Şəhidlər sərvəri Həzrət Əbaəbdillah Hüseynin (ə) matəm günlərinin yetişməsi münasibətilə İslam İnqilabının Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə matəm mərasimi keçiriləcək.
Bu il də xəstəliyin yayılması və İnqilabın Rəhbərinin Korona ilə Milli Mübarizə Qərargahının təlimatlarına əməl edilməsinin vacibliyi ilə bağlı göstərişinə əsasən, matəm mərasimi keçən il olduğu kimi, cəmiyyətin iştirakı olmadan, təkcə bir spiker və bir məddahın iştirakı ilə keçiriləcək.
Mərasim məhərrəm ayının yeddinci günündən başlayaraq on ikinci gününə qədər yeddi gecə (24 mordad tarixindən 29 mordad tarixinə qədər) təşkil ediləcək. Çıxış və matəm proqramları tam şəkildə hər gecə milli televiziya vasitəsilə yayımlanacaq.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir