Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ölkə iqtisadiyyatı xarici dəyişikliklərdən asılı olmamalıdır

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xümeneinin Hökumət həftəsi münasibətilə bu gün (bazar) səhər dövlət başçısı və hökumət rəhbərləri ilə vidoekonfransı oldu. O bu görüşdə on ikinci hökumətin fəaliyyətinin sonuncu ilinin müxtəlif sahələrdə xidmətlərin artırılması üçün yaxşı bir fürsət olduğunu dedi. İnqilabın Rəhbəri istehsal, investisiya, milli valyutanın dəyəri kimi mühüm iqtisadi məsələlər, habelə virtual məkanla bağlı bir neçə nüansa aydınlıq gətirdikdən sonra vurğuladı: “İstehsal maneələri tam ciddiyyətlə ortadan qaldırılmalı və problemlərin həllinə daha çox səy göstərilməlidir”.

İslam İnqilabının Rəhbəri Aşura hadisəsinin cihad, fədakarlıq və şəhadətin zirvəsi olduğunu dedi və hökumət həftəsinin məhərrəm ayının birinci ongünlüyünə təsadüf etdiyini vurğulayaraq əlavə etdi: “Hökumətin də əsasında cihad və şəhadət dayanır. Çünki Rəcai və Bahünər problemlərlə əhatə olunduqları vaxt dayanmadan ciddi cəhdlə səy göstərdilər, öz şəxsi mənafelərini bir kənara qoydular, insanların diqqətini cəlb etmək üçün riyakarlıq etmədilər, nəhayət, Allahın böyük mükafatı olan şəhadətə layiq görüldülər”.

O, dövlət başçısı və hökumət rəhbərlərinin öz hesabatlarında qeyd etdikləri mühüm və böyük xəbərlərə işarə edərək dedi: “Hökumət həftəsi hökumət nümayəndələrinin xidmətləri ilə bağlı hesabat, güclü və zəif cəhətlərin qeyd edilməsi üçün yaxşı fürsətdir. Hökumət özü özünü hər kəsdən əvvəl və hər kəsdən çox tənqid etməlidir”.

Həzrət Ayətullah Xamenei dövlət işçilərinə tövsiyələr verdi: “Əhatəli və səmimi hesabatlarınızda deyə bildiklərinizi və xalqa məlumat verməli olduğunuz halda, deyə bilmədiklərinizi qeyd etdiniz. Bu cür səmimi hesabatlar xalqda ümid və məmnunluq yaradır”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, hökumətin fəaliyyətinin sonuncu ili çox böyük bir fürsət olmaqla yanaşı, müxtəlif cəhətlərdən böyük əhəmiyyət daşıyır: “Bacardığınız qədər sonuncu fürsətdən xalqa və ölkəyə xidmət sahəsində istifadə edin”.

Həzrət Ayətullah Xamenei bu istiqamətdə ölkədə mövcud olan ciddi mənzil probleminə işarə edərək dedi: “Hökumət fəaliyyətinin sonuncu ilində 600 min mənzil istifadə verəcəyini söz verib. Bu vədin reallaşması mənzil probleminin həlli sahəsində çox böyük rol oynaya bilər”.

O əlavə etdi: “Qalan bir il ərzində sonrakı hökumət üçün böyük və əsaslı işlər yadigar qoymağa çalışın. Büdcə strukturu, bank və maliyyə sistemlərinin islahı bu qəbildən olan işlərdəndir”.

Verilmiş sözlərin həyata keçirilməsi, o cümlədən Energetika Nazirliyinin həftəlik layihələri, xam neftin ixracının qarşısının alınması üçün neftayırma zavodunun tikintisi siyasəti, elmi əsaslı şirkətlərin gücləndirilməsi, korona ilə mübarizədə həyata keçirilən yüksək səviyyəli elmi, gigiyenik və müalicə işlərinin davam etdirilməsi və istehsalın artırılması İnqilabın Rəhbərinin hökumətə sonuncu fəaliyyət ilində verdiyi digər tövsiyələr oldu. O bildirdi ki, sonuncu fəaliyyət il elə bir ildir ki, hökumət ona qətiyyən əlavə bir vaxt kimi baxmamalıdır.

İslam İnqilabının Rəhbərinin hökumət işçiləri ilə olan vidoekonfransının ikinci hissəsi iqtisadi məsələlərlə bağlı oldu.

O bir daha istehsalın məşğulluq, məişət, inflasiya, milli valyuta qiymətinin azalması kimi problemlərin həllinin anası və əsas açarı olduğunu vurğuladı: “Bacardığınız qədər bu sahədə işlər görün”.

İnqilabın Rəhbəri istehsal maneələrinin aradan qaldırılmasının hökumətin əsas vəzifələrindən olduğunu dedi: “Əlbəttə, bəzi maneələr, o cümlədən sanksiya və ya İranın neftinin satışından gələn pulun verilməməsi kimi maneələrin ortadan qaldırılması hökumətin ixtiyarında deyil. Ancaq maneələrin bir çoxu daxilidir və onları ciddi cəhdlə ortadan qaldırmaq lazımdır”.

O, istehsalçıların tez-tez şikayətlənməsinə, hətta onların bəzisinin iflasına səbəb olan sistemsiz idxalatın çox təhlükəli olduğunu dedi: “Lüks malların idxalı da maneələrdəndir. Hökumət onları istehsalın yolu üzərindən təmizləməlidir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, icraçı orqanlar, məhkəmə sistemi və silahlı qüvvələrin birgə fəaliyyəti ilə qaçaqmalçılığın qarşısının alınması istehsalı yaxşılaşdıracaq: “Xüsusilə silahlı qüvvələrdə ehtiyat hissələrinin istehsalı imkanlarından istifadə edilməsi istehsalçıların ehtiyaclarının böyük bir hissəsini təmin edə bilər. Belə ki, daxili mütəxəssislər çox incə və mürəkkəb hissələrin istehsalına nail ola bilmişlər”.

İnqilabın Rəhbəri bildirdi ki, aşağı səviyyələrdə anlaşılmazlıqların ortadan qaldırılması istehsal artımı və sıçrayışı üçün çox mühüm əhəmiyyət daşıyır: “Televiziya xəbərlərində bəzi istehsalçıların ehtiyac duyulan xam malın əldə edilməsi sahəsində mövcud olan qəribə anlaşılmazlıqlardan şikayətləndikləri göstərilir. Əgər aidiyyəti nazir bu xəbərləri görən kimi problemi nəzarətə götürsə, bu problemlərin çoxu qısa müddət ərzində öz həllini tapar”.

İstehsal lisenziyasının verilməsində mövcud olan bürokratik menələrin aradan qaldırılması, habelə bank işləri ilə bağlı problemin həlli İnqilabın Rəhbərinin istehsal maneələrinin aradan qaldırılması ilə bağlı hökumət rəhbərlərinə verdiyi son iki tövsiyə oldu.

İslam İnqilabın Rəhbəri çıxışının ölkənin iqtisadi problemləri ilə bağlı hissəsinin davamında xam maddələrin satışı və xam maddələrin qablaşdırılmamış şəkildə ixracatı məsələsinə işarə edərək dedi: “Qiymətli mədən daşlarının xam şəkildə satışı və onların ölkə xaricində emal edilməsi, sonra da bir neçə dəfə baha qiymətə ölkəyə qaytarılması, Hörmüz adasının torpağının satışı, Cənubi-Xorasan zəfəranı və isti regionların xurmasının emal edilməməsi bu sahədə ciddi işlər görülməsinin zəruri olduğunu göstərən faktorlardandır”.

O əlavə etdi: “Bir müddət bundan əvvəl istehsal maneələrinin öyrənilməsi və aradan qaldırılması üçün üç qüvvənin rəhbərləri tərəfindən qrup işinin təşkili ilə bağlı təklif verdim. Təklif üç qüvvə tərəfindən yaxşı qarşılandı. Bu qrup çox tez bir zamanda təşkil edilməli və öz işinə ciddi şəkildə start verməlidir”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, çox mühüm iqtisadi məsələlərdən biri də investisiya məsələsidir: “Təəssüflər olsuin ki, son illər ölkədə invesitisiya ilə bağlı problemlər yaranıb. Bu sahədə geridəyik. Bu problemi ortadan qaldırmaq üçün öncə ölkədə tərk edilmiş və ya çox gec irəli gedən böyük investisiyalar dirildilməlidir. Heç bir böyük investisiya layihəsi məqsədsiz qalmasın”.

Həzrət Ayətullah Xamenei özəl sektorun investorlarının stimullaşdırılmasının zəruri olduğunu vurğuladı: “Özəl sektor çoxlu imkanlara və lazımi nəqd pula malikdir. Vergi problemləri, lisenziyalar və bank təchizatlarını ləğv etməklə özəl sektoru investisiyaya həvəsləndirmək lazımdır”.

O, nəqd pulun istehsala yönəldilməsi məsələsinin əhəmiyyətinə işarə edərək dedi: “97-ci (2018) ildə hökumət rəsmiləri ilə görüşdə nəqd pulun istehsala yönəldilməsi üsullarını tapmaq üçün gücə-gündüz bilmədən çalışan mütəxəssislərdən bir heyət yaradılması təklif edildi. Əgər bu heyət hələ yaradılmayıbsa, tez bir zamanda yaradılmalıdır”.

İslam İnqilabının Rəhbəri milli pulun qiymətinin gücləndirilməsi məsələsinin istehsalla birbaşa bağlılığı olan, ölkənin iqtisadi bazasını gücləndirən və xalqın vəziyyətinim yaxşılaşdırılmasında rol oynayan çox mühüm bir faktor olduğunu dedi: “Milli valyutanın qiymətinin gücləndirilməsi üçün həyata keçirilən uzunmüddətli tədbirlərlə yanaşı bəzi qısamüddətli tədbirlərin olması da zəruridir. Bu tədbirlərdən biri də milli valyutanın qiymətinin azaldılmasına səbəb olan bədxah və mənfəətpərəst fəaliyyətlərə qarşı ciddi mübarizədir”.

Həzrət Ayətullah Xamenei hökumətin ixracatdan gələn 27 milyard dolların geri qaytarılmaması ilə bağlı verdiyi xəbərə işarə edərək dedi: “Bu pulların bir hissəsinin qaytarılmamasının ola bilsin ki, məntiqi dəlilləri var. Amma lüks malların idxalatı və ya ölkə xaricində mülklərin alınması kimi mənfəətpəəst hallarla ciddi məşğul olmaq lazımdır”.

İqtisadi qərarların qəbul edilməsi istiqamətində icra strukturlarının qarşılıqlı əlaqələrinin olmasının zəruriliyini vurğulayan Ayətullah Xamenei bəzi qurumların düşünülməmiş qərarlarına işarə edərək dedi: “Mərkəzi Bank yaxşı fəaliyyətlərə start vermişdir. Bütün qurumlar ona kömək etməlidir ki, öz tədbirlərini başa çatdıra bilsin”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, maneələrin aradan qaldırılması və struktur islahatlarının aparılması üçün zəruri olan məsəsələlərdən biri informasiya sistemlərinin təsisi və onların birləşdirilməsidir. O mühüm bir xəbərdarlıq verdikdən sonra çıxışının ölkənin iqtisadi məsələləri ilə bağlı hissəsini başa çatdırdı.

Həzrət Ayətullah Xamenei dedi: “Ölkənin iqtisadiyyatı qətiyyən xarici dəyişikliklərdən asılı olmamalıdır. Çünki bu böyük bir strateji səhvdir”.

O vurğuladı: “Ölkənin iqtisadi proqramlaşdırması sanksiyaların ləğvi və ya ölkənin filan seçkiləri ilə şərtləndirilməməlidir. Nəzərdə tutmaq lazımdır ki, sanksiyalar, məsələn, on il də davam edəcək. Buna görə də daxili imkan və potensiallar üzərində təmərküzləşmək lazımdır. Əlbəttə, onlar yaxşı qərarlar qəbul edə bilərlər. Belə olan surətdə ondan istifadə etməliyik. Lakin ölkənin iqtisadi məsələləri xarici dəyişikliklərlə şərtləndirilməməlidir”.

İslam İnqilabının Rəhbəri çıxışının başqa bir yerində virtual məkan məsələsinin çox mühüm əhəmiyyət daşıədığını qeyd edərək dedi: “Biz də virtual məkanın əhəmiyyətini və onun insanların həyatının bir hissəsinə çevrildiyini qəbul edirik. Ancaq virtual məkanla bağlı bir məsələni xüsusilə vurğulamaq lazımdır ki, bu sahə xaricdən idarə edilir və biz insanları sığınacaqsız və başlı-başına qoya bilmərik”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, virtual məkana nəzarət edən beynəlxalq qüvvələr çox gərgin fəaliyyətdədirlər: “Milli İnformasiya Şəbəkəsi, Virtual Məkan Milli Mərkəzi və Ali Şurasının yaradılması və üç qüvvənin oradakı iştirakının zəruriliyini tez-tez vurğulamağımın səbəbi budur. Ancaq təəssüflər olsun ki, bu məsələyə lazımi dərəcədə əhəmiyyət verilməmişdir”.

O dedi: “Milli İnformasiya Şəbəkəsi zaman planlaşdırmasında geri qalan hissələrə malikdir”.

İslam İnqilabının Rəhbəri çıxışının davamında ölkənin bütün məsul şəxslərinə mühüm bir tövsiyə ünvanladı: “İslam dövlətinə xidmətin ikiqat dəyəri var. Bunun qədrini bilmək lazımdır. Çünki İslam Respublikasına xidmət İslamın sosiallaşma və cəmiyyətin idarə edilməsi ilə bağlı nümunəsinin təqdim edilməsinə köməkdir. Bu cəhətdən ikiqat əhəmiyyəti var”.

Həzrət Ayətullah Xamenei cəmiyyətin idarə edilməsi üçün müxtəlif bəşəri məktəblərin təqdim etdikləri sistemlərin uğursuzluğa düçar olduğuna işarə edərək ABŞ-ı sözün əsl mənasında iflasa uğramış bir nümunə kimi qeyd etdi: “Sağlamlıq, ədalət və təhlükəsizlik kimi bəşəri dəyərlər ABŞ-da hər yerdən çox ayaqlar altında tapdalanır. Orada sinfi təbəqələşmələr arasındakı fasilə dəhşətli dərəcədə böyükdür, aclar və evsizlərin say nisbəti dünyanın digər tanınmış ölkələri ilə müqayisədə daha çoxdur. Rəqiblərin seçki mübarizələrində açıq şəkildə qeyd etdikləri məlumatlara əsasən, hər beş amerikalı uşaqdan biri acdır. Bundan əlavə, ABŞ-da təhlükəsizlik və cinayətin də statistikası çox böyükdür”.

O əlavə etdi: “Bu daxili və idarəetmə problemləri ilə yanaşı, qətl, müharibə və sabitliyin pozulması ABŞ-ın bu gün Suriya, Fələstin, Yəmən, bundan əvvəl İraq, Əfqanıstan, Veytnam və Heroşima kimi regionlarda geniş yayılmış əməllərindəndir”.

İslam İnqilabının Rəhbəri ABŞ-ın başında duran şəxslərin bu ölkə üçün bir təhqir olduğunu dedi və bunun qərbpərəstlərin tənəzzül etməkdə olan utopik və bəşəri meyarlarının iflasının başqa bir nümunəsi olduğunu bildirdi: “İslamın sistemləşdirmə və sosiallaşdırma ilə bağlı müstəqil meyarı iman, elm və ədalət olmaqla üç prinsipə əsaslanır. Əlbəttə, biz hər üçn sahədə geriyik. Sadəcə, İslam Respublikasının şüarları və strategiyaları bu üç prinsipə əsaslanmışdır. Onun insani meyarları da Behişti, Mütəhhəri, Bahünər, Rəcai və Süleymani kimi şəhidlərdir”.

Həzrət Ayətullah Xamenei məsul şəxslərə səslənərək vurğuladı: “Sizin fəaliyyətiniz bu üstün meyarı dünya əhalisinin gözündə canlandıra bilər. İmperialistlərin İslam Reüspublikası ilə düşmənçiliyi və ondan qorxmasının səbəbi də məhz budur”.

İslam İnqilabının Rəhbəri çıxışının sonunda Əmirül-möminin İmam Əlinin (ə) üstün kəlamlarından biri olan “Əgər möminlər bir-birlərinə yardım göstərməkdən əl çəksələr, məğlubiyyətə uğrayarlar” kəlamına işarə edərək dedi: “Bu, bəşəriyyət və bütün möminlər üçün bir dərsdir. Bu gün də düşmən dayanmadan plan cızmaqdadır. Onun qarşısında plan və proqrama malik olmaq lazımdır”.

O bu günə qədər əzadarlıq məclislərində gigiyena qaydalarına riayət edildiyinə görə hər kəsə təşəkkürünü bildirərək Korona ilə Milli Mübarizə Qərargahının tövsiyələrinə tam riayət edilməsi və bunun genişləndirilməsinin zəruriliyini vurğuladı. Daha sonra təhlükəli korona virusu ilə mübarizədə göstərdiyi yardıma görə xalqa bir daha təşəkkür etdi.

İslam İnqilabının Rhəbrindən əvvəl çıxış edən prezident və Nazirlər Kabinetinin 4 nümayəndəsi hökumətin tədbirləri və proqramları ilə bağlı hesabat verdilər.

Cənab Ruhani öz hesabatında dedi: “93-cü (2014) ildə neftin qiymətinin düşməsi, 97-ci (2017) ildə iqtisadi sanksiyaların tətbiqi və keçən altı ay ərzində koronavirusun yayılması üç güclü iqtisadi təsir idi. Hökumət müqavimət iqtisadiyyatı siyasətləri əsasında onları idarə edə bildi”.

Prezident koronavirusun yayılması səbəbilə inkişaf etmiş ölkələrdə iqtisadi artımın azalma əmsalı ilə bağlı statistikanı qeyd edərək İranın vəziyyətinin nisbətən məqbul olduğunu dedi: “Səhiyə islahatı planının icrası, kommunikasiya infrastrukturlarının sıçrayışı və elektron hökumət, habelə elmi əsaslı şirkətlərin inkişafı sahəsində böyük nailiyyətlərin əldə edilməsi hökumətin son illər həyata keçirdiyi qabaqlayıcı tədbirlər idi. Bu tədbirlər ölkənin korona qarşısındakı hazırlığının qorunmasına səbəb oldu”.

Cənab Ruhani dedi: “Neft-kimya kimi mühüm sənaye sahələrində 56 milyon tondan 100 milyon tona qədər, polad sənayesində əvvəlki dövrlərlə müqyisədə iki dəfə artıq istehsala nail olmuşuq. Onu da qeyd edim ki, on birinci və on ikinci hökumətlərin dövründə orta hesabla illik 700 min iş yeri açılmışdır”.

Prezident kəndlərin qazlaşdırılması və su çəkilməsi sahəsində hökumətin gördüyü işlər haqqında məlumat verərək dedi: “On birinci hökumətin ilk illəri ilə müqayisədə işçilərin maaşları 6 dəfə, müəllimlərin maaşları isə 5 dəfə artırılmışdır”.

Ruhani qeyd etdi ki, təqaüdçülərin davamlı olaraq artması, zərər görmüşlərə biznes borclarının verilməsi, korona yardımları və ippoteka kreditlərinin verilməsi hökumətin gördüyü digər işlərdəndir.

Ölkə başçısı BMT-nin ölkə əleyhinə qəbul etdiyi altı qətnamənin ləğv edilməsinin, PMD-dən (ehtimal edilən hərbi tədbirlər) çıxışın, qonşularla ortaq olan neft və qaz sahələrindən əldə edilən məhsulun artımının xalqın hüquqlarının təmin edilməsi üçün hökumətin həyata keçirdiyi tədbirlərdən olduğunu dedi.

İranın Neft Sənayesi naziri cənab Zəngənə öz hesabatında qaz və neft-kimya sənayesinin İslam Respublikasının məhsulu olduğunu dedi: “Bu gün ölkənin 94%-i qazla təmin edilmişdir. Neft-kimya sahəsində istehsalatın qiyməti 91-ci (2012) ildə 11 miyard dollar idisə, artıq 1400-cü (2021) ildə 25 milyard dollara çatacaq”.

Cənab Zəngənə 91-ci (2012) ildən 98-ci (2019) ilə qədər neft məhsullarının ixracatının 4 dəfə artdığına işarə edərək dedi: “1401-ci (2021) ilin sonları qaz neftlə birlikdə məşəllərdə tam şəkildə emal dövriyəsinə daxil olacaq”.

Energetika naziri cənab Ərdəkani elektrik istehsalının artımı və paylama şəbəkəsinin tələfatlarının azalması ilə bağlı məlumat verərək dedi: “Su sənayesi sahəsində hökumət kreditləri hesabına 43 böyük su anbarı tikilmişdir”.

Səhiyyə, Müalicə və Tibb Təhsili naziri cənab Nəməki öz hesabatında koronadan sonra səhiyyə xidmətlərinin təqdim edilməsi sahəsində struktur islahatlarının aparılmasının bu nazirliyin fəaliyyətinin ən mühüm nöqtələrindən olduğunu dedi: “Korona hadisəsində heç bir xəstə xəstəxanaların qapısı arxasında qalmadı”.

Layihə və Büdcə idarəsinin başçısı cənab Nobəxt də bu idarənin təmir-bərpa işlərinin büdcə bölgüsü, təqaüdçülər və veteranların tələbləri və gecikmiş müavinətlərinin ödənilməsi ilə bağlı fəaliyyətləri haqqında hesabat verdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /