Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Mədəniyyət – təbliğat işinin tələblərinə əməl etmək zəruri strategiyadır

İslam İnqilabının Ali Rəhbəri bu gün günorta İslam Təbliğatı İdarəsinin və İncəsənət Mərkəzinin müdirləri və rəhbər şəxslərindən bir qrupu ilə görüşdə yeni fikrə əsaslanan qiymətli məhsulların istehsalı, təbliğatın sosial və mədəni tələblərinin nəzərə alınmasının Allahın əzəməti qarşısında tam qorxunu ifadə etməklə yanaşı, mədəniyyət – təbliğat idarələrinin iki mühüm vəzifəsi olduğunu dedi.

Həzrət Ayətullah Xamenei İslam Təbliğatı İdarəsi tərəfindən həyata keçirilmiş gözəl tədbirlərə görə təşəkkürünü bildirdikdən sonra Quran ayələrinə istinadən mülahizə, riayət və nəzarət mənası ifadə edən Allahdan qorxunun mədəniyyət və təbliğat sahəsinin fəallarının zəruri və daimi strategiyası olduğunu vurğuladı: “Mədəniyyət – Təbliğat subyektləri və idarələri Allahın sözünün heç bir şəraitdə yerdə qalmasına imkan verməməli, bu sahədə mübahisə, hay-küylərdən və ittihamlardan qorxmamalıdırlar”.

O qeyd etdi ki, təbliğat sahəsində sosial tələblərə diqqət heç də Allahdan qorxu məsələsinin bir kənara qoyulması demək deyil: “Mədəni fəaliyyətlər tam şəkildə diqqət yetirilməsi lazım olan şərtlərə malikdir”.

O, mədəni – təbliğat fəaliyyətlərində ünsiyyət dillərinə diqqət yetirilməsinin bu tələblərdən olduğunu dedi: “Bir gənc və yeniyetmə ilə olan ünsiyyət dili məlumatsız və ya inadkar cahillə olan ünsiyyət dilindən fərqlidir. Habelə digər ölkələrdəki danışıq və təbliğat dili ilə daxildəki, o cümlədən inqilab komplekslərindəki mədəni – təbliğat fəaliyyətlərinin dili də fərqli olmalıdır”.

İslam İnqilabının Rəhbəri daxildə və xaricdəki yeni fikir və məhsullar bazarının aktiv olduğunu dedi: “Yeni fikirlər istehsal edin, onları məmulatlara, yaxşı qablaşdırılmış qiymətli məhsullara çevirərək bu müştərisi çox olan bazarda aktiv olun”.

O bu sahədə az işlər görüldüyündən narazı olduğunudedi: “Təbliğat və incəsənət idarələri müxtəlif sahələrdə çoxlu yaxşı işlər görüb. Amma gördükləri işlərin yaşı qırx illik ömürləri qədər deyil. Buna görə də iş və fəaliyyəti ikiqat artırmaq lazımdır”.

Mədəni komplekslərin əsas mənbəyi kimi seçilmiş insan qüvvəsinə əhəmiyyət verilməsi, bütün peşə sahələrində Təbliğat İdarəsinin yaxşı qüvvələrinin qorunması, qüvvələrə nəzarət və mədəniyyət – təbliğat işlərinin autsorsinqi problemindən qorunma məsələləri İnqilabın Rəhbərinin bu görüşdə toxunduğu digər dörd məsələ oldu.

O dedi: “Təbii ki, xalqın imkanlarından maksimum dərəcədə istifadə etmək lazımdır. Bu istiqamətdə “Əmmar konfransı” yaxşı bir nümunədir”.

O bildirdi ki, xalqın sevinci, şadlığı, yüksək əhval ruhiyyəsi və məmnunluğunun qorunması mədəniyyət – təbliğat idarələrinin qarşısında duran mühüm vəzifələrdəndir.

İnqilabın Rəhbəri bu mövzunun yönlərinə və əhəmiyyətinə daha geniş şəkildə aydınlıq gətirərək dedi: “Əlbəttə, xalaqın həyatı və iqtisadi vəziyyəti yaxşı olsa, əhval ruhiyyəsi və məmnunluğu müəyyən həddə qədər təmin edilər. Amma bundan kənar da xalqın öz iştirakı ilə rəngarəng - şirin və canlı işlər görmək olar”.

Həzrət Ayətullah Xameneinin bu görüşdəki çıxışının son hissəsi bir neçə tövsiyə, o cümlədən cinahlaşmadan çəkinmə ilə bağlı oldu.

O dedi: “Bütün ölkədə söz birliyinə və həmrəyliyə ehtiyacımız var. İnqilabçı birliklərdə müxtəlif fikir tələlərinə düşməkdən və cinahlaşmadan qorunmaq lazımdır”.

Sırf vitrinlik və formal işlərdən çəkinmək, təsirsiz və düzgün istiqamətləndirici olmayan əsərlərin istehsalından çəkinmək İnqilabın Rəhbərinin İslam Təbliğatı İdarəsi və İncəsənət Mərkəzinin müdirləri və rəhbər işçilərinə verdiyi digər tövsiyələr oldu.

İslam təbliğatı İdarəsinin müdiri həyata keçirilmiş fəaliyyətlərlə bağlı hesabat verdi.

Höccətül-İslam Məhəmməd Qummi dedi: “Cavanlaşma, izah etmə cihadı və qüvvələrinin yetişdirilməsinə ciddi əhəmiyyət veririk və bu məsələni prioritet etmişik. Öz payımıza düşən qədər əhalinin mədəni ehtiyaclarının təmin edilməsinə köməklik göstərməyə çalışırıq. Əlbəttə, bəzi sahələrdə zəifliyimiz də var”.

İncəsənət Mərkəzinin müdiri cənab Dadman da qısa hesabat verdi: “Mərkəzin ədəbiyyat və kitab sahəsindəki inkişaf xəttini davam etdirmişik. Amma incəsənət və media mədəniyyətinin digər sahələrində də ölkənin bütün regionlarının gənclərinin parlaq potensialına əsaslanaraq aktiv olmağa çalışmışıq”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /