf olacaq”.

İnqilabın Rəhbəri sürətli və davamlı iqtisadi inkişafa nə üçün ehtiyac duyulduğuna aydınlıq gətirərkən dövlət və hökumət rəhbərlərini, istehsalçıları və iqtisadi fəalları dörd dəlil üzərində təmərküzləşməyə çağırdı.

Birinci dəlil əhalinin hiss olunan problemləri, ailələrin rifahı ilə bağlı çətinliklər oldu.

O bu problemlərin sürətli iqtisadi inkişaf zərurətinin dərk edilməsi istiqamətində çox mühüm bir dəlil olduğunu dedi: “Yoxsulluq və əhalinin məişət problemlərinin ortadan qaldırılması, əhalinin rifahı və asayişinin təmin edilməsi iqtisadi inkişaf olmadan reallaşmayacaq. Bütün məsul şəxslərin, idarəetmə, intellektual və maliyyə imkanlarına malik olan fərdlərin üzərinə ağır məsuliyyət düşür”.

İranın region və dünya iqtisadiyyatındakı mövqeyinin yüksəldilməsi zərurəti və milyonlarla məzunun işlə təmin edilməsi İnqilabın Rəhbərinin bu sahə ilə bağlı qeyd etdiyi digər iki dəlil oldu.

O dedi: “Təhsilli mütəxəssis gəncin olması fəxrdir. Amma onun işsizliyi başıaşağılıq səbəbidir. Təhsilli mütəxəssis gənc dövlətdən iş və elmi inkişaf imkanı istəyir. Onlara iş yeri yaratmadan “Nə üçün mühacirət edirlər?” sualını verməməliyik. Təbii ki, belə böyük və qüdrətli gənc mütəxəssislər ordusu üçün iş yerlərinin yaradılması sürətli və davamlı iqtisadi inkişaf tələb edir”.

İqtsadi inkişafın zəruriliyinə aydınlıq gətirərkən İnqilabın Rəhbərinin qeyd etdiyi dördüncü dəlil yaxın gələcəkdə gənclik baxımından ölkə əhalisinin vəziyyətinin qeyri-müəyyənliyi məsələsi oldu.

O dedi: “Allah həmd olsun ki, ölkənin gənc əhalisi indi yaxşıdır. Amma övlad artımı istiqamətindəki mövcud vəziyyətlə cəmiyyətin gələcəyi bu istiqamətdə qeyri-müəyyəndir. Buna görə də sürətli və davamlı inkişaf vasitəsilə ölkəni zənginləşdirməliyik. Çünki yetərli həddə gəncimiz olmasa, ölkənin varlı olması mümkün deyil”.

İnqilabın Rəhbərinin çıxışının davamı iqtisadi inkişafın gerçəkləşməsi üçün lazım olan vasitələrlə bağlı oldu. Bu zəruri cəhətlərin bir qismi məsul şəxslərlə, bir qismi iqtisadi fəallarla, bir qismi də əhali ilə bağlıdır.

Həzrət Ayətullah Xamenei bu sahədə istehsal üçün nəzərdə tutulan investisiyanın artırılması, məhsuldarlığın yaxşılaşdırılması məsələlərinin iqtisadi inkişafın iki mühüm və əsas sütunu olduğunu dedi: “Bəzi sahələrdə, o cümlədən təbii mənbələrin istehlakı sahəsində məhsuldarlıq və faydalılıq əmsalı, həqiqətən, aşağıdır”.

İcra və hökumət qurumlarında uzunmüddətli proqramın və strateji perspektivin olması İnqilabın Rəhbərinin işarə etdiyi başqa bir zəruri şərt oldu: “Məsul şəxslərin, adətən, uzunmüddətli stretgiyası və proqramı olur. Əgər belə bir proqramımız varsa, gündəlik həyat bağlılığı və bir neçə gündən bir söz dəyişikliyi probleminə məruz qalmamalıyıq. Çünki gündəlik həyat dəyişikliyinə bağlılıq hər yerə və hər şeyə zərbə vurur”.

İcra orqanlarının özəl sektoru himayə etməsi zərurəti onun hökumət rəhbərlərinə xatırladığı başqa bir zərurət oldu.

Həzrət Ayətullah Xamenei inqilabın ilk illərində bütün fəaliyyətlərin dövlətiləşdirilməsinin böyük bir xəta olduğunu dedi: “Ölkə özəl müəssisələr olmadan idarə edilməyəcək. Bu müəssisələr də hökumətin dəstəyi olmadan meydana daxil ola bilməzlər. Əgər olsalar da, uğur əldə edə bilməzlər”.

O, 44-cü maddənin siyasətlərinin dəqiq və sosial ədaləti sevənlərin təsdiqlədiyi bir maddə olduğunu vurğuladı: “Bəzi yaxşı və xoş niyyət qardaşlar bu siyasətlərə etiraz edirlər. Amma bu etirazlar doğru deyil. Əlbəttə, bir neçə hökumətin vaxtında, təəssüflər olsun ki, bu siyasətlərə düzgün əməl edilmədi. Buna görə də 44-cü maddənin ümumi siyasətləri diqqətlə, ehtiyatla, tədbirlə və nizam-intizamla icra edilməlidir”.

Elm və texnologiyanın inkişaf etdirilməsinin iqtisadi inkişafın başqa bir zərurəti olduğunu qeyd edən İnqilabın Rəhbəri universitetləri və elmi – tədqiqat mərkəzlərinin diqqətini ona cəlb etdi.

O qeyd etdi ki, bu gün bir çox sahələrdə əldə edilən uğurların çoxu on beş il bundan əvvəl başlamış elmi hərəkatdan qaynaqlanır: “Alim gənclər qlobal elmin ön xəttini də aşmalı və “50 ildən sonra kimsə elmi yeniliklərdən xəbərdar olmaq istəsə, fars dilini öyrənməlidir” arzusunun gerçəkləşməsinə zəmin yaratmalıdırlar”.

Bütün sahələrdə, o cümlədən hökumət qurumlarının işçilərinin fəaliyyətlərinin, səmərəliliyinin artırılması, habelə təbii mənbələrdən, o cümlədən sudan isitfadə forması İnqilabın Rəhbərinin iqtisadi inkişafın zəruri şərtlərindən danışarkən qeyd etdiyi məsələlərdən oldu.

O bildirdi ki, son məhsulun keyfiyyətinin yaxşılaşdırılması və qiymətinin azaldılması ilə əmtəə və xidmətlərin rəqabətliliyinin təmin edilməsi ölkənin iqtisadi inkişafı üçün tələb olunan şərtlərdəndir: “İxracat sahəsində bu məsələnin əhəmiyyəti daha böyükdür”.

Biznes mühitinin yaxşılaşdırılması yüksək və dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün lazım olan altıncı şərtdir. İnqilabın Rəhbəri artıq neçənci dəfədir ki, bu məsləni vurğulayırdı: “Elə iş görməliyik ki, əhali rahat şəkildə istehsal edə, biznes qura və alqı-satqı edə bilsin”.

O, təzadlı qərarların qəbul edilməsi, qanun-qaydaların tez-tez dəyişdirilməsinin biznes mühitinin yaxşılaşmasına mane olan amillərdən olduğunu dedi: “Təzadlı qərarların qəbul edilməsinə çarə qılın. Bəzən Nazirlər Kabinetinin təşkil etdiyi dəyirmi masa arxasında əyləşən iki qurum bir-birinə əks və ziddiyyətli qərarlar qəbul edir. Bəzən hökumət tərəfindən müəyyən qərarların qəbul edildiyi açıqlanır. Amma qəfildən Parlamentdən bir səsin ucalması ilə proqramlaşdırılmış və bir müddət də icra edilmiş bir iş ləğv edilir. Ünvanı hökumət və Parlament olan bu problem həll edilməlidir”.

Süründürməçi və mürəkkəb idari proseslərdən keçən həll yolu Həzrət Ayətullah Xameneinin işarə etdiyi bir başqa nüans oldu: “Vahid pəncərə sistemi istiqamətində yaxşı işlər həyata keçirilmişdir. Digər sahələrdə də bu, inkişaf etdirilməlidir. Qərarlarda yüngülləşdirmə aparılması, nəzarətin azaldılması kimi başa düşülməməlidir”.

O, nəzarət və qeyri-nəzarət orqanlarının yanaşma tərzlərinə əsaslanan müdaxilələrinin biznes mühitinin yaxşılaşdırılmasına maneə yaradan amillərdən olduğunu dedi: “Pozuntuya yol verildiyində qanuni müdaxilə olmalıdır. Amma bəzi qurumların heç bir qanuni məcburiyyət olmadan həyata keçirdikləri yersiz və yanaşma tərzinə əsaslanan müdaxilələri ortadan qaldırılmalıdır”.

Həzrət Ayətullah Xamenei özəl sektorun fəaliyyətlərinin maliyyə təminatına əhəmiyyət verilməsinin mühümlüyünü vurğuladı: “İnkişaf Fondunun təşkilinin əsas məqsədi özəl sektora yardım idi. Amma təşkil edildiyi ilk gündən hökumətlərin işi hər düyünə düşdüyündə və fonddan nə isə götürmək üçn icazələri olmadıqda qanundankənar istifadə üçün mənə müraciət edirdilər. Halbuki bu işin həm texniki, həm də nəticə problemi var”.

İnqilabın Rəhbəri biznes mühitinin yaxşılaşdırılmasına təsir göstərən amilləri saydıqdan sonra büdcənin fiskal tənzimləməsinin iqtisadi inkişaf üçün zəruri olan amillərdən olduğunu dedi: “Büdcə struktur problemlərinə məruz qalıb. Büdcə kəsri ölkə iqtisadiyyatı üçün ən çox problem yaradan məsələlərdəndir. Qüvvələrin rəhbərlərinin Ali İqtisadi Şurasının iclasının məqsədlərindən biri bu problemi həll etmək olmuşdur. Amma sözügedən problem hələ öz həllini tapmamışdır”.

O əlavə etdi: “Etibarlı mənbələrin olmadığı halda, maliyyə öhdəliyinin götürülməsi məsələsi büdcə kəsrinə tam şəkildə təsir göstərir. Bu problem ortadan qaldırılmalıdır. Bəzən bu öhdəliklər hökumətin özü tərəfindən verilir. Ondan da pisi etibarlı mənbə olmadan öhdəliklər çoxluğunun hökumətə yüklənməsi Parlament tərəfindən istənilir.

İnqilabın Rəhbəri qeyd etdi ki, idarəetmələrin xalqa həvalə edilməsində mövcud olan maneələrin ortadan qaldırılması, dövlət sektorunun özəl sektorla rəqabətdən çəkinməsi və tənzimlənməmiş idxalatın qarşısının alınması iqtisadi inkişaf üçün zəruri olan digər üç prinsipdir.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda üç məsələ ilə bağlı xəbərdarlıq etdi: 1. Özəl sektorda müsbət rəqabətin olması təkanvericidir. Amma özəl iqtisadi müəssisələr rəqabət sahəsini, xüsusilə ölkədənxaric iqtisadi fəaliyyətlərdəki əməkdaşlıqdan ayırsınlar və böyük işlərdə qarşılıqlı təsirə malik olsunlar; 2. Hökumət qurumları iş yerlərinin və əlavə dəyərin yaradılmasında böyük rol oynayan kiçik və orta şirkətləri diqqət mərkəzində saxlasınlar və iri şirkətlər istehsal zəncirində onlara kömək etsinlər; 3. İstehsal kooperativləri məsələsi iş yerlərinin yaradılması, xüsusilə ölkədə iqtisadi ədalətin yaradılması istiqamətində ən həlledici amillərdən biri ola bilər.

İslam İnqilabının Rəhbəri çıxışının sonunda dedi: “Hökumət rəhbərləri var gücləri ilə çox yaxşı işləyirlər. Əlbəttə, strategiyalarını və tədbirlərini elə tənzimləməlidirlər ki, arzuolunan nəticə hasil olsun”.

Görüşdə iştirak edən istehsal fəalları, sahibkarlar və özəl sektorun elm əsaslı sahələrinin fəallarından 14 nəfəri qabaqcıl tibbi, stomotoloji və formokoloji təchizatlar, texniki və mühəndislik xidmətləri, ağac və sellüloza sənayesi, dəftərxana ləvazimatları sənayesi, akvakultura və duzsuzlaşdırma sənayesi, yenilənən enerjilər və günəş enerjiləri sahəsinin təchizatı, neft-qaz sənayesi, neft-kimya məhsulları, informasiya emalı və süni intellekt, rəqəmsal bizneslər, xalça və bir saat yarım müddətinə toxuculuq sənayesi sahəsində əldə etdikləri uğurlar, nailiyyətlər, istehsal fəaliyyətləri haqqında məlumat verdilər, öz fəaliyyət sahələrinin bəzi problemlərini qeyd etdilər və təkliflər irəli sürdülər.

İstehsalçılar üçün dövlət xidmətləri vahid pəncərə sisteminin yaradılması, qurumların sürətlənidiricilərlə olan qarşılıqlı əlaqə metodunun yaxşılaşdırılması, böyük və tamamlanmamış layihələrin icrası məqsədilə dövlət və özəl konsersumların təşkili, qərar qəbul edən struktur yaradılması və mühəndislik xidmətlərinin ixracatı sahəsinin idarə edilməsi, kənd təsərrüfatı sahəsində ərazinin verilməsi işləri ilə bağlı qanunların islahı, ciddi proqram təyin edilməsi və süni intllekt texnologiyası sahəsində investisiyanın yaxşılaşdırılması, sənaye sahəsinin qeyri-rəsmi fəallarının təşkilatlandırılması, dəftərxana ləvazimatlarının milli qrup işinin təşkili, istehsal vahidlərinin dövriyyəsində sərmayə probleminin həlli, dövlət valyutasının istifadə edilmədiyi məqamlarda göstəriş əsaslı qiymətqoymadan çəkinmə, enerji istehlakının idarə edilməsi və yanacaq subsidinin səmərəli şəkildə ayrılması, xüsusilə rəqəmsal texnologiyalarda mənəvi mülkiyyətin rəsmi şəkildə tanınmasının zəruriliyi, toxuculuq kimi sənaye sahələrində ana fabriklərin yenidənqurması istehsalçılar tərəfindən səsləndirilən fikirlərdən oldu.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /