Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Zadəgan həyat sürən adam İnqilaba bağlı ola bilməz

Təbriz əhalisinin 29 bəhmən 1356-cı il tarixli qiymanın ildönümü ərəfəsində İslam İnqilabının Ali Rəhbəri bu gün (cümə axşamı) səhər Azərbaycan əhalisinin bir qrup nümayəndəsi ilə keçirdiyi video görüşdə 29 bəhmən hərəkatının xalqın böyük meydan hərəkatının davamlılığına, sonda İnqilabın qələbəsinə zəmin yaratdığını dedi. O, keçən qırx ilə ərzində İslam İnqilabının davamlılığında rol oynayan amilləri sadaladı, habelə xalqın builki 22 bəhmən tarixli böyük və spontan addımına işarə edərək ölkənin bu günü və sabahının eyhtiyaclarından danışdı: “Bu il 22 bəhmən tədbiri həqiqətən heyrətamiz və tərifəlayiq idi. Çünki Korona virus, məişət problemləri, əcnəbilərin media vasitəsilə kütləvi yalan xəbərlər yaymasına baxmayaraq, xalqın əksər şəhər və rayonlardakı iştirakı əvvəlki illə müqayisədə kifayət qədər böyük oldu”.

Bu görüşdə 29 bəhmən 1356-cı il tarixinin Təbrizin parladığı gün olduğunu deyən İslam İnqilabının Rəhbəri vurğuladı ki, Təbriz əhalisinin bu gün həyata keçirdiyi hərəkat və təşəbbüs qırxıncı il ənənəsinin formalaşmasına, milli mübarizənin davamlılığına və İnqilabın səmərə verməsinə səbəb oldu: “Bu inqilab top-tüfənglə, siyasi və partiya oyunbazlıqları ilə qələbə əldə etmədi. İnqilabın qələbəsinin əsas amili xalqın meydanlara axışması oldu. Təbriz əhalisi öz təşəbbüsü ilə bu meydan hərəkatının davamlılığının əsasını qoydu”.

Həzrət Ayətullah Xamenei İnqilab və inqilabçı hərəkatın davamlılığı məsələsinin İmamın məktəbinin əsas prinsiplərindən olduğunu dedi: “Böyük İmam İnqilabın qələbəsindən sonra bütün səylərini İnqilab hərəkatının davamılığına həsr etdi. Bunun ən bariz nümunəsi İmamın Müqəddəs Müdafiədəki tədbiri oldu. O, xalqın məcbur edildiyi bir müharibədən milli iqtidar və beynəlxalq etibar üçün bir vasitə yaratdı”.

O, qeyd etdi ki, İmamın davranışına əsaslanan İnqilab və inqilabçı hərəkatın davamlılığı ölkənin bu günü və sabahı üçün ən mühüm və vacib istiqamətlərdən biridir.

Ayətullah Xamenei daha sonra İnqilabın davamlılığı anlayışı və onun nümunələrindən danışdı.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, İnqilabın davamlılığı dedikdə məqsəd və ideyalara diqqət və bu məqsədlərə yetişmək üçün uzunmüddətli və qısamüddətli ehtiyacların təmin edilməsi nəzərdə tutulur: “İnqilabın hədəf və məqsədləri həqiqi, hərtərəfli maddi və mənəvi inkişaf, sosial ədalətin bərqərar edilməsi, ölkənin iqtidarı, İslam cəmiyyəti yaratmaq və sonda yeni və böyük İslam mədəniyyəti formalaşdırmaqdan ibarətdir”.

Həzrət Ayətullah Xamenei daha sonra İnqilabın davamlılığı və məqsədlərinin həyata keçirilməsinə zəmin yaradan, hər kəsin öz bacardığı qədər əməl etməli olduğu bəzi məsələlərə işarə edərək dedi: “Alim və tədqiqatçılar, universitet və teoloji mərkəzlərin alimləri, sahibkar və işçilər, universitet və mədrsələrdə gənclər, sosial xidmətlər sahəsinin fəalları, mömincəsinə yardımların meydan fəalları, hərbi müdafiə sahəsinin fəalları, açıqlama və aydınlatma cihadının fəalları və dövlət işçilərinin səy və fəaliyyətləri, siyasi şərhçilərin müxtəlif media vasitələri, virtual məkanlar, xüsusilə milli mediadakı açıqlamaları, regionda və İslam dünyasında müqavimət mərkəzlərinə yardım, Hərəmin müdafiəsi və 9 dey kimi müxtəlif hadisələrin iştirakçısı olmağa hazır dayanmış şəxslərin fəaliyyətləri İnqilabın yüksək hədəf və məqsədləri foununda ümumi bir hərəkatın ayrı-ayrı cəhətləridir və hamısı İnqilabın davamlılığına zəmin yaradan amillərdir”.

O bu səy və fəaliyyətlərin bəzisinin bu günə, bəzisinin isə gələcəyə aid olduğunu qeyd edərək bildirdi ki, xalq ümumiyyətlə, bu günün hərəkət və ehtiyaclarını müəyyən edərək ayıq və sürətli şəkildə meydana atılır: “Bunun ən bariz nümunəsi Müqəddəs Müdafiə fəaliyyətləridir. Böyük İmamın bir işarəsi ilə insan seli döyüş meydanlarına axışdı, ondan sonra Hərəmin müdafiəsi, İnqilab əleyhdarları ilə mübarizə, 9 dey 1388-ci il tarixində qəhrəmancasına yürüş kimi hadisələrdə bu xalqın zəkası həqiqətən, heyrətamiz idi”.

O, elmi fəaliyyətlərin effektiv milli iştirak sahələrindən olduğunu dedi: “Korona hadisəsində gənclər yubanmadan günün tələbini müəyyən edərək işə başladı. Bu da ayrı-ayrı vaksin növlərinin istehsalı ilə və başqalarına əl açmamaqla nəticələndi. Əgər bu milli istehsal olmasaydı, vaksini də İrana verməyəckdilər”.

İnqilabın Rəhbəri qeyd etdi ki, bu ilin 22 bəhmən yürüşündəki spontan və təqdirəlayiq iştirak xalqın konkret və böyük işlərinin sonuncu nümunəsi idi: “Xalq korona, məişət problemləri, əcnəbilərin çirkin iftiralar yayması, bəzi daxili ünsürlərin də bu çirkab səpmələrinə təəssüf doğuran yardımları kimi problemlərlə əhatə olunmasına baxmayaraq, bu əzəmətli yürüşü elə həyata keçirdi ki, bəzi mötəbər məlumatlarda əksər əyalətlərdə izdihamın keçən ilkindən daha çox olduğu bildirildi”.

O, ölkənin indiki və konret ehtiyacları ilə yanaşı, gələcək ehtiyaclara da diqqət yetirilməsinin çox mühüm olduğunu dedi: “Əgər bu gün gələcəyin alim və tədqiqatçısını yetişdirmək, elmi hərəkatı gücləndirmək, nəsilartımı, ölkənin inkişafı üçün lazım olan ünsürün, yəni gənclərin təmin edilməsi kimi əsaslı ehtiyacların fikrində olmasaq, 20 ildən sonra problemlə qarşılaşacağıq”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, sülh məqsədli nüvə enerjisi gələcəyin əsas ehtiyaclarındandır: “Düşmən cəbhəsinin İranın nüvə məsələsi üzərində daha çox köklənməsinin, bizim sülhməramlı istifadə məqsədimizin olduğunu bilə-bilə qəddarcasına sanksiyalar tətbiq etməsinin, İranın nüvə silahına çox yaxın olduğunu ifadə edən fikirlər səsləndirməsinin səbəbi İranın gələcək ehtiyacını ödəmək üçün olan elmi inkişafının qarşısını almaqdır”.

O, səhkənkarlıq və diqqətsizlik nəticəsində sonrakı illərdə problemlərin ortaya çıxmasına səbəb olan bir nümunəni qeyd edərkən Hərtərəfli Birgə Fəaliyyətlər Planına toxundu: “94-95-ci illərdə HBFP ilə bağlı etirazım bu oldu ki, sonradan problemlərin ortaya çıxmaması üçün HBFP-da bəzi nüanslara riayət edilməlidir. Xatırlatmalarımda da tez-tez onları çatdırırdım. Amma bəzi nüanslar diqqətə alınmadı və hamınızın şahidi olduğunuz sonrakı problemlər ortaya çıxdı. Buna görə də gələcəyə baxış çox mühümdür”.

O, çıxışının davamında keçən qırxillikdə həyata keçirilmiş çoxsaylı fəaliyyətlərin çox səmərəli olduğunu və İnqilabın davamlılığına səbəb olduğunu dedi: “Tənqid problemləri böyük nailiyyətlər çoxluğunun üzərinə kölgə salmamalıdır”.

İnqilabın Rəhbəri müxtəlif sahələrdə gerçəkləşən heyrətamiz inkişafa, beynəlxalq mərkəzlərin İranın elmi inkişafının beynəlxalq orta göstəricidən bir neçə dəfə yüksək olması ilə bağlı etiraflarına işarə edərək dedi: “İnqilab habelə yol, bənd, su, elektrik təchizatları, tibb və səhiyyə xidmətləri kimi əsaslı infrastrukturlarda heyrətamiz nailiyyətlərin əldə edilməsinə səbəb oldu. Əgər inqilab və cihad hərəkatı olmasaydı, bu nailiyyətlər əsla əldə edilməyəcəkdi”.

O, beynəlxalq mərkəzlərin İnqilabdan sonra İranın iqtisadi göstəricilərinin yaxşılaşması ilə bağlı açıqlamalarına işarə edərək dedi: “Mənim iqtisadiyyat sahəsində sosial ədalət, sərvətin ədalətli bölgüsü, zəif təbəqələrin məhrumiyyətləri kimi məsələləri həmişə tənqid etməyimə rəğmən, dünyanın məşhur iqtisadi mərkəzlərinin verdiyi məlumatda bildirilir ki, hətta iqtisadiyyat sahəsində də böyük nailiyyətlər əldə edilmişdir. Bir çox məhsullarda özünü təmin və daxili istehsalçının özünə inamının artımı kimi mühüm nailiyyətlər əldə etmişik”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “İstehsal sahəsinin nailiyyətlərinin əks etdirilməsi sahəsində Milli Medianın üzərinə böyük bir vəzifə düşür. Buna lazımi şəkildə əməl edilməmişdir. Bu vəzifə layiqincə yerinə yetirilməlidir”.

İslam İnqilabının Rəhbəri dedi: “Ayrı-ayrı sahələrin bütün fəalları bu 43 il ərzində İnqilabın davamlılığına köməklərini etdilər. Təbii ki, bəzi diqqətsizliklər, laqeydliklər, səhlənkarlıqlar və bədxahlıqlara da yol verilib. Əgər bunlar olmasaydı, vəziyyət daha yaxşı olardı”.

O bildirdi ki, İrana qarşı bu miqyasda düşmənçiliyin səbəbi İnqilabın diri olması və törəməsidir: “İnqilabın diri olması deyilərkən xalqın və yeni nəsillərin İnqilab ideyalarına bağlılığı nəzərdə tutulur. Əgər bu bağlılıq və müqavimət olmasaydı, düşmənin bütün bu xəbislikləri həyata keçirməyə ehtiyacı olmazdı. Deməli, düşmənçiliklərin səbəbi xalqın İnqilab hədəflərinə bağlılığı və sədaqətidir”.

Həzrət Ayətullah Xamenei İnqilaba bağlı olduqlarını iddia edən bəzi adamların İnqilabın öz hədəflərindən uzaqlaşması ilə bağlı açıqlamalarının səmimi olmadığını dedi: “Zadəgan həyatı sürənlər və ya imperializm və ABŞ-ın qarşısında təslim olmaqdan dəm vuran adamlar İnqilaba bağlı olduqlarını iddia edə bilməzlər. Çünki İnqilabın şüarı ayaqyalınları və məhrumları himayə etmək, imperializmlə mübarizədir. Bu adamların həmin açıqlamaları qəbuledilməzdir”.

İnqilabın Rəhbəri dedi ki, İran xalqının qürurverici müqaviməti təkcə İranın inkişafına səbəb olmadı, həm də regiona mühüm təsir qoydu: “Regionda güclənməkdə olan müqavimət imperializmin heybətini sındırdı, xalqların ABŞ-a qarşı dillərini açdı. İnqilabı davam etdirməklə bu nemətin qədrini bildiyimizi göstərməliyik”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında gənclərə bir tövsiyə verdi. Tövsiyə bundan ibarətdir ki, düşmən hansı nöqtəni hədəfə alıbsa, siz də həmin nöqtənin əks tərəfində fəaliyyət göstərməlisiniz.

O əlavə etdi: “Düşmən bu gün ictimai rəyi, xüsusilə gənclərin fikir və düşüncələrini hədəfə alıb. Düşüncə mərkəzlərində müxtəlif planlar işləyib hazırlayır, milyardlarla xərc çəkirlər ki, İran xalqını, xüsusilə gəncləri İnqilab yolundan döndərsinlər”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, iqtisadi təzyiq və media əməliyyatları xalqı dövlətdən ayırmaq, düşüncələri manipulyasiya etmək imperializmin istifadə etdiyi iki əsas vasitədir: “İnqilabın sütunları və İnqilabın inkişafında təsiri olan mərkəzlərə böhtan və iftiralar atılması media əməliyyatlarında isitfadə edilən metodlardır”.

Həzrət Ayətullah Xamenei parlamentə, Mühafizə Şurasına, Sepaha və böyük şəhid Sərdar Süleymaniyə böhtanlar atılmasının ləkə yaxma kompaniyalarından olduğunu dedi: “Onlar xalqın qəzəbindən qorxmasaydılar, İmama da böhtan atardılar. Sadəcə, buna cürət etmirlər”.

O vurğuladı ki, İran xalqı və gəncləri media yalanları və iftiraları, habelə iqtisadi təzyiq qarşısında dayanmalıdır: “İqtisadi təzyiqə qarşı mübarizə yolu daxili səy və fəaliyyət, sanksiyaların neytrallaşdırılmasıdır. Təbii ki, bununla yanaşı diplomatik fəaliyyət də yaxşıdır. Bizim yaxşı və inqilabçı qardaşlarımız sanksiyaları ortadan qaldırmaq və qarşı tərəfin iradəsini qırmaq üçün çalışrlar”.

İnqilabın Rəhbəri vurğuladı: “İqtisadi təzyiqlə mübarizədə əsas iş istehsalı gücləndirmək və iqtisadi hərəkətlilik vasitəsilə sanksiyaları qüvvədən salmaqdır. Bu sahədə elm əsaslı fəaliyyətlər çox mühümdür”.

O, hər kəsi, xüsusilə gəncləri duaya təvəssülə və Rəcəb ayının on beşinci gününün bərəkətlərindən istifadə etməyə çağırdı: “Allahla rabitə həyata, ölkəyə və İnqilabın gələcəyinə bərəkət verir”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Vəliyyi-Fəqihin Şərqi-Azərbaycan əyaləti üzrə nümayəndəsi və Təbrizin imam cüməsi Höccətül-İslam vəl-müslimin Ali-Haşim əyalətdəki mədəni və inqilabçı proqram və fəaliyyətlər, habelə ölkənin açar problemlərinin həllinə, o cümlədən istehsala edilən yardımlardan danışdı: “Bu gün Azərbaycan söz birliyi, milli vəhdət, iranlı qeyrəti və inqilabçı həyəcanına həmişəkindən daha çox bağlıdır”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /