Ali Rəhbərlik İdarəsi elan edir ki, “Fatimiyyə (s.ə) günləri” adlı matəm məclisi İmam Xomeyni (r.ə) adına hüseyniyədə ümumi şəkildə qeyd edilməyəcək. İslam İnqilabının Rəhbərinin iştirakı ilə təşkil edilən matəm tədbiri televiziya kanalları vasitəsilə yayımlanacaq.
Ali Rəhbərlik İdarəsinin elanının tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Siddiqeyi-Kübra Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət günləri münasibətilə başsağlığı verərək elan edirik ki, İslamın o böyük xanımına həsr edilən matəm məclisi hər il İmam Xomeyni (r.ə) adına hüseyniyədə İsmət və Paklıq ailəsini sevənlərin izdihamlı iştirakı ilə keçirilirdi. Lakin bu il koronavirusun yayılması, gigiyenik tövsiyələrə, habelə Korona ilə Milli Mübarizə Qərargahının qəbul etdiyi qərarlara tam şəkildə riayət edilməsinin zəruriliyi nəzərə alınaraq əhalinin iştirakı olmadan təşkil ediləcək. İslam İnqilabının Ali Rəhbərinin (Allah onun ömrünü uzun etsin) iştirakı ilə təşkil edilən matəm tədbirləri hər gecə birinci və digər televiziya kanalları vasitəsilə yayımlanacaq.
Ali Rəhbərlik İdarəsi
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir