Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Müəllimlər inkişaf, elm və əxlaqın birgəliyi sahəsinin öndərləri olmalıdırlar

Həzrət Ayətullah Xamenei “Müəllimlərin Mobilizisayası Günü”nə həsr edilmiş konfransa ünvanladığı müraciətində bəsici müəllimlərin elmi inkişaf və innovasiyanın əxlaq və nəfsin tərbiyə edilməsi ilə müşayiət edilməsi sahəsindəki rolu və vəzifəsinin vacibliyini qeyd etdi.

İslam İnqilabının Rəhbərinin Ali Rəhbərlik İdrasənini universitetlər üzrə nümayəndəliyinin rəhbəri Höccətül-İslam vəl-müslimin Rüstəmi tərəfindən “Müəllimlərin Mobilizasiyası İldönümü”nə həsr edilmiş konfransda oxunan müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Həmd aləmlərin Rəbbinə məxsusdur. Allahın salavat və salamı Peyğəmbər və onun pak ailəsinə olsun

Universitetlərin bəsici müəllimlərini və bəsici müəllimlərin icmalarını “Müəllimlərin Milli Mobilizasiyası Günü” münasibətilə salamlayır, mücahid alimlər, şəhid Mustafa Çəmran və universitetlərin digər şəhid müəllimlərinin xatirəsini hörmətlə anıram. Məsuliyyətli, dindar və mücahid müəllimin ölkənin universitetləri üzərindəki mübarək kölgəsi Allahın ən böyük nemətlərindən biri, İran xalqının başıucalığı və gələcək xilasının müjdəçisidir. Sizin həm strateji və siyasi, həm də kritik və praiktiki məsələlərdəki faydalı və mütərəqqi elminiz ölkənin təzixərəsalınmaz zəruri ehtiyacıdır. Universitet müəllimlərinin fəaliyyəti təkcə öyrətməkdən ibarət deyil. Elmi inkişaf, elmin mahiyyəti və dilinin yeniliyi, tədrisin əxlaq və nəfsin tərbiyə edilməsi ilə müşayiəti, elmi yeniliklərin əhatəliliyi, ictihad və elm istehsalı sahələrində qətiyyət göstərilməsi, bu qəbildən olan digər fəaliyyətlər müəllimlərin vəzifələrinə daxildir. Siz əziz bəsicilər bütün bu sahələrdə öndərlik və liderlik edə bilərsiniz. Allahdan iszə uğurlar diləyirəm.

Seyid Əli Xamenei
20 iyun 2022

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /