Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Sionist rejimi əlaqələrin adiləşdirilməsi tərəfdarlarını istismar edir

İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) səhər builki Həcc mərasimi təşkilatçıları ilə görüşdə Həccin insan həyatının sütunu, fərdi və sosial həyatın ayrı-ayrı yönləri ilə bağlı mühüm dərslərə və mesajlara malik olduğunu qeyd edərək bütün zəvvarların, xüsusilə iranlı zəvvarların təhlükəsizliyinin təmin edilməsinin vacibliyinin İslam Respublikasının evsahibliyi edən hökumətdən ciddi tələbi olduğunu vurğuladı.

O, Həccin digər dini proqramlardan fərqli aspektlərə, yönlərə və miqyasa malik bir tədbirli ilahi proqram olduğunu dedi: “Qurani-Kərim Həccin hikmətini qısa şəkildə “Qiyamən linnas”, yəni “insan həyatının sütunu” ifadəsi ilə təqdim edir. Həcc bəşəriyyətə və bir-birlərini əvəzləyən nəsillərə öz həyatlarının sütunlarını necə seçməyi öyrədir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, birgə yaşayış təlimi, sadə yaşayış, günahlardan, əlçatan olduğu halda, ehtiyat tələbə edən işlərdən çəkinmək Həccin mühüm dərslərindəndir. Daha sonra Ali Rəhbər bir neçə tövsiyə verdi: “Bütün hacılar, habelə həcc məsələləri üzrə məsul şəxslər bu böyük nemətin qədrini bilsinlər. Qədir bilənlik də Allaha yaxınlaşmaq, əməlləri möhkəm, əminlik və təşəbbüskarlıqla yerinə yetirmə niyyətindən ibarətdir”.

O, hacılara bu çox mühüm olan mənəvi səfərə daxilən hazır olmağı və bazarları gəzmək kimi xoşagəlməz işlərdən çəkinməyi şiddətli şəkildə tövsiyə etdi: “Həcc səfərinin həqiqi sovqatı Quran oxumaq, Məscidül-haramda namaz qılıb təvaf etməkdir. Qiymətli vaxt əbəs işlərə sərf edilməməlidir”.

Həzrət Ayətullah Xamenei Həccin İslam ümmətinin birlik və vəhdət simvolu olduğunu dedi: “Müsəlmanların vəhdəti məsələsinə heç bir xələl gəlməməsindən ötrü bütün səylər səfərbər edilməlidir. Çünki ixtilaf, xüsusilə şiə və sünnilər arasına təfriqə salmaq ingilislərin hiylələrindəndir”.

Digər ölkələrin zəvvarları ilə yaxşı və maarifləndirici əlaqələrin yaradılmasının, Quran və yaxşı qarilərdən istifadə edilməsinin birlik və vəhdəti artıran fürsətlərdən olduğunu deyən İslam İnqilabının Rəhbəri sionistlərin İslam dünyasının aşkar və təxirəsalınmaz bəlası olduğunu vurğuladı: “Sionistlərin hiylə və planlarının ifşası Həccdə görülməli olan zəruri işlərdəndir. Xalqların istəyinin əksinə və ABŞ-ın istəyinə uyğun olaraq sionist rejimlə olan əlaqələrin adiləşdirilməsi istiqamətinə üz tutan ərəb və qeyri-ərəb dövlətləri bilsinlər ki, bu birlikdə oturub-durmaların onların sionist rejimi tərəfindən istismar edilməsindən başqa bir nəticəsi olmayacaqdır”.

Həzrət Ayətullah Xamenei evsahibliyi edən dövlətin üzərinə ağır vəzifələr düşdüyünə və bu dövlətin İslam dünyasının maraqlarına uyğun şəkildə davranmasının zəruriliyinə işarə edərək dedi: “Bütün zəvvarların, xüsusilə iranlı zəvvarların təhlükəsizliyinin təmin edilməsi, keçmişdə baş vermiş faciələrin təkrarlanmasının qarşısının alınması, habelə xərclərin artırılması məsələsinə yenidən baxılması İslam Respublikasının ciddi tələblərindəndir”.

O, çıxışının sonunda Həcc məsələləri üzrə məsul şəxslərdən Həcc günlərinin azaldılması məsələsini öz gündəliklərinə salmalarını və bunun üçün həll yolu tapmalarını istədi.

Görüşün əvvəlində Vəliyyi-Fəqihin Həcc və Ziyarət Məsələləri üzrə nümayəndəsi Höccətül-İslam vəl-müslimin Nəvvab, Həcc və Ziyarətlər İdarəsinin rəisi cənab Hüseyni builki Həcc mərasimi ilə bağlı nəzərdə tutulmuş hazırlıqlar və proqramlar haqqında məlumat verdilər.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /