Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ölkə müzakirələri gözləməməlidir; müzakirəçilər inqilabçı və mömindirlər

İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə axşamı) günortadan sonra məsul şəxslər və dövlət işçiləri ilə görüşdə ölkənin bütün problemlərinin mütləq həll edilə bilən olduğunu qeyd edərək ilin şüarının ayrı-ayrı yönlərinə aydınlıq gətirdi: “İslam Respublikasının güc sistemi və onun müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər İranı xalqların diqqətini cəlb edən bir nümunəyə çevirmişdir. Xalqda ümidsizlik yaratmaq və çıxılmazlıq hissi aşılamaq xalqa və inqilaba zülmdür”.

O, işğal edilmiş ərazilərdəki fələstinli gənclərin ayıqlığı və fəaliyyətlərini yüksək qiymətləndirərək dedi: “Bu fəaliyyətlər ABŞ və ardıcıllarının səylərinin əksinə olaraq Fələstinin diri olduğunu göstərdi. Allahın lütfü ilə son qələbə Fələstin xalqının olacaq”.

Həzrət Ayətullah Xamenei çıxışının əvvəlində mənəvi tövsiyələrini verərkən Quran ayələri və dualara istinad edərək səmimi qəlbdən edilən tövbənin mənəvi səfa və təmizliyə, ilahi rəhmətin fərdi həyata, habelə milli meydanlara və böyük sosial sahələrə cəlb edilməsinə səbəb olacağını dedi.

O, həm qadağan edilmiş əmələ, həm də vəzifəyə əməl edilməmək və iş görməməyə görə tövbə edilməsinin zəruri olduğunu bildirdi: “Biz məsul şəxslərin çoxu müxtəlif səbəblərdən vəzifələrin yerinə yetirilməməsi və işlərin tərk edilməsi vərdişinə aludə olmuşuq. Allah buna görə insanı çox sərt şəkildə cəzalandırar”.

Həzrət Ayətullah Xamenei İslam dövlətində məsuliyyət və vəzifəyə görə veriləcək hesabatın mənasına aydınlıq gətirdi: “Dünyanın siyasi sistemlərində məsul şəxslər xalqa hesabat verirlər. Ancaq İslam dövlətində məsul şəxslər xalqla yanaşı, həm də Allaha çox ağır və mühüm bir hesabat verməlidirlər”.

O, dövlətin idarəetmə sistemində gənclərin geniş şəkildə təmsil olunmasından məmnunluq hissi keçirdiyini bildirərək bütün məsul şəxsləri iki mühüm bəla olan təkəbbür və ruh düşkünlüyündən qorunmağa çağırdı: “Vəzifə, məqam və uğurlara görə qürrələnmək, Allahın lütfü və hər hansı səbəbdən məğrurluq hissi keçirmək insanın məğlubiyyətinə, daxili, sosial və iş sahəsindəki tənəzzülünə səbəb olur, xam xəyal və özünü böyük görmə hissi yaradaraq məsul şəxsi xalqdan uzaqlaşdırır”.

İslam İnqilabının Rəhbəri ikinci bəlanın ruh düşkünlüyü olduğunu dedi: “İş və fəaliyyətlərdə çıxılmazlıq hissi kimi izah edilən ruh düşkünlüyü təkəbbürün əksi və çox təhlükəlidir. Düşmənlər müxtəlif üsullardan isitfadə edərək onu cəmiyyət və məsul şəxslərə təlqin etməyə çalışırlar. Təbii ki, Allahın dəyişməz vədinə əsasən, düşmənin bu planına qarşı mübarizə yolu səbr və təqvadır. Səbrin mənası yorulmazlıq və meydanı tərk etməmək, təqvanın da mənası insanın özü və düşmənin hərəkətlərində diqqətli olmaqdır”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, təqvanın əhatə dairəsi genişdir, müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, diplomatiya və təhlükəsizlik sahəsində xüsusi məna ifadə edir: “Bu gün xalqda ümidsizlik yaratmaq, cəmiyyətə çıxılmazlıq hissi aşılamaq xalqa, dövlətə və inqilaba zülmdür”.

O, iqtisadiyyat sahəsindəki bəzi mənfi cəhətlərə işarə edərək dedi: “Problem və çətinliklər var. Ancaq həll oluna biləndir. Ölkənin mövcud şəraiti və uğurları ilə bağlı aparılan qiymətləndirmələr və irəli sürülən mühakimələrin əsasında təkcə iqtisadi göstəricilər dayanmamalıdır. Digər parametrlər də nəzərə alınmalı və bütün aspektlər birlikdə mülahizə edilməlidir”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “İqtisadiyyat sahəsində mənfi halların olmasına baxmayaraq, uğur və müvəffəqiyyətdən xəbər verən göstəricilər var. Ölkə iqtisadiyyatının analoqsuz sanksiyalara davam gətirməsi bunun bir nümunəsidir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, bəzi sahələrdə, o cümlədən altı növ karona vaksininin istehsalı, ölkənin xarici borcunun sıfır həddində olması, müxtəlif sahələrdə əldə edilmiş elmi, sənaye və texniki nailiyyətlər özünütəmin səviyyəsinə nail olmaq uğurlu göstəricilərdəndir: “Uğurlardan biri ölkənin düzgün şəkildə idarə edilməsidir. Bəzi ölkələrdən fərqli olaraq, bütün düşmənçiliklərə baxmayaraq, ölkə idarəçiliyi qanuni şəkildə, öz ənənəsindən kənar tədbirlərə ehtiyac duymadan əldən ələ ötürülür”.

O dedi: “İranın regiondakı mənəvi nüfuzu və strateji dərinliyinin artması ilə yanaşı, əldə edilmiş bu nailiyyətlər və digər məsələlər İslam Respublikasını cəlbedici bir nümunəyə çevirmişdir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Düşmən öz tamahkarlıqlarına əsaslanaraq məyusedici fikirlər səsləndirir. Əvvəllər də bu cür fikirlər səsləndirilirdi. Ancaq sonradan bütün deyilənlərin səhv olduğu sübuta yetdi. Məcburi müharibənin əvvəlində Səddamın etdiyi çıxışları, Tehranın bir həftəyə fəth ediləcəyi vədini, bir neçə il bundan əvvəl milad bayramını Tehranda qeyd edəcəklərini deyən amerikalı bir təlxəyin sözlərini buna misal göstərmək olar”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Təkəbbürlü amerikalıların İrana qarşı göstərilən maksimum təzyiqin rüsvayçı şəkildə iflasa uğradığını açıq şəkildə etiraf etmələri unudulmayacaq çox mühüm bir məsələdir”.

İnqilabın Rəhbəri çıxışının başqa bir yerində ilin şüarı ilə bağlı bir neçə nüansa aydınlıq gətirərək elmi əsas və məşğulluq yaratmaq xüsusiyyətlərinin uyğunsuzluğu ilə bağlı səsləndirilən bəzi görüşlərə işarə etdi: “Texniki inkişaf sayəsində insan qüvvəsinə olan ehtiyacın azalacağı ilə bağlı deyilənlər doğrudur. Amma bu fikri ölkəmizin aşağı sahələrdəki işsizlik və yarımişsizlik imkanlarının çox olduğu mövcud şəraitinə aid etmək doğru deyil. Bu sahələrdə istehsalı elmiləşdirməklə məşğulluq imkanları da bir neçə dəfə artacaqdır”.

O, elm əsaslı istehsalın işlə məşğul olan işçi qüvvəsinin yüksəlişi və təhsilli gənclərin işlə təmin olunması ilə nəticələnəcəyini bildirdi: “Təəssüflər olsun ki, ölkənin təhsilli məzunlarının böyük bir hissəsi öz ixtisasına aid olmayan sahələrdə işləyir. Elm əsaslı şirkətlərin artırılması ilə müəssisələrin işçi qüvvələrinin keyfiyyəti də artacaq, istedadlı insanlar aşağı səviyyəli işlərə üz tutmaqdan xilas olacaqlar”.

Həzrət Ayətullah Xamenei elmi məsələlər üzrə müavinliyin elm əsaslı şirkətlərin qəbulu üçün dəqiq parametrlərin və keyfiyyət normalarının təyin edilməsi vəzifəsi daşıdığını dedi: “Şirkətlərin say artımı yetərli deyil. Bu sahədə innovasiya, xərclərin azaldılması, məşğulluq yaratmaq, ixracat və rəqabət imkanı kimi digər həyati göstəricilər də diqqət mərkəzində olmalıdır”.

İnqilabın Rəhbəri vurğuladı ki, elm əsaslı şirkətlərin inkişafı prioritetlər və ölkənin problemlərinin həlli istiqamətindəki ehtiyacın qiymətləndirilməsi prinsipinə əsaslanmalıdır: “Elm əsaslı şirkətlər kənd təsərrüfatı sahələri və ya xam neft satışı ilə ölkənin qiymətli mənbələrini əlavə dəyərsiz ixrac edən neft, qaz və mədən sənayesi kimi istiqamətlərdə artırılmalıdır. Çünki ölkənin iqtisadi təhlükəsizliyi onlardan asılıdır. Mütəxəssis və işsiz qüvvələrin cəlb edilməsi potensialı bu sahələrdə yüksəkdir”.

O əlavə etdi: “Təəssüflər olsun ki, ölkənin xam nefti ucuz qiymətə ixrac edilir və son məhsul baha qiymətə idxal edilir. Halbuki elm əsaslı istehsalla bu proses tənzimlənməli, son məhsul istehsal edilib ixrac edilməlidir”.

Həzrət Ayətullah Xamenei habelə elm əsaslı şirkətlərin hökumət tərəfindən himayə edilməsinin zəruri olduğunu vurğuladı: “Hökumət ölkənin ən böyük istehlakçısıdır. Elm əsaslı şirkətlərin hökumət tərəfindən həqiqi şəkildə himayə edilməsinin ən kamil nümunəsi sistemsiz idxalatın qarşısını almaqdır”.

İnqilabın Rəhbəri yeddinci inkişaf proqramının hazırlmasının zəruri olduğunu bildirdi: “Bu proqram keçən il hazırlanıb bu il icra edilməli idi. Amma edilmədi. Hökumət və parlament yeddinci proqramı dövlətin ümumi siyasətləri əsasında hazırlayıb təsdiq etməyə çalışmalıdır”.

O qeyd etdi ki, xalqla olmaq, bundan da mühüm olan bu xüsusiyyəti qoruyub saxlamaq İslam dövlətində vəzifə tutmuş hər bir məsul şəxsin zəruri xüsusiyyətlərindən olmalıdır: “Gerçəkləri meydanda görmək və ya etibarlı mənbələrdən eşitmək düzgün proqramlaşdırma və fəaliyyətlərə zəmin yaradacaqdır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bəzən sadə insanlar məsul şəxslərə təcrübəli və yaxın müşavirlərin də eşitmədikləri məsələləri deyirlər”.

O, 44-cü maddənin ümumi siyasətlərinin icra edilməməsindən narazı qaldığını vurğuladı: “Hökumət bu siyasətləri gerçəkləşdirməklə ölkə iqtisadiyyatını xalqın öhdəsinə buraxa, özü də problemlərin həllini sürətləndirmək üçün siyasi idarəçilik, nəzarət və yönləndirmə ilə məşğul ola bilər”.

İnqilabın Rəhbəri neft olmadan iqtisadi inkişafa nail olmuş dövlətlərə işarə edərək dedi: “Neft yüz ildir ki, narkotik bir maddə kimi ölkədə möhkəm bir aludəçilik yaratmışdır. Bu xəstəliyə mütləq əlac edilməlidir”.

O, neftsiz iqtisadiyyatın uzunmüddətli bir məqsəd olduğunu vurğuladı: “Ən azı iki hökumət səkkiz illik xidmətlərində bu problemi həll etmək üçün çalışmalıdır. Əgər neftsiz iqtisadiyyat məsələsi irəli sürüldüyü vaxt onun icrasına başlansaydı, bu gün ölkənin vəziyyəti fərqli olardı”.

Həzrət Ayətullah Xamenei valyuta sahəsində bəzi problemlərin həll ediləcəyi ilə bağlı ehtimallara işarə edərək dedi: “Diqqətli olmaq lazımdır, əgər həll imkanları yaransa, gəlirlər sistemsiz idxalata sərf edilməsin, infrastrukturlara, o cümlədən avtomobil və dəmiryolu nəqliyyatına, elm əsaslı şirkətlərə, sənayenin modernləşdirilməsinə, ölkəmizlə qonşu ölkələr arasında yol çəkilməsinə, mühüm əhəmiyyəti olan su preobleminin həllinə sərf edilsin. Xoşbəxtlikdən hökumət su sahəsində yaxşı işlərə start verib, ancaq bu problemi həll etmək üçün pula ehtiyac var”.

İnqilabın Rəhbəri bidirdi ki, ali orqanların rəhbərlərinin iqtisadi şurası lazımi qərarları qəbul etmək üçün mühüm bir fürsətdir: “Bu şura əvvəlki hökumətin vaxtında bir neçə mühüm proqramla, o cümlədən büdcə strukturunun islahı, bankçılıq sahəsindəki problemlərin həlli və sanksiyalarla mübarizənin idarə edilməsi məqsədilə təşkil edildi. Üç qüvvə aralarında olan əməkdaşlıq və səmimiyyət sayəsində bu imkandan istifadə etməlidir”.

İslam İnqilabının Rəhbəri mədəniyyətin çox mühüm və ayıq fəaliyyətlərə ehtiyacı olan bir məsələ olduğunu dedi: “Rəsmi mədəni mərkəzlər, habelə Allahın yardımı ilə geniş müstəvidə fəaliyyət gösətərən mədəni fəallar mədəniyyətə və elmə çox ciddi yanaşsınlar, bu sahədə açıq gözlə gecə-gündüz bilmədən, mücahidcəsinə fəaliyyət gstərsinlər”.

Həzrət Ayətullah Xamenei dövlətin yaxşı diplomatik mövqe seçdiyini bildirdi: “Məsul şəxslər bütün diqqətlərini nüvə probeminə yönəltməsinlər. Ölkənin gerçəklikləri əsasında proqram tərtib edib problemlərin həlli istiqamətində addım atsınlar”.

O, müzakirələr üzrə məsul şəxslərin inqilabçı, dindar, ciddi cəhdlə çalışan insanlar olduqlarını qeyd etdi: “Xarici işlər naziri və danışıqlar üzrə məsul şəxslər daxili mərkəzlərə dəqiq məlumatlar verirlər. Onların fəaliyyətlərinin tənqidi və bu barədə fikir bildirməyin də heç bir problemi yoxdur. Sadəcə, tənqidlər bədgümanlıqdan və bədbinlikdən uzaq olmalıdır. Dəfələrlə qeyd etmişəm, tənqid və fikirlər meydan faktorlarının zəifləməsinə və xalqda ümidsizlik yaranmasına səbəb olmamalıdır”.

İnqilabın Rəhbəri danışıqlar aparan heyətin zorakılıqlar və daha böyük tələblərə qarşı göstərdikləri müqavimətdən məmnun qaldığını bildirdi: “Verdiyi sözdən dönüb HBFP-dan çıxan qarşı tərəf indi çarəsizlik və çıxılmazlıq hissi yaşayır. Amma xalqa arxalanaraq bir çox problemləri adlamış İslam dövləti bu mərhələni geridə qoyacaq”.

İnqilabın Rəhbəri çıxışının başqa bir yerində 1948-ci il əraziləri və işğal altında olan torpaqların mərkəzindəki fələstinli gənclərin ayıqlığı, fəallığı və səylərini yüksək qiymətləndirərək dedi: “Bu fəaliyyətlər göstərdi ki, Fələstin ABŞ və ardıcıllarının səylərinin əksinə olaraq diridir və heç vaxt unudulmayacaq. Cari fəaliyyətlərin davam etdirilməsi və Allahın lütfü ilə son qələbə Fələstin xalqının olacaq”.

Həzrət Ayətullah Xamenei məzlum Yəmən xalqının cəsarətini öyərək Səudiyyə rəhbərliyinə ürək yanğısı ilə xoşməramlı bir tövsiyə ünvanladı: “Qələbə ehtimalının olmadığını bildiyiniz bir müharibəni nə üçün davam etdirirsiniz? Bir yol tapın və özünüzü bu mərəkədən çıxarın”.

O, Yəməndəki son atəşkəs razılaşmasını yüksək qiymətləndirdi: “Əgər bu razılaşmaya, sözün əsl mənasında, əməl edilsə, davam etdirilə bilər. Şübhəsiz ki, Yəmən xalqı özünün və rəhbərlərinin əzmkarlığı, şücaəti və əməli təşəbbüsü sayəsində qalibdir. Allah da bu məzlum xalqa kömək edəcək”.

İnqilabın Rəhbəri ölkənin məsul şəxslərinə ünvanladığı son tövsiyələrində dedi: “Məsuliyyət fürsəti çox keçicidir, onun hər saatının qədrini bilin”.

İnqilabın Rəhbərinin ikinci tövsiyəsi özünü göstərmə xarakterli fəaliyyətlərdən çəkinməklə bağlı idi.

O, habelə əlavə etdi: “Hamının qınadığı maraqların toqquşması məsələsi təkcə iqtisadiyyat sahəsinə aid deyil. Əgər hər hansı mövqedə xalqın bizə olan diqqəti ilə ölkənin ümumi maraqlarının qorunması arasında toqquşma yaransa, biz öz xeyrimizdən keçib ümumi maraqlara diqqət yetirməliyik”.

Vəzifə və səlahiyyətlər sahəsində kəsişən xətlərə riayət edilməsi ilə bağlı hökumət və parlamentə verilən tövsiyə İnqilabın Rəhbərinin dövlətin məsul şəxslərinə ünvanladığı son tövsiyə oldu.

Bu görüşün əvvəlində dövlət başçısı Höccətül-İslam vəl-müslimin Rəisi qeyd etdi ki, hökumətin diskursu İslam İnqilabının xalq, ədalət və təkmilləşmə prinsiplərinə əsaslanan diskursudur: “Hökumətin təkmilləşdirilməsi sənədi çoxlu sayda mütəxəssisin fikir birliyi ilə hazırlanıb dərc edildi”.

Prezident əməl və fəaliyyətin proqramdan daha mühüm olduğunu dedi: “Geniş miqyasda vaksin təminatı, xalqın hər bir fərdinin əməkdaşlığı və şəraitin hiss olunacaq şəkildə dəyişməsi ilə ticari fəaliyyətlər yenidən canlandı və bu il novruz səfərlərində böyük bir sıçrayış oldu”.

Cənab Rəisi 1400-cü il büdcə kəsri probleminə ağıllı şəkildə yanaşılmasının hökumətin keçən səkkiz ay ərzində həyata keçirdiyi tədbirlərdən olduğunu dedi: “Bu müddət ərzində çalışdıq ki, neft və qaz istehsalını, neft ixracatını, habelə vergi gəlirlərini artırmaqla büdcə kəsrinin və inflyasiya ilə nəticələnən pul yaradılmasının qarşısını alaq”.

Ölkə başçısı əyalət səlahiyyətlərinin artırılması və yarım qalmış layihələrin təkmilləşdirilməsinin digər hökumət proqramlarından olduğunu qeyd etdi: “İnflyasiyanın qarşısının alınması hökumətin gündəliyində olan əsas işlərdəndir. Statistika mərkəzlərinin məlumatları göstərir ki, inflyasiyanın artımı dayanıb və eniş prosesi başlayıb”.

Cənab Rəisi bildirdi ki, şəffaflıq yaradılması və korrupsiya substratları ilə mübarizə hökumətin əsas fəaliyyətləri və proqramlarındandır: “Əyalət səfərlərinin kreditləri və qrafikası ilə bağlı qərarların qəbulu icra mərhələsindədir”.

Cənab Rəisi qeyd etdi ki, mədəni fəaliyyətlər və sosial xəsarətləri azaltmaq üçün proqram işlənib hazırlanması da hökumətin fəaliyyətlərindəndir: “Hökumətin fəaliyyətləri və əldə etdiyi nailiyyətlər bütün qüvvələr və qurumların kollektiv işinin məhsuludur. Bu əməkdaşlığa və birliyə hər zaman ehtiyacımız var”.

Prezident hökumətin ən mühüm layihəsinin xalqın ümid və etibarının artırılmasından ibarət olduğunu dedi: “Milli birlik və daxili imkanlara əsaslanmaq düşməni məyus edəcək. Dəfələrlə qeyd etmişik ki, müzakirələr öz yerində qalır. Ancaq BHFP ölkənin problemlərindən biridir. Xalqın çörəyini və ölkənin iqtisadiyyatını heç bir vəchlə xarici probelmlərlə şərtləndirməyəcəyik”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /