Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ölkənin HBFP ilə bağlı siyasəti bəllidir

Quranın baharı olan Mübarək Ramaz ayının ilk günü Tehranın müsəllasında “Qurani-Kərimlə ünsiyyət” mərasimi təşkil edildi. İslam İnqilabının Ali Rəhbəri video bağlantı vasitəsilə İmam Xomeyni (r.ə) adına hüseyniyədən bu mərasimə qoşuldu. Qurani-Kərim qariləri işıqlı ayələrdən oxudular.

Həzrət Ayətullah Xamenei Quranın hidayətinin bəzi sərlövhələrinə işarə edərək dedi: “Mənəvi kamillik, insan cəmiyyətlərinin idarə edilməsi, onunla bağlı olan siyasi və sosial problemlər, idarəetmə davranışları, ədalətin bərqərar edilməsi, batini və zahiri düşmənlərin dəf edilməsi, düşmənçiliklərə son qoyulması, etik problemlər, ailə və övlad tərbiyəsi ilə bağlı məsələlər, ruhi və psixoloji rahatlıq, daxili təlatümlərin yatırılması, elmlə bağlı tövsiyə, varlıq aləminin həqiqətlərinin və fərdi davranışların öyrənilməsi Quranın həqiqətlərinin əhatə etdiyi məsələlərin başında gələn mövzulardandır”.

Quranın hidayətindən faydalanmanın təqva və Allah qorxusu ilə şərtləndiyini deyən İslam İnqilabının Ali Rəhbəri hər kəsə Mübarək Ramazan ayında daim düşünərək Quran oxumağı tövsiyə etdi: “İnsanın qəlbi Quran oxumaqla cilalanır, bahar təravəti alır”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, Quran qariləri Quran təbliğatçıları mövqeyindən çıxış edərək xatırlama, təvazö və mənaya dərin diqqət məsələlərinin zəruriliyini çatdırmalıdırlar.

İslam İnqilabının Rəhbəri çıxışının əvvəlində fərvərdin ayının əvvəlində ölkə iqtisadiyyatının səviyyəsi ilə bağlı elan etdiyi statistikaya işarə edərək dedi: “Bu statistikanı qeyd etdikdən sonra bəzi adamlar həmin statistikanın doğru olmadığını dedilər. Bu səbəbdən məsələ araşdırıldı və məlum oldu ki, ölkə iqtisadiyyatının 18-ci yerdə olması ilə bağlı statistika doğru deyilmiş və bir neçə il bundan əvvələ aiddir. Bu məsələ ilə bağlı xatırlatma edən adamlara səmimi qəlbdən təşəkkür etmək lazımdır”.

İnqilabın Rəhbəri çıxışının davamında korona nəticəsində ilin ən gözəl günlərinin xalq üçün acı keçdiyini qeyd edərək dedi: “Yoluxanlar və dünyasını dəyişənlərin sayının artması ilə bağlı verilən acı və şokedici statistikalar məsulları və əhalini ayıltmalıdır ki, bu xəstəliyə zarafat kimi baxmayaq”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Məsul şəxslər qətiyyətlə lazım olan işləri görməli, səhiyyə və müalicə işləri üzrə mütəxəssislər və aidiyyatı qurumların müəyyənləşdirdiyi qaydalara əməl edilməlidir”.

O, koronanın əzizlərin dünyasını tapşırması, işsizliyin artması, məişət problemi və bu xəstəliyin ölkənin bütün proqramlarına təsiri kimi sosial nəticələrinə işarə edərək dedi: “Bu xəstəliyin qarşısını almaq və bu xoşagəlməz virusa qalib gəlməkdən ötrü məsul şəxslər tərəfindən siyasətlər müəyyənləşdirilməli, proqramlar işlənib hazırlanmalı, xalq tərəfindən gigiyena qaydalara riayət edilməlidir”.

İslam İnqilabının Rəhbəri korona xəstəliyi ilə mübarizədə göstərdikləri təqdirəlayiq səy və fədakarlıqlarına görə müalicə qurumlarına təşəkkür edərək könüllü fərdləri və dəstələri bu xəstəliyin yayıldığı ilk günlərdə olduğu kimi, müalicə sahəsinin mübarizlərinə kömək etməyə çağırdı: “Ramazan ayı ehtiyaclılara ehsan və yardım ayıdır. Korona şəraitində mömincəsinə yardım hərəkatı bir neçə dəfə artırılmalı və özünün zirvəsinə çatdırılmalıdır”.

Həzrət Ayətullah Xamenei habelə HBFP, sanksiyalar və danışıqlarla bağlı məsələlərə toxunaraq dedi: “Ölkənin HBFP və sanksiyalarla bağlı siyasətini ümumi çıxışlarda elan etmiş, məsul şəxslərlə təşkil edilən iclaslarda onlara yazılı şəkildə təqdim etmişik. Buna görə də ölkənin siyasəti və görülməli olan iş məlumdur”.

O əlavə etdi: “Məsul şəxslərin qənaəti budur ki, həmin siyasətin həyata keçirilməsi üçün müzakirələrə getməlidirlər. Bu, mübahisə mövzusu deyil. Sadəcə, diqqətli olmaq lazımdır ki, müzakirə ölkənin zərərinə olan yumşalma ilə nəticələnməsin”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, amerikalıların müzakirəyə israr etməkdə məqsədi batil bir danışığı qəbul etdirməyə çalışmaqdır: “İslam Respublikasının məntiqi budur ki, ABŞ ilk olaraq sanksiyaları götürsün. Çünki onlara inam yoxdur. Daha əvvəl dəfələrlə verdikləri sözdən dönüblər. Hətta bəzi avropalı müzakirəçilər qəbul edir və xüsusi iclaslarda bunu təsdiq edirlər. Baxmayaraq ki, qərar qəbul edərkən amerikalılara tabedilər və müstəqillikləri yoxdur”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Amerikalıların təkliflərinin çoxu təkəbbürlü və təhqiredicidir. Hətta baxmağa belə dəyməz”.

O, çıxışının sonunda ölkənin məsul şəxslərinin açıq göz, möhkəm qəlb və Allaha təvəkküllə irəliləyəcəklərinə, Allahın köməyi ilə xalqı şad və məmnun edəcəklərinə ümidvar olduğunu dedi.

Bu nurani mərasimdə Quran ustadları, gənc Quran qarilərindən bir neçəsi və minacatçılardan biri çıxış etdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /