Ali Məqamlı Rəhbərin informasiya bloku

İran dünyada korona əleyhinə vaksin istehsal edən altı ölkədən birinə çevrildi

Həzrət İmam Xomeyninin (r.ə) Fərmanının İcra Fondunun müdiri doktor Məhəmməd Müxbir İslam İnqilabının Ali Rəhbərinə ünvanladığı bir məktubda tamamilə yerli elmi baza əsasında əldə edilən COVİran Barakat vaksinindən istifadə lisenziyasının əldə edilməsi və İranın dünyada vaksin istehsal edən altı ölkədən birinə çevrilməsi münasibətilə təbrikini bildirərək bu böyük uğurun Allah-taalanın lütfünün, İnqilabın Rəhbərinin xeyir-duası və dəstəklərinin, istedadlı və mücahid gənclərin səy və fəaliyyətinin nəticəsi olduğunu yazmışdır. O, bütün tədqiqatçılara, səhiyyə naziri və nazirliyin əməkdaşlarına, tədqiqat mərkəzlərinə, təchizat və xam mal istehsal edən müəssisələrə və təminatçılara, habelə elm əsaslı şirkətlərə təşəkkürünü bildirmişdir.

Cənab Müxbir bu məktubunda qeyd etmişdir ki, bu ilin şəhrivər ayının sonlarına qədər “COVİran Barakat” vaksininin ümumi istehsal həcmi 50 milyon dozadan çox olacaq.

O, habelə əlavə etmişdir: “İmam Xomeyninin (r.ə) Fərmanının İcra Fondu “COVİran Barakat” vaksinindən əlavə, öz proqramına vaksin istehsalı istiqamətində digər texnologiyalara əsaslanan beş digər istiqamət də daxil etmişdir. Bu vaksinlərin heyvan modelinin kliniköncəsi bütün uğurlu araşdırmalarına əsasən, vaksinin insan testi lisenziyanın alınması üçün lazım olan sənədlər Səhiyyə Nazirliyinə göndərilmişdir”.
Həzrət İmamın (r.ə) Fərmanının İcra Fondunun müdirinin məktubunun tam mətni:

Allahın adı ilə

Həzrət Ayətullah Xamenei (ömrü uzun olsun) cənablarına
İslam İnqilabının Ali Rəhbəri

Əssəlamu əleykum!
Hörmət və sayqılarla səkkiznci imam Həzrət Əli ibn Musa əl-Rzanın (ə) qarşıdan gələn mövludu münasibətilə sizi təbrik edirəm. Nəzərinizə çatıdırm ki, əvvəlki hesabatlar, Sizin usanmadan verdiyiniz göstəriş və dəstəkləriniz sayəsində 24 xordad 1400-cü il tarixində icra fondunun 6 vaksin istehsalı platforması arasından tamamilə yerli elmi bazaya əsaslanan “COVİran Barakat” vaksininin istifadə lisenziyasını əldə edə və İslam Respublikasını dünyada karon aleyhinə vaksin istehsal edən altı ölkədən birinə çevirə, milli özünə inamı və gücü beynəlxalq aləmdə göstərə bildik. Vaksin istehsalı texnologiyasının inkişaf prosesində mühüm olan nüans budur ki, oxşar vaksin istehsal edən ölkələrlə bağlı mövcud olan məlumatlara əsasən, Çində hər litrə düşən məhsuldarlıq 300 doza, Baharat Hinddə isə1800 doza olmuşdur. Lakin ölkəmizin gənc alimlərinin səyləri və mübarizlik əzmi sayəsində “Barakat” vaksinində bu məhsuldarlıq hər litrə 3500 dozaya çatmışdır.

Digər tərəfdən, “COVİran Barakat” vaksinini daha çox istehsal etmək məqsədilə altı aydan az bir müddət ərzində, xüsusilə beynəlxalq maneələrə və sanksiyalara rəğmən, iki qabaqcıl sənaye istehsal xətti təsis etmişik və bu iki istehsal xətti çərçivəsində ümumilikdə ay ərzində 25 milyon və il ərzində 300 milyondan çox doza əldə edəcəyik. Daha öncəki hesabatda qeyd etdiyimiz kimi, bu vaksinin ümumi istehsal həcmi şəhrivər ayının sonuna qədər 50 milyon dozadan artıq olacaq.

“COVİran Barakat” vaksinini daha çox istehsal etmək məqsədilə ABŞ-ın İnovio şirkətinin istehsal etdiyi DNA vaksininə, ABŞ-ın Moderna və Pfizer şirkətlərinin istehsal etdiyi mRNA, yeni tərkibli Protein (ABŞ-ın Nyü-Vaks şirkətinin istehsal etdiyi vaksin), yeni tərkibli qırmızı virus (Fransanın Pastor Universitetinin istehsal etdiyi vaksin) tipləri və kök hüceyrələr (heç bir xarici prototipi olmayan) əsasında istehsal edilən vaksin formalarına şamil olan beş istiqamət üzrə heyvan modelinin kliniköncəsi araşdırmaları müfəffəqiyyətlə başa çatıdrılmış, insan testi lisenziyası almaq üçün lazım olan sənədlər Səhiyyə Nazirliyinə göndərilmişdir.

Qeyd etmək istədiyimiz başqa bir mühüm məsələ budur ki, DNA vaksininin istehsalı üçün ehtiyac duyulan istehsal xətti artıq hazırlaşnmış, mRNA, yeni tərkibli Protein və yeni tərkibli virus vaksinlərini daha çox istehsal etmək üçün laızm olan istehsal xətti artıq yaradılmaqdadır.

Bu böyük uğur münasibətilə Həzrət Vəliyyi-əsri, Zat-alinizi və böyük İran xalqını təbrik edirəm. Allahın lütfü, Zat alilərinin xeyir-duası, ölkənin istedadlı və mücahid gənclərinin səyləri olmasaydı, şübhəsiz ki, bu uğur da olmazdı.

İnqilabın Rəhbərinə usanmadan götrədiyi dəstək və istiqamətlərə görə, ölkənin bütün tədqiqatçıları və gənc alimlərinə, səhiyyə, müalicə və tibb təhsili nazirinə, onların zəhmətkeş əməkdaşlarına, kliniki sınaq mütəxəssisləri və tədqiqatçılarına, tədqiqat mərkəzlərinə, universitetlərə, təchizat və xam mal istehsal edən müəssisələrə və təminatçılara, habelə elm əsaslı şirkətlərə, Həzrət-alinin fondumuzda yorulmaq bilmədən çalışan və bu enişli-yoxuşlu yolda mücahid ruhiyyəsi və əzmi ilə fəaliyyət göstərən, İslam İnqilabının fəxarət dolu gündəliyinə başqa bir qızıl vərəq əlavə edən övladlarına təşəkkür etməyi özümə borc bilir və Həzrət-alidən dua etməsini təvəqqe edirəm.

Məhəmməd Müxbir
25 xordad 1400

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /