Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Mümkün vasitələrdən istifadə edilərək bütün əhali vaksinlə təmin edilməlidir

İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) səhər korona xəstəliyinin vəziyyəti və sürətlə yayılması ilə bağlı etdiyi teleçıxışı zamanı onu ölkənin birinci dərəcəli və təxirəsalınmaz məsələsi olduğu dedi. O, xəstəliklə mübarizə istiqamətində qərarların qəbul edilməsi və qarşıda duran vəzifələrə qəti şəkildə əməl edilməsinin zəruriliyini vurğulayaraq məsul şəxslərə və əhaliyə bir sıra tövsiyələr verdi.

Həzrət Ayətullah Xamenei virusun mutasiyasına qarşı mübarizə aparmaq üçün yeni və möhkəm müdafiə üsulları və təchizatlarının lazım olduğunu dedi: “Bir gün ərzində 500 nəfərin həyatını itirməsi, dünyasını dəyişən adamların ailəsinin ağrı-acısı, habelə on minlərlə adamın xəstəliyə yoluxması və onların müalicə problemləri, həqiqətən, çox ağırdır. Bu hadisə hər bir müsəlman və həmvətənin qəlbini yandırır. Buna görə də sözügedən vəziyyətlə mübarizədə üzərimizə vəzifələr düşür”.

O, prezidentin bütün bunlarla bağlı olan təkliflərin və qərarların bir yerə toplanması ilə bağlı bir həftə vaxt təyin etməsinin yaxşı bir iş olduğunu vurğuladı: “Təyin edilmiş müddətin sonunda əldə edilmiş nəticə diqqətlə analiz edilməli, lazım hesab edilən hər bir addım üçün qəti qərar qəbul olunaraq ona əməl edilməlidir”.

İnqilabın Rəhbəri qeyd etdi ki, müalicə personalının yorğunluğu və onlara olan fiziki və psixoloji təzyiqlər böyük narahatlıq yaradır: “Həkimlər, tibb bacıları və qardaşları, həqiqətən, cihad edən müalicə komplekslərinə səmimi qəlbdən təşəkkür edirəm. Baxmayaraq ki, onlara əsl təşəkkür bilən və şükr edən Allah tərəfindəndir”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında məsul şəxslərə və əhaliyə səslənərək bir neçə xəbərdarlıq etdi.

İnqilabın Rəhbəri xəstəliyin təyin edilməsi testlərinin artırılmasının zəruri olduğunu vurğuladı: “Xəstəlik yayıldığı ilk vaxtlarda xəstəliyin ümumi diaqnostik testlərinin geniş yayılması yaxşı bir hal idi. Səhiyyə şəbəkəsi bu işin həyata keçirilməsində Bəsicin köməyindən istifadə etsin”.

O, koronanın təyin edilməsi testlərinin xərclərinin ağırlığına işarə edərək vurğuladı: “Bütün əhalinin xəstəliyin diaqnozu və təyin edilməsi xidmətindən havayı və geniş şəkildə istifadə edə bilməsi üçün dövlət və sığorta şirkətləri kömək etsinlər”.

Həzrət Ayətullah Xamenei məsul şəxslərə ünvanladığı növbəti tövsiyəsində vaksinin geniş şəkildə təmin edilməsi məsələsinin vacibliyini vurğuladı: “Xoşbəxtlikdən ölkə daxilində vaksin istehsalı ilə onun xaricdən idxal eidlməsi işi də asanlaşdı. Halbuki ondan əvvəl vaksinin pulunun ödənilməsinə baxmayaraq, xarici satıcılar vədlərinə lazım olan şəkildə əməl etmirdilər”.

İnqilabın Rəhbəri vurğuladı: “İstər idxalat yolu ilə olsun, istərsə də daxili istehsal vasitəsilə, səyləri ikiqat artıraraq mümkün olan şəkildə bütün əhali vaksinlə təmin edilməlidir”.

O, xəstələrin dərmanla təmin edilməsi məsələsinə də toxunaraq dedi: “Apteklər və xəstəxanalarda dərman çatışmazlığı və ya dərmanın olmamasına baxmayaraq, həmin dərmanların azad bazarda bir neçə dəfə baha qiymətə satıldığı deyilir. Bu isə paylama şəbəkəsində problemin olduğunu göstərir. Sözügedən problem həll edilməlidir”.

Həzrət Ayətullah Xamenei xəstəliyin yayıldığı ilk aylarda Silahlı Qüvvələrin ciddi və güclü iştirakına işarə edərək dedi: “Silahlı Qüvvələr indi də bu işlə məşğuldur. Amma xalqa kömək etmək üçün bütün gücünü səfərbər etməlidir”.

O bildirdi ki, tətillə bağlı qərarın qəbul edilməsi Korona ilə Milli Mübarizə Fondu tərəfindən araşdırılması lazım olan xüsusi bir məsələdir: “Məsul şəxslər hər hansı nəticəyə vardıqda tərəddüd etmədən qəti şəkildə ona əməl etsinlər”.

İnqilabın Rəhbəri çıxışının başqa bir yerində xalqa səslənərək problemin bir hissəsinin qaydalara əməl edilməməsindən qaynaqlandığını dedi: “Əziz xalq ilk aylarda göstərdiyi eyni həssaslıqla qaydalara tam şəkildə əməl etməlidir ki, özləri və başqalarının canı və sağlamlğı ilə bağlı təhlükə yaranmasın”.

O qeyd etdi ki, iki-üç ay məhdudiyyətlərə dözmək və qaydalara tam şəkildə riayət edilməsi xəstəliyin dondurulmasına və müalicə personalının nəfəsini dərməsinə səbəb olar: “İnşallah, məsul şəxslərin səyi ilə bir neçə aydan sonra xalq ən yaxşı şəkildə vaksinlə təmin olunacaq. Ondan sonra, hətta xəstəlik olsa belə, ölüm böhranı və təhlükəsi, ailələrin ağrı-acılar yaşaması halları azalacaq”.

Həzrət Ayətullah Xamenei başqa bir tövsiyəsində Həzrət Seyyidüşşühədanın (ə) matəm mərasimlərinin Allahın rəhmət və bərkətinin cəlbinə səbəb olduğunu dedi: “Xalqın və dövlətin bu bərəkətli məclislərə ehtiyacı var. Amma onların keçirilməsində qaydalara diqqətli və ciddi şəkildə riayət edilməlidir”.

O, məclislərin təşkilatçıları və iştirakçıların hər birinə qaydalara və sosial məsafəyə riayət etməyi tövsiyə etdi: “Hüseyn məclislərinin xəstəliyin yayılması, müxaliflərin və düşmənlərin tənəsinə səbəb olmasına imkan verməyin”.

İnqilabın Rəhbəri ehtiyacı olan, habelə zərər görmüş insanlara ümumi yardımların göstərilməsi və xeyriyyəçi işlərin görülməsinin təqdirəlayiq bir iş olduğunu bildirdi: “Bu hərəkat artırılmalıdır. Onun mərkəzi, yəni abırlı ehtiyaclıların müəyyən edilməsi və insanların həmin adamlara yardım mərkəzi məscidlər olsun”.

O, çıxışının sonunda bəlanın ortadan qalxması üçün Allah dərgahına edilən dua, təvəssül və yalvarışların mühüm bir məsələ olduğunu xatırlatdı: “Bütün bu tövsiyələr nəticəsi qadir və həkim olan Allahın diqqət və qayğısından asılı olan səbəblərdir. Matəm və əza məclisləri də bu təvəssül və bağışlanma diləmək üçün yaxşı məkan və fürsətlərdir”.

Həzrət Aytullah Xamenei Allahın İran xalqını, möminləri və bütün dünyadakı insanları bu mənfur və problem dolu xəstəliyin şərindən xilas edəcəyinə ümidvar olduğunu dedi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /