Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İğtişaşların məqsədi ölkənin güclü nöqtələrini sıradan çıxarmaq idi

İslam İnqilabının Ali Rəhbəri bu gün (bazar ertəsi) səhər Qum əhalisinin 19 dey 1356-cı il (09.01.1978) tarixi qiyamının ildönümü münasibətilə bu şəhərdən olan bir qrup insanla görüşdə tarixin dönüş yaradan hadisələrinin dərs götürüləcək böyük təcrübələri və ya ilahi sünnəni ehtiva etdiyini dedi. O, İslam inqilabının qələbəsi ilə İranın ABŞ-ın qarətçi və qanlı pəncəsindən xilas olduğuna işarə edərək dedi: “43 il bundan əvvəl Karterin İslam Respublikasının devirilməsi ilə bağlı göstərişindən sonra amerikalılar bu məqsədə nail olmaq üçün bütün vasitələrdən, xüsusilə təbliğat və propaqandadan istifadə etdilər. Amma bu iğtişaşlarda da bəlli olduğu kimi, arzularına çatmadılar, böyük İran xalqı və ölkənin məsul şəxsləri Allahın lütfü ilə böyük islahat işlərinin aparılmasını, zəif cəhətlərin ortadan qaldırılması, hədəflər və istəklərin gerçəkləşdirilməsi istiqamətində daha böyük sürətlə yollarına davam edirlər”.

Həzrət Ayətullah Xamenei 19 dey 1356-cı ilin böyük Qum hadisəsinin qorunub saxlanması və ondan dərs çıxarılmasının zəruriliyini vurğuladı: “Mömin və inqilabçı insanların bayraqdarlığı ilə bütün ölkədə başladılan böyük hərəkat diktatura rejiminin süqutu, İranın Qərbin ağzından çəkilib çıxarılması, ölkənin tarixi və islami kimliyinin yenidən dirildilməsi ilə nəticələndi. Belə ki, Pəhləvi dövrünün İranı amerikalıların yanlış mədəniyyətinin ayaqları, siyasi-hərbi hakimiyyətinin altında əzilmişdi”.

O, Allahın günləri və tarixi hadisələrin gizlədilməsi və ya gözdən salınmasının batil cərəyanın strategiyası olduğunu dedi: “Hər kəsi Allahın günləri və böyük hadisələri xatırlama çağıran Quranın əksinə olaraq batil cərəyan bu günlərin işığının və bələdçiliyinin qarşısını almaq istəyir. 22 bəhmən, 29 bəhmən, 19 dey, 9 dey, Şəhid Süleymaninin dəfn mərasimi, Şəhid Höcəcinin dəfn mərasimi kimi günlərin ört-basdır edilməsi və ya adiləşdirilməsi bu səylərin nümunələrindəndir”.

İnqilabın Rəhbəri Qumun mömin və ixlaslı əhalisinin 17 dey 1356-cı il tarixində Pəhləvi sarayının göstərişi ilə İmam Xomeyniyə qarşı yazılmış təhqiramiz məqaləyə verdikləri sürətli raksiyaya işarə edərək bildirdi: “Bu hərəkət 18 dey günü də davam etdi və 19 dey tarixində ölkəni bürüyən bir qiyama çevrildi. Qürur mənbəyi olan Qum şəhəri İnqilabın ilk bayrağını dalğalandıraraq ölkədə işıqlı bir yol yaratdı”.

O qeyd etdi ki, sürətli vəzifə hissi, qəddar və qana susamış tağut rejiminin təhlükəsini öz üzərinə çəkmək, heç bir tərəddüd etmədən vaxtında hərəkətə keçmək Qum əhalisinin 19 dey qiyamına xas olan cəhətlərdəndir: “Bu xüsusiyyətlərə malik olan istənilən hərəkət mütləq nəzərdə tutduğu məqsədlərə nail olacaq”.

İnqilabın Rəhbəri bildirdi ki, Müqəddəs Müdafiə xalqın vəzifə hissi, vaxtında addım atılması və təhlükələrə sinə gəlinməsindən nəticə çıxarılmasının parlaq nümunəsidir: “Axmaq Səddam İranı parçalamaq məqsədilə böyük imkanlar, ABŞ, SSRİ, NATO və mürtəce dövlətlərin dəstəyi ilə ölkəmizə hücum etdi. Amma İran bu “Əhzab döyüşü”ndə qələbə çaldı. Onlar heç bir qələt edə bilmədilər. Ölkənin torpağından heç bir qarış da ayrılmadı”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, tağut rejimin ABŞ-a arxalanması onun İmam Xomeyniyə qarşı təhqiramiz məqalə nəşr etdirməsi kimi cəsarət və ağılsızlığa yol verməsinə səbəb oldu: “19 dey hadisəsindən bir neçə gün əvvəl Karter Tehranda məst halda İranı sabit ada adlandırmışdı. Amma bu dəstək nəticə vermədi. Çünki Quranın buyurduğu kimi, küfrə arxalanmaq yalnız məğlubiyyətlə nəticələnir”.

İnqilabın Rəhbəri ABŞ-ın Pəhləvi rejimi üzərindəki yüksək nüfuzuna işarə edərək xalqın tağuta qarşı mübarizəsinin, əslində, ABŞ-a qarşı mübarizə olduğunu dedi: “İmamın 1343-cü ildə (1965) sürgün edilməsinin səbəbi onun kapitulyasiya qanununa etiraz etməsi idi. Bu qanun amerikalıları İranda törətdikləri istənilən cinayətdə toxunulmaz edirdi. Xalq bu imtiyaza qarşı qiyam qaldıraraq İranı xilas etdi. Bu da ABŞ-ın xalqla düşmənçiliyinə səbəb oldu”.

O qeyd etdi ki, 19 dey Qum hadisəsinin mühüm nəticələrindən biri boş və əsassız iddiaçıların islami hərəkat istiqamtindəki nüfuzunun qarşısının alınması oldu: “Məşrutədə layiq olmayan insanların nüfuzu hərəkatın istiqamətinin İngiltərə səfirliyinə doğru yön almasına səbəb oldu. Amma İslam İnqilabında tanınmış din xadimlərinin meydandakı fəal iştirakı, ayrı-ayrı şəhərlərdə alimlərin bayraqdarlıq edərək hərəkatı xalqa sevdirməsi hər kəsin, hətta müxaliflərin, kommunistlər kimi ayrı-ayrı qrupların böyük xalq hərəkatından və böyük İmamın hayqırtılarından qorxmalarına səbəb oldu. Onun tələbə ikən Nəcəfdən ucalan səsi dünyanı lərzəyə saldı. Biz hələ də İmamı və o şəxsiyyətin əzəmətini düzgün tanımamışıq”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, İnqilabın qələbəsi və İranın ABŞ-ın ağır hökmranlığından xilas olması İslam dövlətinə qarşı düşmənçiliyin əsl səbəbidir. O, İnqilabın qələbəsindn 10 ay sonra ABŞ-ın o vaxtkı prezidenti Karterin İslam Respublikasının məhv edilməsi ilə bağlı göstərişinə əsasən, ABŞ-ın mötəbər bir mərkəzi tərəfindən klassifikasiya edilmiş bir sənədin nəşrinə işarə edərək dedi: “Bu sənədə əsasən, Karter CİA-ya İslam Respublikasını devrmək göstərişi verir. Devirmə üçün nəzərdə tutulan birinci strategiya təbliğat vasitələridir”.

Həzrət Ayətullah Xamenei təhdid, sanksiya, casusluq, nüfuz, maksimum təzyiq, anti-İran birliklərinin yaradılması, İranofobiya, İslamofobiya və şiəfobiya kimi tədbirlər vasitəsilə İslam dövlətinə zərbə endirmək üçün göstərilən səyin amerikalıların keçən 43 il ərzində göstərdikləri bir fəaliyyət olduğunu dedi: “Bütün bu işlərin başında İslam Respublikasına təbliğat vasitəsilə zərbə endirilməsi dayanır”.

O əlavə etdi: “Əlbəttə, düşmənin öz mənfur niyyətini əməli şəkildə gerçəkləşdirə bilmədiyi məlumdur. İslam Respblikası bu gün ölkə daxilində, hətta regionda öz möhkəm kökləri ilə əvvəlki günlə müqayisəyə gəlməz bir səviyyədədir. Amma bu işlər ölkəyə zərbə vurdu. Halbuki biz indiki vəziyyədən daha irəlidə ola bilərdik”.

İnqilabın Rəhbəri qeyd etdi ki, ölkənin gücünün səkkiz illik məcburi müharibə, təzyiqlər və sanksiyalara qarşı mübarizəyə təmərküzləşməsi ölkənin inkişafının ləngiməsinə səbəb oldu: “Gücümüz tam şəkildə quruculuğa, inkişafa və yoxsulluğun tamamilə ortadan qaldırılmasına sərf edilə bilərdi”.

O, düşmənçiliklərdən qaynaqlanan ləngimələrin ortadan qaldırılmasının mümkün olduğunu bildirdi: “Daha çox iş, iman, etiqad, yorulmadan gecə-gündüz çalışmaqla bütün sahələrdəki zəiflikləri ortadan qaldıra bilərik. Elm, müdafiə, istehsal sahələrində yaxşı işlər görülmüş, zəifliklər ortadan qaldırılmışdır”.

Həzrət Ayətullah Xamenei çıxışının başqa bir yerində son iğtişaşları planlaşdıranların məqsədlərinin təhlilini verdi: “Xarici düşmənin bu hadisələrdəki əli tamamilə aşkar idi. Xarici düşmənin müdaxiləsi deyilən kimi bir dəstə adamın bunu inkar edərək: - Bu hadisələr sizin təqsirinizdir, - deməsi doğru deyil”.

O, amerikalıların və avropalıların son hadisələrdə oynadıqları aşkar və gizlədilə bilməyən roluna işarə edərək dedi: “Düşmənin bu iğtişaşlardakı ən mühüm vasitəsi qərb, ərəb və ivrit dillərində olan media vasitələri və virtual məkanların təbliğatları idi”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Bir qrup adam belə bir görüntü yaradır ki, iğtişaşlarda olanlar ölkənin idari və iqtisadi zəifliklərinə etiraz edən adamlar olmuşdur. Halbuki onların məqsədi zəifliklərin ortadan qaldırlması yox, ölkənin güclü nöqtələrini məhv etmək olmuşdur”.

O bu məsələyə aydınlıq gətirərkən ölkənin təhlükəsizliyi, elm və təhsil mərkəzlərinin tətil edilməsi vasitəsilə elmi inkişafın axsadılması, daxili istehsalın inkişafının dayandırılması, habelə turizm kimi parlamaqda olan sahələrin dayandırılması kimi güclü nöqtələrin hədəfə alınmasına işarə edərək dedi: “İqtisadi və məişət probleminin olması heç şübhəsizdir. Amma bu problem zibil vedrəsinin yandırılması və küçə iğtişaşları ilə həll oluna bilərmi? Heç şübhəsiz ki, bu işlər xəyanətdir. Aidiyyətu qurumlar da xəyanətə qarşı ciddi və ədalətli mövqe tutublar”.

O, çıxışının sonunda iki məsələyə də işarə etdi. Birinci məsələ izah etmə ilə bağlı təkrar xatırlatma idi. O dedi: “Bədxahların planlarının başında təbliğatlar, özləri demişkən propaqanda dayanır. Bunun əlacı innovasiyalardan istifadə edərək həqiqətlərin müxtəlif dillərdə düzgün şəkildə çatdırılmasıdır. Belə ki, gənclər və yeniyetmələrə təsir göstərən təbliğatların təsirdən salınması yolu dəyənək yox, izah və aydınlatmadır”.

İnqilabın Rəhbəri ən sonda böyük işlər görülməsi və islahatlar aparılmasının zəruriliyini vurğuladı.

Həzrət Ayətullah Xamenei bildirdi ki, İslam İnqilabının əsas istəyi böyük dəyişmə və ölkənin ən çətin keçidlərdən keçirilməsindən ibarətdir: “İqtisadiyyat, mədəniyyət, təhlükəsizlik və elm kimi müxtəlif sahələrdə də yola davam edilməsi üçün böyük işlərə və dəyişikliyə ehtiyacımız var. Bu təşəbbüskar dəyişilmə çalışqan məsul rəhbərlər, universitetlər və digər sahələrdəki gənclər sayəsində mümkündür”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /