Məhərrəm ayının yeddinci gecəsi İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə şəhidlər ağası və sərvərinə həsr edilmiş matəm mərasimi keçirildi.
Gigiyena qaydalarının tələblərinə əsasən, əhalinin iştirakı olmadan keçirilən bu mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Sədiqi Həzrət Seyyidüşşühədanın (ə) günahlar, qeyri-ilahi bağlılıqlar, nəfsani və şeytani vəsvəsələrdən xilas qapısı olduğunu dedi: “Kərbəla məzlumlara öyrədir ki, zalımın qarşısına Allaha təvəkkül edərək çıxmaq lazımdır və azlıqda olmaq haqq cəbhəsini imperialistlərə qarşı çıxmaqdan çəkindirməməlidir”.
Bu məclisdə Höccətül-İslam Mürtəza Vafi Kərbəla şəhidlərinin müsibətlərindən oxudu.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir