Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Suriya beynəlxalq bir müharibədə qələbə çaldı

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) Suriyanın prezidenti və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə qeyd etdi ki, Suriya xalqı və dövlətinin müqaviməti və beynəlxalq bir müharibədə qələbə çalması Suriyanın etibarı və iftixar hissinin artmasına səbəb oldu: “Dövlət başçısı və İran hökumətinin Suriya ilə olan əməkdaşlıqların inkişaf etdirməsi istəyi, şövqü və böyük iradəsinə əsasən, keçmişlə müqayisədə iki ölkə arasındakı əlaqələrin daha çox inkişaf etdirilməsinə çalışmaq lazımdır”.

İnqilabın Rəhbəri Suriyanın siyasi və hərbi meydanlardakı böyük nailiyyətlərinə işarə edərək dedi: “Suriya bu gün müharibədən əvvəlki Suriya deyil. Baxmayaraq ki, o vaxt dağıntılar yox idi, amma bu gün Suriyanın hörmət və etibarı keçmişdəkindən daha çoxdur və hər kəs bu ölkəyə bir güc kimi baxır”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, bu gün Suriya xalqı və prezidenti region xalqları arasında başı ucadır: “Bizimlə və sizinlə qonşu olan bəzi dövlətlərin rəhbərləri sionist rejimin rəhbərləri ilə otur-dur edir, birlikdə qəhvə içirlər, lakin həmin dövlətlərin əhalisi Qüds Günü küçələrə axışıb sionizmə qarşı şüar səsləndirirlər. Bu, regionun bu günkü reallığıdır”.

Suriyanın beynəlxalq müharibədəki müqaviməti və qələbəsində müxtəlif amillərin rol oynadığını qeyd edən Ali Rəhbər Əsədə dedi: “Bu amillərin ən mühümlərindən biri şəxsən Zati-alinizin yüksək əhval ruhiyyəsi olmuşdur. İnşallah, bu ruhiyyə ilə müharibənin dağıntılarını yenidən bərpa edə bilərsiniz. Çünki qarşınızda böyük işlər durur”.

İnqilabın Rəhbəri sərdar Süleymanini hörmətlə yad edərək dedi: “O böyük şəhidin Suriyaya xüsusi bir təəssübü var idi. Sözün həqiqi mənasında fədakarlıq edirdi. Onun Suriyadakı davranışı İranın səkkiz illik Müqəddəs Müdafiə dövründəki davranışından fərqlənmirdi”.

O əlavə etdi: “Şəhid Süleymani və SEPAH-ın digər görkəmli nümayəndələri, o cümlədən şəhid Həmədani cani-dildən çalışır, Suriya məsələsinə müqəddəs və vacib bir vəzifə kimi baxırdılar”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Bu əlaqə və bağlılıq hər iki ölkə üçün həyati əhəmiyyət daşıyır. Onu zəifləməyə qoymamalı, əksinə, mümkün olduğu qədər gücləndirməliyik”.

O, keçən illər ərzində Suriyaya əks olan cəbhədə yer almış bəzi ölkələrin sevgi və dostluq şüarlarına işarə edərək dedi: “Keçmiş təcrübələr əsasında gələcəyin xəttini aydınlaşdırmaq lazımdır”.

İnqilabın Rəhbəri Suriya prezidentinin yüksək əhval ruhiyyəsi və şövqünün böyük işlər görmək üçün zəmin yaratdığını qeyd etdi: “İran İslam Respublikasının prezidenti özü şəxsən və hökumət, həqiqətən, yüksək iradə və əhval ruhiyyəyə malikdir və Suriya məsələsinə ciddi önəm verir. Bu fürsətdən iki ölkə arasındakı əlaqələrin əvvəlkindən daha çox inkişaf etdirilməsi üçün isitfadə etmək lazımdır”.

Dövlət başçısı Höccətül-İslam vəl-müslimin Rəisinin də iştirak etdiyi bu görüşdə cənab Bəşşar Əsəd İran xalqı və hökumətinə tutduğu mövqelərə və verdikləri dəstəklərə görə təşəkkürünü bildirdi. O, şəhid Süleymaninin xatirəsini hörmətlə anaraq dedi: “Keçən 40 il ərzində İranın regionun problemləri, xüsusilə Fələstin məsələsi ilə bağlı müqaviməti və qətiyyətli mövqeləri bütün region əhalisinə göstərdi ki, İranın yolu doğru və prinsipialdır”.

Suriyanın prezidenti dedi: “Mahribənin dağıntılarını yenidən qurmaq olar. Amma prinsiplər və əsaslar məhv olsa, yenidən bərpa edilə bilməz. İran xalqının İmam Xomeyninin (r.ə) Zati-alinizin də iradəsi ilə davam etdirilən prinsipləri üzərində qətiyyətlə dayanması region xalqlarının, xüsusilə Fələstin xalqının böyük qələbələr çalmasına zəmin yaratdı”.

Cənab Bəşşar Əsəd əlavə etdi: “Bəziləri elə güman edirlər ki, İranın müqavimət cəbhəsinə dəstəyi silahlı dəstəkdir. Halbuki İslam Respublikasının ən mühüm himayəsi və dəstəyi müqavimət ruhu üfürmək və bunun davam etdirilməsidir”.

Suriya prezidenti sonda vurğuladı: “Sizonist rejimin regiona hakim kəsilə bilməməsinə səbəb İran və Suriya arasındakı strateji əlaqələrdir. Bu əlaqələr qüdrətlə davam etdirilməlidir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /