Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Cinayətkarlar qəti şəkildə cəzalandırılmalıdır

Həzrət Ayətullah Xamenei nüvə və müdafiə sənayesi üzrə seçilən və yüksək alim olan cənab Möhsün Fəxrizadənin şəhadəti münasibətilə başsağlığı bəyanatı verdi. O, bəyanatda bu cinayəti göstəriş verənlər və onu həyata keçirənlərin qəti şəkildə cəzalandırılması, habelə şəhidin elmi və texnoloji fəaliyyətinin davam etdirilməsinin zəruriliyini vurğuladı.

İslam İnqilabının Rəhbərinin bəyanatının mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Ölkənin nüvə və müdafiə sənayesinin üstün və seçilən alimi olan cənab Möhsün Fəxrizadə cinayətkar və bədbəxtlik yolunu seçmiş muzdurların əli ilə şəhid edilmişdir. Bu nadir elm adamı əziz və qiymətli həyatını özünün böyük və qalıcı fəaliyyətlərinə xatir Allah yolunda fəda etdi. Uca şəhidlik məqamı onun ilahi mükafatıdır. Bütün aidiyyatı qurumlar iki mühüm məsələni öz gündəliklərinə mütləq daxil etməlidirlər: birincisi, bu cinayətin araşdırılması, onu göstəriş verənlər və həyata keçirənlərin cəzalandırılması, ikincisi, şəhidin fəaliyyət göstərdiyi bütün sahələrdə onun elmi və texnoloji səylərinin davam etdirilməsi lazımdır. Mən şəhidin möhtərəm ailəsinə, ölkənin elmi elitasına, alimin ayrı-ayrı sahələrdə fəaliyyət göstərən həmkarları və tələbələrinə onun şəhadəti münasibətilə təbrik deyir, başsağlığı verir və Allahdan ona yüksək dərəcələr diləyirəm.

Seyid Əli
28 noyab 2020

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /