Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ərəb dünyasından təvəqqe rejimə qarşı açıq siyasi əməl meydanına girməsidir

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (günortadan sonra) Şeyx Təmim bin Həməd Ali Sani və onu müşayitə edən nümayəndə heyəti ilə görüşdə iki ölkə arasındakı siyasi və iqtisadi əməkdaşlıqların artırılmasının zəruruliyini vurğulayaraq regionun problemlərinin həlli yolunun xarici amillərin müdaxiləsindən kənar danışıqlar olduğunu bildirdi. O, sionist rejimin Fələstin xalqına qarşı törətdiyi cinayətlərin davam etdiyini vurğulayaraq dedi: “Ərəb dünyasından təvəqqe bu açıq cinayətlərə qarşı siyasi əməl meydanına açıq şəkildə girməsidir”.

Həzrət Ayətullah Xamenei bu görüşdə İranla Qətər arasındakı əlaqələrin möhkəmləndirilməsi və davamlılığının hər iki dövlətin xeyrinə olduğunu qeyd etdi: “İki ölkə arasındakı iqtisadi əlaqələrin hazırki səviyyəsi çox aşağıdır. Bu əlaqələr bir neçə dəfə artırılmalıdır. Siyasi məsələlər kontekstində də daha çox fikir mübadiləsi aparmaq üçün zəmin var. Ümidvaram ki, bu səfər əməkdaşlıqların inkişafı üçün yeni bir başlanğıc olacaq”.

İslam İnqilabının Rəhbəri Qətərin əmirinin sionist rejimin cinayətlərini qınayan fikirlərini təsdiqləyərək mənfur sionistlərin bir neçə onillikdə Fələstin xalqına etdiyi zülmün acı bir reallıq, ərəb və İslam dünyasına bir zərbə olduğunu dedi: “Bu cinayətlər qarşısında İran İslam Respublikasının ərəb dünyasından təvəqqesi budur ki, siyasi əməl meydanına açıq şəkildə daxil olsun”.

O, Qətərin əmirinin keçən il Şeyx Cərrah məhəlləsində baş vermiş hadisələrlə bağlı fikirlərinə toxunaraq bildirdi: “O hadisədə bəzi ərəb dövlətlərinin Fələstin xalqına dəstəyi heç bəzi Avropa dövlətləri qədər də olmadı. Ortaya heç bir mövqe qoymadılar, indi də eyni şəkildə davranırlar”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əgər ərəb dövlətlərinin bu mövqeyi sionistlərin qorxusundan və ya ona olan tamah üzündəndirsə, bilsinlər ki, bu gün işğalçı rejim nə tamah ediləcək, nə də qorxulacaq bir vəziyyətdədir”.

O, regionun problemlərinin həlli yolunun region dövlətlərinin öz aralarındakı danışıqlardan keçdiyini dedi: “Suriya və Yəmən məsələləri də danışıqlar yolu ilə həll edilə bilər. Təbii ki, danışıqlar zəif mövqedən olmamalıdır. Çünki qarşı tərəf, yəni əsasən, ABŞ və digərləri hərbi və maliyyə gücünə arxalanırlar”.

İnqilabın Rəhbəri vurğuladı ki, regionu idarə etmək üçün başqalarının müdaxiləsinə ehtiyac yoxdur: “Sionistlər haraya ayaq basırlarsa, fəsad törədirlər; dövlətlərə heç bir güc və imtiyaz da tanıya bilmirlər. Buna görə də region dövlətləri olaraq bacardığımız qədər həmrəylik və əməkdaşlıq yolu ilə əlaqələrimizi gücləndirməliyik”.

O, İranla Qətər arasındakı təyin edilmiş qərarlara işarə edərək vurğuladı: “Bu qərarlar müəyyən və bəlli bir zamanda həyata keçirilməlidir”.

Dövlətimizin prezidenti cənab Ruhaninin də iştirak etdiyi bu görüşdə Qətərin əmiri İrana etdiyi ikinci səfərindən məmnun qaldığını bildirdi və İslam İnqilabının Rəhbərinin İslam dünyasındakı yüksək mövqeyinə işarə edərək dedi: “Sionist rejimin Fələstində törətdiyi cinayətlər xoşagəlməzdir. Hamımız Fələstin hadisələri qarşısında müqavimət göstərməliyik”.

Qətərin əmiri Cenində bir qadın jurnalistin sionist hərbçiləri tərəfindən şəhid edilməsindən təəssüfləndiyini bildirdi: “Sioniostlər bu cinayəti tam bir soyuqqanlılıqla törətdilər”.

Şeyx Təmim bin Həməd Ali Sani region dövlətlərinin, o cümlədən Suriya, İraq və Yəmənin problemlərinin həlli yolunun danışıqlardan keçdiyini vurğulayaraq İranla Qətərin iqtisadi əlaqələrinə toxundu: “İki ölkə arasındakı iqtisadi komitə fəallaşıb. Ümidvarıq ki, gələcək illərdə iqtisadi əməkdaşlıqlar çox inkişaf edəcək”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /