Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Müştərək Əməkdaşlıqlar Komissiyası ciddi şəkildə fəal olmalıdır

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) günörtadan əvvəl Türkmənistanın prezidenti Sərdar Berdiməhəmmədov və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə əlaqələrin daha da inkişaf etdirilib dərinləşdirilməsinin tamamilə iki ölkənin xeyrinə olduğunu dedi: “İran İslam Respublikasının siyasəti qonşu ölkələrlə əlaqələri genişləndirməkdir. Bu, tamamilə düzgün bir siyasətdir”.

O vurğuladı ki, maneələri dəf etmək iki ölkənin əlaqələrin inkişaf etdirilməsi istiqamətindəki əzmkarlığı və iradəsindən asılıdır: “Əlbəttə, İranla Türkmənistan arasındakı dostluq münasibətlərinə regional və beynəlxalaq səviyyədə müxalif olanlar var. Lakin maneələri dəf etmək lazımdır”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “İki ölkə arasındakı müştərək əməkdaşlıqlar komissiyası ciddi şəkildə fəal olmalı və davamlı təqiblərlə müqavilələri başa çatdırmalıdır”.

Dövlətimizin prezidenti cənab Rəsinin də iştirak etdiyi bu görüşdə Türkmənistanın prezidenti cənab Sərdar Berdiməhəmmədov dedi: “Türkmənistan dövlətinin prioriteti qonşularla əlaqələri inkişaf etdirməkdir. Bu gün imzalanmış əməkdaşlıq sənədlərinə əsasən, iki ölkənin müxtəlif sahələrdə, xüsusilə qaz, elektrik, məhsul daşınması sahəsindəki yaxşı əlqələrinin, habelə böyük layihələrin icrasını əvvəlkindən daha çox möhkəmləndirməyə çalışırıq”.

Türkmənistanın prezidenti iki ölkə arasındakı əlaqələrin otuz üçüncü ildönümünə işarə edərək İnqilabın Rəhbərinə dedi: “İranla Türkmənistan arasındakı əlaqələrin dərinləşməsi üçün həmişə göstərdiyiniz dəstəklərə görə həm özüm, həm də Türkmənistan xalqı tərəfindən sizə təşəkkür edir, minnətdarlığımı bildirirəm”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /