Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İş və fəaliyyəti Qərblə şərtləndirdiyiniz hər yerdə uğursuzluğa düçar oldunuz

İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) səhər prezident və on ikinci hökumətin nümayəndələri ilə sonuncu görüşündə bütün müsəlmanları, xüsusilə əziz İran xalqını mübarək Qədiri-Xum bayramı münasibətilə təbrik etdikdən sonra xalqa xidmət fürsətinin ilahi bir nemət olduğunu dedi: “Bu nemətin şükrünü yerinə yetirmək üçün var gücü ilə İnqilabın məqsədlərini həyata keçirmək lazımdır”.

İslam İnqilabının Rəhbəri Qədir hadisəsinin inkarolunmaz hadisələrdən olduğunu dedi: “Şiə alimləri, xüsusilə bu hədisi 110 səhabədən mötəbər sənədlərlə nəql etmiş Əmini ilə yanaşı, əhli-sünnənin bəzi böyük alimləri və ziyalıları da bu hadisənin inkar olunmaz bir hadisə olduğunu israrla qeyd etmişlər.

Sonra Həzrət Ayətullah Xamenei hökumət nümayəndələrinə səslənərək dedi: “İnsanlara Allaha xatir və ixlasla göstərilən heç bir xidmət və görülən heç bir iş ilahi məhkəmədə əsla unudulmayacaq. Məsuliyyət dövrünün həqiqi qazancı bu cür səy və fəaliyyətlərdir”.

O, hökumətin fəaliyyətini qiymətləndirərkən dedi: “Cənab Ruhani hökumətinin ayrı-ayrı sahələrdəki fəaliyyətləri bərabərsəviyyəli olmamışdır. Bəzi sahələrdə gözləntilərə uyğun olub, bəzilərində isə belə olmamışdır”.

İnqilabın Rəhbəri vurğuladı ki, xalqa xidmət fürsəti Allahın böyük bir nemətidir, bu nemətin qədrini bilmək lazımdır: “İnqilabın hədəflərini gerçəkləşdirmək üçün bütün imkanlardan istifadə edilməsi bu nemətin şükrü hesab edilir. Çünki biz inqilabçı bir ölkəyik. Xalq inqilabın hədəflərinə nail olmaq üçün çox böyük bir fədakarlıq göstərmişdir”.

Həzrət Ayətullah Xamenei gələcəkdə on bir və on ikincim hökumətin təcrübələrindən istifadə edilməsinin zəruri olduğunu dedi: “Bu dövrün çox mühüm təcrübələrindən biri Qərbə etimadsızlıqdır. Gələcək hökumətlər bu təcrübədən isitfadə etməlidir”.

O dedi: “Bu hökumətin vaxtında məlum oldu ki, Qərbə etimad nəticə vermir. Onlar kömək etmirlər. Bacardıqları yerlərdə zərbə vuracaqlar. Haradasa zərbə vurmurlarsa, səbəbi də budur ki, bacarmırlar”.

İslam İnqilabının Rəhbəri dedi: “Daxili proqramları Qərbin dəstəyi ilə qətiyyən şərtləndirmək olmaz. Çünki məğlubiyyət qaçılmazdır”.

Həzrət Ayətullah Xamenei prezident və hökumət nümayəndələrinə səslənərək dedi: “İşlərin Qərbdən, Qərb və ABŞ-la müzakirələrdən asılı olduğunu hesab etdiyiniz hər yerdə uğursuzluğa düçar oldunuz. Qərbə etimad etmədən hərəkət etdiyiniz və qərblilərdən ümidinizi kəsdiyiniz hər yerdə uğur qazanıb irəlilədiniz”.

Vyanada baş tutmuş son danışıqlara toxunan Ali Rəhbər diplomatların zəhmətlərindən, bəzilərinin isə fəaliyyətlərinin yaxşı olmasından məmnun qaldığını dedi: “Amerikalılar bu müzakirələrdə öz inadkar mövqelərində möhkəm dayanıb irəli heç bir addım da atmadılar”.

İslam İnqilabının Rəhbəri dedi: “Amerikalılar dildə vəd verib sanksiyaları götürəcəklərini söz verirlər. Lakin sanksiyaları götürməmiş və götürmürlər. Bundan əlavə, şərt də qoyur və deyirlər ki, razılaşmaya belə bir cümlə əlavə edin ki, bəzi mövzular haqqında danışıqlar aparılacaq. Əks təqdirdə, razılıq olmayacaq”.

Həzrət Ayətullah Xamenei dedi: “Onlar bu cümləni daxil etməklə HBFP, raket və regional məsələlərə sonradan müdaxilələr etmək üçün bir bəhanə yaradırlar. Əgər İran həmin məsələlərlə bağlı müzakirə aparmaq istəmədiklərini bildirsə, desinlər ki, siz razılaşmanı pozmusunuz”.

O vurğuladı ki, amerikalılar çox xəbiscəsinə və namərdcəsinə davranırlar: “ABŞ öz vədini və əhdini pozmaqdan çəkinmir. Bir dəfə də sazişi pozdular, heç bir xərci də olmadı”.

Həzrət Ayətullah Xamenei dedi: “Bu gün də amerikalılara deyəndə ki, gələcəkdə müqaviləni pozmayacağnızla bağlı zəmanət verin, razılaşmırlar”.

O, çıxışının bu hissəsini yekunlaşdırarkən dedi: “Bu, gələcək hökumət və hökumət işçiləri, habelə siyasi səhnənin bütün fəalları üçün çox mühüm bir təcrübədir. Qeyd edim ki, sözügedən təcrübə inqilabın ilk günündən başlayaraq həmişə olmuşdur. Sadəcə, sizin hakimiyyətdə olduğunuz vaxt daha böyük oldu”.

İslam İnqilabının Rəhbəri sonda prezident və hökumət nümayəndələrinə səslənərək dedi: “Ümidvaram ki, harada olmağınızdan asılı olmayaraq öz dini və inqilabi vəzifələrinizə əməl etməkdə Allah sizə kömək edəcək”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən prezident Ruhani səkkiz illik fəaliyyətləri zaman göstərdiyi dəstəklərə və istiqamətlərə görə İnqilabın Rəhbərinə təşəkkür edərək hökumətin həyata keçirdiyi tədbir və fəaliyyətlər haqqında hesabat verdi.

Cənab Ruhani iqtisadi inkişafın və infilyasiyanın azalmasının hökumətin 93-96-cı illər ərzindəki parlaq nailiyyətlərindən olduğunu bildirdi: “Düşmən 97-ci ildə iqtisadiyyat planı ilə ölkəni və onun iqisadiyyatını çökürtmək istəyirdi, lakin məğlubiyyətə uğradı”.

Prezident İslam İnqilabının Rəhbərinin göstərişi ilə 97-ci ildə İqtisadi Koordinasiya Ali Şurasının yaradılmasının hökumətə edilmiş ən mühüm köməklərdən olduğunu dedi: “Neft və bank mübadiləsinə qoyulmuş infilyasiyaya qarşı neft-kimya, mədən sənayesi, neft və qaz məmulatlarının istehsalını artırmaqla ölkənin ehtiyac duyduğu valyutanı təmin edə bildik”.

Cənab Ruhani dövlətin neft və qaz yataqlarından çıxarılan neft və qazın artırılması, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, dəmir yol şəbəkələrinin daha da genişləndirilməsi, xəstəxana çarpayılarının artırılması kimi bəzi nailiyyətlərinə işarə edərək dedi: “İqtisadiyyat və korona müharibəsi kontekstində bir həqiqəti təcrübə etdik; yalnız öz ayaqlarımız üzərində dayanmalı, öz daxili imkan və potensiallarımıza əsaslanaraq ehtiyaclarımızı ödəməliyik. Çünki heç kəs bizə kömək etmədi. Yalnız İranın vaksin istehsalı sahəsindəki gücünü gördükdə çox kiçik bir yumşalma etdilər”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /