İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə axşamı) günortadan sonra tələbə təşkilatları ilə videokonfrans formatında keçirdiyi görüş zamanı dəyişiklik istəyi ilə bağlı əsas strategiyaya işarə edərək bütün idarəetmə sahələri və ümumi həyat tərzinin müəyyən hissələrində sıçrayış yaradılmasının, metod və funksiyaların yeniliyi ilə müşayiət olunan cihadın zəruriliyini qeyd edərək ilk növbədə 28 xordad seçkilərində iştirakın əhəmiyyətli olduğunu vurğuladı və bu işitrakın mühüm nəticələrinə aydınlıq gətirdi: “İkinci növbədə isə yaxşı və arzuolunan seçimlə mömin, inqilabçı, bacarıqlı, işbilən, xaqla olan, ümid dolu, gənclərə və daxili imkanlara inanan, sözün həqiqi mənasında ədalət tələb edən və antikorrupsioner olan bir adamı iş başına gətirmək lazımdır”.
İnqilabın Rəhbəri İslam dünyasında – Əfqanıstan və Fələstində baş vermiş iki acı və qanlı hadisəyə görə dərindən təəssüf hissi keçirdiyini bildirərək bu hadisələrin səbəbkarlarını qınadı: “Allahın lənəti olsun əfqanıstanlı məzlum qönçələri və yeni çiçək açmış günahsız güllərin ləçəklərini qoparıb qanına qəltan edən, yeniyetmə qızları şəhid edərək belə bir həddə cinayət törətmiş cinayətkarlara”.
O, habelə sionistlərin Məscidül-əqsada, Qüdsdə və Fələstinin digər bölgələrində törətdikləri vəhşi və qəddarcasına cinayətlərə işarə edərək dedi: “Bu cinayətlər dünya ictimaiyyətinin gözləri önündə baş verir. Hər kəs bu cinayətləri qınayaraq öz vəzifəsinə əməl etməlidir”.
Həzrət Ayətullah Xamenei Fələstin xalqının ayıqlığı, müqaviməti və möhkəm əzmkarlığını yüksək qiymətləndirərək dedi: “Sionistlər yalnız güc dilindən anlayır. Buna görə də fələstinlilər öz güc və müqavimətlərini artırmaqla cinayətkarları təslim olmağa və yırtıcı fəaliyyətlərini dayandırmağa məcbur etməlidirlər”.
Həzrət Ayətullah Xamenei çıxışının əsas məğzini təşkil edən dəyişiklik istəyi və meyli ilə bağlı məsələyə aydınlıq gətirərkən dedi: “Dəyişikliyin məqsədi İnqilabın əsas xəttin və prinsiplərini qoruyub gücləndirməkdir. Təbii ki, üsul və metodlarda yenilik olması şərtilə”.
O, İrana müxalif olan Qərb dövlətlərinin leksikonundakı dəyişiklik anlayışından istifadə edilməsi və ölkə daxilindəki qərbyönümlülərin səsləndirdikləri fikirlərə işarə edərək dedi: “Bizim məqsəd və məntiqimizdən fərqli olaraq onların məqsədi İnqilabın əsas və prinsiplərini dəyişmək, daha doğrusu, inqilabdan imtina etmək və geriyə qayıtmaqdır. Buna görə də dəyişiklik anlayışında diqqətli olmaq lazımdır”.
İnqilabın Rəhbəri bildirdi ki, ölkənin dəyişiklik istəyi və meylinə ehtiyacı var: “Son onilliklərdə əldə edilən çoxlu sayda nailiyyətlər və müvəffəqiyyətlərlə yanaşı, müəyyən sahələrdə adi hərəkətlərlə ortadan qalxmayacaq xroniki problem və geriliklərimiz var. Bu problem və geriliklərin ortadan qalxması üçün dəyişikliyə və qeyri-adi hərəkətə ehtiyac var. Bu ehtiyac inqilabın hazırki dövrünün ikinci addımın gerçəkləşdirilməsi istiqamətindəki inkarolunmaz şərtlərindəndir”.
O, geriliklərin bəzi diqqətsizliklər, qərəzlər, son onilliklərdə İnqilab xəttindən tədricən uzaqlaşmadan qaynaqlandığını dedi: “Bu səbəbdən imkan və fürsətlərin bir çoxu diqqətdən kənarda qalaraq milli mənafeyə ziyan dəymişdir”.
O, bəzi nümunələrə işarə edərək dedi: “Bürokratiya, kağız-vərəq oyunu, faydasız, bəzən isə zərərli qanunlar ölkənin idarəetmə sahəsinin problemlərindəndir. Yeri gəlmişkən, ümumi həyat müstəvisində də israf, dəbdəbə və aristokratiya yarışı, izdivac yaşının artması və cəmiyyətin qocalığı ciddi problemlərdəndir”.
İnqilabın Rəhbəri dəyişmə məntiqi və məqsədinin aydın olmasının bu istiqamətdə fikri və əməli hərc-mərcliyin qarşısının alınmasına səbəb olacağını dedi: “Dəyişiklik bizi ən yaxşı səviyyəyə qaldırmalıdır. Yəni inqilabın əsas xətlərini gücləndirməli, hərəkət istiqamətini ədalət, müstəqillik, azadlıq və cəmiyyətin islamlaşdırılması kimi əsas ideallara doğru yönəltməlidir”.
Həzrət Ayətullah Xamenei bu məsələ ilə bağlı belə bir xatırlatma etdi: “Bu makroideyalara nail olmaq üçün elmi inkişaf, iqtisadiyyatın özünütəmin həddində olması, xarici siyasətdə güc sahibi olmaq, ölkənin imperialist qüvvələrin manapoliya şəbəkəsindən kənarda saxlanması kimi mikroideyalar mövcuddur”.
Həzrət Ayətullah Xamenei universitetlərin islamlaşdırılması və ya tele-radionun ümumi bir universitetə çevrilməsi siyasətinin növbəti siyasətlərdən olduğunu dedi.
O qeyd etdi ki, İslam Respubilkasının əsas məqəsədlərinə doğru hərəkət etməkdən ötrü inqilabın birinci nəsli təcrübə üçün bir zəmindir. İmamın (r.ə) rəhbərliyi ilə reallaşmış bu hərəkət çətinliklər və qanlı hadisələrlə müşayiət olunmuşdur: “O dövrdə, bəlkə də, elə də diqqət yetirilməyən məsələlərdən biri ideyalara doğru hərəkətlərin mürəkkəbliyi və çətinlikləri olmuşdur”.
İslam İnqilabının Rəhbəri universitetlərin islamlaşdırılması məsələsinin bunun bir nümunəsi olduğunu dedi: “Ölkəmizdə universitet qərb siyasətlərinin diktə etdiyi bir dövrdə qərbə heyran olan subyektlərin əli ilə Qərbin köhnəlmiş elm və məhsullarından istifadə edən müti intellektlər yetişdirmək məqsədilə təsis edilmişdir. Bu cür xüsusiyyətlərə malik bir kompleksin islami bir universitetə çevrilməsinin mürəkkəb cəhətləri vardır. Bu məqsədin gerçəkləşməsi yalnız dəyişiklik vasitəsilə mümkündür”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, iqtisadi cərəyan, habelə elmi hərəkət kimi məsələlərdə dəyişiklik edilməsi dəqiq və əhatəli baxış tələb edir: “Bu gün ölkənin dindar və inqilabçı elit təbəqəsi böyük təcrübələrə malikdir. Onlar fikir istehsal edib təşəbbüskarlıq göstərməklə dəyişikliyə zəmin yarada, habelə virtual məkan kimi bir neçə məsələyə düzgün münasibət göstərə bilərlər”.
O, dəyişikliyin özünməxsus yolunun gənclərdən istifadə olduğunu dedi: “Gənc istənilən hərəkət üçün lazım olan bütün şərtlərə - yeni fikir, təşəbbüs, yüksək potensial və fəaliyyət cürətinə malikdir”.
İslam İnqilabının Rəhbəri əlavə etdi: “Gəncin bu aşkar xüsusiyyətləri ilə yanaşı, təbii ki, bəzi nöqsan və çatışmazlıqları da vardir. Buna görə də təcrübəli və sınaqdan çıxmış insanlar da onların yanında olmalıdırlar”.
Həzrət Ayətullah Xamenei inqilabçı gənc hökumət yaradılmasının zəruriliyi ilə bağlı daha əvvəl verdiyi açıqlmaya işarə edərək dedi: “İnqilabçı gənc hökumət deyildikdə bəziləri elə təsəvvür etdilər ki, hökumətin bütün üzvləri 30-35 yaşlı insanlar olmalıdır. Halbuki bu, təcrübəli, sınaqdan çıxmış və dünya görmüş insanların kənarlaşdırılması kimi başa düşülməməlidir”.
O, gənclər və təcrübələri insanlarda əsas şərtin təcrübə, iman, sədaqətli və inqilabçı istəyi olduğunu dedi: “İnqilabçı gənc hökumət təkcə nazirlərdən ibarət deyil. Əslində bu hökumət qərar qəbul etmə, qərar vermə və icra etmə sahəsində iştirakı olan mömin və inqilabçı gənclərə ev sahibliyi edə biləcək yüzlərlə effektiv və təyinedici idarəçini əhatə edən kompleksdir”.
İslam İnqilabının Rəhbəri vurğuladı: “Fikrimcə, ayrı-ayrı idarəetmə sahələrində mömin və inqilabçı gənclərdən istifadə etmək mümkündür. Sadəcə, iş başına elə bir hökumət gəlməlidir ki, onun rəyasət heyəti gənclərə eyinlə imam kimi inanmalıdır. İmam gənclərə inanıb nailiyyət əldə etmişdi”.
Həzrət Ayətullah Xamenei dedi: “Əgər belə bir hökumət iş başına gəlsə, problemlər məqbul bir müddət ərzində həll edilə biləcək və ideyaların gerçəkləşməsinə zəmin yaranacaq”.
O, gənclərin inqilabın qələbəsi, quruculuq hərəkatının formalaşması və Müqəddəs müdafiədə gənclərin yaradıcı rolu və fəaliyyətinə işarə edərək əlavə etdi: “Bu gün ölkə mömin, inqilabçı, özünə güvənən mütəxəssis işçi qüvvəsi yetişdirmək baxımından inqilabın birinci onilliyi ilə müqayisədə daha yaxşı şəraitə malikdir. Bu gənc qüvələr tapılıb işlə təmin edilməlidir”.
Həzrət Ayətullah Xamenei dəyişikliklə bağlı mövzunu belə yekunlaşdırdı: “Birincisi, dəyişiklik lazımdır; İkincisi, dəyişiklik mümkündür; Üçüncüsü, dəyişikliyin gerçəkləşməsi yolu dəyişikliyə və dəyişiklik yaradan faktora, yəni mömin və inqilabçı gəncə inanan bir hökumət təşkil etməkdən keçir”.
İnqilabın Rəhbəri çıxışının davamında universitetlərlə bağlı bir neçə məsələni qeyd etdi.
Həzrət Ayətullah Xamenei karona dövründə öyrənmə və öyrətmə səviyyəsinin aşağı düşməsi ilə bağlı mövcud olan narahatedici xəbərlərə işarə edərək ali təhsil rəhbərlərindən bu məsələyə diqqət yetirmələrini və onun qarşısını almalarını istədi.
O, habelə virtual öyrənmədə istifadə edilən cihazların nöqsanlarının aradan qaldırılmasının zəruriliyini vurğuladı və imtahanlarda təhsilə qarşı etinasızlıq yaranmasına səbəb olan köçürmə və sui-istifadə halları kimi xoşagəlməzliklərin mövcudluğuna işarə edərək bu məsələ ilə müabrizə aparılmasını istədi.
İnqilabın Rəhbəri tələbələrdə ümidsizlik yaratmaq üçün göstərilən bəzi səylərə və ya onların ölkədən çıxıb ona arxa çevirməsinin təbliğ edilməsi məsələsinə işarə edərək dedi: “Tələbə ölkə üçün qiymətli bir faktordur. Bu faktorun yararsız hala salınması və istifadəsiz qalmasına imkan vermək olmaz. Çünki mömin və fəal tələbələr ümid yaranması və maraqların güclənməsində mühüm bir rol oynayırlar”.
Həzrət Ayətullah Xamenei tələbələrin öz çıxışlarında toxunduqları məsələlərdən olan tələbələrin təhsil aldıqları müddətdə işləməsi və əsgərlik məsələlərinə də münasibət bildirərək dedi: “Əsgərlik məsələsi şüar çərçivəsini aşan mürəkkəb məsələlərdəndir. Əlbəttə, bu sahədə müəyyən layihələr təqdim edilmiş və müəyyən komissiyalar bu işi araşdırmaqla məşğuldur. Sözügedən məsələ ilə bağlı düzgün qərar qəbul etmək üçün hərtərəfli düşünmək lazımdır”.
İnqilabın Rəhbəri tələbə təşkilatlarına səslənərək bir neçə nüansa aydınlıq gətirdi.
Müxtəlif tələbə təşkilatlarının ölkə üçün böyük bir fürsət olduğunu deyən Ali Rəhbər onların fikir istehsal edən mərkəzləri, müxtəlif elmi və ictimai məsələlərdə islahat və cihad hərəkətlərinin aparıcı qüvvəsi kimi oynadıqları rolu vurğulayaraq dedi: “Təhlükəli karona meydanlarında mücahid gənclərin olması, Fransa jurnalının təhqiredici davranışı, Kabul Universitetində partlayış, Fələstin və Yəmən məsələsi kimi beynəlxalq məsələlərə aktiv münasibət bildirilməsi, FATF məsələsində mövqe nümayişi, parlamentin nüvə məsələsi ilə bağlı strateji qərarının gücləndirilməsi, bəzisi nəticə vermiş özəlləşdirmə problemlərinə reaksiya tələbə təşkilatlarının təqdirəlayiq fəaliyyətlərindəndir. Bu cür mövqe nümayişləri tələbə təşkilatlarının varlığını da gücləndirir”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, tələbə təşkilatlarından onların dini və inqilabçı əsasını gücləndirmək və özünü islah kimi mühüm işlər gözlənilir: “Özünü islahın sosial və inqilabçı mübarizələrə böyük təsiri vardır. Böyük İmam buyururdu ki, insanların ABŞ-dan qorxmasının səbəbi onların özlərini islah etməmsidir”.
İnqilabın Rəhbəri qeyd etdi ki, 60-cı illərin bəzi inqilabçı tələbə və tələbə təşkilatlarının sonrakı illərdə inqilab prinsiplərindən uzaqlaşmasının səbəbi onların düşüncə və iman zəifliyi olmuşdur: “İmam və təqva olduqdan sonra tələbə artıq inqilab müxalifləri və düşmənlərinə üz tutmayacaq və inqilab yolunda möhkəm dayanacaq”.
O bildirdi ki, bütün ölkədə tələbə təşkilatlarının tələbələrlə olan əlaqəsi onların intellektual və dini qruplarının təsiri və açılması üçün bir fürsətdir: “Bu istiqamətdə Rəhbərliyin universitetlər üzrə mühüm vəzifə daşıyan nümayəndəlikləri də öz faəliyyətlərini artırmalıdırlar”.
Həzrət Ayətullah Xamenei dedi ki, seçkilər də tələbə təşkilatlarının əsaslı rol oynaması, hər kəsi izdihamlı iştiraka və layiqli olanı seçməyə təşviq etməsi üçün bir sahədir: “Bəzi açıqlamalar ürək yanğsından qaynaqlana bilər, ancaq bu açıqlamalar insanların seçkilərdə iştirakdan məyus olması ilə nəticələnməməlidir”.
İnqilabın Rəhbəri demokratiya və ölkə rəhbərlərinin xalqın öz əli ilə seçilməsinin çox mühüm bir iş olduğunu dedi: “İnsanların seçkilərdə izdihamlı iştirakı seçilən hökumətin güc və imkanlarına böyük təsir göstərir, ölkənin abrı, təhlükəsizliyi və müdafiəsinin artmasına səbəb olur”.
O, seçkilərdə yüksək səviyyəli iştirakın zəruriliyini qeyd etdikdən sonra yaxşı və layiq olanın seçilməsinin də vacibliyini vurğuladı: “Bacarıqlı, idarəetməni bilən, imanlı, daxili imkanlara inanan və ümid dolu bir hökumət təşkil edilməlidir. Çünki hökumət rəhbərləri ümidsiz olsalar, heç bir iş görülməz”.
İslam İnqilabının Rəhbəri vurğuladı: “Daxildə müdafiə, siyasi, iqtisadi və istehsal baxımından heç bir iş görə bilməyəcəyini düşünən bir adam xalqa rəhbərlik etməyə layiq deyil”.
O əlavə etdi: “İş başına elə adamlar gəlməlidir ki, xalqa və gənclərə inansın, gənclik faktorunun qədrini bilsin, inqilabçı davransın, həqiqətən də, ədalət tələb edən və antikorrupsinor olsun”.
Həzrət Ayətullah Xamenei dedi: “Belə bir hökumət iş başına gəldikdən sonra yüzlərlə gənc və mömini idarə rəhbərliyinə təyin etməklə ölkəni nizama sala bilər”.
İnqilabın Rəhbəri şəxslərin seçkilərdəki iştirakı ilə bağlı öz şəxsi fikrini belə izah etdi: “Mən şəxslərin seçiminə heç bir halda müdaxilə etmirəm. Keçən dövrlərdə namizədlər haqqındakı fikrim soruşulduqda cavab verdim ki, “nə razıyam, nə də qarşıyam”. Yəni bir fikrim yoxdur. Ancaq bu seçkilərdə heç onu da demirəm”.
O əlavə etdi: “Özləri ilə Allah arasında layiq olduqlarını və qanunun tələb etdiyi şərtlərə cavab verdiklərinə inananlar irəli çıxsınlar, insanlar da onların proqramlarını görüb seçim etsinlər”.
İslam İnqilabının Rəhbəri çıxışının əvvəlində bu günkü toplantının çox yaxşı, tələbələrin çıxışlarının da yüksək səviyyədə olduğunu, tələbələrin fikirlərinin yayımalamasının ümumi fikir üçün faydalı olacağını dedi.
O, habelə mübarək ramazan ayının təsirlərinin ilin digər günlərində də qorunub saxlanmasını şiddətlə tövsiyə etdi: “Ramazan davranışı şəxsi, ümumi, sosial, universitet, siyasi və hökumət davranışlarında təzahür edərək davam etdirilməlidir ki, ilahi rəhmət qapısı açıq qalsın”.
İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən tələbə təşkilatlarının doqquz nümayəndəsi ölkənin problemləri ilə bağlı baxışlarını və həll yollarını açıqladılar. Çıxışçılar:
- Möhsün Xüzayi (Bəsic Tələbə Təşkilatının nümayəndəsi);
- Həmid Məhəmmədpur (Tələbə Ətalət Axtaranlar Hərəkatının katibi);
- Reyhanə əl-Sadat Mirhüseyni (Elmi elita və Mövsümi Qrip Peyvəndi Layihəsinin rəhbəri);
- Seyid İman Əhmədi (Müstəqil Tələbələrin İslami Cəmiyyətlər Birliyinin katibi);
- Fatimə Səhranişin (Səhiyyə Nazirliyinin Tələbə Nəşriyyatının nümayəndəsi);
- Tövhid Tağızadə (Tələbələrin İslam Cəmiyyəti Birliyinin baş katibi);
- Mir Arman Adnani (Tərbiyət Modərres Universitetinin Qabaqcıl Tələbələrinin İslami Cəmiyyətinin katibi);
- Fatimə Ravənd (Tələbə Cihad Qruplarının nümayəndəsi);
- Məhəmməd Qudərzi (Vəhdətin Möhkəmləndirilməsi Birliyinin katibi).
Çıxışçıların toxunduğu mövzular:
- Ölkənin idarə və icra strukturunun yenidən layihələşdirilməsi;
- Ədalət və azadlıq məsələsi ilə bağlı nəzəriyyələrin dərinləşdirilməsi;
- Özəllişdirmələrin məntiqinin aydınlaşdırılması;
- Ali şuraların strukturları və funksiyalarına təkrar baxış;
- İnqilabın beşinci onilliyinə dəyişiklik və yenilik adlandırılması təklifi;
- Fəhlə və tacirlərin müstəqil təşkilatlanması zərurəti;
-Vaksin istehsalı sahəsində dövlət sektorunun özəl sektorla rəqabət aparmaması və onu himayə etməsinin vacibliyi;
- Əhatəli Media Savadı sənədinin hazırlanması zərurəti;
- Bəzi qanunlar, o cümlədən hərbi xidmət qanununun icrasına təkrar baxış;
- Tele-radioda müahfizəkarlığın ortadan qaldırılması, dəqiq xəbər çatdırılması və güvən yaradılması;
- Mütəxəssis qüvvələrin seçimi və cəlb edilməsi qaydaları ilə bağlı şəffaflıq yaradılması;
- Tənqidçi tələbələrə qarşı bəzi davranışların tənqidi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir