Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Mədəni zəiflikləri dəqiq tanımaq və həll yolları tapmaq üçün çalışmaq lazımdır

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) günortadan sonra Mədəni İnqilab Ali Şurasının üzvləri ilə görüşdə ölkənin mədəni yönünün müəyyən edilməsində əsas rolun bu şuranın üzərinə düşdüyünü dedi. O, ölkənin mədəni strukturunda inqilabi yenidənqurma aparılmasının zəruriliyinə işarə edərək dedi: “Mədəni İnqilab Ali Şurası müşahidələr aparmalı və ayrı-ayrı sahələrdə mövcud olan zəif cəhətləri və yanlış mədəni fikirləri dəqiq tanımalı, düzgün və stimulverici fikirlərə rəvac vermək üçün elmi həll yolları təqdim etməyə çalışmalıdır”.

Çıxışının əvvəlində Mədəni İnqilab Ali Şurası ilə bağlı bir neçə nüansı qeyd edən İslam İnqilabının Rəhbəri bu şurada seçkin, üstün və elit şəxslərin olduğunu bildirdi: “Bu şurada yüksək səviyyəli şəxsiyyətlərin olmasına baxmayaraq, ali şuranın kollektiv mahiyyətinin üzvlərlə olan tənasübünü lazımi şəkildə büruzə vermir. Şuranın ölkənin mədəni məsələlərindəki effektivliyi gücləndirilməlidir. Təbii ki, şuranın üzvlərinin başqa işləri də var. Onlardan özlərinin əsas işlərini bir kənara qoymaları təvəqqe edilmir. Amma onlardan şuraya aid olan işlərə münasib və kifayət qədər vaxt ayırmaları gözləntisi var”.

O, “Mədəni İnqilab Ali Şurasının vəzifəsi nədir?” məzmunlu bir sual səsləndirərək belə cavab verdi: “Bu şuranın ən mühüm vəzifəsi ölkəyə və cəmiyyətə mədəni yön verməkdir”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, rəsmi qurumların mədəni yönləndirmə üsulu ilə xalq təşkilatlarının mədəni yönləndirmə üsulu arasında fərq var: “Mədəni İnqilab Ali Şurası müxtəlif və genişmiqyaslı mədəni fəaliyyətlərlə məşğul olan minlərlə xalq təşkilatını yönləndirməklə qənaət və israfa yol verilməməsi kimi mühüm sahələrdə ümumi hərəkət formalaşdırılmasına zəmin yarada bilər”.

Mədəniləşdirmə işlərinin aparılması və ya yalnış mədəniyyətlərin düəzldilməsi istiqamətində ümumi hərəkət yaradılmasının mədəni mühəndisliyin bir hissəsi olduğunu deyən Ali Rəhbər rəsmi mədəniyyət qurumlarının idarəetmə məsələsinə toxunaraq dedi: “Mədəniyyət və İslam Maarifi, Təlim-tərbiyə nazirlikləri, Təbliğat və Tele-radio şirkətində mədəni təbliğat işləri yalnız islahat sənədinin elan edilməsi ilə gerçəkləşmir. Bu sənədlər icra mərhələsində gerçəkləşməlidir. Onların icra zəmanəti də Mədəni İnqilab Ali Şurasındakı üç qüvvənin rəhbərinin olmasıdır”.

İslam İnqilabının Rəhbəri keçən ilə Nazirlər Kabineti ilə olan görüşdə ölkənin mədəni strukturunun inqilabi yenidənqurmasının zəruriliyi ilə bağlı qeyd etdiyi fikirlərə işarə edərək dedi: “Sturktur deyilərkən cəmiyyətin mədəni strukturu, ona hakim olan zehniyyət və mədəniyyət, bir sözlə cəmiyyətin fərdlərinin öz fərdi və sosial həyatlarında əsas tutduqları proqram nəzərdə tutulur”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Strukturun inqilabi yenidənqurması ona görə zəruridir ki, İslam İnqilabı İmamın (r.ə) rəhbərliyi və xalqın hərəkəti ilə möcüzə yaratmış, öz aqressiv ruhiyyəsi vasitəsilə xalqın düşüncələrinə hakim kəsilmiş yanlış siyasi, mədəni, sosial təməlləri və düşüncələri dəyişdi”.

İslam İnqilabının Rəhbəri İslam İnqilabından əvvəl cəmiyyətin düşüncəsinə hakim kəsilmiş səhv düşüncələrdən biri olan “Biz bacarmarıq” mədəniyyətinə işarə edərək dedi: “İnqilab quruculuğu və innovativ hərəkətləri ilə bu zehniyyəti tədricən dəyişdi. Nəticədə, bəndlər, elektrik stansiyaları, magistral yollar, neft və qaz sənayesi təchizatları, bir çox infrastrukturlar və bu qəbildın olan böyük işlər ölkə daxilindəki gənc mütəxəssislər tərəfindən həyata keçirildi”.

İslam İnqilabının Rəhbəri Qərbə vurğunluq, hətta qərb sözlərindən istifadə edilməsinin cəmiyyətə hakim kəsilmiş yalnış mədəni düşüncələrdən olduğunu dedi. O, İslam İnqilabının bu yalnış düşüncəni dəyişdiyini və onu Qərbə etiraz mədəniyyətinə çevirdiyini dedi.

Həzrət Ayətullah Xamenei özünübəyənmə və ehtiras mdəniyyətinin fədakarlıq və özündən keçmə mədəniyyəti ilə əvəz edilməsinin İslam İnqilabının fərdlərin şəxsi həyatlarına göstərdiyi bir mədəni təsir nümunəsi olduğunu dedi: “Bir çox yalnış təməllərin dəyişməsinə baxmayaraq, zaman keçdikcə müxtəlif amillər İnqilabın aqressiv ruhiyyəsinin zəifləməsinə səbəb oldu. Həmin yalnış təməllərin yenidən baş qaldırmaması üçün bu mövzu yenidən nəzarətə götürülməli və ciddi şəkildə təqib edilməlidir”.

O əlavə etdi: “İnqilabın intellektual əsaslarının və aktiv gənclərin köməyi ilə o mədəniyyəti və inqilabçı ruhiyyəsini yeniləmək və böyük bir mədəni hərəkət yaratmaq olar”.

Həzrət Ayətullah Xamenei bu məsələnin Mədəni İnqilab Ali Şurasının əsas işlərindən biri olduğunu dedi: “Şura bu məsələni gerçəkləşdirmək üçün düşünməli, iş görməli və proqram işləyib hazırlamalıdır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, adətən gizli şəkildə baş verən mədəni dəyişikliklərin daim diqqətlə izlənməsi və vaxtında əlac edilməsi ölkənin mədəni sturukturunun inqilabi yenidənqurmasının zəruri şərtlərindəndir: “Əgər bu dəyişikliklərin davamlı şəkildə qavranılması və onların mənfi təsirlərinin qarşısının effektiv şəkildə alınması zəifləyərsə və bu sahədə geriləmə baş verərsə, cəmiyyətin xəsarət alması qaçılmaz olacaq. Mədəni qarışıqlıq və ya ölkənin mədəni işlərinin yüyəninin başqalarının əlinə keçməsi ən mühüm xəsarətlərdəndir”.

O qeyd etdi ki, düzgün mədəni mühəndislik mədəni sturukturun islahı istiqamətində görülən fundamental bir işdir: “Daim ayıq olmaq, cəmiyyət, siyasət, ailə, həyat tərzi və digər sahələrdə mövcud olan mədəni zəifliklərin dəqiq öyrənilməsi və zəif cəhətlərin ortadan qaldırılması üçün elmli həll yollarının əldə edilməsi və düzgün mədəni düşüncələrə rəvac verilməsi ölkənin mədəni mühəndisliyinin əsas zəruri işlərindəndir”.

İnqilabın Rəhbəri qeyd etdi ki, mədəni mühəndislik müxtəlif idarələrin, o cümlədən Təlim-Tərbiyə Nazirliyi, Tele-Radio Şirkəti, Ali Təhsil Nazirliyi, gənclərlə bağlı olan mərkəzlər, habelə xalq təşkilatlarının üzərinə düşən vəzifələrin aydınlanmasına səbəb olur: “Əgər bu qurumlar özlərinin mühüm vəzifələrini unutsalar, cəmiyyətə çox böyük zərərlər dəyəcək”.

Elmi inkişaf məntiqinə həyat verilməsinin aşkar bir ehtiyac olduğunu deyən Həzrət Ayətullah Xamenei keçən iyirmi il ərzində elm sərhədlərinin aşılması düşüncəsinə rəvac verilməsinin parlaq nəticələrinə işarə edərək dedi: “Elmi və texnoloji sıçrayış davam etdirilməsi zəruri olan o böyük hərəkətin bərəkətli nəticələrindəndir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Dövlətimizin elm karvanından geri qalmaması üçün idarələr, elmi və tədqiqat mərkəzləri, aidiyyatı qurumlar elmi inkişafı və sıçrayışı fəaliyyətlərinin ciddi sörlövhəsi etməlidirlər”.

Görüşün əvvəlində çıxış edən ölkə başçısı Mədəni İnqilab Ali Şurasının əsas vəzifəsinin elm və mədəniyyət sahələrini tənzimləmək olduğunu dedi. O bu şuranın islahat sənədinin yekun mərhələsində olduğuna işarə edərək yeni dövrdə həyata keçirilmiş tədbirlərin mədəni strukturun inqilabçı yenidənqurmasının diqqət mərkəzində saxlandığını ifadə etdiyini dedi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /