Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Xalqın inqilaba və dinə meyli İnqilabın ilk günü ilə müqayisədə daha çoxdur

Həzrət Ayətullah Xamenei bu gün (şənbə) səhər İnqilabın Böyük Rəhbərinin ilahi aləmə yüksəlişinin otuz üçüncü ildönümü münasibətilə o əziz insanın pak ziyarətgahına toplaşmış insan izdihamı qarşısında çıxış edərək İmam Xomeyninin (r.ə) İslam Respublikasının ruhu, həqiqətən, müstəsna şəxsiyyət, İran xalqının dünəni, bu günü və sabahının imamı olduğunu dedi: “Bu günün gənc və zəkalı nəslinin ölkənin gələcəyini idarə etmək və xalqı əzəmətli zirvələrə çatdırmaq üçün etibarlı, əhatəli, sürətli və dəyişiklik yaradan proqrama, yəni İmamın dərslərinə, danışığı və davranışına ehtiyacı var”.

O, mühüm tövsiyələr verərək xalqı, inqilabçı, mədəni, siyasi və iqtisadi fəalları inqilabçı kimliyinin zəiflədilməsi və İmamın təhrif edilməsinin qarşısının alınması, düşmənin yalan və psixoloji müharibəzinin ifşa edilməsi, mürtəce təsirlərin və qərb həyat tərzinin nüfuzunun qarşısının alınması, inqilabçı məsulların qədrinin bilinməsinə çağırdı.

İnqilabın Rəhbəri iki ildən sonra əyani şəkildə təşkil edilən bu mərasimdə İmam Xomeyninin (r.ə) şəxsiyyətinin hələ də öyrənilməmiş yönlərinə işarə edərək dedi: “O bələdçi müdrik haqqında çoxlu danışıqlar olmasına və əsərlər yazılmasına baxmayaraq, onun şəxsiyyəti və rəhbərliyinin əzəmət və qüdrəti haqqında deyilməmiş çox həqiqətlər var. İmamı doğru-düzgün tanımayan gənc nəsil milli və inqilabçı vəzifəsini yerinə yetirmək, ikinci İnqilab addımını atmaq, ölkəni daha yaxşı idarə etmək, ölkənin parlaq gələcəyi istiqamətində əminliklə addım atmaq üçün İmamın məktəbinin təyinedici və irəli aparan dərslərini öyrənməlidir”.

İslam İnqilabının inqilablar tarixinin ən böyük inqilabı olduğunu deyən Ali Rəhbər müasir dövrün iki məşhur inqilabı olan Böyük Fransa İnqilabı və Böyük Sosialist İnqilabını İslam İnqilabı ilə müqayisə edərək dedi: “Bu iki inqilabda mənəviyyat diqqətdən kənarda qaldı. Hər iki inqilab qısa müddətdən sonra qarşısına qoyduğu məqsəddən sapdı. Onların qələbə çalmasına səbəb olmuş xalq kənara itələndi və əməli olaraq keçmişə dönüş edildi. Lakin İslam İnqilabı qələbə çaldıqdan sonra da ardıcıl seçkilər keçirməklə davamlı olaraq xalqa arxalandı, maddi və mənəvi yönləri eyni vaxta diqqət mərkəzində saxlayaraq irəlilədi. Bu gerçəklər İslam İnqilabının tarixin bütün inqilablarından üstün olduğunu və İmamın rəhbərliyinin əzəmətini göstərən dəlillərdəndir”.

Xalqın iştirakının İnqilabın qələbəsinin qəti amili olduğunu qeyd edən Ali Rəhbər əlavə etdi: “Amma böyük millət okeanını meydana çəkərək təlatümə gətirən, heç bir məyusluq və ümidsizliyə qapılmadan xalqı meydanda saxlayan, hərəkətin istiqamətini xalqa öyrədən o qüdrətli əl, polad kimi möhkəm şəxsiyyət, əmin qəlb və zülfüqar qılıncı kimi kəskin dil sahibi olan Böyük İmam - əzəmətli Xomeyni olmuşdur”.

Həzrət Ayətullah Xamenei İmam Xomeyninin (r.ə) məzmunlu və mənalı rəhbərliyinin əzəmətli yönlərinə, mübarizə meydanının təyin edilməsi və öyrədilməsi istiqamətindəki nüfuzlü qüdrətini şərh edərək İslam Respublikası və inqilabçı hərəkat dövrünün böyük hadisələrinə işarə edərək dedi: “İmam həyatının son ili verdiyi bəyanatları və vəsiyyətnaməsində mübarizə meydanının, hətta özündən sonrakı dövrünü də təyin etdi”.

İslam İnqilabının Rəhbəri İmamın (r.ə) şəxsi keyfiyyətlər baxımından sözün həqiqi mənasında üstün bir şəxsiyyət olduğunu vurğulayaraq onun bəzi xüsusiyyətlərini qeyd etdi: “Paklıq və təmizlik, mənəviyyat və irfani hallar, şücaət, hikmət və rasionallıq, dəqiq hesablama əsasında davranmaq, gələcəyə ümid, dürüstlük, zamanı tanmaq və nizam-intizam, təvəkkül və ilahi vədə əminlik, mübarizə adamı olmaq İmam Rahilin bariz xüsusiyyətlərindəndir”.

Həzrət Ayətullah Xamenei İmamın bəzi üstün xüsusiyyətlərini qeyd etdikdən sonra İmamın məktəbinin əsas və prinsiplərinə açıqlama gətirdi: “İstər mübarizə dövrü olsun, istərsə də İnqilab dövrü, İmamın məktəbinin əsasını Allah üçün qiyam təşkil edirdi. Bu əsas Quran prinsipidir”.

O bildirdi ki, Allah üçün qiyamın məqsədi bütün mərhələlərdə haqqı və ədaləti bərqərar etmək, mənəviyyatı təbliğ edib yaymaqdır: “İmam həqiqi bir mübariz idi və Allah üçün qiyam meydanında daim hərəkətdə idi”.

İslam İnqilabının Rəhbəri dedi: “İmamın mübarizə dövründəki fəaliyyəti bir neçə üstün cəhətə malik idi. Bu cəhətlər ibarətdir: qorxmazlıq, xalqa qarşı dürüst olmaq və şəffaflıq, xalqa etimad, xalqın mübarizələrinin qədrini bilmək və qəlblərə ümid işığı üfürmək”.

Həzrət Ayətullah Xamenei daha sonra İmamın İslam Respublikasının yaradılması dövründəki fəaliyyətinin üstün cəhətlərini qeyd etdi: “İmamın bu dövrdəki ən böyük narahatlığı və yol xəritəsi İslam Respublikası layihəsi ilə qərb mədəniyyətini bir-birindən ayırmaq ibarət idi. Bu səbəbdən də İmam israrla İslam Respublikasının Qərbə xas olan respublikaçılıq və demokraityadan qaynaqlanmadığını göstərməyə çalışırdı”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, İmamın yeni modelinin bariz xüsusiyyətlərindən biri üzdə bir-birinə zidd görünən ikilikləri sinxronlaşdırmaq idi: “İmamın təqdim etdiyi siyasi model və sistem həm mənəviyyat, həm də xalqın rəyi, həm ilahi hökmlərin icrası, həm də ümumi məsləhət və maraqların təmin edilməsi, həm iqtisadi ədalətin bərqərar edilməsi və zəiflərin vəziyyətinin nəzərə alınması, həm də sərvət istehsalında israrlı olmaq, həm zülmün, həm də zülmün qəbul edilməsinin qəbuledilməzliyi, həm elm və iqtisadiyyatın gücləndirilməsi, həm də dövlətin müdafiə binasının gücləndirilməsi, həm milli vəhdət və birlik, həm də müxtəlif siyasi rəylər və meyillərin qəbul edilməsi, həm məsulların təqvası və paklığına önəm verilməsi, həm də məsul şəxslərin işbilənliyi və mütəxəssisliyinə önəm verilməsi prinsiplərinə malikdir”.

Həzrət Ayətullah Xamenei daha sonra mühüm bir sual təqdim etdi: “İmam tərəfindən əsası qoyulmuş bu məktəb və meyar İmamın zamanında və ondan sonra hansı həddə qədər gerçəkləşə bildi?”

O əlavə etdi: “Ölkənin həqiqətləri ilə bağlı bildiklərimə əsasən, deyə bilərəm ki, İslam Respublikası demokratiya, elmi nailiyyətlər, diplomatik, iqtisadi və ümumi xidmətlər kimi istiqamətlərdə böyük uğurlar əldə etmişdir. Onları inkar etmək insafsızlıq olar. Təbii uğursuzluqlarımız da az olmamışdır. Yəni həm inkişafımız olub, həm də zəiflik və uğursuzluğumuz”.

İslam İnqilabının Rəhbəri zəif cəhətlər və uğursuzluqların səbəblərinə aydınlıq gətirərkən əlavə etdi: “Səbəbi tapmaq üçün İmam bizə yol göstərir. O bildirdi ki, sizin uğurunuz səy və fəaliyyətlə şərtlənir. Yəni xalq və məsul şəxslər hansı istiqamətdə güclü iradə ilə meydana atılıblarsa, həmin istiqamətdə uğura nail olublar. İradə zəifliyi göstərilən hər yerdə geriləmə baş verib”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, İqnilabın qələbəsinin ilk günündən bu günə qədər düşmənlərin böyük cəbhəsinin rolunu da unutmaq olmaz.

O əlavə etdi: “Bu düşmənçiliyi İslam Respublikası yaratmamışdır. Sadəcə, İslam Respublikasının mahiyyəti mənəviyyata əsaslanıb zülm, imperializm və günah işlərə qarşı olduğu üçün zalımlar, imperialistlər, günah aludəçiləri və mənəviyyata zidd işlərin yolçuları onunla təbii olaraq düşmənçilik edirlər”.

İnqilabın Rəhbəri dedi ki, İslam Respublikası ilə düşmənçilik səbəblərindən biri İmamın qərblilərdən cidid şəkildə uzaqlaşması olmuşdur: “Fələstinə dəstək və qəsbkar rejimin səfirliyinin Fələstin xalqına verilməsi, ABŞ və Avropa ölkələrinin riyakarlıqları və cinayətlərinin tənqidi İmamın İslam dövləti, mədəniyyəti və təfəkkürü ilə Qərb mədəniyyəti və təfəkkürü arasında qoyduğu fərqlərin nümunələrindəndir”.

İnqilabın Rəhbəri habelə qeyd etdi ki, İmamın böyük imtiyazı xalqı müqavimət anlayışı ilə tanış etmək və müqavimət ruhunu xalqa inyeksiya etmək olmuşdur: “İmamın bərəkətindən bu gün İran xalqı tamamilə müqavimətçi və möhkəmlənmiş bir xalqa çevrilmişdir. Müqavimət dünyanın siyasi ədəbiyyatında üstün xüsusiyyətlərdən birinə çevrilmişdir”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında düşmənlərin İran xalqı üçün hazırladığı hiyləgər plan və gördüyü qarışıq yuxunun üzərindən pərdə götürdü: “Bu planın birinci hissəsi düşmənlərin dövlətə zərbə vurmaq üçün xalqın etirazlarına ümid bəsləməsidir. Onlar virtual məkanda psixoloji fəaliyyətlər göstərməklə, pul xərcləmək, muzdur yetidşirmək və müxtəlif hiylələrdən isitfadə etməklə xalqı İslam dövlətinə qarşı çıxarmağa çalışırlar”.

Bu məkrli planın ikinci hissəsi İslam Respublikasının tənəzzülə və süquta uğrayacağı ilə bağlı səhv hesablamalar təlqin etməkdən ibarətdir: “Bədxahlar İnqilabın ilk vaxtlarında deyirdilər ki, altı aydan sonra İnqilab süquta uğrayacaq. Hesablamaları boşa çıxdıqdan sonra yenidən altı aylıq bir vaxt təyin etdilər. Halbuki hal-hazırda İnqilabın qələbəsindən səksən altı aylıq vaxt keçir və bu nazik fidan iri gövdəli güclü bir ağaca çevrilmişdir. Amma onların hesablamaları yenə də keçmişdəki kimi tamamilə səhvdir”.

İnqilabın Rəhbəri vurğuladı: “İslam Respublikasında xalq amili çox mühüm bir amildir. Düşmənlər xalqı İslam dövlətinə qarşı qoya bilməyəcəklər”.

O, İranın düşmənlərinin hesablamalarının bir-birinin ardınca səhv çıxmasının səbəbini təhlil edərkən bir neçə xain iranlı müşavirin bu hesablamaların formalaşmasında oynadığı rola işarə edərək dedi: “Bu xəyanətkar müşavirlər təkcə öz ölkələrinə yox, hətta amerikalılara da xəyanət edirlər. Çünki bu səhv məsləhətləri ilə onların məğlubiyyətə uğramasına səbəb olurlar”.

İran xalqının dindən, ruhaniyyətdən və İslam dövlətindən üz döndərməsinin səhv məsləhət və müşavirələrin bir nümunəsi olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Məlumatsız və xəyanətkar müşavirlərin təsiri altında olan amerikalılar tərəfindən səsləndirilən bu səhv fikirlər ölkə daxili medialarda bir qrup sadəlövh insan tərəfindən sələndirilməkdədir”.

O vurğuladı ki, xalqın bu gün dinə və İnqilaba olan meyli İnqilabın əvvəlindəki vaxtdan mütləq şəkildə çoxdur. Daha sonra o, müqavimət və ruhaniyyətə olan hörmətlərini göstərmək üçün xalqın yaratdığı böyük izdihama işarə edərək dedi: “Şəhid Süleymaninin parça-parça olmuş bədəninin dəfni və o böyük inqilabçı, mübariz və mücahid kişinin xatirəsinin əziz tutmaq üçün milyonlarla insanın izdihamı, Ayətullah Safi Gülpayiqani və Ayətullah Behcət kimi böyük fəqih və mərcələrin dəfn mərasimləri və hisslərin izharı ölkənin digər siyasət və incəsənət xadiminin xatirəsinin əziz tutulması ilə müqayisə edilməyəcək həddədir. Bu, xalqın ruhaniyyət, din, cihad və müqavimətə olan etiqadının göstəricisidr”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, gənclərin etikaf mərkəzləri, böyük mənəvi icmalardakı, habelə 22 bəhmən və Qüds günündəki əzəmətli yürüşləri xalqın böyük İmamın yoluna olan sədaqətinin başqa bir əlamətidir: “Xalqın dini sevgisini ifadə edən hərəkətlərdən biri ölkənin dörd bir tərəfində qoca, cavan, uşaq – hər kəsin İmam Zamana (əc.) olan sevgi və məhəbbətini ona həsr edilmiş bir nəğmə qəlibində izhar etməsidir”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda inqilabçı, sosial, siyasi və iqtisadi sahələrin fəallarına yeddi mühüm tövsiyə verdi.

İnqilabın Rəhbəri birinci tövsiyəsində ağıllı və zəkalı gənclərə belə xitab etdi: “Düşmən və İnqilab əlehdarının sizin inqilabi kimliyinizi zəiflətməsinə və İnqilab həqiqətini yanlış şəkildə təqdim etməsinə imkan verməyin”.

Onun ikinci tövsiyəsi belə oldu: “İnqilabın ruhu olan İmamın xatirəsinin cəmiyyətin yaddaşından silinməsinə və təhrif edilməsinə imkan verməyin”.

O, üçüncü tövsiyəsində mürtəceliyin nüfuz etdirilməsinin qarşısının alınmasını zəruriliyini vurğuladı: “Mürtəcelik Qərb siyasəti və həyat tərzinə qayıdışdır. Çürümüş Pəhləvi dövründə mövcud olmuş qərb həyat tərzinin nüfuzu ilə ölkənin keşmişə dönüşünə imkan vermək olmaz”.

O, dördüncü tövsiyəsində düşmənin yalanı, hiyləsi və psixoloji müharibəsinin ifşa edilməsinin zəruriliyini vurğulayaraq bu psixoloji müharibənin yeni nümunələrinə işarə etdi: “Bur müddət bundan əvvəl Yunanıstan dövləti amerikalıların göstərişi ilə ölkəmizin neftini oğurladı. Amma İslam Respublikasının fədakar cəngavərləri düşmənin neft tankerini müsadirə etdikdə öz KİV-lərində İranı oğurluqda ittiham etdilər. Halbuki onlar bizim neftimizi oğurlamışdılar və oğruluq malı geri almaq oğurluq deyil”.

Həzrət Ayətullah Xamenei saleh əməl istehsal etmək üçün xalqın iman sərmayəsindən istifadə edilməsinin zəruriliyini vurğulayaraq altıncı tövsiyəsini ölkəyə çıxılmazlığın təlqin edilməsinin qarşısının alınmasına həsr etdi: “Virtual məkanda bir qrup insan ya bilməzlikdən, ya da pula görə ölkənin çıxılmaz vəziyyətdə olduğunu təqlin etməklə məşğuldur. Əlbəttə, İmamın zamanında da bir qrup adam qəzetlərdə ölkənin çıxılmaz vəziyyətdə qaldığını yazırdı. İmam bu yazılara cavab olaraq: “Dalana dirənən İslam Respublikası yox, sizsiniz”, - deyə burudu”.

O, sonuncu tövsiyəsində inqilabçı rəhbərlərin qədrinin bilinməsi vəsifəsinin zəruriliyini vurğulayaraq dedi: “Böyük İmam icraçı şəxslərlə sərt şəkildə danışmaqla yanaşı, bəzi məqamlarda onlara açıq şəkildə təşəkkür edirdi. Buna görə də düşmən bu gün inqilabçı məmurları gözdən salmağa çalışdıqları bir vaxtda ağır vəzifəsinin qədri bilinməlidir”.

İnqilabın Rəhbəri son günlər məsul şəxslərin göstərdikləri qiymətli fəaliyyətlərin ayrı-ayrı nümunələrinə işarə edərək dedi: “Bir nazirin şəxsən özünün bir neçə sutka Abadanda qalması, prezident və onun müavininin zərərçəkmişlərlə görüşüb onlara təsəlli verməsi hörmət və təşəkkürə layiq hərəkətlərdir. Təbii ki, Abadan qəzası və digər faciələrin səbəbkarları da cəzalandırılmalıdır”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda Höccətül-İslam Seyid Həsən Xomeyninin çıxışı zamanı baş vermiş bəzi hərəkətlərə işarə edərək dedi: “Cənab Seyid Həsən Xomeyni danışarkən kimlərinsə hay-küy saldığını eşitdim. Hər kəs bilsin ki, mən bu cür hərəkətlərə və hay-küylərə qarşıyam”.

Mərasimin əvvəlində Höccətül-İslam Seyid Həsən Xomeyni Böyük İmamın İran xqalqının müstəqilliyi və izzətinin carçısı olduğunu dedi: “İmam xalis bir həqiqət, pak bir ruh, İslamın və xalqın parlaq ideyalarının simvoli və məzhəri idi”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /