Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Düşmən cəbhəsinin hibrid hücumuna qarşı hibrid hücum əmri

Humafəran Hərbi Hava Qüvvələrinin İmam Xomeyni (r.ə) ilə 19 bəhmən 1357-ci ildəki tarixi beyətinin ildönümü günü İslam İnqilabının Ali Rəhbəri Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanlarından bir qrupu ilə görüşdə o heyrətamiz beyətin bir dönüş nöqtəsi olduğunu dedi. Ali Rəhbər vurğuladı ki, o böyük və tarixi hərəkatın qalıcılığı, davamlılığı və effektivliyinin səbəbi bir media işi və hadisənin yaradıcı bir şəkildə doğru-düzgün çatdırılması olmuşdur: “Bu gün də düşmənlərin gerçəklərin, nailiyyətlərin, İslam dövlətinin qəhərmancasına addımlarının təhrifi istiqamətində həyata keçirdiyi hücumlara qarşı mübarizə aparmaq üçün müdafiə hərəkatına, təxirəsalınmaz təbliğat cihadına əsaslanan bir hibrid hücuma ehtiyac var”.

Həzrət Ayətullah Xamenei görüşün əvvəlində əlverişsiz korona şəraitinə görə iştirakçıların sayının məhdud olduğunu qeyd edərək dedi: “Mən hər zaman gigiyenik qaydalara və həkimlərin tövsiyələrinə əməl edilməsindən yanayam. Maskadan istifadə edilməsində israrlıyam. Bir neçə ay bundan əvvəl üçüncü vaksin dozasını da qəbul etdim”.

O, xalqa səslənərək həkimlər və mütəxəssislərin tibbi təlimtlara riayət edilməsi istiqamətindəki məsləhətlərinə əməl etməyi tövsiyə etdi.

Həzrət Ayətullah Xamenei daha sonra Hərbi Hava Qüvvələrinin tarixi bir addım ataraq İmam Xomeyni (r.ə) ilə etdikləri beyətə işarə edərək dedi: “Baxmayaraq ki, indiki Hərbi Hava Qüvvələrinin gənc nəsli o zaman yox idi, amma HHQ-də məsuliyyət hissi ilə xidmət göstərən hər kəs o günün qüruruna və fəzilətinə ortaqdır. Çünki o hərəkət, əslində, müqtədir komandanı İmam Xomeyni (r.ə) olan müqəddəs cihad və ideyalarla beyət idi. Buna görə də həmin mənəvi hərəkat davam edir. Bu ideyalar istiqamətində hərəkət edən hər kəs onda pay sahibidir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, sözügedən çox effektiv hərəkətin mühüm xüsusiyyətlərindən biri HHQ-nin hümafərləri və zabitləri tərəfindən həmin anın ehtiyacının müəyyən edilməsi və ayıq şəkildə ağıllı addım atılması olmuşdur: “Bu hərəkət, həm də göstərdi ki, ABŞ və mənfur Pəhləvi rejiminin hesablamaları səhv olub. Onlar ağıllarına gəlməyən yerdən zərbə alıblar”.

Həzrət Ayətullah Xamenei o tarixi hadisənin örnək olan mühüm nüansına aydınlıq gətirərək dedi: “Haqq və İslam cəbhəsinin qüvvələri hərbi, elmi, tədqiqat və sair cihad meydanlarında fəal, effektiv və ümidverici şəkildə hazır olsalar, qarşı tərəfin üzdə görünən əzəməti və şan-şöhrətindən qorxmasalar, düşmənin hesablamaları mütləq boşa çıxacaq. Çünki bu, Allahın dəyişməz qanunudur”.

O xatırlatma etdi: “Bu gün də amerikalıların hesablamaları boşa çıxmaqdadır və daha öncədən ağıllarına belə, gəlməyən yerdən – öz prezidentləri tərəfindən zərbə almaqdadırlar. Yəni ABŞ-ın keçmiş və hazırki prezidentləri praktiki olaraq əl-ələ verib ABŞ-ın olan – qalan abrını da aparmaqdadırlar”.

İslam İnqilabının Rəhbəri HHQ-nin o hərəkətinin inqilabdan sonra da müxtəlif sahələrdə davam edərək dərinləşdiyinə işarə edərək vurğuladı: “İnqilabın ilk günlərində HHQ-nin özünü təmin cihadı təşkil etməsi, bəzi bazalardakı çevriliş planlarının boşa çıxması, Müqəddəs Müdafiə dövründə HHQ-nin üstün fəaliyyətləri 19 bəhmən 1357-ci ili hərəkatının dərin köklər və bəsirət ruhiyyəsi üzərində formalaşdığını göstərir. Elə buna görə də HHQ-də və orduda Səyyad Şirazi, Babayi, Səttari, Kolahduz, Fəkuri və Fəllahi kimi şəhidlərin simaları parladı”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, HHQ-dəki bəsirət və dərinliyin səbəblərindən biri diktatura rejimi dövründə onların ABŞ məsləhtçiləri ilə yaxından əlaqədə olmaları, onların diktaturası, əxlaqsızlıqları və hökmranlıqlarını öz gözləri ilə görmələri olmuşdur: “Amerikalıların İran ordusunda olması çox kədərləndirici bir hadisədir. Ehtimal ki, gənc nəslin bu barədə məlumatı yoxdur. Amma nümunə üçün qeyd edim ki, ABŞ və İngiltərənin məzlum xalqları əzmək üçün İran ordusundan bir neçə dəfə istifadə etməsi Pəhləvi rejiminin İran xalqına və ordusuna olan xəyanətlərindən biri, habelə digər xalqlara qarşı cinayətidir”.

İnqilabın Rəhbəri açıqlama və aydınlatma cihadının əhəmiyyətli olduğunu vurğulayaraq humafəranın İmam Xomeyni (r.ə) ilə etdikləri beyətini əks etdirən şəklin aydınlatma işinin əbədiləşməsində rol oynayan bir nümunə olduğunu bildirdi: “Tarixi və dönüş yaradan hadisəni əbədiləşdirən amil o dövrün məhdud media imkanları çərçivəsində yayımlanan bir tablo oldu. Bu, hadisələrin düzgün şəkildə çatdırılmasının əvəzsiz təsirə malik olduğunu göstərir”.

O, müxtəlif KİV-lərin ayrı-ayrı istiqamətlər üzrə inkişafına işarə edərək İslam və İrana düşmən olan media vasitələrinin qəti siyasətlərinin peşəkar yalanlardan, dezinformasiyalardan istifadə edərək gerçəkləri təhrif etməkdən ibarət olduğunu dedi: “Onlar bu siyasəti həyata keçirmək üçün tağut rejiminin çirkin və mənfur simasını bəzəyərək, onun xəyanətlərini ört-basdır edərək hətta başdan ayağa qədər cinayətə bulaşmış SAVAK-ı süsləməyə, digər tərəfdən də İnqilabın və böyük İmamın simasını ləkələməyə, İnqilabın nailiyyətləri, həqiqətləri və müsbət cəhətlərini tamamilə gizlətməyə, zəif nöqtələri yüzlərlə dəfə böyütməyə çalışırlar. Buna görə də sözügedən media hücumlarına qarşı mübarizədə aydınlatma cihadı qəti və təcili bir vacib vəzifədir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, media diktaturası söz azadlığının olduğunu iddia edən Qərb dövlətlərinin diktatura formalarından biridir. O, bunun bir nümunəsinin Şəhid Süleymaninin adı və şəklinin virtual məkandan çıxarılması olduğunu vurğuladı: “Onlar Qərbin siyasətlərinə qarşı olan hər bir söz və şəklin paylanmasını qadağan edir, digər tərəfdən də eyni məkandan İslam və İslam Respublikasını gözdən salmaq üçün maksimum dərəcədə istifadə edirlər”.

O bu acı gerçək qarşısında hər kəsin, xüsusilə məsul şəxslərin, milli media rəhbərlərinin, müxtəlif media sahiblərinin vəzifəsinin meydana çıxaraq İnqilabın nailiyyətləri və xidmətlərinin düzgün şəkildə çatdırmaqdan ibarət olduğunu dedi: “Bu bir neçə onillik ərzində iqtisadiyyat, sosialogiya, təmir-bərba, təhsil, səhiyyə, müalicə, sənaye, din, mədəniyyət, diplomatiya və siyasət, müdafiə və təhlükəsizlik sahələrində böyük və qəhrəmancasına işlər görülmüşdür. Amma az işlər görülməsi səbəbilə ölkənin KİV-də bu heyrətamiz fəaliyyətlər öz əksini tapmamış və elə də çox məlumat verilməmişdir. Halbuki bunların hər biri aydınlatma cihadı üçün bir sərlövhədir”.

İnqilabın Rəhbəri dedi: “Bəzi iqtisadi və məişət problemlərinin bu nailiyyətlər və qəhrəmanlıqların üzərinə kölgə salmasına, insanların gözündən uzaq salmasına və unutdurmasına imkan vermək olmaz”.

Həzrət Ayətullah Xamenei düşmən cəbhəsinin İrana qarşı hibrid hücumuna, yəni iqtisadi, siyasi, təhlükəsizlik, media və diplomatiya hücumuna işarə edərək vurğuladı: “Bu hibrid və qrup hücumuna qarşı həmişə müdafiə mövqeyində dayana bilmərik. Biz də müxtəlif sahələrdə, o cümlədən media, təhlükəsizlik və iqtisadi sahələrdə hibrid hücumda olmalıyıq. Bu istiqamətdə fikir və fəaliyyət adamları, xüsusilə məsul şəxslər səy göstərməlidirlər”.

O, çıxışının sonunda ölkənin günbəgün artmaqda olan nailiyyətlərinin xalqın sabahı üçün ən yaxşı müjdə olduğunu dedi: “İslam Respublikası bu 43 il ərzində qüdrətlə irəli getmiş və günbəgün daha da möhkəmlənib, kök atmışdır. Bu hərəkət Allahın lütfü ilə gələcəkdə keçmişdəkindən daha yaxşı olacaq və düşmənin yenə də arzusu ürəyində qalacaq”.

Həzrət Ayətullah Xamenei Rəcəb ayının bərəkətli günlərinə işarə edərək xalqın hər tək-tək nümayəndəsinə, xüsusilə gənclərə bu ayın ilahi və mənəvi feyzlərindən faydalanmağı tövsiyə etdi.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən HHQ-nin komandanı briqada generalı Vahidi bu qüvvələrin fəaliyyətləri, nailiyyətləri və proqramları haqqında məlumat verdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /