İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar) günortadan sonra Qazaxıstanın prezidenti Qasım-Jomart Tokaev və onu müşayiət edən nümyəndə heyəti ilə görüşdə İranla Qazaxıstan arasında dərin tarixi və mədəni bağların olduğuna işarə edərək iki dövlətin müxtəlif sahələrdə, xüsusilə regional əməkdaşlıqlar sahəsindəki əməkdaşlqlarının əvvəlkindən daha çox inkişaf etdirilməli olduğunu vurğuladı.
Əlaqələrin genişləndirilməsi üçün iqtisadi və siyasi məsələlər kontekstində kordinasiyanın zəruri olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei müştərək komissiyanın fəaliyyətinin vacibliyini vurğuladı: “Əldə edilmiş razılaşmaları həyata keçirmək üçün hər iki tərəf səyləri ikiqat artırmalıdır”.
İslam İnqilabının Rəhbəri İran və Qazaxıstanın mədəni əməkdaşlıqlarının da inkişaf etdirilməsinin mühüm əhəmiyyət daşıdığını bildirdi: “Əslən qazaxıstanlı olan, əsərləri İranda min il araşdırılıb öyrənilən alim və filosof Farabi iki dövlət arasında mədəni əməkdaşlıqlar yaradılması və müştərək bir elmi komitənin təşkili istiqamətində baza rolunu oynaya bilər”.
Həzrət Ayətullah Xamenei Ukrayna ilə bağlı məsələlərə də toxunaraq dedi: “Ukrayna hadisəsində əsl problem qərblilərin NATO-nu genişləndirmə istəyidir. Onlar bacardıqları hər bir yerdə öz nüfuzlarını genişləndirmək üçün tərəddüd etməyəcəklər”.
O vurğuladı: “Məsələləri diqqətlə araşdırmaq və diqqətli olmaq lazımdır. Çünki amerikalılar və qərblilər öz nüfuz dairlərini müxtəlif regionlarda, o cümlədən Şərqdə və Qərbi-Asiyada genişləndirmək, ölkələrin müstəqilliyi və iqtidarına zərbə vurmaq niyyətindədirlər”.
Ölkəmizin prezidentinin də işritak etdiyi bu görüşdə Qazaxıstanın prezidenti cənab Qasım-Jomart Tokaev dedi: “Cənab Rəisi ilə çox yaxşı müzakirələrimiz oldu. İki tərəf arasında imzalanan sənədlər iki dövlət arasındakı əlaqələrin əvvəlkindən daha çox inkişaf etməsinə zəmin yaradacaq”.
İranla Qazaxıstanın tarixi və mədəni cəhətdən dərin ortaqlıqlara malik olduğunu deyən Qazaxıstan prezidenti İnqilabın Rəhbərinin Farabinin şəxsiyyəti fonunda elmi komitənin təşkil edilməsi təklifini yüksək qiymətləndirdi. Regional problemlər və Ukraynadakı mövcud şəraitə münasibətini bildirən Qazaxıstan prezidenti ölkəsinin keçən ilin dey ayında çevriliş etmək üçün göstərilən nəticəsiz səylərdən sonrakı şəraiti ilə bağlı açıqlama verdi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir