Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Adiləşdirmə aparan hökumətlər öz səhvlərini düzəltsinlər

Rəhmət peyğəmbəri Həzrət Muhəmməd Mustafa (s) və Həzrət İmam Cəfər Sadiqin (ə) mübarək mövlud ildönümü münasibətilə İslam İnqilabının Ali Rəhbəri dövlət rəhbərləri və “Beynəlxalq İslami Vəhdət Konfransı”nın iştirakçılarından bir qrupu ilə görüşdə “İslamın insan həyatının bütün yönlərini əhatə etdiyini bəyan etmək və yayamaq”, habelə “müsəlmanların vəhdətinin gücləndirilməsi”nin İslam ümmətinin iki mühüm vəzifəsi olduğunu dedi: “İslami vəhdət Quranın vacib və prinsipial əmridir. Yeni islami mədəniyyətin yaradılması şiə və sünnilərin vəhdəti olmadan gerçəkləşməsi mümkün olmayan ali məqsəddir”.

Həzrət Ayətullah Xamenei İran xalqını, bütün İslam ümmətini və dünyanın azad insanlarını bu iki mübarək bayram münasibətilə təbrik etdikdən sonra sonuncu peyğəmbərin dünyaya gəlişinin çox böyük bir hadisə, ilahi nemətlərin bəşəriyyətə lütf edilməsinin yeni bir dövrünün başlanğıcı olduğunu dedi: “Allah bəşəriyyətin kamil xoşbəxtlik proqramını Peyğəmbərə (s) çatdırdıqdan sonra onu bu proqramın icrasına və ardıcıllarından onun icrasını tələb etmək üçün ezam etdi. Buna görə də möminlər bütün dövrlərdə öz vəzifələrini bilib ona əməl etməlidirlər”.

İslamın hərtəflilik hüququnun tam təmin olunması və müsəlmanların vəhdəti məsələlərinin bu gün İslam ümmətinin iki mühüm vəzifəsi olduğunu deyən Ali Rəhbər birinci məsələyə aydınlıq gətirərkən vurğuladı: “Siyasi və maddi güclər tarix boyu İslamın insan həyatının bütün yönlərini əhatə edən hərtərəfli bir proqrama malik olmadığını, fərdi əməl və daxili inancla məhdudlaşdığını israrla təlqin etmiş, yazıçı və elm adamlarının dili ilə İslamın mədəniyyətləşdirmə və cəmiyyətin idarə edilməsi, iqtisadiyyat, güc və sərvətin bölüşdürülməsi, müharibə və sülh, daxili və xarici siyasət, ədalətin bərqərar edilməsi, zülm və şərə qarşı mübarizə kimi mühüm məsələlərdə İslamın fikir və düşüncə mənbəyi, əməli bələdçi olmadığını göstərməyə çalışmışlar”.

İnqilabın Rəhbəri vurğuladı ki, İslami mətnlər İslamın bu şəkildə qavranılmasını inkar edir, İslamın haqqının təmin edilməsinin bu mühüm gerçəkliyin izah və təbliği il şərtləndiyini göstərir: “İslamın əhatə və fəaliyyət sahəsi insan həyatının qəlbin dərinlikləri və ibadətlə bağlı olan məsələlərindən tutmuş siyasi, iqtisadi, sosial, təhlükəsizlik və beynəlxalq məsələlərə qədər bütün yönlərini əhatə edir. Bu mənanı inkar edən adam Qurani-Kərimin ayələri və açıqlamalarına qətiyyən diqqət yetirməmişdir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İslamın sosial məsələlər və mühüm mədəniləşdirmə vəzifəsinə əhəmiyyət verməsi onun hakimiyyətə əhəmiyyət verdiyini göstərir: “İslamda hakimiyyət və rəhbər təyin edilməsi məsələsinə diqqət yetirmədən sosial nizam-intizam tələb etmək mümkün deyil. Quranda da peyğəmbərlər imam, yəni cəmiyyətin rəhbər və öndərləri kimi təqdim edilmişdir”.

İslamın insan həyatının bütün yönlərini əhatə etdiyini çatdırmaq İslam alimləri, ziyalıları, tədqiatçıları və müəllimlərinin vəzifəsidir: “İslam Respublikası bu sahədə üzərinə ağır bir vəzifə götürmüşdür. Ölkənin rəhbərləri, xüsusilə mədəniyyət işləri üzrə məsul şəxslər öz vəzifələrinə əməl etməlidirlər”.

İnqilabın Rəhbəri çıxışının başqa bir yerində müsəlmanların vəhdəti məsələsini qeyd edərək İslami vəhdət sahəsində əməyi olmuş mərhum Təsxiri, mərhum Vaizzadə, şəhid Şeyx Məhəmməd Ramazan əl-Buti, şəhid Seyid Məhəmmədbaqir Həkim, mərhum Şeyx Əhməd əz-Zeyn, mərhum Şeyx Səid Şaban kimi şəxsiyyətləri hörmətlə yad etdi.

O qeyd etdi ki, müsəlmanların vəhdəti tərəddüdsüz vacib və Quranın göstərişidir: “İslami vəhdət xüsusi bir şəraitlə məhdudlaşan taktiki yox, prinsipial bir məsələdir. Bu sinergetiklik müsəlmanların güclənməsinə səbəb olur və nəticədə, qeyri-müsəlman ölkələrlə münasibətlərdə əlidolu olmaları ilə nəticələnir”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, vəhdət məsələsində bu qədər israrlı olmasının səbəbi məzhəblər arasına çox böyük bir fasilənin düşməsi, düşmənlərin bu fasilələri daha da artırmaq üçün ciddi cəhdlə çalışmalarıdır: “Bu gün şiə və sünni sözü amerikalıların da siyasi ədəbiyyatlarına daxil olmuşdur. Halbuki onlar əsl İslama müxalif və düşməndirlər”.

İnqilabın Rəhbəri ABŞ və onun yetişdirdiyi qüvvələrin İslam dünyasının hər bir nöqtəsində fitnə yaratmağa çalışdıqlarını dedi: “Son günlər Əfqanıstan məscidlərində müsəlmanlara və namaz qılanlara qarşı törədilən ürək ağrıdan, təəssüf doğuran parlatyışlar İŞİD-in əli ilə törədilən cinayətlərdəndir. Amerikalılar açıq şəkildə bildirmişdilər ki, İŞİD-i onlar özləri yaradıblar”.

O, vəhdət məsələsi ilə bağlı təşkil edilən illik konfransların yetərli olmadığını dedi: “Bu sahədə davamlı açıqlamalar, təşviqatlar, proqramlar və iş bölgüləri olmalıdır. Məsələn, Əfqanıstanda baş vermiş hadisədən sonra faciələrin qarşısını almaq üçün həyəta keçiriləcək tədbirlərdən biri bu ölkənin indiki möhtərəm rəhbərlərinin məscid və mərkəzlərə getməsi və ya əhli-sünnə qardaşları müştərək icmalarda iştiraka səsləməkdir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, yeni islami mədəniyyətin yaradılması kimi mühüm məqsəd yalnız şiə və sünnilərin vəhdəti ilə gerçəkləşə bilər: “Müsəlmanların vəhdətinin əsas göstəricisi Fələstin məsələsidir. Fələstinlilərin hüquqlarının bərpasına nə qədər çox ciddiyyət göstərilsə, islami vəhdət bir o qədər güclü olar”.

O bildirdi ki, bəzi region dövlətlərinin qəsbkar sionist rejimi ilə əlaqələrin adiləşdirilməsi istiqamətində atdıqları addımlar günah və böyük bir səhvdir: “Bu dövlətlər İslami vəhdətə zidd olan hərəkətlərindən dönməli və yol verdikləri bu böyük səhvlərini düzəltməlidirlər”.

İnqilabın Rəhbəri çıxışının sonunda İran xalqına müraciət edərək İslamın əzəmətli peyğəmbərinə tabeçiliyin o cənaba xüsusilə səbr, ədalət və əxlaq kimi mövzularda tabe olmaq və onun meyar seçilməsi ilə şərtləndiyini dedi: “Səbrin mənası günaha və vəzifənin icrasında zəifliyə, habelə düşmən və müxtəlif müsibətlərə qarşı müqavimət göstərilməsidir”.

Bu gün müqavimətə hər şeydən çox ehtiyac olduğunu vurğulayan Rəhbər məsul şəxslərə müraciət edərək dedi: “Təzyiq və çətinliklərə müqavimət və dözümlülük göstərməklə yola davam edin və dayanmayın”.

O dedi: “Ədalət məsələsində də məsul və rəhbər şəxslər xitab olunan birinci şəxslərdir. Bütün qərarlar və qanunlarda ədalət məsələsi diqqət mərkəzində olmalıdır. Lazım gəldikdə qanunların qəbulu və icrasında ədalət əlavəsi də nəzərdə tutulsun”.

İnqilabın Rəhbəri bütün sahələrdə ədalətli davranış, mal və sərvət bölgüsündə onun məhdudlaşdırılmamasının vacibliyini vurğulayaraq nümunə üçün virtual məkana işarə etdi: “Bəzən virtual məkanda əks sözlər danışmaq, böhtan atmaq və bilmədiyini deməklə ədalətə zidd davranış göstərilir. Həm bu məkanla sıx əlaqəsi olan, həm də bu işə məsul olan şəxslər diqqətli və ehtiyatlı olsunlar”.

O əlavə etdi: “Ədalətli davranmağı, hətta kiminsə sözünü qəbul etmədiyimiz vaxt öz reaksiyamızı böhtan, yalan və təhqirə bulaşdırmamağı öyrənməliyik”.

Peyğəmbərin əxlaqına tabe olmaq məsələsi İnqilabın Rəhbərinin toxunduğu son məsələ oldu: “İslam əxlaqı, yəni təvazökarlıq, güzəşt, şəxsi məsələlərdə sadəlik, yaxşılıq; yalan, böhtan və möminlər haqqında pis fikrə düşmək kimi davranışlardan uzaq durmaq daimi bir proqram kimi diqqət mərkəzində olmalıdır”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Biz müsəlman və İslam Respublikası olduğumuzu iddia ediriksə, bu iddia əməllə səsləşməli və əməldə əzəmətli Peyğəmbərin (s) yolunu getməliyik”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən dövlət başçısı əziz Peyğəmbərin (s) ən böyük nemət və bəşəriyyət üçün təkamülün zirvəsi olduğunu dedi: “Bizim təkamül istəyən rəhbərimiz də Allah Rəsulunun (s) yolunu getdi. Allaha təvəkkül edib xalqa söykənərək qiyam etdi. Bu gün də İnqilabın ikinci addımı ölkənin bütün sahələrində dəyişikliyə bələdçilik etmək və xalqın ehtiyaclarını ödəməkdir”.

Prezident çıxışının başqa bir yerində karona və əsas məhsulların təmininin dövləti narahat edən iki əsas məsələ olduğunu dedi: “Bu gün genişmiqyaslı vaksinasiya ilə əhalinin sağlamlığının qorunması istiqamətində böyük bir addım atılmış və əsaslı məhsulların təmin edilməsi ilə bu sahədə narahatlıqlara son qoyulmuşdur”.

Ölkənin xarici siyasətinin dünya, xüsusilə qonşularla geniş əlaqələr yaradılmasından ibarət olduğunu deyən Höccətül-İslam vəl-müslimin Rəisi ölkə iqtisadiyyatının müzakirə və bu kimi məsələlərlə şərtlənmədiyini vurğuladı: “Biz üzərimizə götürdüyümüz öhdəliyə sadiqik. Amma ABŞ və avropalılar qərar qəbul edilməsində böhran yaşayırlar”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /