Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İnqilabçı qalmaq inqilabçı olmaqdan daha mühümdür

İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) səhər İslami Şura Məclisinin sədri və üzvləri ilə görüşdə qeyd etdi ki, Xürrəmşəhrin fəthi acı bir hadisənin şirin bir hadisəyə çevrilməsinin və milli qurtuluşun simvoludur. O bu dəyişmənin amillərinə işrə edərək dedi: “Çətin, mürəkkəb və acı şəraiti keçib qələbə, uğur və müvəffəqiyyətə nail olmağın şərti mücahid fəaliyyəti, sarsılmaz əzmkarlıq, əməli təşəbbüskarlıq, fədakarlıq, uzunmüddətli baxış, ən başda da ixlas və Allah-taalaya təvəkküldür”.

İslami Şura Məclisinin dövlət idarəçiliyinin əsas sütunlarından olduğunu deyən Ali Rəhbər dövlətlərin hal-hazırda təhlükəli beynəlxalq şəraitdən irəli gələn çətinliklərinə işarə edərək bütün qüvvələri və qurumları öz mövqelərinin əhəmiyyətini dərk etməyə və bir-birləri ilə səmimi əməkdaşlığa çağırdı: “İmkanlar və zəif cəhətlərin düzgün şəkildə öyrənilməsi zəruri məsələlərdən biridir. Çünki düşmən öz imkanlarına ümid bəsləməzdən əvvəl bizim xəta və səhvlərimizə göz dikib”.

İslam İnqilabının Rəhbəri Xürrəmşəhrin fəthinin ildönümü günlərinə işarə edərək bu böyük hadisənin bir şəhərin geri alınmasından daha üstün olduğunu dedi: “Xürrəmşəhrin fəthi, əslində, acı və həyati bir hadisənin İslam döyüşçülərinin xeyrinə dəyişərək şirin bir hadisəyə çevrilməsidir”.

Həzrət Ayətullah Xamenei bu vəziyyətin dəyişməsinin səbəbinə aydınlıq gətirərək əlavə etdi: “Xürrəmşəhrin fəthi ilə reallaşan milli qurtuluş amilləri bunlardır: mücahid fəaliyyəti, fədakarlıq, sarsılmaz əzmkarlıq, əməli təşəbbüskarlıq, məqsədlər və ideyalara uzunmüddətli baxış, daha üstünü isə ixlas və Allaha təvəkkül”.

O bu amillərin və ümumi qaydanın bütün işlər və zamanların xilasedici resepti oduğunu dedi: “Bu xilasedici qayda Allah-taalanın Quranda sözügedən amillərə sadiq qalan fərdləri və cəmiyyəti qalib edəcəyi ilə bağlı verdiyi dəyişməz vədə əsaslanır. Allah qeyd edilən xüsusiyyətə malik olan cəmiyyətin əməl və səylərini puça çıxarmayacaq”.

İslam İnqilabının Rəhbəri dedi: “Özünü qurban etmənin mənası cılız istəklər pəncəsində əsir olmamaqdır. Fərdlər və cəmiyyətlərin problemlərinin bir çoxu cılız istəklərə boyun əyməkdən başlayır”.

Həzrət Ayətullah Xamenei daha sonra parlament mövzusuna giriş edərək İslami Şura Məclisinin dövlət idarəçiliyinin əsas sütunlarından biri kimi mühüm bir mövqeyə malik olduğunu vurğuladı: “Müxtəlif, hətta əhalisi az olan şəhərələrdən seçilmiş deputatlar da parlamentə bu baxış bucağından baxmalı, ölkənin idarəçiliyinin çətinliyi və mürəkkəbliyinə diqqət yetirməlidirlər”.

O, İranın ərazisi, əhalisi, coğrafiyası, tarixi və fərqli iqlim qurşaqlarına işarə edərək vurğuladı: “Əziz İranımız kimi bir dövlətin idarəçiliyi mühüm bir iş, dünyanın hazırkı xüsusi şəraitinə əsasən, təbii olaraq çətin və mürəkkəbdir”.

Həzrət Ayətullah Xamenei dünyaya hakim kəsilmiş xüsusi şəraitin səbəblərinə aydınlıq gətirərkən dedi: “Dövlətlərin düşməncəsinə rəqabətləri, atom dövlətlərinin bir-birinə qarşı təhdidləri, hərbi əməliyyatlar və təhdidlərin artması, dünyanın müharibəyə səbəb olan regionlarından biri hesab edilən Avropanın yaxınlığında müharibənin baş verməsi, bir xəstəliyin görünməmiş bir şəkildə yayılması və qlobal səviyyədə qida təhdidləri dünyanın hazırki şəraitini xüsusiləşdirən amillərdir. Belə bir şəraitdə dövlətləri idarə etmək daha çətin və mürəkkəbdir”.

O dedi: “İran bütün dövlətlərə hakim kəsilmiş bu şəraitlə yanaşı, dini demokratiya adlı yeni bir model təqdim etdiyi və imperialist sistemin tənzimlədiyi cədvəlin pozulmasına səbəb olduğu üçün dünyanın böyük gücləri ilə müxtəlif istiqamətlərdə davamlı gərginlik içərisindədir”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, İslam Respublikası sinəsini bütün düşmənçiliklərə sipər edərək uğur və inkişafa nail olmaqda davam edir: “Parlament üzvləri, hökumət, məhkəmə və digər qurumlar necə böyük və mühüm bir idarəçilikdə rol oynadıqlarını bilməli və sözügedən mövqeyə uyğun olaraq özlərinə nəzarəti artırmalıdırlar”.

Həzrət Ayətullah Xamenei bildirdi: “Həm imkanları, həm də zəif nöqtələri doğru-düzgün öyrənmək və diqqətli olmaq lazımdır ki, səhv və xətaya yol verilməsin. Çünki düşmən öz imkan və bacarıqlarına ümidvar olmazdan əvvəl bizim səhvlərimizə ümid bəsləyirlər”.

İnqilabın Rəhbəri on birinci məclisin inqilabçı bir məclis olması ilə bağlı daha öncə səsləndirdiyi ifadəyə işarə edərək dedi: “Bəzilərinin bu ifadədən xoşları gəlməyib. Amma bu həqiqi bir ifadədir. Çünki xalq bu məclisə şüarları və mövqeləri inqilabçılıq olan deputatları seçib”.

O, inqilab şüarlarını ölkə üçün başağrısı hesab edən bəzi adamların açıqlamalarının qəbuledilməz olduğunu bildirdi: “İnqilabın ideyalarına doğru hərəkət dövlətin xeyrinədir və dərdlərinin əlacının tapılmasına səbəb olacaq”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, inqilabçı qalmaq inqilabçı olmaqdan daha mühümdür: “Bəziləri inqilabın ilk illərində çox hərarətli, coşqulu, necə deyərlər, super inqilabçı idilər. Amma bu yolda möhkəm dayanmağa gücləri olmadığı üçün duruş gətirə bilmədilər. Buna görə də parlamentin fərdi və ictimai şəkildə inqilabçı qalması inqilabçı olmasından daha çətindir”.

O, on birinci parlament tərəfindən keçən iki ilə ərzində həyata keçirilmiş yaxşı işləri yüksək qiymətləndirdikdən sonra inqilabçı deputatın əlamətlərini qeyd etdi: “Birinci əlamət sadə həyat tərzi, dəbdəbənin və zadəgan həyatının əsiri olmamaqdır. Millət vəkillərinin həyat tərzləri deputatlıqdan əvvəlki vaxtdan fərqlənməməlidir”.

İnqilabın Rəhbəri vurğuladı ki, məsuliyyətli olmaq inqilabçı deputatın ikinci əlamətidir: “Təsdiq etdiyiniz yaxşı qanunun üzərində möhkəm dayanın. Digər tərəfdən, qəbul etdiyiniz qanunun Keşikçilər Şurası tərəfdən qəbul edilməyəcəyini və ya dövlətin onu icra etmək gücündə olmadığını bildiyiniz halda, sırf üzərinizdən məsuliyyət götürülsün deyə qanun qəbul etməyin”.

O, xalqla olmağı bir inqilabçı deputatın başqa bir əlaməti olduğunu dedi: “Xalqla olmaq deyilərkən xalqla oturub-qalxmaqla yanaşı, onların sözlərini eşidən qulağa malik olmaq nəzərdə tutulur. İnsanların istəklərini yerinə yetirmək mümkün olmadıqda açıq şəkildə bunun dəlillərini izah edin. Bu, izahetmə və açıqlama cihadının nümunələrindəndir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, dövlətin problemlərini əsas və qeyri-əsas prinsipi üzrə təsnif etmək, əsas problemlərin həllini önə salmaq inqilabçı deputatın başqa bir əlamətidir: “Həm başqalarının qanun pozuntusu zamanı, həm də qanun pozuntusuna qarşı diqqətli olmaq tələb edildiyi vaxt ayrıseçkilik və qanun pozuntusundan ciddi şəkildə qorunmaq digər bir əlamətdir”.

O bildirdi ki, qüvvələr, digər qurumlar və onların nəzdindəki sistemlərlə səmimi əməkdaşlıq, etimadsızlıqdan və müxalifətçilikdən qorunmaq inqilabçı parlamentə lazım olan xüsusiyyətlərdəndir: “İnqilabçı deputat xalqla birlikdədir, ancaq mühitin təsirinə və avam vəziyyətinə düşmür. Buna görə də parlamentin qanunları və tədbirlərində əgər məntiqli etirazlar olsa, onları qəbul edin. Əks təqdirdə, parlamentə və qanuna qarşı səs-küy qoparılması sizi vəzifənizə əməl etməkdən saxlamamalıdır”.

İnqiabın Rəhbəri dedi ki, konstitusiya və onun tələblərinə tam şəkildə sadiq qalmaq da inqilabçı depitata xas olan əlamətlərdəndir.

O, çıxışının bu hissəsini yekunlaşdırarkən dedi: “İnqilabçı olmamağın əlamətlərindən biri aralıq çıxışlarda etiraz və qəzəblə müşayiət olunan emosional nitqlər inqilabçı əlamətlərindən deyil”.

Həzrət Ayətullah Xamenei qanunvericiliklə bağlı bir neçə tövsiyə verdi.

O, əhatəli və uzunmüddətli perspektivlər nəzərə alınaraq qanunlar müəyyən edilməsi və hər xırda işdən ötürü qanun qəbul etməkdən çəkinməyin vacibliyini vurğulayaraq qanunlarda elan edilən ümumi siyasətlərə diqqət yetirilməsinin əhəmiyyətli olduğunu dedi: “Parlamentin vəzifəsi bu siyasətlərə qarşı olan yox, əsaslanan qanun qəbul etməkdir. Təbii ki, ümumi seçki siyasətləri və ya ümumi qanunvericilik siyasətləri kimi bəzi ümumi siyasətlərin qanuna ehtiyacı var. Onların elan edilməsindən bir neçə il keçməsinə baxmayaraq, hələ də aidiyyatı qanunlar təsdiq edilməmişdir”.

İnqilabın Rəhbəri vurğuladı ki, hökumətin boşluqlar və ölkənin ehtiyac duyduğu istiqamətlərlə bağlı layihəsi olmadığı zaman layihə təqdim etmək parlamentin hüquq və vəzifələrindəndir: “Eşitdiyimə görə, əvvəlki parlamnetlərlə müqayisədə bu parlamentdə qəbul edilən layihələrin sayı çoxdur. Bu, elə də münasib deyil və onların tədqiq edilməsi və icrasında problemlər yaradır. Qanun da icra edilmədiyi təqdirdə məsuliyyətlərdə süstlük yaranır”.

O əlavə etdi: “Yeni parlamentlər təşkil edildikdə əvvəlki parlament tərəfindən araşdırılmasına böyük vaxt və zəhmət sərf edilmiş layihələr bir kənara qoyulur. Bu problem aradan qaldırılmalıdır”.

Həzrət Ayətullah Xameneinin digər tövsiyəsi büdcə strukturuna düzəlişlərlə bağlı oldu: “Büdcənin səhv tərkibi hələ də islah edilməmişdir. Bu məsələ hökumətin vəzifəsidir, amma parlamentdə də real və gerçəkləşə bilən gəlirlər təyin etmədən xərcləri artırmaqla iqtisadi proplemlərin anası olan büdcə kəsirinə əlavə edilməməlidir”.

O, həm araşdırmalar mərkəzi, həm də ixtisaslaşmış komissiyalarda parlamentin ekspert bazasının gücləndirilmsənin zəruriliyini vurğulayaraq yeddinci inkişaf proqramının yazılmasına işarə etdi: “Bu beşillik proqramlarda ümumi danışıqlarla kifayətlənmək olmaz. Hökumət və parlament proqramın əsas məsələsini yazmaqla yolu ölkə rəhbərliyi üçün işıqlandırmalıdır”.

İslam İnqilabının Rəhbəri yeddinci proqramda diqqət yetirilməsi lazım olan məsələlərdən bir neçəsini qeyd etdi: “Yeddinci proqramda kənd təsərrüfatı, ölkə potensiallarının toxunulmaz qalan, ya da əlavə dəyərsiz istehsal edilən mədən, ölkə strategiyasının naməlum olduğu sənaye və s. məsələlər sənəd və proqramın elmi və əsaslı məsələsi formasında yazılmalıdır. Ölkənin imkanları və torpaqdan istifadənin planlaşdırılması da nəzərdə tutulmalıdır”.

O, növbəti tösviyəsində parlamentin təsdiq etdiyi qərarlar və həyata keçirdiyi tədbirlərlərin media yönlərinə diqqətə və onların insanlara izahına toxundu: “İnsanlara düzgün izah verilməməsi qanuna qarşı hay-küy qoparılmasına və sizin onu təsdiq etməyə peşman olmağınıza səbəb olur”.

Həzrət Ayətullah Xamenei Audit Məhkəməsinin son bir neçə ildəki çevikliyini və vaxtında hesabat verməsini yüksək qiymətləndirərək əlavə etdi: “Son illər Audit Məhkəməsi bəzi dövlət şirkətlərinin də büdcəsinin araşdırlmasına start vermişdir. Əgər qeyd olunan fəaliyyəti bütün dövlət şirkətlərini əhatə etsə, bu parlamentin imtiyazlarından olacaq”.

İnqilabın Rəhbəri millət vəkillərinə təyinatlara müdaxilə etməkdən çəkinməklə bağlı verdiyi əvvəlki tövsiyəsinə işarə edərək dedi: “Palamentin sədri bəzi deputatların bu tövsiyədən narahat olduğunu dedi. Halbuki bu tövsiyə sizin özünüzün xeyrinədir. Çünki bir nümayəndənin təzyiqi ilə hər hansı regiona bir məsul şəxs təyin edilərsə və işi də qənaətbəxş olmazsa, məlum deyil kimdən hesab tələb ediləcək”.

O əlavə etdi: “Konstitusiyanın mühüm məsələlərindən biri qüvvələrin bir-birindən ayrılması məsələsidir. Hər kəs öz vəzifəsinə əməl etməlidir. Həmişə hökumətlərə tövsiyə etmişik ki, deputatların məsləhət və rəylərindən istifadə edin”.

Həzrət Ayətullah Xamenei insanların heysiyyətinin qorunması və sübuta yetməmiş məsələlərin əhəmiyyətli parlament tribunasından səsləndirməkdən çəkinməyin əhəmiyyətli olduğunu vurğulayaraq dedi: “Məsuliyyət artdıqca insanın Allah qarşısındakı təvazökarlığı və ibadəti, hidayət öndərlərini Allah dərgahında şəfaətçi təyin etməsi də artmalıdır”.

O, çıxışının sonunda böyük İmamın, İslam İnqilabı və Müqəddəs Müdafiə şəhidlərinin pak ruhlarına salam və rəhmət göndərərək üç gün əvvəl terror nəticəsində şəhadətə yetmiş şəhid Səyyad Xudayini hörmətlə yad etdi.

Görüşün əvvəlində İslami Şura Məclisinin spikeri cənab doktor Qalibaf on birinci parlamentin son iki il ərzindəki fəaliyyətlərini şərh edərək sanksiyaların neytrallaşdırılmasına diqqətin bu parlamentin əsas strategiyası olduğunu dedi: “Parlament bu strategiya çərçivəsində iqtisadi qanunlarda dəyişikliklər aparılması paketinin gerçəkləşməsini izləyir”.

Spiker parlamentin problemlərin kökündən həll edilməsi ilə yanaşı, əhalinin periodik problemlərinin həlli üçün çalışdığını vurğulayaraq zəruri məhsullar üçün kupon şəklində üstünlük verilən valyuta subsidlərinin təkrar bölgüsü məsələsinin təsdiq edilməsinin millət vəkillərinin bu istiqamətdə həyata keçirdikləri tədbirlərdən olduğunu dedi.

Biznes lisenziyalarının verilməsinin asanlaşdırılması istiqamətində həyata keçirilən qanuni fəaliyyətlərin izahı, boş evlərin vergisi ilə bağlı qanunların təsdiq edilməsi, elmi əsaslar, şəffaflıq, avtomobil idxalı, ailə və cəmiyyətin gəncliyini himayə etmək, büdcə bölgüsündə və təsdiq edilən qərarlarda məhrum və şəhərdən kənar regionlara üstünlük verilməsi və əsgərlərin problemlərinin həll edilməsinin izlənməsi bu görüşdə cənab Qalibafın verdiyi hesabatın əsas mövzuları oldu.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /