Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Hökumətin ən böyük nailiyyəti ümidi diriltmək və xalqın etimadıdır

İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə axşamı) səhər ölkə başçısı və Nazirlər Kabinetinin üzvləri ilə görüşdə hökumətin funksiyalarının tədqiqi və açıqlanması, inqilabın və son 43 ilin mühüm hadisələrinin xatırlanması və diri saxlanmasının hökumət həftəsinin iki əsas istiqaməti olduğunu dedi. Ali Rəhbər hökumətin bir illik nailiyyətlərini şərh etdikdən sonra verdiyi mühüm tövsiyələr zamanı iqtisadiyyatın prioritetliyini vurğuladı: “Xalq bütün hadisə və proseslərdə İnqilab tarixinin əsas qəhrəmanı olmuşdur. Bu gerçəklik bütün məsul şəxslərə bu xalqla necə davranmalı olduğunu göstərən dərs və ibrət mənbəyidir”.

Şəhid Rəcai və şəhid Bahünərin İslam İnqilabının iki meyar rəhbəri olduğunu deyən Həzrət Ayətullah Xamenei qeyd etdi ki, şəhidlik bu iki əziz insana Allah tərəfindən verilmiş bir mükafat oldu: “Böyük hadisələrin diqqətdən kənarda qalması və unudulması hər kəsin uzaq durmalı olduğu böyük bir bəladır”.

İnqilabın Rəhbəri xalqın İnqilab dövründəki ümumi oyanışı, imperializmin İnqilabın əzəməti qarşısındakı çaşqınlığı, beynəlxalq hegemonların dayanmaq bilməyən düşmənçilikləri, ölkənin və paytaxtın Səddamın hava hücumları qarşısında müdafiəsiz olması, terrorçuların bütün ölkə boyu aktiv fəaliyyətdə olması və İnqilabın ilk illərinin təhlükəli vəziyyəti, İnqilabdan sonra müxtəlif hökumətlər və parlamentlərin funksiyası, xalqın müqəddəs müdafiə eposu və düşmənlərə qarşı digər mübarizə cəbhələrindəki təyinedici fəaliyyəti, xalqın nümayişlər və ayrı-ayrı mərasimlərdəki cəsarətli və tərifəlayiq iştirakının cəmiyyətin yaddaşında daim diri saxlanılması zəruri olan məsələlərdən olduğunu dedi.

Həzrət Ayətullah Xamenei bu istiqamətdə xalqın şəhid sərdar Qasim Süleymaninin dəfn mərasimindəki unudulmaz iştirakını vurğulayaraq əlavə etdi: “Oxşar məsələlər, o cümlədən xalqın Qədir qonaqlığı, habelə İsfahanda Ayətullah Nasirinin dəfn mərasimindəki kütləvi və məzmunlu iştirakı xalqın ümumi orientasiyasını və davam etdirilməsi lazım olan doğru yolunu göstərir”.

İnqilabın Rəhbəri qeyd etdi ki, hökumətin fəaliyyətlərini araşdırmaq hökumət həftəsinin ikinci işidir. O, hökumətin bəzi nailiyyətlərinə işarə edərək ölkə başçısı və Nazirlər Kabinetinin üzvlərinə bir neçə tövsiyə verdi.

Həzrət Ayətullah Xamenei bildirdi ki, ümidi diri saxlamaq və xalqın etimadı ökumətin mühüm nailiyyətidir: “Xalq görür ki, hökumət meydandadır, problemləri həll etmək və xalqa xidmət göstərmək üçün çalışır və işləyir. Bu gerçəklik ümidi və ümumi etimadı çox artırıb. Sözügedən səylər bəzi sahələrdə nəticə versə də, bəzi sahələrdə hələ lazımi nəticələr verməmişdir”.

O, hökumətin əyalət səfərlərinin mühüm və parlaq bir mövzu olduğunu dedi: “Birinci il hökumətin bütün ölkə ərazisinə, o cümlədən məhrum və ucqar ərazilərə etdiyi 31 səfər, görülən işlərə əyani nəzarət və xalqla dərin və səmimi ünsiyyət hökumətin digər nailiyyətlərindəndir”.

İnqilabın Rəhbəri qeyd etdi ki, sürətli əməl və xalqın dərdinə şərik olduğunu göstərmək üçün hökumətin təbii və proqnozlaşdırılmamış hadisə yerlərinə getməsi, qüvvələr arasında mövcud olan və xalqın fikirlərinin qarışmasına səbəb olan mənfi rəqabətlər və münaqişələrin əriməsi, üç qüvvənin gəncləşdirmə və rahatlıq bəxş edən səylərin davamlılığına ciddiyət göstərməsi hökumətin nailiyyətlərindəndir.

O dedi: “Təbii ki, gənc müdirlər və rəhbər şəxslər də bəzi məqamlarda səhvə yol verirlər. Lakin ümumilikdə gənclik ruhunun hökumətə və parlamentə üfürülməsi, habülə güclü rəhbərlərin yetişdirilməsi üçün bu səhvlərə qarşı səbirli olmağı və onların tədricən aradan qaldırılmasnı tələb edir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, əhalinin digər qərarların qəbul edilməsi və tədbirlər görülməsi gözləntisinə son qoyulması, dövlətin şərtli fəaliyyətdən çıxarılması, daxili potensiallara əhəmiyyət verilməsi icraedici qüvvənin digər nailiyyətlərindəndir.

O, on üçüncü hökumətin məsuliyyətli olduğunu dedi: “Son bir ildə hökumətin nəyisə bəhanə gətirdiyi, nəyisə boynundan atdığı, “ixtiyarımız yoxdur” və ya “imkan vermirlər” dediyi eşidilmədi”.

İnqilabın Rəhbəri qeyd etdi ki, xarici siyasət və mədəniyyət sahəsində yaxşı istiqamətlər, İnqilabın şüarlarını, o cümlədən ədalət istəyi, zəiflərin himayə edilməsi, aristokratiyadan çəkinmək və imperializmlə mübarizə şüarlarını diri saxlamaq hökumətin üstün fəaliyyətlərindəndir.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Hökumət daha böyük nailiyyətlər əldə etmək üçün bu fəaliyyətini və iş prinsipini davam etdirməlidir”.

İslam İnqilabın Rəhbəri çıxışının davamında hökumətə bir neçə tövsiyə ünvanladı.

Həzrət Ayətullah Xamenei birinci tövsiyəsində xalqa xidmət nailiyyətinə görə şükr edilməsinin vacibliyini bildirdi: “Bu nemətin şükrü ilk növbədə Allahla olan əlaqəni gücləndirmək, dua, təvəssül, yalvarış və Quranla ünsiyyət, daha sonra xalqa xidmət göstərmək üçün mücahid fəaliyyətlərinin davam etdirilməsi məsələləri ilə şərtlənir”.

Allahı niyyət etmək, ixlaslı olmaq və riyakarlıqdan uzaq durmaq İnqilabın Rəhbərinin ikinci tövsiyəsi oldu.

Həzrət Ayətullah Xamenei dedi: “Görülmüş işlərlə bağlı məlumat verilməsi ixlasla heç bir ziddiyyət təşkil etmir. Çünki bu iş xalqın ümidinin artmasına səbəb olur”.

O, üçüncü tövsiyəsində belə dedi: “Xalqın arasında olmağı davam etdirin. Bəzi hay-küylərin əsiri olmayın. Əlbəttə, xalqla ünsiyyətdə olarkən səbrli və dözümlü olun”.

İnqilabın Rəhbəri prezidentin və digər hökumət rəsmilərinin xalqla tez-tez birbaşa görüşlər keçirməsinin bərəkətli və çoxlu faydalarının olduğunu dedi: “Təbii ki, hökumətin xalqla olaması hökumətın təkcə xalqın arasında olmasından ibarət deyil. Dəqiq proqram hazırlamaqla, müxtəlif fikir və rəylərdən istifadə etməklə xalqın müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat və siyasət sahəsində iştiraka cəlb edilməsinə zəmin yaratmaq lazımdır”.

Həzrət Ayətullah Xamenei dördüncü tövsiyəsində vədlərə əməl edilməsinin, xalqın etimadının zədələnməsinə səbəb olan qeyri-real vədlər verilməsindən çəkinməyin zəruri olduğunu vurğuladı.

O, beşinci tövsiyəsində hökumətin əhatəli rolunun proqramlaşdırılması məsələsinə işarə edərək dedi: “Ehtiyatlı olun ki, gündəlik işlər sizi qəflətə salmasın. Bu bəlaya düşməmək üçün makro layihə, əhatəli və xalqa izah edilə bilən xəritə ilə hərəkət edin”.

O, prioritetlərə riayət edilməsinin vacibliyini altıncı tövsiyə olaraq qeyd etdi: “Hökumətin gücü və imkanları məhduddur. Buna görə də əvvəlcə əsas sərlövhələr müəyyən edilməli, sonra sərlövhələr və onların alt başlıqları prioritetlik üzrə təsnif edilməlidir”.

İnqilabın Rəhbəri vurğuladı ki, hal-hazırki şəraitdə əsas prioritet iqtisadiyyatdır: “Bu, heç də elm, təhlükəsizlik, sosial zərərlər və mədəniyyət kimi sərlövhələrin diqqətdən kənarda qalması demək deyil. Amma iqtisadiyyat mədəni əlavəsi ilə prioritet olmalıdır”.

Həzrət Ayətullah Xamenei iqtisadiyyatla bağlı bir neçə məsələni qeyd etdi.

İqtisadi rəhbərlərin birliyinin zəruriliyi, müxtəlif iqtisadi məsələlərlə bağlı vahid fikrə malik olmaq, prioritetlərin müəyyən edilməsi, əsas parametrlər üzərində mərkəzləşmək, prezident və digər məsul şəxslər tərəfindən onların gündəlik izlənməsi İnqilabın Rəhbərinin toxunduğu mövzulardan oldu.

İslam İnqilabının Rəhbəri iqtisadiyyatın əsas parametrlərini açıqlayarkən dedi: “İnflyasiyanın ölçüsü, iqtisadi inkişaf, investisiya qoyuluşu, məşğulluq və adambaşına düşən gəlirlərin artırılması, siniflərarası məsafənin azaldılması dəqiq və davamlı şəkildə diqqət yetirilməsi lazım olan parametrlərdir”.

İnqilabın Rəhbəri növbəti tövsiyəsi zamanı ölkə iqtisadiyyatının inkişafı istiqamətində ən ümdə sərlövhənin istehsal olduğunu vurğuladı: “İstehsalı zəiflədən hər bir amillə qətiyyətlə mübarizə aparın”.

Kənd təsərrüfatı istehsalından danışarkən Ukrayna müharibəsindən sonra yaranmış qida böhranına işarə edən Ayətullah Xamenei qida təhlükəsizliyinin çox mühüm bir məsələ olduğunu bildirdi və buğda kimi əsas məhsullar sahəsində özünütəminin zəruriliyi ilə bağlı əvvəlki tövsiyələrinə işarə edərək dedi: “Qida təhlükəsizliyi birinci dərəcəli məsələdir. Onu diqqətdən qaçırmaq olmaz”.

Həzrət Ayətullah Xamenei sənaye istehsalından danışarkən istehsal vahidlərinin dövriyyəsində investisiya azlığı probleminə işarə edərək sözügedən səraməyinin təminin bankların vəzifəsi olduğunu dedi: “Mərkəzi Bank bankların balans hesabatına nəzarət edilməsi ilə bağlı yerində və vaxtında ciddi iş başlatmışdır. Amma diqqətli olmaq lazımdır ki, bu nəzarətlər bankların torpaq və qızıl alqı-satqısı və ya biznes fəaliyyətləri kimi qeyri-istehsal fəaliyyətlərinə tətbiq edilməsin və istehsal vahidləri üçün lazım olan asanlaşdırmalara zərər vurmasın”.

İnqilabın Rəhbəri iqtisadi priorotetləri sayarkən diqqətləri mənzil məsələsinə də yönəltdi: “Mənzil sahəsində qiymətlərin sərsəm şəkildə artmasına, icarələrin qiymətlərinin bahalaşmasına və insanların böyük çətinliklərə düşməsinə səbəb olan çox böyük geriliyimiz var”.

Neft emalı zavodlarının tikintisi, mədən sənayesi sahəsində əlavə dəyər zəncirinin təkmilləşdirilməsi və xam mal satışın qarşısının alınması, beynəlxalq nəqliyyat imkanını artırmaq üçün şimal-cənub və şərq-qərb yollarının təkmilləşdirilməsi, habelə daxili yükdaşıma və kommunikasiya yollarınının təkmilləşdirilməsi, misilsiz dəniz yolu potensialından istifadənin artırılması İnqilabın Rəhbərinin qeyd etdiyi prioritetlərdən oldu: “Ölkədə mövcud olan böyük təbii və insani imkanların puça çıxmasına imkan verməyin”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda bir-birinin üzərinə qalaqlanmış problemləri həll etmək üçün işləri yarımçıq qoymqdan çəkinməyin, səbrli və dözümlü olmağın və mücahid işinin artırılmasının zəruriliyini vurğuladı: “Əgər bu tövsiyələrə əməl edilsə, sübuta yetəcək ki, on üçüncü hökumət tamamilə səmərəli, fəal və xalqın problemlərini həll edən bir hökumətdir. Bu da Allahın və xalqın razılığı ilə nəticələnəcək”.

O, habelə verdikləri hesabata görə prezident və bir neçə hökumət nümayəndəsinə təşəkkürünü bildirdi: “Dövlət mediasının daha böyük fəaliyyəti, inandırıcı və yaradıcı məlumatlandırma ilə bu nailiyyətləri xalqa çatdırmaq lazımdır”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən prezident və dörd nəfər hökumət nümayəndəsi on üçüncü hökumətin birinci ilinin istiqamətləri və fəaliyyətləri haqqında hesabat verdilər.

Höccətül-İslam vəl-müslimin Rəisi ölkənin 1400-cü il mordad tarixindəki çətin şəraitinə işarə edərək xalqın məişətinin yadlardan asılı edilməməsinin hökumətin ən mühüm fəaliyyətlərindən olduğunu dedi: “Bu bir ildə əvvəlkindən daha çox əmin olduq ki, bütün problemlərin həlli yolu var və heç bir dalan yoxdur”.

Prezident xalqla birgəliyin və onların etimadının hökumətin ən böyük sərmayəsi olduğunu dedi: “Hökumətin ən böyük layihəsi xalqın hökumətə olan etimadını diriltməkdir. Bütün fəaliyyətlər bu çərçivədə izlənir”.

İnfilyasiya artımı və likvidliyin nəzarətdə saxlanması, koronanın qarşısının alınması və bütün ölkə əhalisinin vaksinasiyası, büdcə kəsrini aradan qaldırmaq üçün Mərkəzi Bankdan borc alınmaması, yeni gəlirlərin yaradılması, öncədən qalmış ağır borcların ödənilməsi, əsas məhsulların ehtiyatlarının davamlılığının təmin edilməsi, problemlərin həlli strategiyası ilə əyalət səfərlərinin təşkil edilməsi, korrupsiya yataqlarını islah etmək məqsədilə elektron sistemlərin fəallaşdırılması, xüsusilə büdcə layihəsində ədalətin icrası, xarici siyasət relsinin HBFP-i vurğunluğu istiqamətindən balanslaşdırılmış baxış istiqamətinə doğru dəyişdirilməsi, habelə qonşularla olan ticarət əlaqələri və əməkdaşlıqların artırılması məsələləri ölkə başçısının bu görüşdə məlumat verdiyi əsas istiqamətlər oldu.

Prezidentin birinci müavini cənab Müxbir də iqtisadi qeyri-sabitliyin idarə edilməsi, daxili invesitisiyanın aktivləşdirilməsi, yoxsulluqla mübarizə və ədalətin geniş miqyasda bərqərar edilməsinin hökumətin son bir ildəki iqtisadi fəaliyyətinin üç əsas istiqaməti olduğunu dedi: “Ölkənin müxtəlif imkanlarından istifadə, o cümlədən 2700 km.lik dəniz potensialından istifadə, mədənlər və kənd təsərrüfatı hökumətin prioritetlərindəndir”.

Prezidentin icra məsələləri üzrə müavini cənab Mürtəzəvinin keçən bir ilə ərzində həyata keçirilmiş əyalət səfərləri, onların qəbul etdikləri qərarların icrası üçün mənbələrin müəyyən edilməsi ilə bağlı hesabatı, Proqram və büdcə İdarəsinin müdiri cənab Mirkaziminin dövlət büdcəsi və proqramlarının gəlirlər və istehlaklar balansının islah edilməsi istiqamətindəki fəaliyyətləri haqqındakı hesabatı, habelə energetika nazirinin hökumətin su problemi ilə bağlı gərginliklərin azaldılması məqsədilə su və elektrik sahəsində həyata keçirdiyi fəaliyyətlər, yay aylarında elektrikin verilməsindəki fasilələrin qarşısının alınması ilə bağlı hesabatı bu görüşün digər mövzularından oldu.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /