Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Daha sərt sillə ABŞ-ın regiondan çıxarılmasıdır

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər Şəhid General Süleymaninin anım mərasiminin təşkilatçıları və şəhidin möhtərəm ailəsi ilə görüşdə Şəhid Süleymaninin İran xaqlı və İslam ümmətinin qəhrəmanı olduğunu dedi: “İraq və İranda milyonlarla insanın müşayiəti ilə Şəhid Süleymani və Şəhid Əbumehdi Mühəndisin dəfn edilməsi amerikalılara endirilmiş birinci sərt sillə idi. Ancaq ondan da sərt sillə proqram təminatı vasitəsilə imperializmin puç heybəti üzərində qələbə və ABŞ-ın regiondan çıxarılması idi. Təbii ki, general Süleymaninin qatilləri və bu qətli göstəriş verənlərdən də intiqam alınmalıdır. Bu intiqam, nə zaman mümkün olsa, mütləq alınmalıdır”.

İslam İnqilabının Rəhbəri bu görüşdə məsul şəxslərə və İran xalqına dörd mühüm tövsiyə verdi: “Bütün sahələrdə güclü olun, düşmənə güvənməyin, milli birliyi qoruyun, sanksiyanı ortadan qaldırmaq haqqında düşünməkdən çox, sanksiyanı neytrallaşdırmaq haqqında düşünün”.

Həzrət Ayətullah Xamenei görüşün əvvəlində Şəhid Süleymani və Hərəm müdafiəçiləri şəhidlərinin xatirəsinin əziz tutulması mərkəzinin üzvləri ilə yanaşı, Şəhid Süleymaninin xatirəsi və yolunun yaşadılması üçün həyata keçirdiyi gözəl tədbirlərə görə, o əziz şəhidin ailəsinə təşəkkür etdi: “O şəhidin daim xalqla birgə olduğunu nəzərə alsaq, onun xatirəsinin əziz tutulmasında da xalqın imkanlarından, mədəni və innovativ çalışmalardan istifadə edilməlidir”.

Şəhid General Süleymaninin şəhadətinin tarixi bir hadisə olduğunu deyən Ali Rəhbər bu şəhidin iranlıların milli qəhrəmanı və İslam ümmətinin qəhrəmanına çevrildiyinə işarə edərək dedi: “Şəhid Süleymaninin İran xalqının qəhrəmanına çevrilməsinin, xalqın müxtəlif təbəqələrinin (hətta təsəvvürə belə, gəlməyən insanların) ona hörmət göstərib sevgilərini izhar etməsinin səbəbi Şəhid Süleymaninin İran və iranlıların mədəni dəyərlərini təcəssüm etdirməsi idi”.

İslam İnqilabının Rəhbəri şücaət və müqavimətin Şəhid Süleymaninin bariz xüsusiyyətlərindən olduğunu dedi: “Şücaət və müqavimət iranlılara xas olan, xarlıq və passivlik isə onun milli ruhiyyəsinə zidd olan xüsusiyyətlərdəndir. Buna görə də milliyyət iddiası edib xarlıq nümayiş etdirənlər ziddiyyət içərisindədirlər”.

Həzrət Ayətullah Xamenei müdriklik, iti zəka, fədakarlıq və insansevərliyin Şəhid Süleymaninin digər xüsusiyyətlərindən olduğunu dedi: “O uca şəhid mənəviyyat, ixlas, axirət adamı idi və qətiyyən özünü gözə soxmazdı”.

O qeyd etdi ki, özünü Şəhid Süleymanidə təcəssüm etdirən və şəhidin region ölkələrində əməli şəkildə nümayiş etdirdiyi iranlı xüsusiyyətləri və mənəvi cəhətlərinin məcmusu o şəhidin İran xalqının qəhrəmanına çevrilməsinə zəmin yaratdı: “Şəhid Süleymani digər tərəfdən də İslam ümmətinin qəhrəmanına çevrildi. Çünki o əzizin səyləri, ruhi və mənəvi dünyası İslam dünyasında oyanış və müqavimət səfərbərliyinin rəmzidir. Dünyanın hər hansı nöqtəsində imerializmə qarşı müqavimət istəyi varsa, şifrəsi Şəhid Selaymanidir”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Şəhid Süleymani müsəlman xalqları arasında müqavimət proqramına və mübarizə formasına rəvac verdi”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, Şəhid Süleymani həm həyatı, həm də şəhadəti ilə imperializmi məğlub etdi: “ABŞ-ın prezidenti dedi ki, regiona 7 trilyon dollar xərc çəkdik, ancaq heç nə əldə etmədik. Axırda da gecənin qaranlığında bir neçə saatlıq bir hərbi bazaya getmək məcburiyyətində qaldı. Bütün dünya etiraf edir ki, ABŞ Suriya, xüsusilə İraqdakı məqsədlərinə çata bilmədi”.

O dedi: “Bu böyük işin qəhrəmanı Sərdar Süleymanidir və bu onun həyatda olduğu vaxt baş verdi”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, düşmən Sərdar Süleymaninin şəhadətindən sonra da məğlubiyyətə uğradı: “İran və İraqda milyonlarla insanın müşayiəti ilə Şəhid Süleymani və Şəhid Əbumehdi əl-Mühəndisinin dəfn edilməsi və bu iki şəhidə anım mərasimlərinin təşkil edilməsi imperializmin yumşaq müharibəsi generallarını heyrətləndirdi və bu, amerikalılara endirilmiş birinci sərt sillə idi”.

Həzrət Ayətullah Xamenei ABŞ-ın Eynül-Əsəddəki hərbi bazasına edilən raket hücmunun isə digər sillə olduğunu bildirərək dedi: “Ancaq daha ağır sillə proqram təminatı vasitəsilə imperializmin puç heybəti üzərində çalınan qələbədir. Bunun üçün bizim inqilabçı gənclər və mömin elitanın qətiyyətinə ehtiyac var. Amerikalıların regiondan çıxarılması da daha sərt sillədir. Bunun üçün isə xalqların iradəsinə və müqavimət siyasətlərinə ehtiyac var”.

O vurğuladı: “Təbii ki, bu sərt sillə intiqam deyil. Çünki Sərdar Süleymaninin qətlini göstəriş verənlər və bu qətli həyata keçirənlərdən intiqam alınmalıdır. Bu intiqam nə zaman mümkün olsa, mütləq alınmalıdır. Baxmayaraq ki, o əzizin sözü ilə desək, Süleymaninin ayaqqabısının onun qatilinin başının üzərində olması belə, onun üçün şərəfdir”.

İslam İnqilabının Rəhbəri çıxışının digər bir hissəsində məsul şəxslərə və xalqa bir neçə tövsiyə verdi.

Həzrət Ayətullah Xameneinin birinci tövsiyəsi bu oldu: “Bütün sahələrdə, o cümlədən iqtisadiyyat, elm, texnologiya və müdafiə sahəsində güclənməliyik. Əgər güclənməsək, düşmən tamah və təcavüzdən əl çəkməyəcək”.

İslam İnqilabının Rəhəbri ikinci tövsiyəsi zamanı dedi: “Mənim qəti tövsiyəm budur ki, düşmənə güvənməyin”.

O dedi: “Əhalinin problemlərinin aradan qaldırılması və ölkənin gələcəyinin düzəlməsi üçün onun-bunun vədlərinə etimad etməyin. Çünki bunlar yaxşı insanların yox, şər adamların vədləridir. Bununla yanaşı, düşmənçilikləri də unutmaq olmaz”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Gördünüz, Tramp və Obama Amerikası sizinlə nə etdi? Düşmənçiliklər təkcə Tramp Amerikası ilə məhdudlaşmır ki, onun gedişi ilə başa çatsın. Obama Amerikası da sizə və İran xalqına qarşı pis oldu”.

Həzrət Ayətullah Xamenei dedi: “Üç Avropa ölkəsi də son dərəcə rəzillik, çirkinlik və ikiüzlülük nümayiş etdirdi”.

O, növbəti tövsiyəsi zamanı milli birliyin qorunmasının vacibliyini vurğulayaraq xalqın bir çox istiqamətlərdə fikir birliyi içərisində olduğunu dedi: “Məsul şəxslər bu vəhdəti və fikir birliyini pozub xalqı parçalamamalıdırlar. Hər üç qüvvə, xüsusilə onların rəhbərliyi qarşılıqlı əməkdaşlıq edib milli birliyi günbəgün gücləndirməlidirlər”.

Bəzi təxribat xarakterli fikirlərə işarə edən Ali Rəhbər məsul şəxslərə səslənərək dedi: “İxtilaflarınızı bir-birinizlə müzakirə edərək həll edin. Məgər demirsiniz, dünya ilə müzakirə edək? Olmazmı daxili subyektlə müzakirə edib ixtilafları həll edəsiniz?”

Həzrət Ayətullah Xameneinin sonuncu tövsiyəsi “Sanksiyaların neytrallaşdırılması” ilə bağlı oldu.

“Sanksiyanın ortadan qaldırılması düşmənin, onun neytrallaşdırılması isə bizim öz əlimizdədir” gerçəyinə işarə edərək dedi: “Buna görə də sanksiyanı ortadan qaldırmaq fikrində olmaqdan çox onun təsirinin yox edilməsinə fokuslanmalıyıq”.

İslam İnqilabının Rəhbəri dedi: “Demirəm ki, sanksiyanın qaldırılması fikrində olmayaq. Əlbəttə ki, sanksiyaları ortadan qaldıra bilsək, hətta bir saat belə, gözləməməliyik. Baxmayaraq ki, artıq, dörd ildir təxirə salınıb. 1395-ci ildən başlayaraq bütün sanksiyaların birdəfəlik götürülməsi qərarlaşdırıldığı halda, bu günə qədər sanksiyalar götürülməməklə yanaşı, üstəlik, daha da artırılmışdır”.

Həzrət Ayətullah Xamenei məsul şəxslərə səslənərək dedi: “Əgər düzgün və ağıllı metodla, İran-İslam prinsipləri əsasında və qeyrətlə sanksiyaları qaldırmaq mümkün olsa, bu iş mütləq görülməlidir. Ancaq əsas diqqət sanksiyaların neytrallaşdırılması üzərində cəmləşdirilməlidir ki, bunun da təşəbbüsü sizin əlinizdədir”.

O, çıxşının sonunda dedi: “Mən ölkə rəhbərliyini dəstəkləyirəm, bir şərtlə ki, xalqın məqsədələrinə sadiq olsunlar”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən İran Keşikçilər Korpusunun baş komandanı General Səlami Şəhid Sərdar Süleymani və müqavimətçi şəhidlərin xatirəsinin əziz tutulması fəaliyyəti üzrə qərargahın proqram və fəaliyyətləri ilə bağlı hesabat verdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /