İslam İnqilabının Ali Rəhbəri bu gün (bazar günü) səhər televiziya vasitəsilə birbaşa yayımlanan çıxışı zamanı bütün tibb bacılarını Həzrət Zeynəbi-Kübranın (s.ə) viladəti və “Tibb bacısı” günü münasibətilə təbrik edərək tibb bacısının xəstənin şəfqət mələyi olduğunu dedi: “Bizim əziz tibb bacıları korona dövründə, şəraitin adi haldakından daha ağır və narahatedici olduğu bir vaxtda böyük bir işə imza ataraq, həqiqətən, heyrət doğuran səhnələr və fəaliyyətlər nümayiş etdirdilər”.
Həzrət Ayətullah Xamenei korona şəraitində öz tibb bacısı işləyən əzizlərini itirmiş dəyərli ailələrə başsağlığı diləyərk tibb bacısının xəstənin fiziki sağlamlığı və psixoloji rahatlığında oynadığı rola işarə edərək dedi: “Xəstənin cisminin sağalmasında tibb bacısı həkimlə ortaq və onun yardımçısıdır. Həkim nə qədər peşəkar və bacarıqlı olsa da, tibb bacısı olmadan cismin sağalması problemlə qarşılaşa bilər”.
İslam İnqilabının Rəhbəri dedi: “Tibb bacısı bir təbəssüm, bir mehriban hərəkət və sözlə psixoloji cəhətdən yardım göstərir, xəstənin kədərini dağıdır, ona ruh verir. Bu, İslamın yüksək dəyərlərindən biridir”.
O, karona dövründə yoluxma ehtimalı və infeksiya təhlükəsi səbəbilə tibb bacılarının işinin daha da çətinləşməsi və narahatedici olmasına işarə edərək dedi: “Tibb bacılarının bu müddət ərzində göstərdikləri səylər onları xalqın gözündə həmişəkindən daha əziz və daha şərafətli etdi”.
İslam İnqilabının Rəhbəri çıxışının davamında tibb bacılarının zəhmətləri və fədakarlıqları müqabilində məsul şəxslərin üzərinə düşən vəzifələrdən danışdı: “Mənə məruzə edilən və yerinə yetirilməsi zəruri olan işlərdən biri tibb bacılarının xidmət tarifləri qanununun icrasıdır. Bu qanunun təsdiqinin üzərindən uzun zaman keçməsinə baxmayaraq, hələ də icra edilməmişdir”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Tibb bacılarının işə götürülməsi zəruri və çox yaxşı işlərdən biridir. Bu iş ciddi nəzarətə götürülməli və tibb bacılarının vəziyyəti elə olmalıdır ki, arxayınlıqla öz işləri ilə məşğul olmalı və ailələri də onların vəziyyətindən arxayın olmalıdırlar”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir