Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Milli güc qollarının kəsilməsinə icazə böyük təhlükələrlə nəticələnə bilər

İslam İnqilabının Ali Rəhbəri bu gün (cümə axşamı) səhər Xubriqan Məclisinin sədri və üzvləri ilə görüşdə milli güc və qüdrətin bir-birinə bağlı olan komponentlərini qeyd edərək məişət və xalqla bağlı olan məsələlərin sadəliyinin mühüm əhəmiyyət kəsb etdiyini dedi. O, xalqa və xüsusi insanlara təsir göstərmək, onları sapdırmaq üçün düşmənlərin apardıqları sərt və yumşaq müharibəyə işarə edərək vurğuladı: “Bu mürəkkəb müharibənin əlacı yeni proqramlar, İslamın ali və dərin maarifinə əsaslanan metodlarla həyata keçirilən məlumatlandırma cihadıdır”.

O, hər kəsi şəbaniyyə günləri, xüsusilə “Nimeyi-Şəban” münasibətilə təbrik edərək bu mübarək bayramın bəşəriyyətin tarixi arzularının çiçəkləndiyi bir gün olduğunu dedi. Sonra şaban ayının mənəvi əzəmətinə və “Şəbaniyyə minacatı”nın ehtiva etdiyi ali məzmunlara işarə edərək bildirdi: “İmam Xomeyninin (r.ə) “Kumeyl duası” və “Şəbaniyyə minacatı”na daha böyük sevgisi var idi. Ümidvarıq ki, Allah hər kəsə bu ayın bərəkətlərindən daha çox istafadə edəcək ruhi tutum bəxş edəcək”.

Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin İslam dövlətinin möhkəmlənməsində mühüm rol oynadığını bildirdi: “Bütün qanunverici orqanların, o cümlədən Xubriqan Məclisinin təsirli olması onların konstitusiya ilə müəyyən edilmiş vəzifələrinə əməl etməsi ilə şərtlənir”.

Əlavə olaraq dedi: “Xubriqan Məclisi dəqiq qanunları hal-hazırda rəhbərlik vəzifəsini yerinə yetirən və sonralar bu məclisin üzvləri tərəfindən rəhbər seçilən adamın qarşısında həyata keçirməlidir”.

İnqilabın Rəhbəri qeyd etdi ki, idarələr, o cümlədən hökumət və parlament də qanunlara əməl etməlidir: “Hökumət parlamentin qəbul etdiyi qanunlara tabe olmalı, parlament də icra işlərinə müdaxilə etməməlidir”.

Həzrət Ayətullah Xamenei dövlətin möhkəmləndirlməsinin milli güc və qüdrətlə nəticələndiyini dedi: “Milli güc hər bir ölkə üçün həyati əhəmiyyət daşıyır. Hər hansı xalq müstəqillik, izzət, öz iradəsinə əsaslanan həyati mənbələrdən istifadə etmək, başqalarının tələblərinə qarşı müqavimət göstərmək istəyirsə, güclü olmalıdır. Əks təqdirdə, zəifləyəcək, zillətə və qorxuya məruz qalacaq, daim yadların tamahkarlıqlarına görə narahatlıq keçirəcək”.

Milli qüdrətin mürəkkəb bir kompleks olduğunu deyən İnqilabın Rəhbəri bu kompleksin əsas komponentlərini qeyd etdi: “Elm və texnologiya, təfəkkür, düşüncə və azad fikirlilik milli gücün əsas komponentlərindəndir. Əgər azad fikrlilik, fikir və düşüncənin inkişafı olmasa, elm və texnologiya həlledici ola bilməz”.

O, təhlükəsizlik və müdafiə gücünün, xalqın ümumi rifahı, məişət asudəliyi və iqtisadiyyatının, regional və beynəlxalq səviyyədə milli maraqların təmin edilməsi üçün siyasət yürütmək və danışıq aparma qüdrətinin, mədəniyyət və həyat tərzi, cəzbedici məntiq və digər xalqlara təsirin milli qüdrətin digər qollarından olduğunu dedi: “Xalqları cəlb etmək hər bir ölkə üçün çox mühüm əhəmiyyət daşıyan strateji dərinlik yaradır”.

Həzrət Ayətullah Xamenei mühüm bir nüansa aydınlıq gətirdi: “Bu milli qüdrət qollarından heç biri digər sütunlar və qolardan hər hansının xeyrinə kəsilməməlidir”.

O bu sahədə bir neçə nümunəni qeyd edərək bildirdi ki, düşmənin əlinə bəhanə verməmək üçün regional iştirakdan imtina etmək və ya nüvə sahəsində elmi inkişafdan əl çəkmək kimi təkliflər milli qüdrətə zərbədir: “Regional iştirak strateji dərinlik və daha böyük milli güc bəxş edir. Nə üçün bundan imtina edək? Nüvə sahəsindəki elmi inkişaf da yaxın gələcəkdə ölkənin ehtiyaclarının təmini ilə bağlı olacaq. Əgər bundan imtina etsək, bir neçə ildən sonra kimə və haraya əl uzadacağıq?”

İnqilabın Rəhbəri vurğuladı ki, sanksiyadan xilas olmaq üçün ABŞ və ya hər hansı güc qarşısında geri çəkilmək böyük bir səhv və siyasi gücə zərbədir. Sonra o, başqa bir nümunə qeyd edərək dedi: “Düşmənin həssas olmaması üçün müdafiə gücünün azaldılmasını təklif edən adamdan sadəlövh və naşı adam ola bilməz”.

O vurğuladı: “Zaman-zaman bu zəif və yanlış təkliflər irəli sürülmüşdür. Bunların hamısı məhvə məhkumdur. Əgər milli qüdrətin qollarını kəsmək istəyən adamlara bu icazə verilsə, İran bu gün böyük təhlükələrlə qarşılaşacaq. Allahın istəyi və köməyi ilə bu təkliflərin reallaşmasına imkan yaranmadı”.

İnqilabın Rəhbəri milli iqtidarın əsas sütunlarına bunları əlavə etdi: “Birbaşa xalqa aid olan milli birlik, milli etimad, ümumi ümid, milli özgüvən, milli imanın qorunması, ümumi məişət məsələsi, xalqa bağlı olan məsələlərin asanlığı kimi amillər milli gücün artmasında çox mühüm rol oynayır”.

O bu cür məsələlərin təmin edilməsinin xalqın yüz faiz səhnədə olması ilə nəticələnəcəyini dedi: “Müxtəlif problemlərin olmasına baxmayaraq, xalq həmişə səhnədə olmuşdur. Amma bu məsələlər təmin edilsə, xalq vahid şəkildə səhnədə olacaq və artıq ölkə üçün heç bir qorxu və narahatlıq olmayacaq”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, xalqın səhnədə olmasının əvəzsiz təsiri xalqı sapdırmaq istəyən şeytanların təşvişinə səbəb olur: “Şeytanlar media vasitəsilə daim əsassız məlumatlara bəzək-düzək verərək, yalan informasiyalar yayaraq ümumi özgüvəni sarsıtmağa, imanı zəiflətməyə, bununla da xalqı ümidsiz və məyus etməyə çalışırlar”.

O bidirdi ki, xalqı sapdırmaq məqsədilə xüsusi insanları sapdırmaq düşmənlərin mühüm fəaliyyət proqramıdır: “Dünya imperialistləri İran xalqına qarşı tarixin ən ağır yumşaq müharibəsində nüfuzu, imkanı və savadı olan insanları sapdırmağa, bununla da xalqı sapdırmağa, həqiqət və gerçəklikdən uzaq salmağa çalışrlar”.

İnqilabın Rəhbəri muzdur yetişdirilməsi, haramxorlar yaradılması, təhdid və şirnikləşdirmənin düşmənin müxtəlif metodlarından olduğunu dedi: “Bu ağır yumşaq müharibə haqq cəbhəsinin imkanları və infrastrukturlarının gücləndiyini göstərir. Bu imkan və infrastrukturlar haqq cəbhəsi ilə mübarizəni çətinləşdirmiş, düşməni xalqın fikirlərinin yönünü səhv istiqamətə dəyişdirmək üçün yumşaq müharibəyə vadar etmişdir”.

O qeyd etdi ki, nüfuzlu şəxsiyyətlərin, mədrəsə və universitetlərin yetişdirdiyi bəsirətli, ayıq, motivasiyalı və mömin şəxsiyyətlərin çoxu, xüsusilə gənclərin yaratdıqları təşkilatlar düşmənin cəhdlərinə qarşı həqiqi sədlərdir: “Düşmənin mürəkkəb yumşaq müharibəsinə qarşı mübarizə vasitəsi, dəfələrlə qeyd etdiyim kimi, aydınlatmaq və məlumatlandırmaqdır. Əmirül-möminin (əleyhissalam) İmam Həsənlə İmam Hüseynə (əleyhiməssalam) yazdığı məktubda bunu “Dillərlə cihad” adlandırmışdır”.

İnqilabın Rəhbəri məlumatlandırma cihadının zəruri şərtləri ilə bağlı bir neçə nüansı qeyd etməzdən əvvəl İslami Şura Məclisində məlumatlandırma cihadı üçün ağır büdcə xərclərinin təsdiq edilməsinin səhv və nəticəsiz bir iş olduğunu dedi: “Mən məsələlərə bu cür yanaşılması ilə razı deyiləm. Təcrübə də bu büdcələrin hədər getdiyini göstərir”.

O əlavə etdi: “Təbii ki, Maarif Nazirliyi və Təbliğat İdarəsinin bu büdcələrin ünvanlandığı məsul şəxsləri mömin, sağlam və güvənilən insanlardır. Ancaq bu işin mahiyyəti səhvdir. Ümidvarıq ki, məsul şəxslər bu məsələni diqqətə alacaqlar”.

Həzrət Ayətullah Xamenei daha sonra məlumatlandırma cihdında uğur qazanılmasının yumşaq müharibə vasitələrinin müasirləşdirilməsi ilə şərtləndiyini dedi: “Sərt müahirəbələrdə artıq qədim vasitələrdən istifadə edilə bilmədiyi kimi, yumşaq müharibədə də öz vasitələrimizi yeniləməliyik. Təbii ki, minbər və məddahlıq kimi bəzi qədim üsullar əvəzolunmaz təsirə malikdir”.

İnqilabın Rəhbəri ölkənin yumşaq müharibənin avadanlıq təminatı və virtual məkan sahəsindəki vəziyyətinin nisbətən yaxşı, təbii ki, prezident və həmkarlarının səy və qətiyyəti ilə daha da yaxşılaşdırılmalı olduğunu dedi: “Proqram təminatı sahəsinin, yəni cəlbedici üsulla yeni söz deyilməsinin gücləndirilməyə və innovasiyaya ehtiyacı var”.

O qeyd etdi ki, yumşaq müharibənin ən yaxşı və effektiv silahı İslamın ali məzmunlarını açıqlamaqdır: “Epistemoloji məsələlər, islami həyat tərzi, İslamın sadə xalq həyatına məxsus, dini, etiqadi bir hökumət formasına malik olması, aristokrat və israfçı olmaması, zülmkar olmaması, zülmə məruz qalmaq istəməməsi kimi sahələrdə dünya üçün cəlbedici və şirin olan məsələlər var. Bu məsələlər yaxşı şəkildə çatdırılmalıdır”.

Həzrət Ayətullah Xamenei məlumatlandırma və çatdırma cihadının başqa bir cəhətinin xalqın maddi yüksəlişi və inkişafı yolunun yolsuzluqlar və yanlışlıqlardan ayıqmaq olduğunu dedi: “Bu ayırma qohumluq və partiya maraqları prinsipi ilə ayırma deyil. Doğru yol yanlış yoldan İslam, Quran, böyük İslam dövləti hərəkətinə əsasən ayrılmalı və aydınlanmalıdır”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda məlumatlandırma cihadındakı səhlənkarlığın dünyatələblərin, hətta din vasitələrindən də sui-istiafadə etməsinə səbəb olduğunu vurğuladı: “Əgər məlumatlandırma və izahetmə cihadı düzgün həyata keçirilməsə, dünyatələblər dini özlərinin nəfsani istəkləri və ehtiraslarına alət edəcəklər. Hətta İslamın ilk vaxtlarında da Bəni-Üməyyə kimi qruplar belə etmişdilər”.

Görüşün əvvəlində Xubriqan Məclisinin sədri Ayətullah Cənnəti, məclisin sədr müavini Höccətül-İslam vəl-müslimin Rəisi məclisin nümayəndələrinin çıxşları və rəyləri, xüsusilə onların mədəniyyət və iqtisadiyyatla bağlı narahatlıqları haqqında məlumat verdilər.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /