Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran və Venesuelanın təcrübəsi göstərdi ki, yeganə mübarizə yolu müqavimətdir

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə) günortadan sonra Venesuelanın prezidenti cənab Nikolas Maduro və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə İran və Venesuelanın ABŞ-ın ağır təzyiqləri və qarışıq müharibəsinə qarşı müqavimətinə işarə edərək dedi: “İki ölkənin uğurlu təcrübəsi göstərdi ki, bu təzyiqlərə qarşı yeganə mübarizə yolu müqavimətdir”.

İslam İnqilabının Rəhbəri ABŞ-la ağır mübarizədə Venesuela hökuməti və xalqının əldə etdiyi qələbəyə və Venesuelaya qarşı həyata keçirilən hərtərəfli müharibəyə işarə edərək dedi: “Zati-aliniz və Venesuela xalqının müqaviməti çox qiymətlidir. Çünki bir xalqın, dövlətin və onun rəhbərlərinin dəyəri, yeri və ləyaqəti ölkəni inkişaf etdirir. Bu gün ABŞ-ın Venesuelaya baxışı, təbii olaraq, keçmişdəkindən fərqlidir”.

Həzrət Ayətullah Xamenei İran İslam Respublikasının son illərdəki elmi və texnoloji nailiyyətləri və innovasiyalarına işarə edərək əlavə etdi: “Bu böyük addımlar İran xalqına qarşı ən ağır və analoqsuz sanksiyalar və təzyiqlər göstərildiyi bir şəraitdə atılıb. Amerikalılar özləri onu maksimum təzyiq adlandırıblar”.

O vurğuladı: “İran xalqının müqaviməti maksimum təzyiq siyasətinin məğlubiyyətə uğramasına səbəb oldu. Belə ki, ABŞ-ın tanınmış siyasi xadimlərindən biri bir müddət bundan əvvəl “biabırçı məğlubiyyət” ifadəsini işlətdi”.

İslam İnqilabının Rəhbəri dedi: “İran və Venesuela xalqlarının müqaviməti və müvəffəqiyyətindən əldə biləcək nəticə budur ki, təzyiqlərə qarşı mübarizədə yeganə çıxış yolu müqavimətdir. Yeri gəlmişkən, İran İslam Respublikası ilə Venesuela Bolivar Respublikası arasındakı əməkdaşlıqlar və əlaqələr əvvəlkindən daha möhkəm və yaxın olmalıdır”.

Həzrət Ayətullah Xamenei İranla Venesuela arasındakı 20 illik əməkdaşlıq sənədinin imzalanmasını yüksək qarşılayaraq dedi: “Uzunmüddətli əməkdaşlıqların şərti razılaşdırılan məsələlərin həyata keçirilməsi və başa çatdırılmasıdır”.

O, İran və Venesuelanın səmimi əməkdaşlıqlarına işarə edərək dedi: “İki ölkənin heç bir başqa ölkə ilə belə yaxın əlaqələri yoxdur. İran İslam Respublikası təhlükə vaxtları risk edib öz dostlarının əlindən tutur”.

İnqilabın Rəhbəri cənab Maduronun anti-sionist mövqelərini yüksək qiymətləndirərək dedi: “Zati-alinizin bir müddət əvvəl sionist rejiminə qarşı nümayiş etdirdiyiniz mövqelər çox doğru və cəsarətli idi”.

Dövlət başçımız cənab Rəsininin də iştirak etdiyi bu görüşdə Venesuelanın prezidneti Venesuela xalqının ABŞ-la çətin mübarizəsində İranın verdiyi dəstəklərə görə təşəkkürünü bildirərək dedi: “Venesuela çətin bir şəraitdə olduğu və heç bir dövlətin kömək etmədiyi bir vaxtda bizim həmin vəziyyətdən çıxmağımız üçün köməyimizə gəldiniz”.

Venesuelanın prezidenti bu ölkənin son illərdəki ağır iqtisadi şəraiti ilə bağlı açıqlama verərək əlavə etdi: “Zati-aliniz də qeyd etdiyi kimi, amerikalılar ölkəmizə qarşı tədrici və bir neçə yönlü müharibəyə başladı, amma biz müqavimət və sanksiyaların yaratdığı fürsətlərdən istifadə edərək ABŞ-ın hücumlarına qarşı hərətərəfli mübarizəyə start verə bildik. Hal-hazırda Venesuelanın vəziyyəti bir neçə il bundan əvvəlkindən daha yaxşıdır”.

Cənab Maduro habelə Tehranda apardıqları müzakirələrə və əməkdaşlıq sənədinin imzalanmasına işarə edərək əlavə etdi: “Biz İranla müxtəlif sahələrdə, xüsusilə elm və texnologiya sahəsində əməkdaşlıq etmək üçün dəqiq bir yol xəritəsi hazırlayırıq”.

Venesuelanın prezidenti həm də vurğuladı ki, ölkəsi Fələstin məsələsini ümumbəşəri bir müqəddəs məsələ hesab edir: “Bu inanca görə sionist rejimi MOSSAD vasitəsilə Venesuelaya qarşı davamlı tədbirlər həyata keçirməkdədir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

 

700 /