Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Prioriteti ədalətli iqtisadi inkişaf olan yeddinci inkişaf planının siyasətləri

Həzrət Ayətullah Xamenei konstitusiyanın 110-cu maddəsinin 1-ci bəndinə müvafiq olaraq Dövlətin Mənafeyini Müəyyənləşdirən Şura ilə məsləhətləşmələrdən sonra ədalətli iqtisadi inkişaf prioroteti ilə müəyyən edilmiş yeddinci dövlət proqramınının ümumi siyasətlərini üç qüvvənin rəhbərlərinə, Dövlət Mənafeyinin Müəyyənləşdirən Şuranın sədrinə və Silahlı Qüvvələrin Baş Qərargah rəisinə elan etdi. Rəylərin təqdim edilməsində göstətrdikləri intensiv fəaliyyətlərə görə şuranın üzvləri və katibliyinə, üç qüvvə və digər dövlət qurumlarının rəhbərlərinə aktiv iştiraklarına görə təçəkkürünü bildirən İslam İnqilabının Rəhbəri yeddinci proqramın bu siyasətlər əsasında hazırlanıb təsdiq edilməsini dövlətin hədəflərinin gerçəkləşdirilməsi istiqamətində atılmış bir addım olduğunu bildirdi və siyasətlərin daha gözəl şəkildə icra edilməsinə fəal şəkildə nəzarət edilməsinin zəruriliyini vurğuladı.

Təsdiq edilməiş 7-ci proqramın ümumi siyasətləri “İqtisadiyyat”, “İnfrastruktur”, “Mədəniyyət və cəmiyyət”, “Elm, texnologiya və təhsil”, “Siyasət və xarici siyasət”, “Müdafiə və təhlükəsizlik”, “İdarəetmə, hüquq və məhkəmə” olmaqla yeddi fəsil və 26 bənddən ibarətdir.

İslam İnqilabının Rəhbərinin məktubunun tam mətni və yeddinci beşillik proqramın elan edilmiş siyasətləri:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Ədalətli iqtisadi inkişaf prioriteti ilə müəyyən edilmiş yeddinci proqramın ümumi siyasətləri:

Dövlət Mənafeyinin Müəyyənləşdirən Şuranın möhtərəm üzvlərinə, xüsusilə dəyərli sədrinə, habelə Şuranın və aidiyyatı komissiyanın iclaslarında intensiv şəkildə fəaliyyət göstərən, yeddinci proqramın ümumi siyasətlərinin hazır materiallarını araşdıraraq bu məsələdə öz fikir və rəylərini mənə təqdim edən katibliyin işçilərinə öz təşəkkürümü bildirirəm.

Hökumət, parlament, ədliyyə və digər dövlət qurumlarına da göstərdikləri fəal və effektiv iştiraka görə təşəkkür edirəm.

Yeddinci proqramın bu siyasətlər əsasında hazırlanıb təsdiq edilməsi, dəqiq və məsuliyyətlə icra edilməsi İran İslam Respublikasının müqəddəs məqsədlərinin gerçəkləşdirilməsi istiqamətində atılmış başqa bir addım olacaq.

Layihə hazırlanarkən elan edilmiş siyasətlər kompleksində öz əksini tapmamış bəzi gerçəkləşdirmə metodları, maliyyə tələbləri, Şuranın təkliflərinin kəmiyyət parametrləri hökumətin imkanları daxilində nəzərə alınıb əməl edilməlidir.

Seyid Əli Xamenei
20 şəhrivər 1401
11 sentyabr 2022

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Yeddinci beşillik proqramın ümumi siyasətləri

İqtisadiyyat

1. Yeddinci proqramın ümumi məqsədi və əsas prioriteti təsdiq edilmiş ümumi siyasətlərə və ədalətli iqtisadi inkişafa uyğun olaraq bütün istehsal amillərindən (insan, kapital, texnoloji və idarəetmə resursları) istifadəni artırmaqla nəzərdə tutulmuş müddət ərzində 8% orta iqtisadi inkişaf qiyməti ilə müəyyən edilir

2. Qiymətlərin ümumi səviyyəsi və valyuta məzənnəsində stabillik yaradılması, beş il ərzində inflyasiynın təkrəqəmli edilməsi, likvidlikliyin və bank kreditlərinin istehsal fəaliyyətləri istiqamətinə yönəldilməsi, qeyri-istehsal fəaliyyətlərinin cazibədarlığının azaldılması.

3. Dövlət büdcəsi strukturunda aşağıdakı vasitələrdən isitfadə edərək islahat aparılması:

- Hökumətin və rəhbərliyin ümumi borcları və öhdəliklərinin hesablanıb şəffaflaşdırılması və borcların ödənilməsi.

- Mənbələrin realizasiyası və dövlət istifadələrinin idarə edilməsi, büdcə kəsrindən qorunmaq.

- Qeyri-hökumət ümumi və xüsusi sektorların mənfəətli təmir-bərpa layihələrinə cəlb edilməsi vasitəsilə yarımçıq qalmış təmir-bərpa layihələrinin taleyinin müəyyən edilməsi.

- Neft və digər dövlət şirkətlərinin büdcə gəlirləri və xərclərinin şəffaflaşdırılması və tənzimləndirilməsi.

4. Vergilərin dövlətin cari büdcəsinin əsas təminatçısına çevrilməsi prinsipi ilə vergi sistemində islahatlar aparılması, yeni vergi əsaslarının yaradılması, vergidən yayınmanın qarşısının alınması, istehsalın daha da yaxşılaşdırılması və vergi ədaləti əsasında verginin iqtisadiyyatdakı tənzimləyici və istiqamətləndirici rolunun gücləndirilməsi

5. Xidmətlərin ədalətli şəkildə təqdim edilməsi məqsədilə əsas, əlavə və təkmilləşdirici səviyyələrdə yardımçı, himayəçi və sığorta sahələrinə şamil olan əhatəli sosial təminat sisteminin bərqərar edilməsi.

İnfrastrukturlar

6. Qida təhlükəsizliyinin təmin edilməsi, su mənbələri və genetik ehtiyatların qorunub saxlanması və artırılması ilə yanaşı, əsas məhsulların və qida maddələrinin minimum 90%-nin ölkə daxilində istehsal edilməsi, qida maddələrinin sağlamlığı və təhlükəsizlik səviyyəsinin artırılması.

7. Ölkənin su mənbələrinin vahid idarəetmə sisteminin möhkəmləndirilməsi, k/t suyunun 5% məhsuldarlığının artırılması, səth sularına nəzarət və onların idarə edilməsi, bəndlər və su hövzələri vasitəsilə yeraltı su mənbələrinin artırılması. Digər suların əldə edilməsi üçün proqram işlənib hazırlanması, sənaye və tullantı sularının təkrar dövriyyəsi.

8. Ortaq yataqlarda xam neft və təbii qazın istehsalının maksimum dərəcədə artırılması.

Müstəqil yataqlarda təkrar emal əmsalının artırılması.

9. Milli, hərəkətverici, infrastruktur, günün tələblərinə cavab verən və perspektivi olan bir neçə böyük iqtisadi layihənin icrası.

10. Coğrafi – siyasi məziyyətlərin aktivləşdirilməsi, qanun-qaydaların asanlaşdırılması, lazım olan infrastrukturların yaradılıb inkişaf etdirilməsi ilə İran İslam Respublikasının ticarət, enerji, kommunikasiya və nəqliyyat xidmətləri və mübadilələrinin mərkəzinə çevrilməsi.

11. Faktiki və potensial məziyyətlərə əsasən, torpqadan istifadənin planlaşdırılmasının ümumi siyasətlərinin gerçəkləşdirilməsi, dəniz, sahillər, limanlar və sərhəd sularına əsasən, onun üstün aspektlərinin icrasına nail olmaq.

12. Ümumi sağlamlıq siyasətləri əsasında sağlamlıq sisteminin keyfiyyətinin yaxşılaşdırılması.

Mədəniyyət və cəmiyyət

13. Ümumi mədəniyyətin müsəlman və iranlı həyat tərzinin möhkəmləndirilməsi istiqamətində inkişaf etdirilməsi, qarşılıqlı əlaqələrin və milli özgüvənin gücləndirilməsi, milli kimlik və müqavimət ruhiyyəsinin artırılması, ölkənin bütün imkan və potensiallarının, dövlət və xalq institutları və qurumlarının, elmi və ictimai nüfuzu olan fərdlər və şəxsiyyətlərin səfərbər edilməsi ilə ictimai fəaliyyətlərin artırılması, dövlətin bu fəaliyyətlərə dəstək verib, onları himayə etməsi.

14. İranlı – müsəlman mədəniyyətinin inkişafı və dərinləşdirilməsi sahəsində milli medianın effektivliyi və məhsuldarlığının artırılması, düşmənlərin mədəni və siyasi hücumlarına, habelə psixoloji müharibəsinə qarşı effektiv mübarizə.

15. Ailə institununun möhkəmləndirilməsi, qadınların inkişafına mane olan amillərin aradan qaldırılması.

16. Beş il ərzində övlad artımına hərtərəfli dəstək, maneələrin aradan qaldırılması, effektiv stimulların yaradılması və mədəni islahat aparılması ilə doğuş əmsalının minimum 2,5 % artırılması.

17. Turizm sənayesinin inkişaf etdirilməsi və kustar sənaye sahəsinə rəvac verilməsi.

18. Sosial sağlamlığın daha da yaxşılaşdırılması, xalqın maksimum iştirakından istifadə edərək ciddi parametrlər əsasında uyğun zaman təsnifatı apararaq sosial zərərlərin, xüsusilə narkotika aludəçiliyinin, marginallaşmanın, boşanma və korrupsiyanın qarşısının alınması və azaldılması.

Elm, texnologiya və təhsil

19. Milli hakimiyyətin möhkəmləndirilməsi, milli informasiya şəbəkəsinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi, uyğun məzmun və xidmətlərin təmini vasitəsilə virtual məkanda iranlı-müsəlman dəyərlərinin müdafiə edilməsi, ölkənin həyat əhəmiyyətli böyük infrastrukturlarının təhlükəsizliyi və müqavimətinin artırılmasına riayət etməklə kiber gücün beynəlxalq güclər səviyyəsində artırılması.

20. Xüsusilə informsiya, kommunikasiya, biotexnologiya, mikrotexnologiyya, yeni və yenilənən enerjilər sahəsində elmi və texnoloji inkişaf və innovasiyanın sürətinin artırılması və onların kommersiyalaşdırılması.

Ölkənin təhsil və tədqiqat sisteminin yeniləndirilməsi və inkişaf etdirilməsi.

Siyasət və xarici siyasət

21. Diplomatik idarələrdə fəaliyyət göstərən insanlarda inqilabçı və dəyər potensialının yaradılıb gücləndirilməsi, məsul idarə və təşkilatların məqsədli və effektiv əhəmkdaşlıqları vasitəsilə rəsmi və ümumi diplomatiyanın aktivliyinin artırılması.

22. Xarici siyasət, regional və bexnəlxalq münasibətlər sahəsində iqtisadiyyatmərkəzli istiqamətin, qonşuların prioritetinə əsaslanan iqtisadi əlaqələrin gücləndirilməsi.

Müdafiə və təhlükəsizlik

23. Ölkənin prioriteti olan sistemlər, təchizatlar və xidmətlər sahəsindəki özünütəmin səviyyəsi nəzərə alınaraq ümumi dövlət büdcəsindən minimum 5% pay ayırmaqla müdafiə və təhlükəsizlik sənayesinin ehtiyac duyduğu texnologiyanın əldə edilməsi və çəkindirmə sisteminin gücləndirilməsi məqsədilə müdafiə bazasının gücləndirilməsi.

24. Passif müdafiə sisteminin prioritetliyi ilə təhdidlərə, xüsusilə kiber, bioloji, kiməvi və radioaktiv təhdidlərə qarşı müqaviməti artırmaq və bu təhdidlərdən qorunmaq üçün ümumi və təşkilatlanmış mexanizmlərin optimallaşdırılması və infrastrukturların gücləndirilməsi.

İdarəetmə, hüquq və məhkəmə sistemi

25. İntellektual və elektron hökumət sisteminin gerçəkləşdirilməsi, paralel və qeyri-zəruri təşkilatların ixtisar edilməsi, qanun-qaydaların yenilənməsi, idari münasibətlərdə metodların islahı, korrupsiya və ona zəmin yaradan amillərin ortadan qaldırılması ilə idarəetmə sistemində islahat aparılması və onun idarətmə sisteminin ümumi siyasətlərinə əsaslanan sturkturunun islahı.

26. Aşağıdakı prinsiplər əsasında məhkəmə islahatı sənədi və onun icrasının yeniləndirilməsi:

- Cinayət və iddiaların baş verməsinin qarşısının alınması.

- Məhkmə xidmətlərinin təqdimatında proseslərin intellektuallaşdırılması və yeni texnologiyalardan istifadə.

- Kadastrın 100%-lik icrası

- İnvestisiya yatırımı, iqtisadi təhlükəsizlik və biznes mühitinin sağlamlaşdırılmasına hüquqi və məhkəmə dəstəyi.

- İddiaların həllində xalq potensiallarından istifadə, qeyri-məhkəmə və iştirak metodlarının inkişaf etdirilmsi.

- Məhkəmə orqanının ümumi dövlət büdcəsindəki səhminin gücləndirilməsi və sabitləşdirilməsi, məhkəmə sisteminin maddi və məşğulluq ehtiyaclarının təmin edilməsi.

- Ədliyyə icraçılarının elmi səviyyəsinin artırılması və əxlaqlarının yaxşılaşdırılması.

- Cinayət adları və həbs cəzasından istifadənin azaldılması istiqamətində qanunlara təkrar baxış.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /