Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam İnqilabının Rəhbəri sosal təminatın ümumi siyasətlərini elan etdi

Həzrət Ayətullah Xamenei Konstitusiyanın 110-cu maddəsinin icrasına müvafiq olaraq Dövlətin Mənafeyini Müəyyənləşdirən Şura ilə məsləhətləşdikdən sonra sosial təminatın təsdiq edilmiş ümumi siyasətlərini üç qüvvənin rəhbərlərinə və Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın rəhbərinə elan etdi.

İslam İnqilabının Rəhbərinin göstərişinə əsasən və dövlətin ümumi siyasətlərinin həyata keçirilməsinə dair tələblərin “1.c” bəndinin icrasına müvafiq olaraq icraedici qüvvə, İslami Şura Məclisi və məhkəmə orqanının köməyi və aidiyyatı qurumların səfərbərliyi ilə bu siyasətlərin layihələrin təqdimi, qanunların təsdiqi və lazımı icra tədbirlərini ehtiva edən ümumi praktiki proqramını altı ay müddətinə təqdim etmək vəzifəsi daşıyır.

Sosial təminatın ümumi siyasətləri dövlətin fəaliyyətlərinin əhatəliliyini artırmaq, müntəzəmliyini təmin etmək və bu sahədə sıçrayış yaratmaq məqsədilə elan edilir. Yüksək əhəmiyyətli bir sənəd kimi onun əhəmiyyəti və əhatəliliyi nəzərə alınaraq həyata keçirilməsi bu sahə ilə bağlı cari qanunlar, qərarlar və ciddi fəaliyyətlərdə əsaslı dəyişikliklərin olmasını tələb edir.

Sosial təminatın ümumi siyasətləri aşağıdakılardan ibarətdir:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Sosial təminatın ümumi siyasətləri

Ümumi rifahın təmin edilməsi, yoxsulluq və məhrumiyyətin ortadan qaldırılması, sosial xidmətlərin məqsədi olan siniflərin, qrupların, o cümlədən başsız ailələr, iş qabiliyyətini itirmiş şəxslər, əlillər və qocaların himayə edilməsi, konstitusiyanın 3, 21, 28, 29, 31 və 43-cü maddələrinin sosial rifah və təminatla bağlı məqsədləri hər kəsin sosial təminatdan yararlanması üçün İran-İslam meyarlarına və effektiv idarəetmə sisteminə əsaslanan effektiv, güc bəxş edən, qeyri-zəruri təşkilatların ləğv edildiyi, qəbuledilməz ayriseçkiliklərin ortadan qaldırıldığı, xalqın iştirakına əsaslanan ədalətli bir sistemin layihələşdirilməsi və icrasını, habelə aşağıdakı tərtibata əməl eidlməsini tələb edir:

1. Sosial təminat sisteminin əhatəli, vahid, şəffaf, effektiv, universal və çoxqatlı şəkildə təşkil edilməsi;

2. Aidiyyatı fəaliyyətlərin təşkilatlılığını qorumaq məqsədilə ixtisaslaşmış və qeyri-seksional bir mexanizm yaradılması, xidmətlərin təbəqləşdirilməsi, prosesual vəhdət yaradılması, yardım, himayə və sığorta sahələrində fəaliyyət göstərən təşkilatların, fondların və institutların təşəkkülü və fəaliyyətinə strateji nəzarətin həyata keçirilməsi, Silahlı Qüvvələr və dövlət təhlükəsizliyi qurumlarının təhlükəzisliklə bağlı mülahizələrinə riayət edərək informasiyalar bazasının formalaşdırılması;

3. Nəsillərarası hüquqların qorunması və öhdəliklərə riayət edilməsi, nəsillərarası maliyyə zəmanəti olmayan layihələrin zorla qəbul etdirilməməsi, davamlı mənbələrin təmini, sığorta hesablamalarına riayət edilməsi, mənbələr və xərclər arasında balans yaradılması, əmanət, təhlükəsizlik, faydalılıq və şəffaflıq əsasında lazımi mexanizm yaradaraq sosial sığorta təşkilatları və fondlarının ehtiyatlarının dəyərinin qorunması və artırılması;

4. Sığorta qanun-qaydalarının bərabərləşdirilməsi və ədalətin təmin edilməsi istiqmaətində sosial sığorta qanunları, strukturları, fondları və təşkilatlarının islah edilməsi, dövlət borcunun yaranması və yığılmasının qarşısının alınması, sığorta qanunlarına riayət edilməsi, nəsillərarası zəmanətli maliyyə yükünün təmin edilməsi;

5. Dövlətin həcm və layiqlilik prinsipinə əsaslanan fəal yanaşması ilə yardım, himayə və sığorta fəaliyyətlərinin təbəqləşdirilməsi və xidmətlərin səviyyələr üzrə təsnifatı aşağıdakı kimi müəyyən edilir:

- Sığorta təminatı, xalqın iştirakı və dövlətin dəstəyinə əsaslanan yardım fəaliyyətləri;

- Yoxsulluq və sosial xəsarətlərin ortadan qaldırılması məqsədilə himayəçi fəaliyyətlər və xidmətlərin baza səviyyəsinə zəmanət verilməsinin dövlət, ümumi və xalq mənbələri tərəfindən həyata keçirilməsi

- Cəmiyyətin fərdlərinin uyğun baza sığorta işlərinin sığortalanan vətəndaşların, sahibkarların və dövlətin sığorta payı ilə həyata keçirilməsi;

- Əlavə və təkmilləşdirici sığorta fəaliyyətlərinin vergi stimulları və dövlətin rəqabət sahəsindəki hüquqi dəstəkləri ilə sığortalanmış vətəndaşlar və sahibkarların iştirakına əsaslanan fəaliyyətləri;

- Fəaliyyətlə məşğul olan işçilərin əməkhaqqısı, təqaüdçülər və işsizlərin pensiyalarının uyğun şəkildə tənzimləndirilməsi vasitəsilə cəmiyyətin zəif təbəqəsinin alıcılıq gücünün qorunması;

- Şəhərlər, kəndlər və elatların yaşayış məskənlərində aşkar şəkildə diqqət çəkən yoxsulluq və sosial xəsarət görüntülrənin ortadan qaldırılması üçün uyğun fəaliyyətin həyata keçirilməsi.

6. Sosial ədalətin genişləndirilməsi və təmini, subsidiyaların məqsədyönlülüyünün müəyyən edilməsi ilə siniflərarası məsafələrin azaldılması, ümumi mənbələrdən istifadə kontekstində cəmiyyətin bütün fərdlərinin sosial təminat, gücləndirmə, sahibkarlıq və qəbuledilməz ayrısıeçkiliklərin ortadan qaldırılması xidmətlərindən yararlanması;

7. Ehsan və Xeyriyyəçilik Milli Sisteminin təşkili, xalqın imkanları və aidiyyatı qurumlar arasında sıx əlaqə yaradılması;

8. Ailə və ailə məhsuldarlığı institunun möhkəmləndirilməsi məqsədilə lazımi xidmətlərin təqdim edilməsi;

9. Dövlətin makro layihələri və proqramları üçün sosial təminat əlavəsinin hazırlanması tələbi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /