Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Vədlərə əməl etmək və əhalinin rəylərindən istifadə mexanizmi yaratmaq lazımdır

İslam İnqilabının Ali Rəhbəri bu gün (bazar günü) səhər Qum əhalisinin ayrı-arı təbəqlərindən olan bir qrup nümayəndəsi ilə virtual görüşü zamanı 19 dey 1356-cı ilin dini etiqadın dərinliyinin və rasionallıqla müşayiət olunan dini qeyrətin göstəricisi olduğunu dedi. O, ABŞ-ın İran xalqının inanclarından qaynaqlanan dövlətə qarşı dərin kininə işarə edərək dedi: “Hal-hazırda üzərimizə düşən vəzifəni dərk edərək ümid, vəhdət və qüdrətlə parlaq gələcəyə doğru hərəkət etməliyik. Bu yolda məsul şəxslər də xalqla bağlı olan vəzifələrini gücləndirməli, təkmilləşdirməli və özlərinin problemlərin həlli istiqamətinə yönəlmiş aşkar səylərini genişləndirməlidirlər”.

İnqilabın Rəhbəri 19 dey 1356-cı il hadisəsinin ayrı-ayrı şəhərlərdə baş verən zəncirvari hərəkatın və sonda inqilabın qələbəsinin mənşəyi olduğunu dedi: “Gələcək nəsillər üçün böyük mesajları və güclü məzmunları olan bu cür hadisələr unutqanlıq tozu altında diqqətdən kənarda qalmamalıdır”.

O əlavə etdi: “19 dey hadisəsi və onun siyasi-ictimai nəticəsi xalqın dini inanclarının dərinliyini göstərdi. Çünki İmam bir təqlid mərcəyi və din alimi kimi onun mərkəzində dayanmasaydı, başqa bir adam və hər hansı cərəyan xalqı şəhərbəşəhər haqq səsini qaldırmağa və qiyama vadar edə bilməzdi”.

Həzrət Ayətullah Xamenei İranın son 150 illik tarixi və ictimai hadisələrininin çoxunda, o cümlədən Tənbəki, Məşrutə inqilabı, Gövhərşad hadisəsi, 30 tir qiyamı və 15 xordad qiyamında şücaətli və siyasətdən xəbərdar olan din alimlərinin hadislərin mərkəzdə dayandıqlarına işarə edərək dedi: “Nüfuzlu ünsürlər bir qrup insanı hərəkətə gətirə bilərlər, lakin imperiya, müstəmləkə və onun nəticələri qarşısındakı əzəmətli xalq okeanını təlatümə gətirmək yalnız din aliminin işidir. Məhz elə buradan da imperialistlərin din, din alimləri, siyasət alimləri, siyasi fiqh və siyasi İslamla olan dərin düşmənçiliklərinin sirrini dərk etmək olar”.

O, “Amerikaya ölüm” şüarının imperializmin İslam Respublikası ilə həmişəlik düşmənçiliyinin səbəbi olduğunu hesab edənlərə işarə edərək dedi: “ABŞ lap kökdən İslam dövlətinə düşməndir. Çünki bu dövlətin dindən və xalqın dini inanclarından qaynaqlandığını bilir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, dini qeyrət 19 dey qiyamının amillərindən biridir: “Bəziləri dini qeyrətin məntiqsizlik və düşmənçilik adlandırmaq üçün çalışır və təbliğat aparırlar. Ancaq həqiqət budur ki, dini qeyrət rasionallıqla müşayiət olunur və bəsirətdən qaynaqlanır. Bəsirət özü də rasionallığın bir şöbəsi və simvoludur. Bundan əlavə, əməldə də əksər məqamlarda dini qeyrət rasionallıqla müşayiət olunur”.

O vurğuladı ki, İmam Xomeyni (r.ə) dini qeyrətin rasionallıq və müdirkliklə müşayiət olunan ən kamil simvoludur: “İmamın layiqli tələbəsi Ayətullah Misbah Yəzdi həm dini qeyrət baxımından zirvədə idi, həm də rasionallıq baxımından sözün həqiqi mənasında bir filosof idi”.

İnqilabın Rəhbəri qeyd etdi ki, tağut rejimin qəzetlərin birində İmamla bağlı təhqiredici məqalə çap etdirmək niyyəti hesablanmış və planlaşdırılmış bir məsələ idi: “Tağut rejim İmamın xalq arasında artan nüfuzunu anlayaraq onun enerji və motivasiyaverici mövqeyini aşağı salmaq və inqilabi hərəkatın vahid mərkəz ətrafında cərəyan etməsinə son qoymaq istəyirdi. Əgər 19 dey 1356-cı ildə Qum əhalisinin möhkəm yumruğu tağutun sinəsinə endirilməsəydi, o bu fəaliyyətlərini müxtəlif formalarda davam etdirəcəkdi”.

İnqilabın Rəhbəri tağutun Vaşinqtonun himayəsinə və ABŞ-ın o vaxtki prezidenti Karterin 10 dey 1356-cı ildə Tehranda dediyi sözlərə arxalandığını qeyd edərək dedi: “Karter amerikalıların hələ də davam edən səhv hesablamalarına əsaslanaraq Pəhləvi İranını “Sabitlik adası” adlandırdı. Lakin Qum əhalisinin qiyamı və ondan sonra baş verən zəncirvari qiyamlar rejimin və ABŞ-ın hesablanmış planını elə pozdu ki, Karter İran xalqının İslam hərəkatını qətllər, çevriliş və digər vasitələrlə əzmək üçün 1357-ci ildə Hayzer adlı generalı İrana yolladı. Allahın lütfü ilə arzularına çata bilmədilər”.

Həzrət Ayətullah Xamenei Sərdar Süleymaninin şəhadətə yetirilməsinin amerikalıların səhv hesablamalarının hələ də davam etməsinin başqa bir nümunəsi olduğunu dedi: “Terrorçular Hacı Qasimi nümayəndəsi olduğu böyük bir hərəkatın siması kimi məhv etmək istəyirdilər. Lakin sərdarın şəhadətinin ikinci ildönümü münasibətilə İran xalqının və digər ölkələrin əzəmətli yürüşü, sevgi izharı Allahın qüdrətindən qaynaqlanan böyük bir hərəkət kimi göstərdi ki, amerikalıların hesablama maşını, həqiqətən və insafən, qüsurlu və xarabdır”.

İnqilabın Rəhbəri İnqilabın qələbəsinin əzəmətli günlərindən 23 il keçməsinə və dini demokratiya sisteminin yaradılmasına işarə edərək diri bir millətin vəzifəsinin keçmişdən ibrət almaq, hal-hazırda üzərinə düşən vəzifələri tanımaq, perspektivi təyin etmək, həmin perspektivə doğru böyük qüdrətlə hərəkət etmək üçün möhkəm addımlar atılmasından ibarət olduğunu dedi: “Bu vəzifə və gələcəyi tanıma son qələbəyə, yəni İran xalqının pak həyatı, dini, dünyası, fiziki və mənəvi rifahının təmin olunmasına səbəb olacaq”.

O, mömin və hizbullahçı gənclərin düşüncə və əməli fəaliyyətlərinin bütün ölkəyə yayılmasından məmnun qaldığını ifadə edərək dedi: “Bəzi fikir və məlumatlar xalqın həqiqətini əks etdirmir. Xalqın həqiqi batini və hisslərini şəhid Süleymaninin dəfn mərasimi kimi məsələlərdə dərk etmək olar”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında xalqa və məsul şəxslərə əhval ruhiyyənin qorunması və İslam İnqilabının inkişafı istiqamətinə doğru hərəkətlə bağlı bir neçə mühüm xatırlatma etdi.

O qeyd etdi ki, dini qeyrət ayrı-ayrı həssas məqamlarda və təhdidlərin fürsətlərə çevrilməsində ölkənin xilas amilidir: “Dini qeyrəti qoruyun. Çünki müqəddəs müdafiədə, yəni İnqilabı diz çökdürmək üçün ABŞ, NATO, SSRİ və o dövrün mürtəce qüvvələrinin apardıqları müharibədə ölkəni qalib edən bu dini qeyrət olmuşdur”.

İnqilabın Rəhbəri şəhid Süleymaninin tarixi dəfn mərasiminin xalqın fürsət yaradan qeyrətinin partlayışının bir başqa nümunəsi olduğunu dedi: “Bu mərasimdə İran xalqı bir daha öz vəhdətini, dini və inqilabçı kimliyini aşkar etdi. Əgər o müqəddəs bədən Suriya, Livan və Pakistana da getsəydi, İran və İraqda olduğu kimi müsəlman xalqlar tərəfindən böyük bir təntənə ilə qarşılanardı”.

O qeyd etdi ki, 9 dey 1388-ci il tarixinin xalqın dini qeyrətinin təcəllasının başqa bir nümunəsidir: “O hadisədə də xalqın dini qeyrəti təhdidlərin acı nəticələrini yox edib onları fürsətə çevirdi. Buna görə də natiqlər, yazıçılar və nüfuz sahibləri xalqın dini qeyrətinin qorunmasına çalışmalıdırlar”.

Həzrət Ayətullah Xamenei əcnəbi media və virtual təbliğatlar vasitəsilə İnqilabın əsas və prinsiplərinə qarşı həssaslığın azaldılması, iddiaları böyük olan dayaz insanların sözlərinin daha da qabardılmasınının düşmənlərin proqramlarından bir başqası olduğunu dedi: “İnqilabın əsasları, o cümlədən hökumət və cəmiyyətin dini həndəsə əsasında formalaşması, müstəqillik, korrupsiya və ədalətsizliklə mübarizə zəiflədilməməlidir”.

O əlavə etdi: “İmperialist və hegemon düşmən qarşısında təslim olmamaq da İnqilabın əsas prinsiplərindəndir. Hər hansı mərhələdə düşmənlə müzakirə aparmaq, danışmaq və qarşılıqlı mübadilə onun qarşısında təslim olmaq deyil. Bu vaxta qədər təslim olmadığımız kimi, bundan sonra da olmayacağıq”.

İnqilabın əsaslarına qarşı həssaslığın azaldılmasının xalqa qarşı aparılan genişmiqyaslı və müxtəlif formalı yumşaq müharibənin bir hissəsi olduğunu bildirən İnqilabın Rəhbəri fikir, düşüncə və qələm sahiblərini, sosial və virtual məkanın fəallarını bu planla mübarizəyə çağırdı: “İnqilabın əsaslarının xalq və onun gələcəyi üçün faydalı olmadığını düşünmək gerçəkliyi əks etdirmir və insafsızlıqdır”.

O vurğuladı ki, İnqilab prinsiplərinə bağlılıq ölkənin ən mühüm inkişaf amillərindəndir: “Bu 43 il ərzindəki inkişaf və hərəkətimiz mömin və inqilabçı möminlərin ruhiyyəsi və mübarizəsinin bəhrəsidir. Harada durğunluq olubsa, səbəbi fürsətdən sui-istifadə, korrupsiya, aristokratiya və qeyri-inqilabçı baxış olmuşdur”.

Həzrət Ayətullah Xamenei hər kəsi milli vəhdət və birliyi qorumağa çağırdı: “İnqilabın qarşısında mövqe almış bəzi adamlar qarşısında dayanmaqdan başqa çarə yoxdur. Ancaq fikir ayrılığı və yanaşma tərzinin fərqliliyi bir-birinin qarşısında cəbhə almaqla, ümidlərin zəiflədilməsi və ümumi birliyin pozulması ilə nəticələnməməlidir”.

O, İnqilabın bəzi düşmənlərinin siyasətdəki parçala və hökmranlıq et prinsipinə əsaslanaraq məzhəb qarşıdurması yaratmaq, şiə və sünniləri münaqişəyə sürükləmək üçün göstərdikləri səylərə işarə edərək dedi: “Bu məsələlərin ölkədə baş verib inkişaf etməsinə icazə vermək olmaz. Uzun əsrlərdir sünni və şiələr ölkədə heç bir ixtilaf və qarşıdurma olmadan yanaşı yaşayırlar. Buna görə də ixtilaflar üçün hər hansı bəhanə yaratmaq olmaz. Xoşbəxtlikdən də yaranmamışdır”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “İndi bir adam səhv söz danışır, bir nəfər də vəzifəsini yerinə yetirməli olduğunu düşünür. Ancaq bu məsələləri davam etdirmək olmaz. Hamı ümumi birliyi qorumalıdır”.

Ali Rəhbər İran İslam Respublikasının İslamın və İslam ümmətinin hakimiyyətinin simvolu olduğunu dedi. O, ayrı-ayrı ölkələrdəki əhli-sünnənin İslam respublikasına qarşı sevgi və təəssübündən də söz açdı: “İslam ölkələrində şəhid Süleymaninin şərəfinə təşkil edilmiş təntənəli anım mərasimləri Şərqi Asiyadan Qərbi Afrikaya qədər İslam ümmətinin İslam Respublikasına qarşı sevgisi, təəssübü və dəstəyinin bir nümunəsidir”.

Həzrət Ayətullah növbəti tövsiyəsində gələcəyə ümidin gücləndirilməsinin zəruri olduğunu dedi: “Ümidvar gənc daha yaxşı işləyir, çalışır və araşdırır. Təbii ki, ümidi gücləndirmək təkcə sözdə olmur. Məsul şəxslər – Allaha şükürlər olsun ki, bu gün məşğul olduqları - fəaliyyətləri və səyləri ilə gənclərin qəlbində ümid yaratmalıdırlar”.

O, İslam Respublikasının ayrı-ayrı sahələrdəki nailiyyətlərinin gizli qalmasına işarə edərək dedi: “Xüsusilə zəif təbəqələrin iqtisadi və məişət, habelə, bank və maliyyə problemlərinin olmasına baxmayaraq, İslam Respublikası ayrı-ayrı sahələrdə mühüm nailiyyətlər əldə edib. Bütün bu nailiyyətlər haqqında xalqa və yalnız problemləri dinləməklə bu nailiyyətlərdən xəbərsiz qalmış adamara məlumat verilməlidir”.

Həzrət Ayətullah Xamenei hökumətin hiss olunan və xalqa meyilliliyini yüksək qiymətləndirərək bu hərəkətin gücləndirilməsi və təkmilləşdirilməsinin zəruri olduğunu bildirdi: “Vədlərə vaxtında əməl etmək lazımdır. Əgər hər hansı səbəbdən verilmiş vədə əməl etmək mümkün olmasa, xalqa bu barədə açıq və dürüst şəkildə izahat vermək lazımdır”.

İnqilabın Rəhbəri qeyd etdi ki, mütəxəssislər, ekspertlər və xalqın baxışları və təklif etdikləri metodlardan istifadə mexanizminin yaradılması, xalqın əməkdaşlığından istifadənin formasının tədqiqi hökumətin fəaliyyətlərində yer almalıdır. O, hökumət işçilərinə korrupsiya və ayrıseçkilik edilməsi kimi məsələlərə ümumi nəzarət edilməsi üçün xalqın imkanlarından isitfadə etməyi tövsiyə etdi.

İnqilabın Rəhbəri çıxışının sonunda vurğuladı: “Məsul şəxslər bütün varlıqları ilə xalq üçün çalışsınlar, xalis niyyətlə hal-hazırda hiss olunan səy və fəaliyyətlərini daha da artırsınlar ki, Allah da bu səyləri daha çox bərəkətli etsin”.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /