İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) günortadan sonra televiziya vasitəsilə etdiyi çıxışında Cümə günü baş tutacaq seçkilərin bütün ümdə iqtisadi və qeyri-iqtisadi məsələlərə təsir göstərəcək tale yüklü bir hadisə olduğunu dedi. O qeyd etdi ki, düşmən xalqın iştirakını azaltmaq, İranı zəiflətmək, daha sonra təzyiqlər, siyasi, iqtisadi və terrorçu müdaxilələrini artırmaq üçün dayanmadan çalışır: “Xalqın, xüsusilə məhrum və zəif təbəqlərin məişət problemlərinə baxılmaması ilə bağlı gileyləri yerində olan şikayətlərdir. Amma bu problemləri güclü, işgüzar, qüdrətli və yorulmaz bir adamı seçməklə həll etmək lazımdır. Allahın lütfü ilə Cümə günü xalq düşmənlərin istəklərinin əksinə olaraq yenidən İrana və İslam Respublikasına izzət bəxş edəcək. Müxtəlif siyasi yollar seçmiş təbəqələr meydana axışacaq və Hacı Qasim Süleymaninin dəfn mərasimində iştirak etdikləri kimi, seçkilərə siyasi maraqların fövqündə baxacaqlar”.
Həzrət Ayətullah Xamenei hər kəsi Həzrət Əli ibn Musa ər-Rzanın (ə) mövlud ongünlüyü münasibətilə təbrik etdikdən sonra xalqın Cümə günü keçiriləcək seçkilərdəki iştirak formasının qarşıdan gələn illərə, habelə bütün məsələlərə və sahələrə təsir göstərəcəyini dedi: “Cümə günü keçiriləcək seçkilərdə əsas olan iştirak, ondan sonra isə seçkinin növüdür. Ümidvarıq ki, Allahın köməkliyi ilə xalq bu məsələdə özünü çox yaxşı göstərəcək”.
O, xalqın İslam Respublikası sistemindəki iştirakının möhkəm bir intellektual əsasa və sənədə əsaslandığını vurğuladı: “Təbii ki, xalqın iştirakınn siyasi faydaları çox və bərəkətlidir. Ancaq xlqın səhnədə olmasının fəlsəfəsi daha mühümdür”.
İnqilabın Rəhbəri İslam Respublikasının gerçəkləşməsinin onun malik olduğu hər iki yönünün, yəni republikaçılıq və islamçılıq yönlərinin gerçəkləşməsi ilə şərtləndiyini dedi: “Bu səbəbdən də dünyadakı bütün şeytani güc mərkəzləri respublikaçılığın simvolu kimi İrandakı seçkilərə özünəməxsus şəkildə qarşı çıxıb mübarizə aparır”.
Həzrət Ayətullah Xamenei xalqın seçkilərlə bağlı fikirlərinin qarışdırılması və imkan daxilində seçkilərə müdaxilə edilməsinin düşmənlərin iki mühüm məqsədlərindən olduğunu dedi: “Onlar İrandakı seçkilərin əzəmətinin görünməməsini istəyirlər. Ancaq düşmənlərin acığına seçkilər həmişə vaxtında və xalqın iştirakı ilə keçirilir”.
O qeyd etdi ki, heç bir ölkənin seçkiləri İranın seçkiləri kimi imperialistlərin hücumlarına məruz qalmır: “Builki seçkilərdə ABŞ, İngiltərə mediası və onların muzdurları bir neçə ay qabaqcadan seçkilərlə bağlı şübhə yaratmağa və xalqın iştirakını azaltmağa çalışırlar”.
İnqilabın Rəhbəri xalqın iştirakının azalması və onların dövlətdən uzaq salınmasının yad KİV-lərin əsas məqsədi olduğunu dedi: “Təbii ki, xalq həmişə düşmənin istəyinin əksinə davranmış və İnşallah bu dəfə də millət öz iştirakı ilə dövlətə və ölkəyə izzət bəxş edəcək”.
O, ölkənin siyasi arenasındakı gerçəklərə siyasi cinhaların fövqündə baxılmasının zəruri olduğunu dedi: “Şəhid Hacı Qasim Süleymaninin dəfn mərasimi bu gerçəklərdən idi. Hamı siyasi maraqlarını bir kənara qoyaraq orada iştirak etdi”.
O əlavə etdi: “Seçkilərə də müxtəlif siyasi maraqların fövqündə baxmaq və iştirak etmək lazımdır. Çünki ölkənin soisal sisteminin bu məsələyə ehtiyacı var”.
İnqilabın Rəhbəri Qurani-Məcidin ayəsinə istinad edərək seçkilərin din və İslam düşmənlərini narahat etdiyi üçün yaxşı əməl olduğunu dedi.
Həzrət Ayətullah Xamenei seçkilərlə bağlı bir neçə mühüm nüansı qeyd etdi: “Ən mühüm nüans budur ki, xalqın seçkilərdəki itirakı xalqın dövləti dəstəklədiyini göstərir və bu dəstək dövlətin və İranın həqiqi iqtidarında misilsiz təsirə malikdir”.
Həzrət Ayətullah Xamenei seçkilərlə bağlı virtual məkan və mətbuatda yer almış bəzi səfsətələri tənqid edərək dedi: “Bu adamlar, əsl həqiqətdə, xalqın düşmənləri kimi xalqın iştirakını azaltmaq, dövləti ziflətmək və nəticədə, İranı zəiflətmək məqsədi güdürlər. Əgər bunların istədiyi alınsa, İranda yadların müdaxilələri ilə əmin-amanlıq pozulacaq və bura terrorçuların meydanına çevriləcək”.
İnqilabın Rəhbərinin aydınlıq gətirdiyi ikinci nüans xalqın iştirakının azalması və düşmənin təzyiqlərinin artmasının tərs mütənasibliyi ilə bağlı oldu.
O dedi: “Bu fakta əsasən, əgər düşmənlərin iqtisadi təzyiqlərinin, yəni sanksiyanın və digər təzyiqlərin azalmasını və ortadan qalxmasını istəyiriksə, gərək seçkilərdəki iştirakı artıraq və düşmənin dövləti dəstəkləməsini düşmənlərə göstərək”.
İnqilabın Rəhbəri habelə xalqın daha çox iştirakının gələcək prezidentin gücü və səmərəliliyinin artırılmasına təsir göstərdiyini dedi: “Ölkədə çoxlu imkan və fürsətlər mövcuddur. Onlardan istifadə etmək üçün zəhmətkeş, yorulmaz və güclü insanlara ehtiyac var. Bu güc xalqın yüksək iştirakı və səsindən qaynaqlanır və problemlərin azalmasında gələcək prezidentə daha böyük güc bəxş edir”.
Həzrət Ayətullah Xamenei çıxışının davamında həmişəki kimi, seçkilərin sağlamlığı məsələsinin zəruriliyinə işarə edərək dedi: “İslam Respublikasında seçkilər həmişə sağlam olub. Tamamilə fərqli siyasi metodları olan prezidentlərin iş başına gəlməsi bütün bu illər ərzində sağlam seçkilərin keçirilməsindən xəbər verir”.
İnqilabın Rəhbəri rəqabətliliyin olmasının İrandakı seçkilərin danılmaz həqiqətlərindən olduğunu bildirdi: “Bu seçkilərdə, habelə namizdələrin debatlardakı fikir və söz mübadilələri seçkilərin tamamilə rəqabət mühitində baş verdiyini göstərir. Tərəflərin hər birinin də öz tərəfdarları vardır. Yeri gəlmişkən, seçkilərdən sonra debatların məzmunu ilə bağlı müəyyən nüansları qeyd edəcəyəm”.
O, İnqilabın əvvəlindən bu günə qədər xalqın səslərinin sual altına alınması məsələsində düşmənin sabit möqedə olmasına işarə edərək dedi: “Maraqlısı budur ki, XXI əsrin ortalarında hələ də qəbilə şəklində idarə edilən və seçkidən heç bir əsər-əlamət olmayan, əhalisi səs və meyvə sandığını bir-birindən fərqləndirməyən bəzi dövlətlər 24 saat çalışan televiziya proqramı yayımlayırlar və İranın seçkilərinin demokratik olmadığını iddia edirlər”.
İnqilabın Rəhbəri çıxışının davamında cəmiyyətin bəzi zəif və məhrum təbəqələrinin seçkilərdəki iştirakla bağlı tərəddüdlərinə işarə edərək dedi: “Bu təbəqələrin ümdə hissəsinin məişət, mənzil və məşğulluqla bağlı olan təvəqqe və gileyləri var. Ölkə rəhbərliyi bu məsələlərlə yaxından məşğul olmalıdır. Gözləntimiz budur ki, gələcək hökumət öz proqramlarının başında bu məsələlərlə məşğul olacaqdır”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Haqlı şikayətlərinə əsasən, bu fərdlərin əli və ürəyi seçkilərə gəlmir. Ancaq məsələ burasındadır ki, seçkilərə getməmək və ondan küsmək problemi həll etmir. Problem o zaman həllini tapacaq ki, birincisi, hamı səs qutularının başına getsin, ikincisi, bu problemləri həll edə biləcək bir adama səs versin”.
O vurğuladı: “Buna görə də bu təbəqənin gileyləri və təvəqqeləri haqlı və doğru olsa da, qənaətləri doğru deyil. Hər kəs seçkilərdə iştirak etməlidir”.
İnqilabın Rəhbəri çıxışının davamında ölkənin əsas məsələlərində gənclərin aparıcı roluna işarə edərək dedi: “Mən gənclərə çox inanıram. Gözləntim də budur ki, onlar seçkilərdə də aparıcı rol oynamaqla və özləri seçkilərdə iştirak etməklə yanaşı, əhalini də seçkilərdə iştiraka təşviq edəcəklər. Habelə birincilərin səsvermədə iştirakı xüsusi mövqeyə malikdir və siyasi vəzifə bayramı kimidir”.
Həzrət Ayətullah Xamenei daxildə xalqa ümidsizlik ruhunun üfürülməsi ilə nəticələnən bəzi səhv və zəif təhlilləri tənqid edərək dedi: “Ölkədə ümidsizlik və məyusluz yaratmağa çalışmaq əbəsdir. Çünki dövlətimiz və xalqımız qüdrətlidir və güclü özülə malikdir”.
O qeyd etdi ki, ölkənin imkan və potensialları zəngindir: “Nə vaxt bu imkanlardan istifadə edilibsə, böyük işlər həyata keçirilib. Buna İnqilabın qələbəsini, xalqın Müqəddəs Müdafiədəki duruşunu və İranın son günlərdə korona əleyhinə vaksin istehsal etməsini misal göstərə bilərik”.
O dedi: “Gənclərimiz bəzi paxıl xarici ölkələrin vaksinini gözləmədilər. Gənclərin səyi ilə bu gün dünyada vaksin istehsal edən altı ölkə arasında qərarlaşmışıq”.
İnqilabın Rəhbəri keçmişdə baş vermiş bəzi hadisələrə, o cümlədən qərblilərin təxribatlarına baxmayaraq, radiofarm peroparatının istehsalına işarə edərək dedi: “Bir neçə ilə bundan öncə vədlərin olmasına baxmayaraq, bizə radiofarm peroparatı verilmədi. Gənclərimiz çalışdılar və bir neçə ay ərzində uranın 20% zənginləşdirilməsinə nail oldular. İndi də 60% zənginləşdirilmiş uran istehsal edilir ki, hamısı da sülh məqsədləri daşıyır”.
Həzrət Ayətullah Xamenei habelə ölkənin müdafiə imkanları və təchizatlarına işarə edərək vurğuladı: “Buna görə də bu imkanlara və güclü bünövrəyə malik olan İran xalqını məyus etməyə çalışmaq yanlış və əbəsdir”.
O, çıxışının davamında seçki təşkilatçılarına Allahdan güc və qüvvət arzulamaqla yanaşı, bir neçə tövsiyə verdi.
İnqilabın Rəhbəri vurğuladı: “Səsvermə məntəqlərində olarkən xalqın sağlamlığının qorunması üçün lazımi hazırlıqların görülməsi nəzərdə tutulsun. Habelə əvvəlki dövrlərin seçkilərinə xas problemlərdən olan bülleten çatışmazlığı və ya çatıdırlma zamanı gecikmələr problemi ortadan qaldırılmalıdır”.
O, ölkə xaricində seçkilərin keçirilməsi üçün lazımi hazırlıqların olmaması ilə bağlı verilən bəzi məlumatlara işarə edərək dedi: “Xarici və daxili işlər nazirlikləri vaxt azlığını nəzərə alaraq lazımi hazırlıqların görülməsi üçü daha sürətli çalışmalıdırlar”.
Həzrət Ayətullah Xamenei seçki təşkilatçılarından seçkilərldə qanun pzuntusuna yol verənlərlə bağlı ciddi ölçü götürmələrini istədi.
O, çıxışının sonunda Allah-taaladan qəlbləri ölkənin və xalqın məsləhətinə olan istiqamətə yönəltməsini dilədi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir