İslam İnqilabının Ali Rəhbəri İslami Şura Məclisinin on birinci mərhələsinin açılışı münasibətilə ünvanladığı müraciətdə parlamentin işlərin başında olmasının zəruri şərtlərindən birinin fəal, nizam-intizamlı, dürüst, əmanətdar, ölkənin mövcud şəraiti və prioritetlərini bilən nümayəndlələrin iştirakının olduğunu dedi. İqtisadiyyat və mədəniyyətin ölkənin prioritetlərinin başında dayandığını bildirən Ali Rəhbər nümayəndələrə zəif təbəqələrin məişətinə üstünlük verilməsi, iqtisaidyyatın məşğulluq, istehsal və inflyasiya kimi əsas xətlərinin islah edilməsi, nəzarət vəzifələrinin həyata keçirilməsində təqva və insafa riayət edilməsi, mühüm hadisələr zamanı inqilabçı mövqelərdən çıxış etməyi, icraçı və məhkəmə orqanları ilə qardaşcasına əməkdaşlıq etmək kimi məsələləri tövsiyə etdi.
Höccətül-İslam vəl-müslimin Məhəmmədi Gülpayiqaninin bu gün səhər İslami Şura Məclisinin on birinci mərhələsinin açılış iclasında oxuduğu müraciətdə parlamentin yeni mərhəslənin açılışı və İslam demokratiyasının simasının parlaq və əzəmətli simasının dünyanın gözləri önündə parlamasından məmnun olduğunu bildirən Ali Rəhbər xalqa parlamenti təşkil etmək üçün göstərdiyi istək və səyə görə təşəkkür edərək yeni seçilən nümayəndələri təbrik etdi.
O, İmam Rahilin “Parlament bütün işlərin başında olmalıdır” fikrinin parlamentin məqam və vəzifəsi ilə bağlı söylənmiş ən əhatəli səciyyələndirmə olduğunu dedi: “Əgər qanun ölkənin konstitusiya ilə müəyyən edilmiş zirvə və məqsədə doğru aparan yoldursa, parlament də bu həyati yolu açmaq və relsləri çəkmək vəzifəsini daşıyan bir qurumdur”.
Qanun istiqamətində hərəkət etməyin hər kəsə vacib olduğunu deyən Həzrət Ayətullah Xamenei ədliyyə orqanında qanunun icra zəmanəti üçün mövcud imkanların olduğuna, habelə parlamentin özündə dövlətin yüksək rəhbərlərinin araşdırılması, axtarışı, qəbul və rədd edilməsi , xəbərdarlıq etmək, soruşmaq və izah tələb etmək kimi haqlara malik olduğunu bildirdi: “Əgər qanun düzgün, yetərli və icra edilə bilən, habelə onun icra zəmanətlərindən düzgün istifadə edilsə, ölkə öz uca məqsədlərinə nail olar”.
İslam İnqilabının Rəhbəri parlamentin öz layiq olduğu yerdə olmasında nümayəndələrin əsaslı rol oynadıqlarını dedi: “Parlament nümayəndələri ölkənin şəraiti və prioritetlərini düzgün bilsələr, öz vəzifələrini peşəkarlıqla, aktiv iştirak, nizam-intizamla, dürüst və əmantdarlıqla yerinə yetirsələr, parlament xalqın ümid yerinə, icraçıların istinad nöqtəsinə çevrilər və ölkənin işlərinin həqiqi mənada başında olar”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, əslində, zərərli olan qeyri-əsas işlərlə məşğul olmaq, şəxsi və subyektiv maraqların işə qatılması, səhlənkarlıq, etnik və regional olan qeyri-sağlam təsnifatlar parlamentin əsas bəlalarındandır. O vurğuladı ki, iqtisaidyyat və mədəniyyət ölkənin iki əsas prioritetidir: “İstisadiyyat sahəsində göz önündə olan əsas problemlərlə yanaşı, inkişaf və ədalət onluğunda ədalətlə bağlı lazım olan qiyməti əldə etməmişik. Bu arzuolunmaz gerçəklik hər kəsi prioritet məsələ kimi zəif təbəqələrin məişəti məsələsində fikri və əməli fəaliyyətə vadar etməlidir”.
O bildirdi ki bu nöqsanın aradan qaldırılması üçün milli iqtisadiyyatın məşğulluq, istehsal, milli valyuta dəyəri və inflayasiya, müqavimət iqtisadiyyatının ümumi siyasətlərinin əsas götürülməsi kimi əsas xətlərinin islahı diqqət mərkəzində olmalıdır. O, parlamentin ən yaxın vəzifəsi olan ölkənin yeddinci inkişaf proqramına işarə edərək dedi: “Bu vəzifəyə diqqət, habelə ölkənin iqtisadi xəttinin təyin edilməsi istiqamətində fürsət hesab edilən dövlətin milli mənbələrində xam neftin təyinedici rolunun azaldılmasına diqqət mənim siz əzizlərə başqa bir tövsiyəmdir”.
İslam İnqilabının Rəhbəri vurğuladı ki, parlamentin nəzarət vəzifəsinin icrası zamanı təqva və insafa riayət etmək, şəxsi və subyektiv sevgi və qəzəblərdən uzaq durmaq vacibdir: “Nümayəndələrin qarşılıqlı əməkdaşlığı, təcrübəlilərin təcrübəsinin gənclər və yeni seçilmişlərin həvəs və hərarəti ilə birləşdirilməsi, pak, və gözəl əməldə yarışa girmək, bu və ya digər mövqeyin əldə edilməsində yarışa girməmək, mühüm beynəlxalq və daxili məsələlərdə inqilabçı mövqelərdən çıxış etmək, tədqiqatlar və hesablama mərkəzlərinə əhəmiyyət verilməsi, nitqlərdə ictimai rəyə əminlik və arxayınlıq bəxş etmək, icraçı və məhkəmə orqanları ilə qardaşcasına əlaqə, artıq və narahatedici qanunların qüvvədən salınması, qanunların çoxluğu və sıxlığından qorunma mənim siz nümayəndələrə digər tövsiyələrimdir”.
Həzrət Ayətullah Xamenei bu sərlövhələrə riayət edilməsinin xalqa seçimlərinin düzgün olduğunu sübut etdiyindən, seçkilərdə iştiraka meylin artacağından əmin olduğunu dedi. Çıxışının sonunda o, əvvəlki parlamentin nümayəndələri, xüsusilə onun motivasiyalı və çalışqan sədri cənab doktor Laricaniyə təşəkkürünü bildirdi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir