Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İranın zənginləşdirmə imkanı ölkənin ehtiyacına uyğun olaraq 60%-ə də çata bilər

İslam İnqilabının Ali Rəhbəri bu gün (bazar ertəsi) günortadan sonra Xubriqan Məclisinin sədri və xalq tərəfindən seçilmiş üzvləri ilə görüşdə İslamın elm və dəyərlər sisteminin İslam dövlətinin struktur proqram təminatı olduğunu dedi. O, İslam dövlətinin fəaliyyət dairəsinin genişlənməsinə uyğun olaraq bu proqram təminatının yenillənməsinin zəruriliyinə və yeni problemlərin meydana çıxmasına işarə edərək dedi: “Alim və mütəfəkkirlərin mühüm vəzifələrindən biri cəmiyyətin ehtiyac duyduğu dini anlayışların əməli müstəviyə keçirilməsi məqsədilə İslam dövlətinin fikir və düşüncə əsaslarını gücləndirməkdir”.

Həzrət Ayətullah Xamenei ABŞ və üç Avropa ölkəsinin son günlərdə İranla bağlı işlətdikləri ifadələrin imperialist, hegemoncasına və ədalətsiz ifadələr olduğunu dedi: “Bu ifadələr İran xalqının gözündə onların daha mənfur görkəm almasına səbəb olur. İslam Respublikası nüvə məsələsində öz məntiqi mövqelərindən geri çəkilməyəcək, ölkənin məsləhəti və ehtiyacına əsasən, lazım olan həddə, hətta 60% zənginləşdirməyə qədər irəliləyəcək”.

Həzrət Ayətullah Xamenei çıxışının əvvəlində Həzrət Cavadul-əimmə və Həzrət Əmirül-mömininin mövludları münasibətilə təbrik etdikdən, habelə Xubriqan Məclisinin bir neçə mərhum üzvünün xatirəsini hörmətlə yad etdikdən sonra İslam cəmiyyətlərinin ən mühüm ehtiyaclarından birinin dini anlayışların əməl müstəvisinə keçirilməsi olduğunu dedi: “Bu anlayışların əməl müstəvisində həyata keçdiyi hər zaman ölkə, millət və İslam Respubliasının abır və heysiyyəti üçün qiymətli oldu. Nə zaman qəflət etdiksə, onun bərəkətindən məhrum olduq”.

O əlavə etdi: “Böyük İmam birbaşa səhnədə olmaqla, təvəkkül, vəzifəyə əməl etmək, fədakarlıq, cihad və şəhadət anlayışlarına aydınlıq gətirməklə onları cəmiyyət və xalqın həyatına nüfuz etdirdi. Bunun da nəticəsi İran xalqının səkkiz illik bir dünya müharibəsindəki qələbəsi oldu”.

İslam hərəkatının yaradılması, İmam Xomeyni tərəfindən dövlət strukturunun nəzəri əsaslarının hazırlanması, dinin ictimai və dövlət idarəçiliyi sahələrinə daşınması İslam İnqilabının Rəhbərinin işarə etdiyi nümunələrdən biri oldu: “Bu məsələnin yeni nümunəsi xalq, gənclər, hökumət qurumları və inqilab institutları vasitəsilə qarşılıqlı yardımlaşma kimi yüksək bir anlayışın əməli şəkildə həyata keçirilməsi, korona şəraitində çox düyünləri açmış böyük bir mömincəsinə yardım hərəkatının formalaşmasıdır”.

O, İslam dövlətinin proqram təminatının yenilənməsinin fikir və rəy sahibi olan alimlərin vəzifəsi olduğunu dedi: “Qeyd edim ki, bu yenilənmə dini anlayışlar sisteminə müdaxilə etmək yox, İslam dövlətinin daxili və beynəlxalq ehtiyaclarına uyğun həqiqətlərin kəşfidir”.

İslam İnqilabının Rəhbəri günün problemlərinə uyğun olan bir neçə nümunəyə işarə edərək dedi: “Məsələn, İslam dövləti düşmənin şərti təzyiqləri ilə qarşılaşır və o, sanksiyaların götürülməsini yerinə yetirilməsi mümkün, lakin çox azdırıcı, məhvedici olan bir neçə məsələ ilə şərtləndirir. Belə olan halda İslam dövləti nə etməlidir?”

Həzrət Ayətullah Xamenei bu suala cavabında vurğuladı: “Belə olan şəraitdə dözüm və səbrin dini məzmunu cəmiyyətdə toplu hərəkətə çevrilməlidir. Bunu da nəzərə almaq lazımdır ki, xalqın qarşılaşdığı problemlərin bir hissəsi düşmənin təzyiqlərindən qaynaqlanır”.

O, düşmən cəbhəsi ilə qarşılaşərkən Allaha təvəkkül və ilahi vədə etimad edilməsi və ya məsul şəxslərin əməlsizliyi və diqqətsizliyinə Allahın mütləq şəkildə sərt reaksiya verəcəyi kimi məzmunların yayılmasının cəmiyyətin ehtiyac duyduğu nümunələrdən olduğunu dedi: “İslam dövlətinin fikir və düşüncə yolunun qidalandırılmasını və onun proqram təminatının yeniləndirilməsini doqmatiklikdən və ayrı-ayrı fikirlərin eklektikasından uzaq olan səlahiyyətli alim və mütəfəkkirlər öz üzərlərinə götürməlidirlər”.

İslam İnqilabının Rəhbəri çıxışnın ikinci hissəsində nüvə problemindən danışdı.

Həzrət Ayətullah Xamenei məclisin HBFP öhdəliklərinin azaldılması ilə bağlı təsdiq etdiyi qanuna işarə edərək dedi: “Məclis bir qanun qəbul etdi, hökumət də onu yaxşı qarşıladı. Dünənə qədər də görülməli olan işlər görüldü. İnşallah, sabah da bu qanunun bir bəndi həyata keçəcək”.

O, parlamentin hökumətin işi ilə bağlı gəldiyi qənaət fərqinə işarə edərək dedi: “Fikir ayrılıqları həll ediləndir. Hər iki tərəf məsələni qarşılıqlı əməkdaşlıq çərçivəsində həll etməlidir. İxtilaflar tərk edilməməli və ya iki tirəliyi göstərəcək şəkildə güclənməməlidir”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Hökumətin vəzifəsi qanuna əməl etməkdir. Bu yaxşı olan qanuna da diqqətlə əməl edilməlidir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, ABŞ və üç Avropa dövlətinin İranın HBFP ilə bağlı öhdəliklərini azaltmasına münasibətləri və ifadələri ipmerialistcəsinə, tələbkarcasına, ədalətsiz və səhvdir: “İslam Respublikası ilk gündən başlayaraq uzun müddət İslam təlimlərinə uyğun olaraq öz öhdəliklərinə əməl etdi. Lakin öz öhdəliklərinə əməl etməyən qarşı tərəf həmin dörd dövlət idi. Buna görə də onlar qınanmalı və sorğuya çəkilməlidirlər”.

O əlavə etdi: “ABŞ HBFP-dan çıxdıqda, başqaları da onun yanında yer aldıqlarında Quranın göstərişi budur ki, sən də öhdəliyi poz. Bununla belə, bizim möhtərəm hökumət öhdəliklərdən imtina etmədi, tədricən onların bir hissəsini azaltdı. Təbii ki, onlar öz vəzifələrinə əməl edəcəkləri təqdirdə bunlar bərpa oluna bilən hallardır”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, imperialist danışıq tərzi İran xaqlının qərblilərə qarşı nifrətinin artmasına səbəb olur.

O dedi: “Bu arada beynəlxalq sionismin o təlxəyi həmişə deyir ki, biz İranın nüvə silahı əldə etməsinə imkan vermərik. Halbuki ona demək lazımdır ki, əgər İslam Respublikası nüvə silahı əldə etmək qərarına gəlsəydi, o və ondan daha böyüyü də bu işə mane ola bilməzdi”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “İslam Respublikasının nüvə silahı düzəltməsinə İslam prinsipləri mane olur. İslam prinsipləri insanların ölümünə səbəb olan istənilən nüvə və kiməyvi silahı qadağan edir”.

O, ABŞ-ın atom bombası atması nəticəsində 220 min nəfərin qətlə yetirilməsinə, habelə məzlum Yəmən xalqının mühasirəyə alınaraq qərblilərin istehsal etdiyi qırıcılar vasitəsilə bazar, xəstəxana və məktəbin bombalanamsına işarə edərək dedi: “Sivil və günahsız insanları öldürmək amerikalılar və qərblilərin metodudur. İslam Respublikası bu metodu qəbul etmir. Bu səbəbdən nüvə silahı fiikrinə düşmür”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Amma ölkənin ehtiyaclarına uyğun nüvə imkanlarını əldə etmək üçün qərarlıyıq. Bu səbəbdən də İranın zənginləşdirmə səviyyəsi 20% olmayacaq, ölkənin ehtiyacı və lazım olan səviyyə hara qədərdirsə, tədbir görəcəyik. Məsələn, nüvə mühərrikləri və ya digər işlər üçün zənginləşdirməni 60%-ə də çatdıra bilərik”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bəli, bir neçə illik bir müqavilə imzalanıb. Əgər onlar əməl etsə, biz də həmin bir neçə ili əməl edəcəyik. Lakin qərblilər yaxşı bilirlər ki, biz nüvə silahı düzəltmək niyyətində deyilik”.

İslam İnqilabının Rəhbəri dedi: “Nüvə silahı məsələsi bəhanədir. Onlar bizim, hətta adi silahlar əldə etməyimizə də qarşıdırlar. Çünki güc komponentlərini İrandan almaq istəyirlər”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, atom stansiyalarının daha sağlam, daha təmiz və daha ucuz enerji təminatı yaxın gələcəkdə ən mühüm enerji mənbələrindən biri olacaq. O, ölkənin zənginləşdirmə ehtiyacının inkarolunmaz bir məsələ olduğunu dedi: “Zənginləşdirməyə o gündən yox, o günün ehtiyacı üçün məhz elə bu gündən başlamaq lazımdır”.

O əlavə etdi: “Qərblilər istəyirlər ki, İranın nüvə enerjisinə ehtiyacı yarandıqda onlara möhtac olsun. Onlar bizim bu ehtiyacımızı özlərinin diktə, hegemonluq və xərac vasitəsi etmək istəyirlər”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “İslam Respublikası nüvə məsələsində də digər məsələlərdə olduğu kimi, geri çəkilməyəcək. Ölkənin bu günü və sabahının məsləhət və ehtiyacı istiqamətində qüdrətlə irəliləyəcək”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Xubriqan Məclisinin sədri Ayətullah Cənnəti, sədr müavini Höccətül-İslam vəl-müslimin Rəisi Xubriqan Məclisinin iclası, onun diqqət mərkəzində saxladığı məsələlər, habelə Xubriqan Məclisinə seçkilər nizamnaməsinin maddələrinə düzəlişlər edilməsinin təfsilatı ilə bağlı məlumat verdilər.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /