İslam İnqilabının Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhraya (s.ə) həsr edilmiş şəhadət axşamı mərasimi keçirildi.
Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Rəfii dedi: “İnsanlar haqqa münasibətdə dörd qrupa bölünürlər: haqqı qəbul edən, haqqa qarşı mübarizəyə qalxan, haqdan qaçan və yozum axtaranlar. Əzəmətli Peyğəmbərin (s) vəfatından sonra Həzrət Zəhranın (s.ə) gördüyü ən mühüm iş vilayəti tanıtmaq, bu böyük haqqın gizlədilməsinə qarşı mübarizə aparmaq oldu və bu yolda qiymətli canını qurban verdi”.
Mərasimdə habelə çıxış edən Höccətül-İslam vəl-müslimin Şəhitat zikri-müsibət və mərsiyə oxudu.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir