İslam İnqilabının Ali Rəhbəri 1401-ci hicri şəmsi ilinin (2022-ci il) başlanması münasibətilə etdiyi çıxışda İran xalqını və bütün həmrəy olan xalqları, xüsusilə əzəmətli şəhid ailələrini, habelə müharibə veteranlarını, İran xalqının elm, sağlamlıq, təhlükəsizlik və müqavimət sahələrinin müxtəlif istiqamətlərinin fədakar insanlarını Novruz bayramı və varlıq aləminin parlaq günəşi Həzrət Bəqiyyətullahın (ə.f) mövlud günləri münasibətilə təbrik edərək yeni ili məşğulluq yaradan elm əsaslı istehsal ili adlandırdı.
Həzrət Ayətullah Xamenei 1400-cü ilin də digər illər kimi yüksəlişlər və enişlərlə müşayiət olunan bir il olduğunu dedi: “Böyük və əhəmiyyətli prezident seçkiləri ötən ilin ən mühüm yüksəlişləri və şirin hadislərindən biri oldu. Xalq karona pandemiyasına baxmayaraq, seçkilərdə iştirak edərək yeni nəfəsli bir hökuməti dövlət başına gətirdi. Mövcud əlamətlər bu hökumətin xalqın istəyinə uyğun olan, əvvəlki hökumətdən ayrı bir relslə hərəkət edən və xalqın ümidlərini diriltmiş bir hökumət olduğunu göstərir”.
O, korona ilə ciddi mübarizənin, hamının vaksinlə təmin edilməsi nəticəsində tələfatın çox böyük sayda azalmasının 1400-cü ilin başqa bir yüksəlişlərindən olduğunu dedi.
Sonra o bu ilin digər yüksək nailiyyətlərini qeyd etdi: “Ayrı-ayrı elm və texnologiya sahələrində bir neçə növ vaksin istehsalından tutmuş peykin buraxılmasına qədər böyük işlər həyata keçirildi”.
İnqilabın Rəhbəri qeyd etdi ki, amerikalıların İrana qarşı maksimum təzyiqin rüsvayedici şəkildə iflasa uğramasını etiraf etməsi 1400-cü ilin beynəlxalq səviyyədə başa vermiş digər şirin hadisələrindəndir: “Xalqın müqaviməti bu qələbəyə səbəb oldu. Əslində, qalib olan İran xalqıdır”.
O, 1400-cü ildə dünyanın digər regionlarında baş vermiş hadisələrlə bağlı açıqlama verərək vurğuladı: “Bu hadisələr hamısı İran xalqının imperializm qarşısında tutduğu yolun düzgünlüyünü göstərir”.
Həzrət Ayətullah Xamenei xalqın dolanışığının ağır olması, bahalıq və inflyasiya probleminin 1400-cü ilin acı hadisələrindən oldğunu dedi: “İqtisadi problemlərin əlacı var və mütləq həyata keçirilməlidir Təbii ki, tələskənlik və onların birdəfəyə ortadan qalxmasını gözləmək də real gözlənti deyil. Amma bu problemlərin bir hissəsinin XV hicri şəmsi əsrinin başlanğıcı olan yeni ildə ortadan qalxacağına ümidvarıq”.
O, çıxışının davamında ilin şüarının təyin edilməsinin məsul şəxlər və xalqın hərəkətinə yön vermək məqsədi daşıdığını bildirdi: “Bəzi illərdə ilin şüarına uyğun nailiyyətlər əldə edilsə də, bəzi illərdə az işlər görüldü. Qeyd edim ki, istehsal, dəstəklər və maneələrin dəf edilməsi ili olan1400-cü ildə davam etdirilməsi vacib olan yaxşı işlər görüldü”.
İnqilabın Rəhbəri son illərdə istehsal məsələsi üzərində mərkəzləşmənin səbəbini açıqlayarkən dedi: “İstehsal iqtisadi problemlərin həllinin açarı və iqtisadi çətinlikləri adlamağın əsas yoludur. İqtisadi inkişaf, məşğulluğun artması, iflyasiyanın azalması, adambaşına düşən gəlirin artması, ümumi rifahın yaxşılaşması, habelə milli özgüvən və milli qürurun artmasının milli istehsal adlı iksirin çiçəklənməsi və yayılması ilə şərtləndiyini nəzərə alsaq, qeyd etməliyik ki, bu illər ərzində ona əsaslanmağın yaxşı nəticələri olmuşdur”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu il də istehsal məsələsinin, əlbəttə ki, istehsalın yeni siması olan elmi əsas və məşğulluq yaradan prinsipinin vacibliyini vurğulayıram”.
O, məşğulluq yaradan elm əsaslı istehsalın meyar seçilməsinin bütün iqtisadi məqsədlərə doğru irəliləyən və hiss olunan hərəkətə səbəb olduğunu bildirdi: “Buna görə də 1401-ci ilin şüarı məşğulluq yaradan elm əsaslı istehsaldır”.
İnqilabın Rəhbəri ilin adının prospektlərin tablolarına və ya idarələrin sənədlərinin yuxarı hissənə yazılması kimi səthi işlərin kifayət etməməsi ilə bağlı tövsiyə edərək vurğuladı: “Bu ilin şüarının gerçəkləşməsi üçün siyasi idarəetməyə ehtiyac var. Möhtərəm dövlət başçısı və həmkarlarının fəaliyyətləri göstərir ki, İnşallah, bu şüar yerdə qalmayacaq. Amma nə qədər çox səy göstərilsə, daha yaxşı olacaq”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir