Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Cəmiyyətdən söyüş və təhqiramiz ifadələr yığışdırılmalıdır

Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludu münasibətilə bu gün səhər bir qrup məddahla videokonfransı olan İslam İnqilabının Rəhbəri Həzrət Siddiqeyi-Tahirənin (s.ə) İslamın qadın, ana və həyat yoldaşı ilə bağlı konsepsiyalarının ən ali təcəssümü olduğunu dedi: “İslama görə, insanın intellektual və mənəvi tərbiyəsinin ən güclü bünövrəsi ailə ocağında qoyulur. Qadının müxtəlif istiqamətlər üzrə həqiqi inkişafına məhz bu ocaqda zəmin yaranır”.

O, habelə danışarkən İslam ədəbinin qorunmasının, mediada və virtual məkanda bir-birinə qarşı layiq olmayan sözlər işlətməkdən və söyüş söyməkdən çəkinməyin zəruri olduğunu dedi.

Həzrət Ayətullah Xamenei hər kəsi Həzrət Zəhranın (s.ə) mövludu, qadının və ananın məqamının uca tutulması, habelə İmam Xomeyninin (r.ə) yubileyi və Fəcr ongünlüyü münasibətilə təbrik etdikdən sonra Həzrət Zəharnın (s.ə) şəxsiyyətinin ayrı-ayrı yönlərindən danışaraq onun İslam Peyğəmbərinin (s) qəm-qüssəsini dağıdan əziz qızı, habelə Həzrət Əlinin (ə) həyat yoldaşı və həmdəmi, dörd parlaq günəşin anası və İslamın əzəmətli Peyğəmbərinin (s) nəslinin ilk nümayəndəsi kimi oynadığı üstün rola işarə edərək dedi: “O xanım həyatı boyu keşməkeşlər, misilsiz imtahanlar, çoxlu qəm-qüssə dolu hadisələrlə qarşılaşsa da, həyat yoldaşı, ana, ailənin idarə edilməsi, övladların tərbiyə edilməsi, Allah yolunda cihad, yaxşıya çağırış, pisdən çəkindirmək, Allaha ibadət, bəndəlik və ixlas məsələlərində zirvədə olmuş, bir qadının ali ismət dərəcəsinə yüksələ biləcəyini göstərmişdir”.

O, Həzrət Zəhra, Həzrət Əli və onlaırn övladlarının İslam ailəsinin ali bir nümunəsi olduğunu dedi və bildirdi ki, bu böyük şəxsiyyətlərin yoldaşlıq, həmfikirlilik, ixlas və mübarizə xüsusiyyətlərinin örnək edilməsi İslam cəmiyyətini zirvəyə qaldıra bilər.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Bəzi vaxtlar qəlbdə bəzi məsələlərlə bağlı narahatlıq yaranır. Amma məyus olmaq olmaz. Çünki Əhli-beytə qarşı sevgi, onlarla yoldaşlıq və onların mübarizələrinin İslam Respublikasındakı təzahürləri tamamilə müşahidə ediləndir. Könüllülük ruhiyyəsinin bütün cəmiyyəti bürüməsi, anonim xidmətlər, nüvə şəhidlərinin hədəfi, mücahidlərin, mədəni və elmi sahələrdə minlərlə gənc dəstələrin fəaliyyətləri, habelə korona hadisəsində həkim və tibb işçilərinin gözəl fəaliyyətlərinin təzahürləri həmin əhatəli rolun davam etdirilməsini göstərir”.

Həzrət Ayətullah Xamenei İslam və Qərbin qadına baxışının fundamental fərqinə işarə edərək dedi: “İslam və İslam Respublikasının qadına baxışı hörmət və ehtirama əsaslanır. Halbuki Qərbdə yayılan baxış əmtəə və alət məzmunlu baxışdır”.

O dedi: “İslamda qadın və kişi bir-birindən ilahi və insani dəyərlər aspektindən fərqlənir. Ortaq vəzifələrlə yanaşı, qadın və kişinin özlərinə xas olan vəzifələri də var. Bu səbəbdən Allah-taala onların fizianomiyasını bu vəzifələrə uyğun şəkildə yaratmışdır”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Biz İslam baxışı ilə fəxr edir, Qərbin qadına və həyat tərzinə baxışına qəti etiraz edirik”.

Həzrət Ayətullah Xamenei qərblilərin “İslam hicabı qadının inkişafına mane olur” məzmunlu təbliğatlarına işarə edərək dedi: “Bu, açıq bir yalandır. Bunun həqiqət olmadığını göstərən aşkar dəlil qadının İslam Respulikasındakı vəziyyətidir”.

O əlavə etdi: “İranın heç bir tarixi mərhələsində cəmiyyət, mədəniyyət, incəsənət, elm, siyasət, iqtisadiyyat sahələrində fəaliyyət göstərən bu qədər təhsilli qadın olmamışdır. Bunların hamısı İslam Respublikasının bərəkətindəndir”.

O, Müqəddəs Müdafiə və hərəmin müdafiəsi uğrunda canlarını qurban vermiş şəhidlərin anaları və həyat yoldaşlarının misilsiz və əbədi rolunu yüksək qiymətləndirərək dedi: “Təəssüflər olsun ki, ədəbiyyat və incəsənət sahəsində bu böyük şəxsiyyətlər haqqında az işlər görülmüşdür. Onlarla bağlı çox işlər görülməlidir”.

İslam İnqilabının Rəhbəri İslamın qadına baxışının ailə və qadının əsaslı rolunun daha da qabardılmasına zəmin yaratdığını dedi və vurğuladı ki, ən güclü intellektual və mədəni tərbiyənin əsasları, habelə ən gerçək səmimiyyət mühiti ailə ocağında formalaşır: “Qərbin təbliğat orqanları və təəssüflər olsun ki, bəzi daxili qərbyönümlülər ananın ailədəki əsaslı rolunun azaldılmasına və ya tamamilə ortadan qaldırılmasına çalışırlar”.

Həzrət Ayətullah Xamenei ailəli qadınlara və onların ailədəki roluna hörmət qoyulmasının zəruriliyini vurğulayaraq vaxtında ailə qurub uşaq sahibi olmaq mövzusuna da işarə etdi: “Bu iki mövzu ölkənin bugünkü və sabahkı həyat əhəmiyyətli ehtiyaclarındandır. Məddahlar böyük bir media kimi bunun təbliğində həlledici rol oynamalıdırlar”.

Həzrət Ayətullah Xamenei çıxışının başqa bir yerində məddahlığın xüsusi və özünəməxsus bir fenomen olduğunu dedi və bu sənət növünün şeir və musiqi komponentlərindən təşkil olnuduğunu, xoş ahənglə sözün dinləyicilərin ruhunun dərinliklərinə çatdırılması, habelə düşüncə, sevgi, tarixi faktlar, cəmiyyətdə və dünyada baş verən məlumatları ehtiva etdiyini dedi: “Məddahın fəaliyyətinin mövzusu mövzuların ən alisi olan Əhli-beyti mədh etməkdir. Onun vəzifəsi Peyğəmbər, İmam Əli, Fatimənin həyat tərzinin təbliğindən, o şəxsiyyətlərin düşüncələri və dərslərini yayamaqdan ibarətdir”.

O, məddahlara bu mühüm vəzifəni ciddiyə almağı tövsiyə etdi: “Heyət heyət şəklində qalmalıdır. Buna görə də məddahlğın şəklini və formasını qoruyun. İmkan verməyin ki, məddahlıq qəlibindən kənar vasitələrdən istifadə nəticəsində heyətlər başqa mühitlərə çevrilsin”.

İslam İnqilabının Rəhbəri məddahlar və mədhiyyəçi şairlərə möhkəm, mətin və əsaslı məlumtlardan istifadə etməyi göstəriş verdi. O, bəzi media mühitləri və virtual məkanlarda İslam ədəbinin pozulmasını tənqid edərək son və mühüm olan tövsiyəsində məddahlara, bütün tribuna sahiblərinə və media qurumlarına danışarkən İslam ədəbinin qorunmasını göstəriş verdi: “Cəmiyyətdən söyüş və təhqiramiz sözlər yığışdırılmalı və İslam ədəbi yayılmalıdır”.

O, Həzrət Zəhranın (s.ə) əzəmətli Peyğəmbərin (s) vəfatından sonra söylədiyi, etiraz məzmunu ifadə etməklə yanaşı, mühüm əhəmiyyət daşıyan, İslamın üstün məzmunlarından sapma ilə bağlı təhlükə xəbərdarlığının verilməsini ehtiva edən, eyni zamanda möhkəm və mətin cümlələrə ifadə edilmiş, hətta heç bir təhqiramiz sözün yer almadığı iki qasırğa yaradan xütbəsinə işarə edərək dedi: “Əhli-beyt məktəbi elmsiz danışıq, qeybət, böhtan, söyüş, təhqir kimi məsələlərdən uzaqdır. Siz məddahlar da bu maarifi sözdə və əməldə insanlara öyrətməlisiniz”.

Həzrət Ayətullah Xamenei ölkənin təbliğat qurumlarının, o cümlədən məddahlıq sahəsinin inkişafa doğru hərəkətindən məmnunluğunu ifadə edərək korona şəraitində təşkil edilən mübarək ramazan və məhərrəm tədbirlərində məddahların həyata keçirdikləri gözəl təşəbbüsləri yüksək qiymətləndirdi. O, çıxışının yekun hissəsində dedi: “Bilin ki, düşmənlər İslam Respublikasının qarşısında heç nə edə bilməzlər. İslam və İslam Respublikası günü-gündən güclənməkdədir”.

O əlavə etdi: “Təbii ki, probemlər, eniş və yoxuşlar olub və var. Bəziləri xidmət göstərir, bəziləri də imkanlarını əldən verirlər. Ancaq ümumilikdə hərəkət irəliyə doğrudur”.

İslam İnqilabının Rəhbərinin çıxışından əvvəl ölkənin ayrı-ayrı əyalətlərindən olan şair və məddahlardan yeddisi Həzrət Fatimeyi-Zəhranın (s.ə) üstün keyfiyyətlərindən bəhs edən şeir və mədhiyyələrini oxudular.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /