İslam İnqilabının Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə İmam Hüseynin (ə) Aşura gecəsinə həsr edilmiş əzadarlıq mərasimi keçirildi.
Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Mirhaşim Hüseyni qeyd etdi ki, Kərbəla səhnəsi Həzrət Əbaəbdillah və onun səhabələrinin üstün şəxsiyyətlərinin təcəlla etdiyi və bütün dünyanın onların bərəkətlərindən bəhrələndiyi səhnədir: “Həzrət Seyyidüşşühədanın (ə) bütün səyləri cəhlin yayılması, dünyapərəstlik, ölüm və axirətin unutdurulmasına köklənmiş yezidi cərəyanına qarşı qiyamı və hərəkatının əsasında Allahpərəstlik, ayıqlıq, bəsirət, nifaqa son qoyulması, xalqa xidmət və insanların ehtiyaclarının təmin edilməsi prinsipləri dayanmışdır”.
Mərasimdə cənab Meysəm Mütii mərsiyə və məqtəl oxudu.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir