Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Qurana görə haqqı və səbri tövsiyə etmək bizim daimi proqramımız olmalıdır

Şəhidlər ağası və sərvərinin “qırxı günü” İmam Xomeyni (r.ə) adına hüseyniyə tələbə təşkilatlarına ev sahibliyi etdi. Matəm mərasiminə toplaşmış tələbələr İslam İnqilabının Rəhbərinin hüzurunda Kərbəla ziyarətçiləri ilə səs-səsə verərək birlikdə “Ləbbeykə ya Hüseyn” dedilər.

Matəm mərasiminin sonunda çıxış edən Həzrət Ayətullah Xamenei gənclərin pak və iman dolu qəlbələrinin dua və moizələrin keyfiyyətinin yaxşlaşmasına, ilahi hidayətin artmasına səbəb olduğunu dedi: “Həzrət Seyyidüşşühədanın uca bayrağı olan “Ərbəin mərasimi” bu il tarixin digər dövrləri ilə müqayisədə daha əzəmətli oldu”.

İnqilabın Rəhbəri qeyd etdi ki, ecazkar Ərbəin yürüşü Allahın Əhli-beytin İslam bayrağını daha da ucaltmaq istədiyini göstərir: “Bu hərəkat insana xas olan heç bir siyasət və tədbirlə reallaşa bilməz. Qarşımızda duran yolun parlaq və qət edilməli bir yol olduğunu belə bir əzəmətli təcəlla ilə müjdə verən Allahın əlidir”.

O, gənclərə gənclik dövrünün qədrini bilməyi və hüseynçi heyətlərə xüsusilə əhəmiyyət yetirməyi tövsiyə verdi: “Heyətlər həm Əhli-beytin xatirəsini yaşatmalı, həm də həqiqətləri çatdıran mərkəzlər olmalıdırlar”.

Həzrət Ayətullah Xamenei bədxahlar və həqiqətlərin deyilməsinə mane olmağa çalışan yolkəsənlərin izdihamlı Ərbəin yürüşü kimi mühüm hadisələrə qarşı dayanmadan çalışdıqlarını qeyd edərək hər kəsə vəzifəsini tanımağı tövsiyə etdi: “Quranın “bir-birinə haqqı məsləhət görmək¬¬ və bir-birinə səbrli olmağı tövsiyə etmək” olan iki əbədi və həyati cümləsi bizim həmişəlik, xüsusilə bu günümüzün əsaslı bir proqramıdır”.

Səbrin əzmkarlıq, müqavimət, yorulmazlıq və özünü çıxılmaz vəziyyətdə görməmək mənasında olduğunu deyən İnqilabın Rəhbəri Quranı özlərinə rəhbər tutan və heyətlərin üzvləri olan əziz gənclərə səsələnərək dedi: “Həm özünüz haqq yolda irəliləyin, həm də müxtəlif mühitləri, o cümlədən universitet mühitini Allah rəngi ilə işıqlandırmaqla başqalarını bu yola yönəltməyə çalışın”.

Bu mərasimdə çıxış edən Höccətül-İslam Ali bəşəriyyətin xilaskarının zühuru üçün İslam ümmətində ümumi hazırlıq və potensialın yaradılmasının zəruri olduğunu dedi: “Bu gün möminlərin və haqtələb insanların birlik və vəhdət simvoluna çevrilmiş Ərbəin ziyarəti müsəlman cəmiyyətinin toplu şəkildə tərbiyəsi, möminlərin birlik və bağlılıqları, zühura hazırlıq üçün misilsiz bir bazadır”.

Mərasimdə iştirak edən cənab Məhəmməd Kaviyan “Ərbəin ziyarəti”ni oxudu. Cənab Meysəm Mütii məqtəl oxuyub mərsiyə dedi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /