Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Düşmənin planı xalqın iman və ümidini zəiflətmək, çıxılmazlıq təlqin etməkdir

İslam İnqilabının Rəhbərinin 12 iyun 2022-ci il tarixində “Əşirət Şəhidləri Milli Konqresi”nin təşkilatçıları ilə görüşdə verdiyi bəyanat bu gün səhər Kürd şəhərində həmin konfransın təşkil edildiyi məkanda yayımlandı.

Həzrət Ayətullah Xamenei bu görüşdə İmamın “Əşirətlər bu ölkənin resurslarıdır” cümləsinə işarə edərək xalqın əşiritlərə diqqət yetirməsi və onları tanıması üçün bu konqresin təşkilinin bir fürsət olduğunu dedi: “Bu gün İranı və İslamı istəməyən bədxahların dayaq nöqtəsi yumşaq müharibədir. Buna görə də xalqın bütün fərdləri, o cümlədən əşirətlərin mədəni fəaliyyətlərə və istehsalata ehtiyacı var. Təbii ki, film istehsalı və kitab nəşri kimi mədəni fəaliyyətlərdə istehsalatın təsiri və əks təsiri diqqət mərkəzində olmalı və ölçülməlidir”.

İnqilabın Rəhbəri əşirətlərin keçən üç əsr ərzində yad ünsürlərin çoxsaylı səylərinə qarşı göstərdikləri müqavimətlərə işarə edərək dedi: “Bu səylərin məqsədi əşirətləri ölkəyə xəyanətə, parçalanma və daxili müharibəyə vadar etmək olmuşdur. Lakin istədiklərinə nail ola bilməmişlər. Buna görə də İranın əşirətləri xalqın ən vəfalı təbəqələrindəndir”.

O qeyd etdi ki, əşirətlərin İnqilab və Müqəddəs Müdafiə dövründəki fədakarlıqları onların sədaqətinin başqa bir təzahürüdür: “Xalqın, o cümlədən əşirətlərin vəhdəti, inkişafı və fədakarlığının əsl səbəbi din faktoru olmuşdur. Böyük İmam bu həyati ünsürdən istifadə edərək İnqilaba qələbə bəxş etdi. Bu faktor İnqilabdan sonra da İnqilabı çökürtmək üçün xarici qüvvələr və mürtəce dövlətlərin Səddama verdikləri ardı-arası kəsilməyən dəstəklər qarşısında ölkənin qorunması və toxunulmaz qalmasına səbəb oldu”.

Şəhidlərin dini imanın gözəl və əzəmətli məzhəri olduğunu deyən Həzrət Ayətullah Xamenei döyüşçülərin mübarizəsi və şəhdilərin ailələrinin səbr və təmkinində dini motivin özünəməxsus rola malik olduğunu vurğulayaraq dedi: “Dinlə əlaqəsi olmayan bəzi qüvvələr şəhidlərin və döyüşçülərin dini motivləri ilə monipulyasiya etməyə çalışırlar. Amma şəhidlərin izzətli motivlərinin dini maraq və Allahın razılığının əldə edilməsi prinsipindən daha aşağı bir motivə endirmək olmaz”.

O bildirdi ki, yumşaq müharibənin ən mühüm yönlərindən biri ölkədə dini motivləri yox etmək və ya zəiflətməkdir: “Bu gün ölkədə dinə, ənənələrə, müqəddəs dəyərlərə və dini şüarlara qarşı görülən hər bir iş düşmənin istifadə etdiyi siyasi maraqdan qaynaqlanır. Baxmyaraq ki, bu işi görən, hətta sözügedən gerçəklikdən xəbərdar olmaya da bilər”.

İnqilabın Rəhbəri dini imanın, ölkənin gələcəyinə ümid və nikbin baxışın zəiflədilməsinin xalqa qarşı aparılan yumşaq müharibənin komponentlərindən olduğunu dedi: “Hər hans gələcəyin olmaması, çıxılmazlıq, ölkə rəhbərliyinin işbilməzliyi kimi firiklərin aşılanması İranı istəməyən bədxahların fəaliyyətlərindəndir. Bu gün istər qəsdən olsun, istərsə də bilmədən, xalqda gələcəyə qarşı ümidsizlik yaratmağa çalışan, insanların imanlarını zəiflədən, məsul şəxslərin fəaliyyətləri və proqramlarına qarşı inamsızlıq aşılayan hər kəs düşmənin xeyrinə işləyir”.

O qeyd etdi ki, şəhidlərin öyrətdikləri ən mühüm dərs ümiddir: “Döyüşçülərimiz elə bir şəraitdə döyüşə atıldılar ki, adi hesablamalarla qələbəyə heç bir ümid yox idi. Amma ümid dolu mübarizələr nəticəsində müharibə İslam Respublikasının izzəti və təcavüzkarların məğlubiyyəti ilə başa çatdı. Bu da o deməkdir ki, ən çətin şəraitlərdə belə, Allahın yardımına və öz qətiyyətinə ümidvar olmaq lazımdır”.

İnqilabın Rəhbəri Bəsicin əşirətlərlə bağlı fəaliyyətləri və xidmətlərini yüksək qiymətləndirərək əşirətlərin problemlərinin öyərnilib aradan qaldırılması, xüsusilə mədəni problemlərin həlli üçün proqram hazırlanması və tədbirlər görülməsinin bütün aidiyyatı qurumların vəzifəsi olduğunu dedi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /